Verici elektron-şüa cihazları



Yüklə 16,28 Kb.
tarix24.07.2023
ölçüsü16,28 Kb.
#137342
elektronika 6

Verici elektron-şüa cihazları




Verici elektron-şüa cihazları (verici televiziya borusu) işıq təsvirlərini televiziya videosiqnalına çevirirlər.Bu cihazlar verilən təsviri qəbul edən,əsas giriş elementi və uyğun olaraq verici televiziya kameralarının əsas qurğusudur.Cihazın iş prinsipi fotoeffekt hadisəsinə əsaslanır və iki mərhələdən ibarətdir.Birinci mərhələdə işıq təsvirinə uyğun olaraq potensial relyefi şəklində elektron təsviri yaradılır.İkinci mərhələdə isə bu təsvirin elementləri nizamlı şəkildə kommutasiya olunur.Beləliklə, bu cihazlar həm də fotoelektron cihazlara da aiddirlər.Xarici fotoeffekt zamanı çeviricidə işığahəssas element kimi fotokatod işlədilir.O, işıqlanma zamanı elektronlar buraxır. Daxili fotoeffekt zamanı mişeni işıqlandırdıqda onun elektrik keçiriciliyi dəyişir.
Videosiqnalın formalaşmasına görə birbaşa (ani) təsirli yükü toplayan verici elektron-şüa cihazları mövcuddur.Birinci tip cihazlarda verilən təsvirin elementar hissəciyinə uyğun olan elektrik siqnalının qiyməti işığahəssas elementin həmin anda lokal işıqlığının ani qiymətinə mütənasib olur.İkinci tip cihazlarda bütün təsvirin verilməsi zamanı işığahəssas elementin hissəciyinin işıqlanmasının inteqral qiymətinə mütənasib olur.
Bu zaman ərzində mişenin üzərində fotoeffekt sayəsində obyektin işıqlanmasına uyğun yüklərin və potensialın paylanması yaranır.
Əsas əlamətlərinə görə müasir verici elektron-şüa cihazları aşağıdakı növlərə bölünürlər:

  1. superortikonlar xarici fotoeffektdə işləyirlər.

  2. vidikinlar – daxili fotoeffektə əsaslanan iş prinsipinə malikdirlər və yükü toplayan verici elektron-şüa cihazlarıdır.

  3. supervidikonlar vidikonlardan təsvirin köçürülməsi seksiyasının olması ilə fərqlənirlər.

  4. Pirovidikonlar – vidikonlardan əsasən mişenə görə fərqlənirlər, onlarda ayrı-ayrı hissələrinin istilik şüalanmasının mişenə təsirindən yaranan temperaturdan asılı olaraq mişenin xassələrinin dəyişməsi baş verir.

  5. dissektorlar – birbaşa təsirli xarici fotoeffektə əsaslanan iş prinsipinə malikdirlər. Verici elektron-şüa cihazlarının inkişafı mövcud televiziya sistemlərinin imkanlarını təyin edir. Superortikonlar və vidikonlar sənaye televiziyasının erasını açdı.Plümbikonlar rəngli televiziya sisteminin inkişafına imkan verdi.Supervidikonlar isə kosmik aparatlarda geniş istifadə edilir.




Rentgen boruları



Rentgen boruları – rentgen şüaları almaq üçün işlədilən elektrovakuum cihazıdır. Rentgen şüalarını 1895-ci ildə Rentgen kəşf etmişdir və X-şüaları adlandırmışdır. O, elektromaqnit dalğaları şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı diapazonunda yerləşir. Rentgen borusu və bəzi izotoplar rentgen şüaları mənbəyidir.Mənbəyi radioaktiv izotoplar olan rentgen şüalarının intensivliyi rentgen borusu vasitəsilə alınan rentgen şüalarının intensivliyindən olduqca azdır. Rentgen borusunun əsas elementləri katod, anod və daxilində vakuum yaradılmış borudur. Rentgen boruları aşağıdakı xassələrə malikdirlər:

  1. katoddan elektronların çıxmasına görə - termoelektron, avtoelektron 2-ci elektron emissiyalı, həmçinin beta radioaktiv elektron mənbəli;

  2. şüalanma mənbəyinə görə fasiləsiz impuls rejimli;

  3. elektronların anod üzərinə fokuslanmasına görə - elektrostatik, maqnit və elektromaqnit;

  4. anodun soyudulması üsuluna görə - su, yağ və hava axını ilə soyudulan.

Termoelektron emissiyalı, anodu su ilə soyudulan elektronların fokuslanması elektrostatik üsulla aparılan rentgen borularından daha çox istifadə olunur. Anod olaraq Au, Ag, Ti, Cr, Fe, Co, Ni,Cu, W Mo-dən istifadə edilir.
Kəsilməz rentgen spektri sürətli elektronların hədəf atomları ilə toqquşması nəticəsində yaranır. Tormozlanma rentgen spektri bütöv spektrdir, rentgen borusunda anodla katod arasındakı potensiallar fərqini artırdıqda bütöv spektrin intensivliyi azalır və bunun fonunda xətti spektr yaranır. Xətti spektr hədəf atomunun ionlaşması hesabına olur. Rentgen şüaları gözlə görünmür. Adi işığa nisbətən rentgen şüasının udulma əmsalı çox kiçikdir, metaldan, qeyri-metaldan və üzvi toxumlardan ibarətdir.Onlar bu zaman eyni məsafədə müxtəlif mühitlərdə yayılarkən mühit tərəfindən müxtəlif cür udulur. Bu səbələrdən rentgen şüalarından texnikada və tibbdə çox geniş istifadə olunur. Rentgen şüaları həmçinin atomun, molekulun və kristalın quruluşunu təhlil etməyə imkan verir.

Yüklə 16,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin