Valeybolun inkşaf tarixi



Yüklə 23,07 Kb.
səhifə6/9
tarix02.01.2022
ölçüsü23,07 Kb.
#42084
1   2   3   4   5   6   7   8   9
voleybol tarixi (1)

Müdafiə taktikası.

Hücum zərbələrindən müdafiənin ilk elementi blokqoymadır. Blok voleybol toruna yaxın oyunçunun rəqib tərəfdən gələn topun tor üzərindən təmasla qarşısını almaq üçün tullanaraq edilən hərəkətdir.Voleybolda rəqibin servisinə blok qadağandır. Blok növləri aşağıdakılardır:

Blok təşəbbüsü – topa toxunmadan edilən blok hərəkətidir.

Tamamlanmış blok – blokçunun topa dəydiyi anda blok tamamlanmışdır.

Kollektiv blok – iki və ya üç oyunçu tərəfindən edilən güclü blokdur.

Təmasları tək bir hərəkət zamanı olması şərti ilə bir və ya bir neçə blokçu topa sıra ilə (tez və davamlı olaraq) təmas edə bilər. Blok zamanı blok quran əllərini (və ya qollarını) torun üzərindən rəqib tərəfə keçirə bilər. Ancaq bu müddətdə o, topa toxunmaq üçün rəqibin hücum etməsini mütləq gözləməlidir. Ayrıca blok təması komandaya bir vuruş olaraq əlavə edilmir.Belə ki, voleybolda hər komandanaya topu rəqib meydançaya göndərməsi üçün ən çoxu üç vuruşa icazə verilir və blok zamanı topa toxunma bu vuruşlardan sayılmır. Blokdan sonrakı ilk vuruş blok zamanı topa toxunan da daxil olmaqla komandanın hər hansı bir oyunçusu tərəfindən edilir.

Aşağıdakı qaydalar çərçivəsində edilmiş bloklar xətalı bloklar sayılır:

Blokçu rəqibinin hücum vuruşundan əvvəl ya da eyni vaxtda rəqib meydança boşluğundakı topa dəyərsə.

Arxa zona oyunçusu və ya libero bir bloku tamamlayar, ya da tamamlanmış bloka qoşularsa.

Rəqibin servisinə blok qurularsa.

Top blok xaricinə göndərilərsə.

Antenlərin çölündən rəqibin boşluğunda blok qurularsa.

Libero oyunçusu fərdi ya da kollektiv bloka təşəbbüsün edərsə


Yüklə 23,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin