Variasiya haqqında anlayış. Variasiya göstəricilərinin xarakteristikası



Yüklə 242,06 Kb.
səhifə1/5
tarix15.05.2023
ölçüsü242,06 Kb.
#113617
  1   2   3   4   5
referat 3389

PLAN:





  1. Variasiya haqqında anlayış.

  2. Variasiya göstəricilərinin xarakteristikası.

  3. Variasiya genişliyi, orta xətti meyl, dispersiya, orta kvadratik meyl və

variasiya əmsalı göstəriciləri və hesablanması.


Giriş

Statistika elminin göstərici ilə sıx bağlı olan mühüm kateqoriyalarından biri əlamət anlayışıdır. Statistikada əlamət dedikdə öyrənilən hadisəyə xas olan və onu digər hadisə lərdən fərqləndirən xassə başa düşülür. Bəzən statistik göstərici və öyrənilən hadisənin əlaməti anlayışları eyni­ləş­dirilir. Nəzərə almaq lazımdır ki, statistik göstəricidə öyrənilən hadisənin keyfiyyət və kəmiyyət tərəf­ləri birlikdə ifadə edilmiş olur. Öyrənilən əlamət isə hadisənin yalnız keyfiyyət xüsusiyyətini əks etdi­rir. Statistik tədqiqat zamanı öyrənilən keyfiyyət əlaməti kəmiyyət qiyməti alır və statistik göstərici olur.


Statistikanın öyrəndiyi əlamətlər ya məna anlayışları ilə, ya da ədədi qiymətlərlə ifadə oluna bilər. Məna anlayışları ilə ifadə olunan əlamətləri atributiv adlandırmaq qəbul edilmişdir. Məsələn, aşağıdakılar atributiv əlamətlərdir: insanın cinsi – kişi, qadın; təhsil pillələri – bakalavr, magistratura, doktorantura. Atribut fəlsəfə termini olub obyektin ayrılmaz mühüm xassəsini bildirir. Əgər atributiv əlamət bir-birinin əksi olan iki qiymətdən yalnız birini qəbul edə bilərsə, ona alternativ əlamət deyilir.
Ədədi qiymətlərlə ifadə olunmuş əlamətlər kəmiyyət əlamətləri adlanır. Məsələn, insanın yaşı, neft hasilatı, taxıl istehsalı və s. Öyrənilən hadisənin ayrı-ayrı vahidlərində müxtəlif qiymətlər alan əlamətlər variasiya edən adlandırılır. Məsələn, müəssisədə işçilərin aldığı əmək haqqı – variasiya edən əlamətdir. Belə ki, onun qiyməti ayrı-ayrı işçilər üzrə fərqlənir. Variasiya edən əlamətinin öyrənilən hadisənin ayrı-ayrı vahidlərində aldığı qiymət variant adlanır.Konkret statistik tədqiqatda əlamətlər əsas (mühüm) və ikinci dərəcəli (qeyri-mühüm) əlamətlərə ayrıla bilər. Öyrənilən hadisələri bilavasitə xarakterizə edən, onların mühüm xüsusiyyətlərini əks etdirən əlamətlərə əsas əlamətlər deyilir. Öyrənilən hadisələrin daxili məzmunu ilə bağlı olmayan əlamətlərə isə ikinci dərəcəli əlamətlər deyilir. Eynicinsli məcmunun tərkibindəki əlamətin fərdi qiymətlərinin müxtəlifliyinə əlamətin variasiyası deyilir. Əlamətin variasiyası dedikdə, əlamətin dəyişməsini başa düşmək lazımdır. Əlamətin variasiyası müxtəlif amillərin birgə təsiri nəticəsində baş verir.Əlamətin variasiyasını ölçmək, onu müəyyən etmək statistik tədqiqatın mühüm vəzifəsidir.Sosial – iqtisadi hadisələrin əlamətlərinin variasiyasının həcminin ölçülməsi və öyrənilməsi mühüm nəzəri və təcrübi əhəmiyyətə malikdir.


1.Variasiya haqqında anlayış.

Statistika elminin göstərici ilə sıx bağlı olan mühüm kateqoriyalarından biri əlamət anlayışıdır. Statistikada əlamət dedikdə öyrənilən hadisəyə xas olan və onu digər hadisə lərdən fərqləndirən xassə başa düşülür. Bəzən statistik göstərici və öyrənilən hadisənin əlaməti anlayışları eyni­ləş­dirilir. Nəzərə almaq lazımdır ki, statistik göstəricidə öyrənilən hadisənin keyfiyyət və kəmiyyət tərəf­ləri birlikdə ifadə edilmiş olur. Öyrənilən əlamət isə hadisənin yalnız keyfiyyət xüsusiyyətini əks etdi­rir. Statistik tədqiqat zamanı öyrənilən keyfiyyət əlaməti kəmiyyət qiyməti alır və statistik göstərici olur.


Ədədi qiymətlərlə ifadə olunmuş əlamətlər kəmiyyət əlamətləri adlanır. Məsələn, insanın yaşı, neft hasilatı, taxıl istehsalı və s. Öyrənilən hadisənin ayrı-ayrı vahidlərində müxtəlif qiymətlər alan əlamətlər variasiya edən adlandırılır. Məsələn, müəssisədə işçilərin aldığı əmək haqqı – variasiya edən əlamətdir. Belə ki, onun qiyməti ayrı-ayrı işçilər üzrə fərqlənir. Variasiya edən əlamətinin öyrənilən hadisənin ayrı-ayrı vahidlərində aldığı qiymət variant adlanır.Konkret statistik tədqiqatda əlamətlər əsas (mühüm) və ikinci dərəcəli (qeyri-mühüm) əlamətlərə ayrıla bilər. Öyrənilən hadisələri bilavasitə xarakterizə edən, onların mühüm xüsusiyyətlərini əks etdirən əlamətlərə əsas əlamətlər deyilir. Öyrənilən hadisələrin daxili məzmunu ilə bağlı olmayan əlamətlərə isə ikinci dərəcəli əlamətlər deyilir. Eynicinsli məcmunun tərkibindəki əlamətin fərdi qiymətlərinin müxtəlifliyinə əlamətin variasiyası deyilir. Əlamətin variasiyası dedikdə, əlamətin dəyişməsini başa düşmək lazımdır. Əlamətin variasiyası müxtəlif amillərin birgə təsiri nəticəsində baş verir.Əlamətin variasiyasını ölçmək, onu müəyyən etmək statistik tədqiqatın mühüm vəzifəsidir.Sosial – iqtisadi hadisələrin əlamətlərinin variasiyasının həcminin ölçülməsi və öyrənilməsi mühüm nəzəri və təcrübi əhəmiyyətə malikdir.
Eynicinsli məcmunun tərkibindəki əlamətin fərdi qiymətlərinin müxtəlifliyi əlamətin variasiyası adlanır. Məsələn, hər hansı bir müəssisədə fəhlələrin aylıq əmək haqqı, istehsal tapşırığının yerinə yetirilməsi arasındakı fərq, ayrı-ayrı əkin sahələrindən götürülən məhsul arasındakı fərq və s. əlamətin variasiyasına misal ola bilər.
Əlamətin variasiyası dedikdə, əlamətin dəyişməsini başa düşmək lazımdır. Əlamətin variasiyası müxtəlif amillərin birgə təsiri nəticəsində baş verir.

Statistika müşahidəsi nəticəsində əldə edilən məlumatların işlənilməsinin tərkib hissələrindən biri də paylanma sıraların qurulmasıdır. Paylanma sıralarının qurulmasında əsas məqsəd tədqiq edilən sosial-iqtisadi hadisələrin əsas xassələrin və qanunauyğunluqlarını müəyyən etməkdir. Statistik qrupların kəmiyyət və keyfiyyət əlamətinə görə təşkilinə müvafiq olaraq, iki tip paylanma sıralarını bir-birindən fərqləndirirlər:



  1. Atributiv paylanma sıraları;

  2. Variasiya paylanma sıraları.

Keyfiyyət əlaməti üzrə qurulmuş sıraları atributiv paylanma sıraları adlandırılır. Kəmiyyət əlaməti üzrə qurulmuş sıraları isə variasiya paylanma sıraları adlandırırlar. Eynicinsli məсmunun ayrı-ayrı vahidlərinin kəmiyyət əlamətlərinin fərdi qiymətləri bir-birindən fərqlənir. Əlamətin fərdi qiymətlərindəki bu müxtəliflik variasiya adlanır. Əlamətin fərdi qiymətlərinə variantlar deyilir.



Yüklə 242,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin