Cədvəllər (Tables) – VB-nın əsas obyektidir. Müxtəlif tipli verilənlərdən təşkil olunmuş sətr (yazı) və sütunlardan (sahə) ibarətdir. Bir VB-da çoxlu cədvəl yaradıla və saxlanıla bilər. Açar sahə vasitəsilə cədvəllər arasında əlaqə yaradılır.
Sorğular (Queries) – dəyişənləri verilən şərt əsasında seçməyə və dəyişməyə imkan verir.
Formalar (Forms) – informasiyaya baxmağa və redaktə etməyə imkan verir.
Səhifələr (Page) – fayllarıHTML formatında olan Access dəyişənlərinə İnternet Exrlorer veb brauzerinin (veb səyyahının) köməyi ilə baxmağa imkan verir.
Hesabatlar (Reports) — informasiyaları ümumiləşdirməyə və çap etməyə imkan verir.
Makroslar (Macros) – əmrlər vasitəsilə bir neçə əməliyyatı avtomatik yerinə yetirməyə imkan verir.
Modullar – iş prosesində bəzi əməliyyatları Access-in makrokomandaları vasitəsilə yerinə yetirmək mümkün olmur. Bu halda Visual Basic for Applications (VBA) dilində proseduralar təşkil etmək olar. Belə əməliyyatlar modullar şəklində təşkil olunur.
Access VB bir və ya bir neçə cədvəldə saxlanılır. Cədvəllərdə hər sətr bir yazı (запис), hər sütun isə sahə (поле) adlanır. Сədvəllərdə yazılan verilənlər сədvəllər haqqında informasiya ilə birgə VBfaylında saxlanılır. Bu fayl .mdb genişləndiricisinə malikdir.
Versiyalar
1993 Access 2.0 — Windows (Office 4.3)
1995 Access 7 — Windows 95 (Office 95)
1997 Access 97 (Microsoft Office 97)
1999 Access 2000 (Microsoft Office 2000)
2001 Access 2002 (Microsoft Office XP)
2003 Access 2003 (Microsoft Office 2003)
2007 Microsoft Office Access 2007 (Microsoft Office 2007)
2010 Microsoft Office Access 2010 (Microsoft Office 2010)
2012 Microsoft Office Access 2013 (Microsoft Office 2013)
2015 Microsoft Office Access 2016 (Microsoft Office 2016)
2018 Microsoft Office Access 2019 (Microsoft Office 2019)