22
Ümumiyyətlə, ikilik say sisteminin yaranmasını və tətbiqini
təkcə kompüter texnikası ilə bağlamaq düz olmazdı. Ikilik say
sisteminin meydana gəlməsi və inkişafı riyaziyyat tarixinin
maraqlı səhifələrindəndır. Ikilik say sistemində hesab əməllərinin
yerinə yetirilmə qaydaları ilk dəfə Leybnis tərəfindən verilmişdir.
Lakin ikilik say sistemi XX əsrin 30-cu illərinə qədər yalnız
nəzəri məsələlərin həllində istifadə olunurdu. Sadə quruluşlu və
etibarlı mexaniki hesablama maşınına tələbat ikilik say sisteminin
əməli tətbiqi üçün təkan oldu. Bu say sistemi ilə işləyən ilk
mexaniki hesablama maşınları Fransa və Almaniyada yaranmışdır.
Dostları ilə paylaş: