Vestfaliya sulhu



Yüklə 19,42 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü19,42 Kb.
#41203
1   2   3   4   5
Almaniya-Avstriya

Fridrix Vilhem

XVII əsrin II yarısında Brandenburq Prusiya kürfürüstlüyü öz sərhədlərini xeyli genişləndirir. Böyük kürfürüst adlanan Fridrix Vilhelmin dövründə (1640-1688) O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. “Membra unis kapitis” adlanan siyasət yeritdi. Mahiyyət etibarilə ittifaqın üzvü hissəsi mənasını verir. Dövlətin ayrı-ayrı hissələri özlərinin vahid bir siyasi sistemin üzvləri kimi qəbul etməyə başladı. Ayrı-ayrı şəhərlərin və zadəgan mülklərinin imtiyazları azaldılırdı. Sərt idarəetmə sistemi yaradılırdı. idarəçiliyin bütün pillələrində nəzarət və hesabat prinsipi təyin edilirdi. Digər uğurlu addımı isə ölkənin müharibədən sonra dağılmış ərazilərin bərpası məqsədilə edilən tədbirlər idi. O, öz ölkəsinin ərazisini bütün qaçqınlara, sərgərdar dolaşan əsgərlərə, hətta soyğunçulara acıq elan etdi. Dini təqiblərdən qacan Hollandiyadan yəhudiləri və katolikləri, Fransadan hugenotları, Almaniyanın katolik dövlətlərindən lüteranları Brandenburq kürfürstlüyi onlar üçün sığınacaq idi. 29 oktyabr 1685-ci ildə Potsdam edikdi ilə bütün kolonistlərə ticarətdə imtiyazlar və güzəştlər, 10 il müddətində vergilərdən azad edilmələrini və sexlərə pulsuz qəbul edilmələrini bəyan etdi. İstehlak olunan bütün məhsullara aksiz tətbiq edildi. Dövlətin gəliri 40 min talerdən 1,5 mlna qədər artdı. Ordu 37 min nəfər oldu.

1650-1651-ci illərdə Brandenburq ilə Neyburq arasında Yulix müharibəsi baş verdi. 1655-1661-ci illərdə I Fridrix Vilhelm İsveç-Polşa müharibəsində iştirak etdi. İsveç ilə imzaladığı sazişlərə (Labiau müqaviləsi, 20 noyabr 1656-cı il) əsasən, X Karl Prussiya üzərində Hohensollernlərin tam suverenliyini tanıdı. Polşa ilə yaxınlaşdı və 1657-ci ildə onunla Velau müqaviləsini imzaladı. Polşa kralı Hohensollerlərin Prussiya üzərində tam hakimiyyətini tanındı. 1675-ci ildə Fransaya qarşı müharibəyə qoşuldu. Fransanın tərəfində müharibəyə qoşulan İsveç Brandenburqa hücum etdi. Avstriyanın davranışı səbəbindən Brandenburq 1679-cu il iyunun 29-da Fransa ilə imzaladığı Sen-Jermen sülh müqaviləsi ilə ələ keçirdiyi bütün əraziləri məğlub olmuş düşmənə verməli oldu. Sonuncu ərazi uğrunda müharibəsi Sileziya uğrunda idi.


Yüklə 19,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin