və (2) Sistem tam simmetrik olduqda bu tənliklər aşağıdakı şəklə düşür: (3)



Yüklə 269,41 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü269,41 Kb.
#34771
1   2
Elektrik olcmeleri 9

a)
b)
olduğunu nəzərə alaraq gücün ani qiymətin üç halda təsvir etmək olar.

Sistem üçbucaq qoşulduqda da həmin nəticələri almaq olar. Beləliklə üçnaqilli üçfazalı sistemin ani gücü yalnız iki təşkiledicinin cəmi kimi ifadə oluna bilər.

Gücün ani qiymətindən orta qiymətinə (aktiv gücə) keçdikdə alinar:

(5)

(6)

(7)

Burada: , və s. həmçinin , –xətti gərginlik və cərəyan- ların təsiredici qiymətləri: , və s. isə uyğun cərəyan və gərginliklər arasindaki faza sürüşmə bucaqlarıdır

Yuxarıda deyilənlərə uyğun olaraq üçfazalı sistemin enerjisi üçün də ifadələr yazmaq olar.

(1) (7) tənliklərindən görünür ki, üçfazalı cərəyanda gücü və enerjini ölçmək üçün bir cihaz (vattmetr və ya sayğac), iki və ya üç cihazdan istifadə oluna bilər. Sistem tam simmetrik olduqda (3), (4) ifadələrinə əsasən bir cihaz metodunu tətbiq etmək olar. Qeyri-simmetrik sistemli üçfazalı üç naqilli cərəyan dövrələrinə (5) (7) ifadələrinə əsasən iki cihaz metodundan istifadə olunur. Ümumi halda, o cümlədən dörd naqilli qeyri-simmetrik sistemdə (1), (2) ifadələrinə görə üç cihaz metodundan istifadə olunur.



Bir cihaz metodu. Qeyd olunduğu kimi bir cihaz metodundan simmetrik, yəni fazalarının yükü, eləcə də cərəyan və gərginlik vektorları arasindaki faza sürüşmə bucağı eyni və gərginlikləri tam simmetrik olan sistemlərdə istifadə olunur. Əgər qəbuledicilər ulduz birləşibsə və sıfır nöqtəsi varsa, onda birfazali vattmetri şəklinə görə qoşmaq və onunla bir fazanın gücünü ölçmək olar. Bütün sistemin gücünü müəyyən etmək üçün vattmetrin göstərişini üçə vurmaq lazimdir.

Qəbuledici üçbucaq birləşdikdə də gücü bir vattmetrlə ölçmək olar: lakin bu halda vattmetrin ardıcıl dolağını fazalardan birinə qoşmaq lazımdır. Əgər qəbuledicilər sıfırı olmayan üçbucaq və ya ulduz halında birləşiblərsə, o halda vattmetr süni sıfır nöqtəli birləşir. Süni sıfır nöqtəsi bir vattmetr və iki əlavə və aktiv müqavimətləri olduqda yarana bilər. Bu halda = = şərti ödənilməlidir. Burada - vattmetrin paralel sarğacının müqavimətidir).

Süni sıfır nöqtəsinin müqavimətlərindəki , və gərginliklərinə , və -ə nəzərən faza gərginlikləri kimi baxmaq olar. Yükün faza gərginlikləri və faza cərəyanlari arasindaki bucaqlar φ ilə işarə olunmuşdur. və , həmçinin və vektorlari arasindakı bucaqlar 30 dərəcəyə bərabər olduğu üçün vattmetrin paralel dövrəsinə tətbiq olunan gərginliyi vektoru ilə ardicil dolaqdaki = + cərəyan vektoru arasindaki bucaq da -yə bərabər olacaq. Deməli vattmetrin göstərdiyi güc:



.

olduğu üçün olacaqdir, yəni vattmetr bir fazanin gücünü göstərəcəkdir. Bütün sistemin gücünü almaq üçün bu göstərişi üçə vurmaq lazımdır. Qəbuledicini ulduz birləşdirdikdə də həmin nəticə alınacaqdır.



İki cihaz metodu. Bu metod qeyri-simmetrik üçnaqilli üçfazalı cərəyan dövrələrində tətbiq olunur. Qeyri-simmetrik sistemdə ayrı-ayrı fazaların gücü müxtəlif olur. (5 7) tənliyinə əsasən vattmetrləri üç sxemdən birinə görə qoşmaq olar. Məsələn: aşağıdakı şəklində vattmetrlər (6) tənliyi nə uyğun olan sxem üzrə qoşulmuşdur.

Burada:


vattmetri -

vattmetri -

gücünü göstərəcəkdir. Üçfazali sistemin gücünü almaq üçün vattmetr- lərin göstərişlərini toplamaq lazimdir. Qəbuledicini ulduz birləşdirdikdə də həmin nəticə alinacaqdir.

Qəbuledicini ulduz və üçbucaq birləşdirdikdə (5) və (7) tənliklərinə uyğun sxemlər və vektor diaqramlari tərtib etmək olar. Bütün bu hallarda vattmetrlərin göstərişlərinin cəmi üçnaqilli sistemin gücünə bərabərdir.

Əgər tam simmetriklik olduğu, yəni faza cərəyanları, gərginlikləri və bucaqlarinin (φ) bərabərliyi fərz edilərsə, onda alinir: və . Bu halda (5) ilə müəyyən olunan üçfazali dövrənin gücü belə ifadə oluna bilər:

(5.8)

Yalniz =0 olduğu halda vattmetrin göstərişləri eyni işarəli və bərabər olacaqdir:

Gücü iki vattmetrlə ölçdükdə üçfazalı dövrənin ümumi gücünü tapmaq üçün vattmetrlərin göstərişlərini cəbri cəmləmək lazımdır.



Üç cihaz metodu. Sıfır naqili olduqda qəbuledicilər ulduz birləşibsə, yəni sistem üçfazalı dördnaqilli və qeyri-simmetrikdirsə, aşağıdakı şəkildə sxemə görə qoşulmuş üç vattmetrdən istifadə olunmuşdur. Sistemin tam gücü vattmetrlərin göstərişlərinin cəbri cəmi kimi müəyyən olunur.


Yüklə 269,41 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin