87
"Varlıq" jurnalı ilk nömrəsindən
bugünədək mövqeyini
dəyiĢmədən böyük tarixi vəzifəni yerinə yetirməklə milli
ictimai fikrə nur çilədi, onun hərəkətverici qüvvəyə çevril-
məsinə güclü təkan verdi. Cənubi Azərbaycanda, eləcə də
Ġranın ayrı-ayrı əyalətlərində yaĢayan azərbaycanlıların
milli-mənəvi özünüdərk və milli oyanıĢına ciddi təsir
göstərən, sözün həqiqi mənasında böyük ictimai-siyasi və
ədəbi məzmun kəsb edən "Varlıq" jurnalının bu gün təd-
qiqata cəlb olunması təqdirəlayiq hadisədir.
Son illər Cənubi Azərbaycan ədəbiyyatını araĢdıran,
dövri mətbuatını araĢdıran, dövri mətbuatda bir sıra
dəyərli məqalələr çap etdirən Pərvanə Məmmədlinin "Var-
lıq" jurnalını tədqiqat obyekti seçməsi təsadüfi deyildir.
"Varlıq" jurnalı uzun illərdir ki,, Azərbaycan Ģifahi və
yazılı ədəbiyyatını tədqiq və təbliğ edir. Onun baĢlıca apa-
rıcı ana xətti, istiqaməti: Ģifahi xalq ədəbiyyatının toplan-
ması, nəĢri, təbliği ilə yanaĢı, klassik və müasir ədəbiyy-
atın ayrı-ayrı nümunələrinin, eləcə də ədəbi-tənqidi
məqalələrin verilməsi olmuĢdur ki, bunun ana dili, milli
mədəniyyəti, elmi-ictimai fikri və tarixi qadağan olunmuĢ
xalq üçün nə demək olduğu aydınlaĢır.
Dostları ilə paylaş: