Vergi qanunvericiliyi


Elektron vergi hesab fakturaları. Bəyannamələrin verilməsi və ƏDV-nin ödənil-məsi



Yüklə 0,64 Mb.
səhifə13/16
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#43485
1   ...   8   9   10   11   12   13   14   15   16
9 movzu EDV

Elektron vergi hesab fakturaları. Bəyannamələrin verilməsi və ƏDV-nin ödənil-məsi


Elektron vergi hesab-fakturaları VM maddə 176 cixarilib

 

.



 

Bəyannamələrin verilməsi və ƏDV-nin ödənilməsi VM maddə 177

 

1. Vergi ödəyicisi borcludur:



  • vergi orqanına hər hesabat dövri üçün ƏDV-nin bəyannaməsini verməyə;

  • bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə.

2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir.

Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsidə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

3. Yalnız malların idxalı üzrə vergi ödəyicisi olan şəxsə yuxarıda qeyd edilənlər tətbiq edilmir.

4. Vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada gömrük orqanları tərəfindən hesablanır və alınır.

5. Qeydiyyat Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə  elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir.

6. ƏDV dövlət büdcəsinə ödənilir.

  .



  1. ƏDV üzrə hesabat dövrü. Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məblə-ğindən artıq olduqda, büdcə ilə münasibətlər. Vergi ödəyicilərinin məsuliyyəti və vergi orqanlarının nəzarəti. Əvəzsiz köçürmələr olduğu halda ƏDV-nin kompensasiya edilməsi

 

ƏDV üzrə hesabat dövrü VM maddə 178

 


təqvim ayı

ƏDV üzrə hesabat dövrü sayılır.

 

Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, büdcə ilə münasibətlər. VM maddə 179

 Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır.

Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.

Müəyyən məbləğlərin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda vergi və ya gömrük orqanları həmin məbləğlərin vergilərin tutulması üçün müəyyən edilmiş qaydada qaytarılmasını tələb etməlidir.

 Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

Vergi ödəyicilərinin məsuliyyəti və vergi orqanlarının nəzarəti VM maddə 180

 1. ƏDV-nin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsi üçün, həmçinin bəyannamələrin vergi orqanlarına müəyyən edilmiş müddətlərdə verilməsi üçün vergi ödəyiciləri və onların vəzifəli şəxsləri AR-nın vergi qanunvericiliyinə uyğun olaraq, ƏDV-nin tutulması gömrük orqanlarının səlahiyyətinə aid olduqda isə AR-nın gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

2. Vergitutmanın idarə edilməsi Vergi Məcəlləsinə və AR-nın gömrük qanunvericiliyinə uyğun olaraq vergi orqanları və gömrük orqanları tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

 

 Əvəzsiz köçürmələr olduğu halda ƏDV-nin kompensasiya edilməsi VM maddə 181



 AR-nın tərəfdar çıxdığı beynəlxalq müqaviləyə uyğun olaraq beynəlxalq təşkilatın, yaxud xarici hüquqi və ya fiziki şəxsin əvəzsiz köçürmələri ilə ödənilmiş malları alan və yaxud işlərin və ya xidmətlərin nəticələrini həmin əsaslarla əldə edən şəxs vergi orqanına elektron vergi hesab-fakturaları verərkən, həmin mallara, işlərə və ya xidmətlərə görə ödənilmiş ƏDV-ni vergi orqanına ərizə verdiyi vaxtdan 45 gün ərzində geri almaq hüququna malikdir.


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin