İkinci nəsil — (1959-1963).Kompüterlərin ikinci nəsli tranzistorların yaradılması ilə bağlıdır. Tranzistorlar elektron lampalarına nəzərən daha kiçik və az enerji sərf edirdi. Tranzistorların iş etibarlılığı və emal sürəti yüksəkdir. Tranzistorların kəşfi ilə yanaşı həmin dövrdə kompüterlərin inkişafına təsir edəcək, başqa istiqamətlərdə də irəliləyiş var idi. Xarici yaddaş vasitələri kimi maqnit lenti və diski perfokartı əvəz etdi. Maqnit yaddaşlar daha yüksək sürətli müraciəti təmin edir. Onların informasiyanı saxlama sıxlığı xeyli yüksəkdir.
Üçüncü nəsil— (1964-1979). 1960-cı illərin ortalarında kompüter texnologiyasında çox əhəmiyyətli bir hadisə baş verdi. Ayrı-ayrı tranzistorlar inteqral sxemlə əvəz olundu. İnteqral sxem çox kiçik bir lövhədə minlərlə tranzistoru yerləşdirməyə imkan verirdi. Bu kiçik lövhələr çip adlanır. İnteqral sxemlər tranzistorlara nisbətən daha etibarlı və sürətli idi. Maqnit nüvəli yaddaşlar öz yerini yeni texnologiyaya-metal oksidli yarımkeçirici yaddaşa verdi. Yaddaşın informasiya saxlama gücünün və emal sürətinin artması əməliyyat sistemlərinin inkişafına səbəb oldu. Yüksək sürətli çiplər minikompüterlərin və mikrokompüterlərin yaradılmasına təkan verdi. İlk rabitə peykləri buraxıldı. Mikrodalğa vasitəsilə və koaksial kabeldən istifadə etməklə telekommunikasiya sistemlərinin inkişafına yeni mərhələyə qədəm qoydu.
Dördüncünəsil — (1979-cu ildən indiyə kimi).Bu nəslin kompüterlərin məntiqi əsasını çox yüksək sıxlıqlı inteqral sxemlər təşkil edir. Bu sxemlərdə yüz minlərlə, milyonlarla tranzistorun funksiyası əhatə olunur. Dördüncü nəsil həm də mikroprosessorların meydana gəlməsi ilə bağlıdır. Mikroprosessorlar yaddaş, məntiq və idarəetmə qurğusunu ehtiva edən çipdir. Bu dövrdə yarımkeçirici yaddaşların tutumunu daha da artırmaq və onlara müraciət sürətini yüksəltmək mümkün olmuşdur. Texnologiyanın yüksək sürətlə inkişafı kompüterlərin qiymətinin də kəskin aşağı düşməsinə gətirib çıxartmışdır.Apple,İBM PC kimi fərdi kompüterlər meydana gəlmiş və çox tezliklə geniş yayılmışdır. Dördüncü nəsil kompüterlərin proqram təminatı da xeyli inkişaf etmişdir.
Beşinci nəsil — Bu nəsil kompüterlərin əsas əlaməti Fon Neymanın"əmrlər selini idarəetmə" prinsipindən fərqli olaraq "verilənlər selini idarəetmə"prinsipinə əsaslanan arxitekturalı prosessorlardan isti- fadənin nəzərdə tutulmasıdır.Beşinci nəsil kompüterlər süni intellekt prinsiplərinə əsaslanır.
Altıncı nəsil — Bu nəsil kompüterlərdə informasiyanın işlənməsinin insan beynində olduğu kimi həyata keçirilməsi məsələsi tədqiqatçılar arasında böyük marağa səbəb olmuşdur. Nəticədə çox mikroprosessorun («neyron»un) birgə işləyəcəyi kompüterlərin yaradılması nəzərdə tutulur. Mikroprosessorların informasiyanı təhlil etmə sürətləri neyronunkuna nisbətən aşağı olmasına baxmayaraq onların birgə işləməsi nəticəsində hazırlanacaq kompüterlərin məhsuldarlığını xeyli artırmaq mümkün olacaqdır. Bu nəslə aid olan optik elementlər əsasında yaradılan kompüterlərə də böyük ümidlər bəslənir. Elmi tədqiqatlar əsasında nəzəri hesablamalar göstərir ki, optik kompüterlər bir saniyə ərzində yüzlərlə trilyon əməliyyat yerinə yetirə biləcəklər. Bu nəslə aid hazırlanan kompüterlərdə digər istiqamət molekulyar biologiyanın tətbiqi ilə bağlıdır. Belə kompüterlərin tərkibində molekulyar və molekul qruplarından istifadə etmək nəzərdə tutulur.