Valeybolun inkşaf tarixi



Yüklə 23,07 Kb.
səhifə9/9
tarix02.01.2022
ölçüsü23,07 Kb.
#42084
1   2   3   4   5   6   7   8   9
voleybol tarixi (1)

Libero oyunçu

Libero — voleybolda yeganə oyunçudur ki, komanda yoldaşlarından fərqli rəngdə forma geyinir. Komandanın qurtarıcı oyunçusu sayılır. Bu funksiyalarına görə futboldakı qapıçı termininə bənzədilir. Liberolar öz meydançalarına düşən topları rahat qaytarmaq və estetik, cəld hərəkətləri rahat yerinə yetirmək üçün dəstəboy olurlar. Libero yeganə oyunçudur ki, ən çoxu bir əvəzedicisi olur.



Libero — voleybolda güc və təmkinlilik tələb edən oyunçu mövqeyidir. Adətən komandanın ən təcrübəli oyunçusu bu mövqedə oynayır və komanda yoldaşlarına nisbətən daha dəstəboy olur. İdeal libero boyu 1.65 santimetr qəbul edilmişdir. Libero komandanın 6-cı oyunçusu sayılır. Formasının rəngi də komanda yoldaşlarından fərqlənməlidir. Bu xüsusiyyətlərinə görə futboldakı qapıçı termininə bənzədilir. Qapıçıdan fərqli olaraq voleybolda komandalar meydana liberosuz çıxa bilərlər.

Digər oyunçulardan fəqli olaraq oynuçuların siyahısında adının yanında “L“ hərfi işlədilir. Və bu hərf həmin oyunçunun başqa mövqedə oynamayacağını bildirir. Komandanın müdafiə oyunçusudur. Oyun zamanı servis atılarkən həmin zaman müdafiədə olan oyunçulardan biriylə yer dəyişdirə bilər. Bu yerdəyişmə meydançanın ən arxa mövqeyində edilir. Arxa tərəfdə top qəbuletmə və barmaq pas atma qabiliyyətinə malik olduğu halda, 3 metr məsafədə barmaq pas ata bilməz. Yerinə keçdiyi oyunçu 4-cü zonaya gələrsə və ya başqa bir oyunçuyla dəyişərsə oyundan çıxar. Hər iki vəziyyətdə də oyuna girmək üçün bir xalın qazanılmasını gözləməlidir. Heç vaxt servis ata bilməz və 3 metr məsafədə hücum edə bilməz. Arxa zonadan hücum edə bilər, ancaq tullana bilməz. 3 metr məsafədə tullana bilər. Arxa zonaya gələn topları barmaqla ala bilməz, ancaq istisna hallar da var. Digər iki oyunçuyla yer dəyişdirdikdə hakimə bildirməli, baş məşqçisinə də bu halı söyləməlidir. Fərqli rəngdə forma geyinməsinin səbəbi voleyboldakı estetikliklə əlaqədardır. Bəzən rəqib komandanın da formasını geyinə bilərlər.
Yüklə 23,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin