“Rəbb” kəlməsinin mənası nədir?
“Rəbb” sözü ərəb lüğətində bir işin idarə edilməsini birisinə tapşırmaq və bu işin taleyi onun əlində olmasına deyilir. Əgər ərəb dilində evin sahibinə, uşağın dayəsinə və əkinçiyə “Rəbb” deyilirsə, bu ona görədir ki, bu işlərin taleyi, ixtiyarı və idarə olunması onun əlindədir. Bizim həyatımız, ölümümüz, ruzimiz, bağışlanılmağımız, taleyimiz Allahın ixtiyarında olduğuna görə Onu “Rəbb” adlandırırıq. Əgər bu kimi işlərin başqa bir kəsin öhdəsində olmasını təsəvvür etsək, onda onu “Rəbb” təsəvvür etmiş olarıq. Və bu əqidə ilə də onun önündə sitayiş etsək, ona ibadət etmiş hesab olunuruq.
Daha açıq desək, ibadət və sitayiş bəndə olmağın bir növüdür. Yəni həqiqi bəndə özünü varlığa, ölüm-dirimə, ruzi-bərəkətə, məğfirətə1, şəfaətə2, ümumiyyətlə qanunlara /Tövbə surəsi, 31-ci ayə/ sahib olan malikə (varlığa) təslim edir.
Dostları ilə paylaş: |