V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   44
Gasimov-informatika-darslik (1)

Windows sisteminin 
əlavələri
adlanır. Windows mühitində Windows əlavələri ilə 


72 
yanaşı MS DOS əməliyyat sisteminin proqramları, əlavələri və 
tətbiqi proqramları da istifadə oluna bilər.
Qeyd olunduğu kimi, Windows sistemi pəncərələrlə işləyir. 
Yüklənən hər bir proqram yeni pəncərədə açılır. Sonrakı 
paraqraflarda pəncərələr haqqında geniş danışılacaq, lakin burada 
qeyd etmək lazımdır ki, bütün pəncərələr eyni quruluşa və 
funksiyaya malikdirlər. Növündən asılı olmadan hər bir 
pəncərənin qrafik cəhətdən oxşarlığı ilə yanaşı onlar arasında 
funksional baxımdan da uyğunluq olur. Belə ki, pəncərədə 
proqramların imkanlarını müəyyən edən, iyerarxik açılan, 
proqramın funksiya və rejimlərini yerinə yetirən, eləcə də müxtəlif 
parametrlərini təyin edən bəndlərə və altbəndlərə malik menyü 
olur.
Proqramın işi və ondan çıxış menyü vasitəsilə idarə olunur. 
Lakin bəzi daha tez-tez istifadə olunan funksiyalar pəncərədə və 
ya klaviaturada olan hər hansı düymələrə «bağlanır» və onların 
basılması ilə yerinə yetirilir. Proqram işləyən zaman sistem hər 
hansı səhvi və ya digər xidməti informasiyanı məlumat pəncərəsi 
vasitəsilə ekrana çıxarır.
Hazırda fərdi kompüterlərdə Windows 95, Windows 98, 
Windows 2000, Windows NT və Windows XP sistemlərindən 
daha çox istifadə olunur. Bu sistemləri qısaca aşağıdakı kimi 
xarakterizə etmək olar. 
Windows 95
əməliyyat sistemi fərdi kompüterlərdə, evdə, 
kiçik müəssisələrdə, dövlət müəssisələrində istifadə üçün nəzərdə 
tutulmuş, rahat interfeysə, multimediya imkanlarına, xidməti 
proqramlara malik universal sistemdir. Windows 95 sistemi sadə, 
vahid istifadəçi interfeysi, çoxməsələlik, kompüterin qurğularının 
diaqnostika edilməsi və s. kimi xüsusiyyətlərə malikdir. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin