Məhsul axtarışının asanlığı - E-kommersiya saytlarında müştəri saytda axtarış sistemləri vasitəsilə öz seçimini daha da genişləndirə bilər. Hətta bəzi veb saytlar müştərinin seçimlərini yaddaşda saxlamaq imkanları da vardır.
Səyahət vaxtı və xərclərin məhdudlaşdırılması - Ənənəvi ticarətdə müştərinin öz istədiyi məhsulu almaq üçün uzaq məsafələri qət etməsi adi bir haldır.
Müqayisəli alışın-veriş təqdim edilməsi - E-kommersiya müqayisəli alış-verişi asanlaşdırır. Bir neçə onlayn ticarət saytları vardır ki, onlar müştəriyə ona sərf edən qiymətə ən yaxşı seçimi əldə etməyə imkan verir.
E-kommersiya alış-veriş sövdələşmələri, kuponlar və qrup alış-verişlərinə imkan yaradır - Əgər ənənəvi ticarətdə sizin bir mağazada şirəyə, digər mağazada isə kon- fetə endirim kuponunuz varsa hər birində endirimdən istifadə etmək üçün yarıca həmin mağazalara getməlisiniz, e-kommersiyada buna ehtiyac yoxdur.
Dostları ilə paylaş: |