Axtarış sistemləri vasitəsilə yeni müştərilərin qazanılması - ənənəvi pərakəndə ticarət, əsasən, malın markası və müştəri ilə münasibətlərə əsaslanır. E-kommer- siyada isə müştərilər hətta heç vaxt eşitmədikləri saytlara keçməklə istədiklərinin ən sərfəlisini əldə edə bilərlər. Məhz bu cəhət bir çox e-kommersiya şirkətləri üçün əsas dönüş nöqtəsi olmuşdur.
Xərclərin azalması - E-kommersiyanın ən nəzərəçarpacaq üstünlüyü onun az xərc tələb etməsidir.
Bəzən xərclərin aşağı olması müştəriyə də məhsul satışı zamanı endirimlər təqdim etməyə imkan verir. Aşağıda e-kommersiya vasitəsilə xərclərin necə azalmasına mi- sallar verə bilərik:
Reklam və marketinq;
Təkmil axtarış sistemləri, bir anda ödə və sosial şəbəkələr reklam üçün kifayət qədər əhəmiyyətli hesab oluna bilər.
İşçi heyəti;
E-kommersiyada sifarişlərə nəzarət, ödəmələr, ehtiyyatların idarə olunması və digər əməliyyat proseslərinin avtomatlaşdırılması işçi sayının azaldılmasına şərait yaradır.
Əmlak;
E-kommersantı üçün fiziki hansısa bir məkanın olması vacib deyildir.
Dostları ilə paylaş: |