73
sistemində setup proqramı, istifadəçi interfeysi və s. komponentlər
daha da təkmilləşdirilmişdir.
Windows 98 sistemində yeni kompüter qurğularının
qoşulması və idarə edilməsi prosesi avtomatlaşdırılmış və
intellektuallaşdırılmışdır
(konfiqurasiyanın
və
enerji
ilə
qidalanmanın idarə edilməsi, Win32-drayver modeli,
bir neçə
monitorun qoşulması və s.).
Windows 98 sistemindən başlayaraq reallaşdırılmış Plug and
Play texnologiyası kompüterin resurslarının, ona qoşulmuş
qurğuların düzgün işləməsinə, onların avtomatik təyin edilməsinə,
quraşdırılmasına və ya silinməsinə, diaqnostikasına və fəaliyyətinə
nəzarət etməyə imkan verir. Belə ki, kompüter yükləndikdə ona
yeni qoşulan qurğu avtomatik olaraq tanınır, qurğunun bütün
lazımi drayverləri yüklənir və ya onların
yüklənməsi üçün
istifadəçiyə müraciət olunur və bu məqsədlə ekranda zəruri
məlumatlar çıxır.
Plug and Play texnologiyası Windows 98-in elektrik
qidalanma parametrlərindən istifadə edir və onları nizamlayır.
Nasazlıq yarandığı zaman hadisələr jurnalında onlar haqqında
sistem tərəfindən qeydlər aparılır.
Bunlardan əlavə, kompüter şəbəkələri ilə iş sahəsində
Windows 98 sisteminin tərkibinə yeni protokolları
daxil
edilmişdir: NDIS 5.0, Windows Sockets 2.0 (Win Sock 2.0),
RSVP protokolou, ISDN-lə iş, çoxkanallı PPP, PPTP (virtual
xüsusi şəbəkə protokolu), DFS (paylanmış fayl sistemi) və s.
Windows NT
sistemi kompüter şəbəkələrinin yaradılması
üçün zəruri imkanlara malikdir. Bu sistemdə «klient-server»
texnologiyasına əsaslanan bir çox şəbəkə protokolları
reallaşdırılmış və serverlər üçün zəruri olan proqram təminatı
onun tərkibinə daxil edilmişdir. Windows NT həm işçi stansiya,
həm də serverlərdə istifadə üçün nəzərdə
tutulmuş iki variantda
(Windows NT Workstation
və Windows NT Server) hazırlanaraq
istifadəyə verilmişdir. Kompüter şəbəkələrində, eləcə də
Internetdə müxtəlif xidmətlərin qurulması
və həyata keçirilməsi
74
üçün müvafiq server proqramları Windows NT Server
komplektinə daxildir. Windows NT sistemi istifadəçilərin idarə
olunması, onların sistemə əlavə edilməsi, pozulması, səlahiyyət və
hüquqlarının dəyişdirilməsi, sistem resurslarına girişlərin
məhdudlaşdırılması və s. imkanlara malikdir.
Bundan əlavə,
sistemdə təhlükəsizlik, o cümlədən informasiya təhlükəsizliyi
məsələlərinin həlli yüksək səviyyədə nəzərə alınmışdır.
Windows 2000
əməliyyat sistemi Windows 95/98 və
Windows NT sistemlərinin bir çox xüsusiyyətlərini özündə
birləşdirir, ümumi görünüşünə və yerinə
yetirdiyi funksiyalara
görə Windows 95/98 sisteminə, şəbəkə, təhlükəsizlik və digər
imkanlarına görə isə Windows NT sisteminə daha yaxındır.
Hazırda Windows 2000 sisteminin bir neçə variantı istifadə
olunur:
Dostları ilə paylaş: