Vii L e m I l L



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

1948,  10  mart  –  SSRİ  Nazirlər  Sovetinin  “Ermənistan  SSR-dən 

kolxozçuların  və  başqa  azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz 

ovalığına  köçürülməsi  ilə  əlaqədar  tədbirlər  haqqında”  754  saylı  qərarının  qəbul 

edilməsi 



378 

 

1948, iyun – Xarici Dillər İnstitutunun yaradılması 



1948, 11 noyabr – Mingəçevir şəhərinin salınması 

1949, 7 may – SSRİ Nazirlər Soveti tərəfindən “Azərbaycan SSRİ-də dəniz 

neft  yataqlarının  kəşfi  və  işlənməsini  üzən  vasitələrlə  təmin  etmək  haqqında” 

qərarın qəbul edilməsi 

1949,  31  oktyabr  –  SSRİ  Nazirlər  Sovetinin  “Azərbaycan  SSR-də  dəniz 

neft  yataqlarının  kəşfi  və  istismara  verilməsi  işinin  yaxşılaşdırılması  tədbirləri 

haqqında” qərarının qəbul edilməsi 

1949, noyabr – Neft daşları rayonunda ilk dəniz neft quyusunun qazılması 

1949, 21 noyabr – Sumqayıt şəhərinin salınması 

1950,  7  iyun  –  SSRİ  Nazirlər  Soveti  “Xırda  kolxozların  iriləşdirilməsi 

haqqında” qərarın qəbul edilməsi 



1950, 1 noyabr – Bakıda Azərbaycan Politexnik İnstitutunun açılması 

1950,  30  noyabr-9  dekabr  –  Moskvada  Azərbaycan  ədəbiyyatı  və 

incəsənəti günlərinin keçirilməsi 



1951,  10  sentyabr,  1951,  oktyabr  –  Azərbaycan  Respublikası  Sülhü 

Müdafiə Komitəsinin yaradılması; Bakı mahud kombinatının işə düşməsi 



1951 -  Qaradağ sement zavodunun işə salınması 

1952,  19  dekabr  –  M.F.Axundov  adına  Azərbaycan  Dövlət  Pedoqoji 

İnstitutunun təşkil edilməsi 



 1952, 15 iyul – “Kirpi” jurnalının nəşrə başlaması 

1952  –  Helsinkidə  keçirilən  V  Yay  Olimpiya  oyunlarında  azərbaycanlı 

güləş  ustası  Rəşid  Məmmədbəyovun  Azərbaycan  idman  tarixində  ilk  olimpiya 

çempionu (gümüş medalçı) olması 

1952,  15  avqust  –  Sumqayıt  sintetik  kauçuk  zavodunun  ilk  növbəsinin  işə 

salınması 



1952, 31 dekabr – Sumqayıt boru-prokat zavodunda ilk məhsulun istehsalı 

1953, 1 aprel – Yeni Bakı Neftayırma zavodunun istismara verilməsi 

1954, 10 yanvar – Mingəçevir SES-in işə düşməsi 

1954, 16 yanvar – İ.D.Mustafayevin Azərbaycan KP MK-nın Birinci katibi 

seçilməsi 



1954,  31  iyul  –  SSRİ  Nazirlər  Soveti  və  Sov.İKP  MK-nın  “1955-1960-cı 

illlərdə  Azərbaycan  SSR-in  kənd  təsərrüfatını  daha  da  inkişaf  etdirmək  tədbirləri 

haqqında” qərarının qəbul edilməsi 

1954 – Şüvəlanda “Şimal DRES”in istifadəyə verilməsi 

1954 – Horadiz qəsəbəsində pambıqtəmizləmə zavodunun tikilməsi 

1955, 8 mart – Sumqayıt alüminium zavodunun istifadəyə verilməsi 

1956, 14 fevral – Bakı telestudiyasının işə düşməsi 

1957, 27 mart – Azərbaycan qadınlarının II qurultayının açılması 


379 

 

1957,  11  aprel  –  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  fərmanı  ilə  partizan 

Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi 

1957, iyun – Azərbaycan Xalq Təsərrüfatı Şurasının (AXTŞ) yaradılması 

1957, iyul – SSRİ Nazirlər Soveti və Sov.İKP MK-nın “Azərbaycan SSR-in 

dağlıq,  dağətəyi  və  sərhəd  rayonları  kolxozlarına  kömək  göstərmək  haqqında” 

qərarının qəbul edilməsi 

1958, yanvar – “Göyərçin” jurnalının nəşrinə başlaması 

1958,  31  mart  –  SSRİ  Ali  Sovetinin  “Kolxoz  quruluşunu  daha  da  inkişaf 

etdirmək  və  maşın-traktor stansiyalarını  yenidən təşkil etmək haqqında” Qanunun 

qəbul edilməsi 

1959,  iyul  –  V.Y.Axundovun  Azərbaycan  KP  MK-nın  Birinci  katibi 

seçilməsi 



1959  –  Əli-Bayramlıda  yeni  istilik-elektrik  stansiyasının  tikintisinə 

başlanması 



1959, 5 noyabr – Bakı şin zavodunun işə düşməsi 

1960 – Mingəçevir pambıq-parça fabrikinin istismara verilməsi 

1960  -  Bakı-Tbilisi-Yerevan  magistral  qaz  kəmərinin  tikintisinin  başa 

çatması 


1961, yanvar – “Elm və həyat” jurnalının nəşrinin başlanması 

1962 – Bakı-Krosnovodsk gəmi-bərə yolunun açılması 

1962,  may  –  M.Ə.Sabir  poeziyası  günlərinin  hər  il  keçirilməsi  ənənəsinin 

qoyulması 



1964,  29  may  –  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  qərarı  ilə  Azərbaycan 

SSR-in Lenin ordeni ilə təltif edilməsi 



1964 – Bakıda “Qız qalası” muzeyinin açılması 

1965 – Bakı Dəniz Neft və Qaz Yataqları Kəşfiyyatı İdarəsinin yaradılması 

1965,  sentyabr  –  Azərbaycan  Xalq  Təsərrüfatı  Şurasının  (AXTŞ)    ləğv 

edilməsi 



1967 – Yevlax-Bərdə-Ağdam dəmir yolu xəttinin istismara verilməsi 

1967, yanvar – “Ulduz” jurnalının nəşrə başlaması 

1967, 30 noyabr -  Bakı metropoliteninin ilk 6 stansiyasını işə salınması 

1968, 1 sentyabr – Əli Bayramlı DRES-in istifadəyə verilməsi 

1969, yanvar – “Qobustan” jurnalının nəşrə başlaması 

1969,  14  iyul  –  H.Ə.Əliyevin  Azərbaycan  KP  MK-nın  Birinci  Katibi 

seçilməsi 



1970, yanvar – Bakıda “Sovet türkologiyası” jurnalının nəşrə başlaması 

1970, 17 aprel – Bakı metropoliteninin “Ulduz” stansiyasının açılması 

1970,  23  iyul  –  Sov.  İKP  MK  və  SSRİ  Nazirlər  Sovetinin  “Azərbaycan 

SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərarının verilməsi 



380 

 

1970, 2 oktyabr- SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan 

SSR-in Oktyabr İnqilabı ordeni ilə təltif edilməsi 

1971, mart – Bakıda dəniz vağzalının açılması 

1971,  20  iyun  –  C.Naxçıvanski  adına  respublika  orta  ixtisaslaşdırılmış 

İnternat məktəbinin təşkil olunması 



1971, 15 sentyabr – Bakının suya olan tələbatını təmin etmək üçün Kür su 

kəməri inşasının başa çatması 



1971, 9 oktyabr- Şərifzadə adına aktyor evinin açılması 

1972, 6 iyun – Bakıda N.Nərimanovun heykəlinin açılması 

1972,  3-10  oktyabr  –  Azərbaycanda  ZSFSR  ədəbiyyatı  və  incəsənəti 

günlərinin keçirilməsi 



1972,  6  noyabr  -  Bakı  metropoliteninin  “Əzizbəyov”,  “Avrora”  və 

“Neftçilər” stansiyalarının açılması 



1972,  25  noyabr-  Bakıda  Şıx  çimərliyi  yaxınlığında  “Xalqlar  dostluğu” 

parkının salınması 



1972, 11 dekabr - Respublika sarayının istifadəyə verilməsi 

1972,  29  dekabr  -    SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  qərarı  ilə 

Azərbaycan SSR-in Xalqlar Dostluğu ordeni ilə təltif edilməsi 



1973,  9  may  –  Mehdi  Hüseynzadənin  Bakıda  heykəlinin  açılışı  1973,  5 

iyun – Xudat Konserv zavodunun işə düşməsi 

1973, 27 noyabr- Azərbaycan bəstəkarlarının IV qurultayının açılması 

1974, 12 aprel – Bakıda II Ümumittifaq kino festivalının açılışı 

1974, 9  may  –  77-ci  Azərbaycan  milli  diviziyasının  şərəfinə  Sevastopolda 

qoyulmuş abidənin açılması 



1974, 31 may – Azərbaycan teatrının 100 illiyi yubileyinin təntənə ilə qeyd 

edilməsi 



1974,  5  iyun  –  Xankəndi  Pedaqoji  İnstitutunun  ilk  tələbə  qəbulunun 

başlanması 



1974, oktyabr – Naxçıvanda hava limanının tikilməsi 

1975,  14  mart  –  İlk  azərbaycanlı  inşaatçı  dəstələrinin  BAM-ın  tərkibinə 

yola salınması 



1975, 15 iyun – Bakı-Xankəndi-Yerevan yeni hava xəttinin açılması 

1975, 9 iyul – Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-

də  kənd  təsərrüfatı  istehsalını  daha  da  intensivləşdirmək  tədbirləri  haqqında” 

qərarının qəbul edilməsi 

1975, 2 sentyabr -  Bakıda sayca 17-ci ali məktəb olan İnşaat Mühəndisləri 

İnstitutunun açılması 



1975, sentyabr – “Azərbaycan təbiəti” jurnalının nəşrinə başlanması 

1975, 2-8 oktyabr-  Azərbaycanda sovet ədəbiyyatı günlərinin keçirilməsi 

381 

 

1975, 6 oktyabr – Bakıda Səməd Vurğunun ev-muzeyinin açılışı 



1975, 20 noyabr – Bakıda Üzeyir Hacıbəyovun ev-muzeyinin açılışı 

1975,  25  dekabr  –  Bakı  Məişət  Kondisionerləri  zavodunun  istifadəyə 

verilməsi 



1975,  10  fevral  –  On  cildlik  “Azərbaycan  Sovet  Ensiklopediyası”nın  yeni 

nəşrinə başlanması haqqında Azərbaycan KP MK-nın qərarı 



1976, mart – H.Ə.Əliyevin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd 

seçilməsi 



1976  –  Yeni  Bakı  Neftayırma  zavodunda  (YBNZ)  ən  iri  neft  emalı 

kompleksi ELOU-AVT qurğusunun  istismara verilməsi 



1976, 8 aprel – Bakıda M.Əzizbəyovun heykəlinin açılması 

1976, 26-27 may – Azərbaycan yazıçılarının VI qurultayının keçirilməsi 

1976, 2 iyul – S.Rəhman adına Şəki Dövlət Dram Teatrının açılışı 

1976,  13  sentyabr  –  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət  Heyəti 

tərəfindən  “Azərbaycan  SSR-də  dini  birliklər  haqqında  əsasnamə”nin  qəbul 

edilməsi 

1976, 28 dekabr – Xanbulançay dəryaçasının istifadəyə verilməsi 

1976, 31 dekabr – Bakı metrosunun “Nizami” stansiyasının açılması 

1978, 21 aprel – Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi 

1978, 25 iyul – Bakıda Q.Musabəyovun heykəlinin açılışı 

1978, 22 sentyabr - Bakı şəhərinin Lenin ordeni ilə təltif olunması 

1978,  26  sentyabr-5  oktyabr  –  Ukraynada  Azərbaycan  ədəbiyyatı  və 

incəsənəti günlərinin keçirilməsi 



1978  –  Bakıda  Kosmik  Tədqiqatlar  Elm  İstehsalat  Birliyinin  fəaliyyətə 

başlaması 



1979 – Ağdam-Xankəndi dəmir yol xəttinin işə salınması 

1979,  22  fevral  –  Sov.İKP  MK  və  SSRİ  Nazirlər  Sovetinin  “Azərbaycan 

SSR-də  kənd  təsərrüfatı  istehsalını  daha  da  ixtisaslaşdırmaq,  üzümçülüyü  və 

şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” qərarının verilməsi 

1979, 4-13 iyun – Azərbaycanda Özbəkistan SSR  ədəbiyyatı və incəsənəti 

günləri 


1979, 21-25 sentyabr – Azərbaycan bəstəkarlarının V qurultayı 

1979, 2-11 oktyabr – Azərbaycanda Ukrayna SSR ədəbiyyatı və incəsənəti 

günləri 


1980, 15 mart – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Azərbaycan 

SSR-in Lenin ordeni ilə təltif edilməsi 



1980, 12 may – Cəlilabadda Cəlil Məmmədquluzadənin heykəlinin açılması 

1980, 3-11 iyun – Özbəkistanda  Azərbaycan SSR  ədəbiyyatı və incəsənəti 

günləri 


382 

 

1980,  22  iyul  –  Zaqatalada  Beynəlxalq  “Dostluq”  tələbə  düşərgəsinin 

açılması 

1980, 30 oktyabr – Bakıda respublika “Kitab evi”nin açılması 

1981, 8 yanvar  - Moskvada Azərbaycan kinosu günlərinin başlanması 

1982, 15 yanvar – Şuşada şair Molla Pənah Vaqifin məqbərəsinin açılması 

1982, 23 mart – Bakıda C.Cabbarlının abidəsinin və ev muzeyinin açılması 

1982, 10 iyun – Bakıda müğənni Bülbülün xatirə muzeyinin açılışı 

1982, 2 oktyabr – Gəncədə Nizami Gəncəvinin xatirə muzeyinin açılması 

1982, 26 oktyabr – H.Cavidin cənazəsinin qalıqlarının İrkutsk vilayətindən 

gətirilib Naxçıvanda dəfn edilməsi 



1982,  23  noyabr  –  H.Ə.Əliyevin  Sov.İKP  MK  Siyasi  Bürosuna  üzv 

seçilməklə,  SSRİ  Nazirlər  Soveti  Sədrinin  Birinci  müavini  vəzifəsinə  təyin 

edilməsi 

1982,  2  dekabr  –  K.M.Bağırovun  Azərbaycan  KP  MK-nın  Birinci  katibi 

seçilməsi 



1983, 20 aprel – Bakıda uşaqların bədii yaradıcılıq qalereyasının açılması 

1983, 30 aprel – Bakıda “Şərq bazarı” ticarət mərkəzinin açılması 

1983,  8  may  –  Lənkəranda  Sovet  İttifaqı  Qəhrəmanı  Həzi  Aslanovun 

heykəlinin açılışı 



1983, 28 iyul – Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi 

1984,  6  yanvar  –  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  fərmanı  ilə 

“Ədəbiyyat və İncəsənət” qəzetinin Xalqlar Dostluğu ordeni ilə təltif edilməsi 



1984  –  Bakıda  ağır  elektrik  qaynaq  avadanlığı  zavodunun  istifadəyə 

verilməsi 



1984, 10 fevral – Yevlax-Balakən dəmiryol xəttinin işə düşməsi 

1984, 9 iyun – Naxçıvanda H.Cavidin ev-muzeyinin açılması 

1985 – Bakı-Şevçenko (indiki Aktau) bərə yolunun açılması 

1985, 30 avqust – Bakı Dərin dəniz Özülləri zavodunun işə düşməsi 

1985, 3 sentyabr – Bakıda yeni zooparkın açılması 

1985,  dekabr  –  Sov.İKP  MK  və  SSRİ  Nazirlər  Sovetinin  “1986-1990-cı 

illərdə  Bakı  şəhər  təsərrüfatının  daha  da  inkişaf  etdirilməsi  haqqında”  qərarının 

verilməsi 

1985,  31  dekabr  –  Bakı  metrosunun  “Elmlər  Akademiyası”,  “İnşaatçılar”, 

“XI  Qızıl  Ordu  meydanı”  (indiki  “20  yanvar”)  və  “Əcəmi”stansiyalarının 

istifadəyə verilməsi 

1987,  iyun  –  On  cildlik  “Azərbaycan  Sovet  Ensiklopediyası”nın  nəşrinin 

başa çatması 



1987,  oktyabr  –  Yerevanda  “Qarabağ  Komitəsi”nin  ilk  açıq  milli-şovinist 

mitinqinin keçirilməsi 



383 

 

1987,  10  oktyabr  –  H.Ə.Əliyevin  Sov.İKP  MK  Siyasi  Bürosunun 

üzvlüyündən,  SSRİ  Nazirlər  Soveti  Sədrinin  Birinci  müavini  vəzifəsindən  azad 

edilməsi 



1988, 19 fevral – Yerevanda ilk “antitürk mitinqi”nin keçirilməsi 

1988,  19  fevral  –  Ermənilərin  Dağlıq  Qarabağa  təcavüzü  ilə  əlaqədar 

Bakıda ilk etiraz mitinqinin keçirilməsi 



1988,  20  fevral  –  DQMV  Sovetinin  sessiyasında  ermənilərin  vilayətin 

statusuna  baxılması  haqqında  Azərbaycan  SSR  Ali  Sovetinə  müraciət  qəbul 

etmələri 

1988,  22  fevral  –  Əsgəranda  azərbaycanlı  iki  gəncin  ermənilər  tərəfindən 

qətlə yetirilməsi 



1988,  28  fevral  –  Erməni  təxribatçılarının  Sumqayıtda  qanlı  fitnəkarlıq 

törətməsi 



1988,  24  mart  –  Xalqlar  arasında  nifaq  salmaq  işində  təqsirləndirilən 

“Krunq” cəmiyyətinin fəaliyyətinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 

qərarı ilə rəsmən qadağan edilməsi 

1988,  21  may  –  Ə.X.Vəzirovun  Azərbaycan  KP  MK-nın  Birinci  katibi 

“təyin” edilməsi 



1988,  21  iyun  –  DQMV  Xalq  Deputatlarının  sessiyasında  vilayətin 

Ermənistan SSR-ə birləşməsi haqqında qanunsuz qərarın qəbul edilməsi 



1988, 17 noyabr – Azərbaycan xalq hərəkatının başlanması 

1988, 24 noyabr – Bakı, Naxçıvan və Gəncə şəhərində xüsusi vəziyyət və 

komendant saatının tətbiq edilməsi 



1988,  11  dekabr  –  Azərbaycandan  Ermənistana  zəlzələ  zonasına  köməyə 

gələn  78  nəfərin  mindiyi  İL-76  təyyarəsinin  Leninakan  yaxınlığında  müəmmalı 

şəkildə qəzaya uğraması 

1989  –  Azərbaycanda  ilk  ilahiyyat  məktəbi  –  Bakı  İslam  Mədrəsəsinin 

açılması 



1989  –  Azərbaycan  Yazıçılar  Birliyi  yanında  Bədii  tərcümə  və  ədəbi 

əlaqələr Mərkəzinin təşkili 



1989,  12  yanvar  -1991,  28  noyabr  –  SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti 

tərəfindən  yaradılmış  A.Volskinin  başçılıq  etdiyi  qondarma  Xüsusi  İdarə 

Komitəsinin (XİK) fəaliyyətə başlaması 

1989,  16  iyun  –  Bakıda  yarımgizli  şəraitdə  AXC-nin  təsis  konfransının 

keçirilməsi 



1989,  23  sentyabr  –  Azərbaycan  SSR  Ali  Sovetinin  növbədənkənar 

“Azərbaycan  SSR-in  suverenliyi  haqqında”  Konstitusiya  qanununun  qəbul 

edilməsi 


384 

 

1989,  1  dekabr  –  Ermənistan  SSR  Ali  Sovetinin  “Ermənistan  SSR-i  və 

Dağlıq Qarabağı birləşdirmək haqqında” qanuna zidd qərar qəbul etməsi 

1989, 4 dekabr – “Azadlıq” qəzetinin nəşrə başlaması 

1989, 30 dekabr – Tarixi Gəncə adının özünə qaytarılması 

1989,  31  dekabr  –  Naxçıvan  MSSR-də  Araz  çayı  boyunca  Sovet  İran 

sərhədində sərhəd qurğularının etiraz əlaməti olaraq sökülməsi  



1990, 15 yanvar – SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən DQMV və 

başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi 



1990, 18 yanvar – Biləsuvar və Cəlilabad rayonlarında etiraz əlaməti olaraq 

sərhəd qurğularının sökülməsi 



1990,  19  yanvar  –  Azərbaycan  televiziyasının  enerji  blokunun  saat  19.27 

dəqiqədə partladılması 



1990, 20 yanvar – Bakıda Qanlı Yanvar qırğını 

1990,  21  yanvar  –  H.Əliyevin  Azərbaycanın  Moskvadakı  daimi 

nümayəndəliyində keçirilən izdihamlı yığıncaqda çıxışı 



1990,  22  yanvar  –  20  Yanvar  şəhidlərinin  “Dağüstü  park”da  –  “Şəhidlər 

Xiyabanı”nda dəfn edilməsi 



1990,  24  yanvar  –  A.N.Mütəllibovun  Azərbaycan  KP  MK-nın  Birinci 

katibi seçilməsi 



1990,  24  mart  –  Erməni  hərbi  hissələrinin  Qazax  rayonunun  Bağanis-

Ayrım kəndinə hücumu və dəhşətli faciə törətməsi 



1990,  19  may  –  Azərbaycan  SSR  Ali  Sovetinin  sessiyasının  Respublika 

prezidenti vəzifəsini təsis etməsi 



1990,  21  may  –  Respublika  prezidentinin  fərmanı  ilə  28  may  1918-ci  il 

Azərbaycan 

Demokratik  Respublikasının  yarandığı  günün  Azərbaycan 

dövlətçiliyinin bərpası günü kimi elan edilməsi 



1990,  11  iyun  –  Azərbaycan  SSR  Ali  Sovetinin  Ermənistanla  sərhəd  boyu 

ərazilərdə fövqəladə vəziyyət elan etməsi 



1990, 11 iyul – H.Əliyevin Moskvadan Bakıya qayıtması 

1990, 30 sentyabr – Erməni terrorçularının Xanlar rayonunda Tiflis-Ağdam 

sərnişin avtobusunda terror aktı törətməsi 



1990,  30  sentyabr  –  Azərbaycan  SSR  Xalq  deputatları  və  yerli  xalq 

deputatları sovetlərinə seçkilərin keçirilməsi 



1990,  17  noyabr  –  Naxçıvan  MSSR  parlamentinin  sessiyasında  muxtar 

respublikanın  adından  “Sovet  sosialist”  sözlərinin  götürülməsi  və  Azərbaycan 

Cumhuriyyətinin  üçrəngli  ay-ulduzlu  bayrağının  dövlət  bayrağı  kimi  qəbul 

edilməsi 



1990, 21 noyabr – Naxçıvan MR Ali Məclisində 20 Yanvar faciəsinə siyasi 

qiymət verilməsi 



385 

 

1991, 5 fevral – Azərbaycan SSR Ali Sovetinin Sessiyasında “Azərbaycan 

Respublikası” adının və üçrəngli bayrağımızın təsdiq edilməsi 

1991, 21 iyun – Həzi Aslanova (ölümündən sonra) ikinci dəfə Sovet İttifaqı 

Qəhrəmanı adının verilməsi 



1991,  31  iyul  –  Erməni  terrorçularının  Mahaçqala  yaxınlığında  Moskva-

Bakı sərnişin qatarında böyük partlayış törətməsi 



1991, 



avqust 

–  Ermənistandakı  azərbaycanlıların  sonuncu 

nümayəndələrinin rus əsgərlərinin  gözü qarşısında Nüvədidən qovulması 

1991,  30  avqust  –  Azərbaycan  Respublikası  Ali  Sovetinin  növbədənkənar 

sessiyasında  “Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyini  bərpa  etmək 

haqqında” bəyanatın qəbul edilməsi 

1991,  3  sentyabr  –  H.Ə.Əliyevin  Naxçıvan  MR  Ali  Məclisinin  sədri 

seçilməsi 



1991,  sentyabr  –  Dağlıq  Qarabağda  ermənilər  tərəfindən  qeyri-qanuni  bir 

qurum – oyuncaq “Dağlıq Qarabağ Respublikası” yaradılması 



1991,  5  sentyabr  –  Azərbaycan  Respublikası  müdafiə  Nazirliyinin  təşkil 

edilməsi (general V.Bərşadlı Müdafiə naziri təyin edildi) 



1991,  29  sentyabr  –  Paritet  əsasında  8  nəfər  iqtidar  və  müxalifət 

nümayəndələrindən ibarət Milli Müdafiə Şurasının yaradılması 



1991, 8 sentyabr – Azərbaycanda yeni prezident seçkilərinin keçirilməsi 

1991,  9  oktyabr  –  Azərbaycan  Respublikası  Ali  Sovetinin  Rəyasət  Heyəti 

tərəfindən “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” Qanunun qəbul 

edilməsi 

1991,  18  oktyabr  –  Rayonlarda,  şəhərlərdə  və  şəhər  rayonlarında  icra 

hakimiyyəti baçşısı vəzifəsinin təsis edilməsi 



1991 – Bakı İslam Mədrəsəsinin Bakı İslam İnstitutuna çevrilməsi 

1991,  18  oktyabr  –  Azərbaycan  Respublikası  Ali  Sovetinin  sessiyasında 

“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında” Konstitusiya Aktının 

yekdilliklə qəbul edilməsi 

1991, 25 oktyabr – Moskvada Nizami Gəncəvinin abidəsinin açılması 

1991, 9 noyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin dünya 

dövlətləri içərisində ilkin olaraq qardaş Türkiyə Respublikası tərəfindən tanınması 



1991,  20  noyabr  –  Azərbaycan  Respublikasının  bir  sıra  hökumət 

nümayəndələrinin,  SSRİ  Müdafiə  Nazirliyinin,  Rusiya  və  Qazaxıstan 

müşahidəçilərinin  mindiyi  vertolyotun  Martuni  rayonunda  Qarakənd  səmasında 

erməni quldurları tərəfindən vurulması 



1991,  26  noyabr  –  Azərbaycan  Respublikasının  Ali  Soveti  tərəfindən 

DQMV-nin statusunun ləğv olunması 



386 

 

1991,  26  noyabr  –  Paritet  əsasında  Ali  Sovetdə  25  nəfər  “demblok” 

nümayəndələrindən  və  25  nəfər  başqa  deputatlardan  ibarət  Milli  Şuranın 

yaradılması 



1991, 8 dekabr – 68 il, 11 ay, 7 gün, 21 saat, 19 dəqiqə yaşamış SSRİ-nin 

süqut etməsi 



1991, 8 dekabr – Müstəqil Dövlətlər birliyinin (MDB) yaradılması 

1991,  9  dekabr  –  Azərbaycanın  İslam  Konfransı  təşkilatına  üzv  qəbul 

olunması 



1991,  11  dekabr  –  Azərbaycan  Reapublikasının  dövlət  müstəqilliyinin 

Rumıniya tərəfindən tanınması 



Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin