Vii L e m I l L



Yüklə 17,94 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix03.02.2017
ölçüsü17,94 Mb.
#7304
1   ...   24   25   26   27   28   29   30   31   ...   40
§2. ELM 

 

Azərbaycan  elmi  keçid  dövründə  yeni  ciddi  çətinliklərlə  üzləşdi.  Vəsait 

çatışmazlığı,  ənənəvi  elmi  əlaqələrin  qırılması  elmin  inkişafını  xeyli  ləngitdi. 

"AXC-Müsavat  iqtidarı"  Azərbaycan  Elmlər  Akademiyasına  qərəzli  mövqedən 

yanaşır,  onun  səmərəsizliyi,  hətta  Akademiyanın  ləğv  olunması  barədə  mürtəce 

fikirlər  yayırdılar.  "Qorbaçov  rejimi"nin  törətdiyi  haqsızlıqlar,  ədalətsizliklər 

şəraitində  Azərbaycanda  1988-1992-ci  illərdə  namuslu  və  elmli  adamlara  qarşı 

qisasçılıq,  dağıdıcılıq  halları  intişar  edirdi.  Həmin  dövrdə  "Qorbaçov  rejimi"nin 

yeni əlaltıları Heydər Əliyevə, onun ailəsinə, xüsusilə  onun qardaşı, bütün şüurlu 


345 

 

həyatını  Azərbaycan  elminin  tərəqqisinə  həsr  etmiş,  Elmlər  Akademiyasında 



laborantlıqdan  akademikliyədək  şərəfli  bir  yol  keçmiş  Cəlal  Əliyevə  qarşı 

yönəlmişdi. Onun rəhbərlik etdiyi laboratoriyalar bağlanmış, qiymətli avadanlıqlar 

məhv edilmiş, mətbuatda işdən çıxarılmış layiqli alimlərin şərəfini alçaldan iftiralar 

çap  olunmuşdu.  Onlar  xalq  arasında  nüfuzdan  salınır,  hətta  repressiyalara  məruz 

qalırdılar. 

Azərbaycan  milli  elminə  daim  hamilik  etmiş  Heydər  Əliyev  respublikaya 

rəhbərliyə  qayıdandan  sonra  elm  sahəsində  mühüm  dəyişikliklər  baş  verdi.  Elmə 

dövlət  qayğısı  artdı.  1997-ci  il  yanvarın  31-də  Prezident  Heydər  Əliyev 

Azərbaycan  Elmlər  Akademiyasının  rəhbərliyi  və  aparıcı  alimlərin  bir  qrupu  ilə 

görüşərək  elm  sahəsində  mövcud  problemləri  müzakirə  etdi.

79

  "Elmin  strateji 



inkişafı  və  Azərbaycan  Milli  Elmlər  Akademiyasında  islahatların  konsepsiyası" 

hazırlandı.

80

  Alimlərin  əmək  haqqı  artırıldı.  1997-ci  ilin  fevralında  əmək  haqqı 



Elmlər Akademiyasında 50 faiz, habelə Akademiyanın həqiqi və müxbir üzvlərinin 

elmi rütbə  haqqı 10 dəfə  yüksəldi.  Sonrakı  illərdə  də  elm  sahəsi işçilərinin əmək 

haqqı  artırıldı.  2002-ci  ilin  iyul  ayından  Akademiya  əməkdaşlarının  əmək  haqqı 

orta  hesabla  iki dəfə, akademiklərin və  müxbir üzvlərin rütbə  maaşları 3 dəfədən 

çox artırıldı.

82

 



Elmlər Akademiyasının Azərbaycan elm və mədəniyyətinin inkişafında rolu 

yüksəlməyə başladı. 90-cı illərin ortalarında təkcə Elmlər Akademiyası sistemində 

35  elmi-tədqiqat  institutu  fəaliyyət  göstərirdi.  Yeni  institutlar,  o  cümlədən 

Arxeologiya  və  Etnoqrafiya  İnstitutu,  Milli  Münasibətlər  İnstitutu,  Əlyazmalar 

İnstitutu, İnsan Hüquqları İnstitutu təşkil olundu. Azərbaycan Elmlər Akademiyası 

MDB  Elmlər  Akademiyaları  Beynəlxalq  Assosiasiyası  yaradılmasının 

təşəbbüsçüsü  olmuş  və  bu  təşkilata  üzv  qəbul  edilmişdi.

83

  Təşkilat  postsovet 



respublikaları  alimlərinin  keçmiş  əlaqələrinin  bərpa  olunmasına,  yeni  elmi 

əlaqələrin  yaranmasına  imkanlar  açmışdı.  Türkdilli  dövlətlərin  elmlər 

akademiyaları  arasında  əlaqələr  yaranıb  inkişaf  etməyə  başladı.  Bu  işdə  Türkiyə 

Elmlər Akademiyasının təklifi və Avropa Birliyi nümayəndəsinin iştirakı ilə 2000-

ci  ildə  Ankarada  keçirilmiş  Türkdilli  dövlətlərin  Elmlər  Akademiyalarının  ilk 

konfransı  mühüm  addım  oldu.  Konfransda  Azərbaycan  Elmlər  Akademiyasını 

akademik C.Quliyev təmsil edirdi. O, Azərbaycan Elmlər Akademiyasının inkişaf 

yolları, perspektivləri və problemlərinə dair məruzələrlə çıxış etmişdi.

84

 

2000-ci  ilin  sonlarında  Azərbaycan  Elmlər  Akademiyasında  8226  işçi,  o 



cümlədən  3446  elmi  işçi  çalışırdı.  Akademiyanın  31  həqiqi  və  48  müxbir  üzvü 

vardı.  Elmin  müxtəlif  sahələri  üzrə  466  elmlər  doktoru  və  1965  elmlər  namizədi 

elmi-tədqiqat işləri aparırdı. 323 nəfər aspiranturada təhsil alırdı. 116 problem üzrə 

382 mövzu işlənirdi.

85

 


346 

 

1991-2001-ci  illərdə  Elmlər  Akademiyası  müəssisələrində  1644  mühüm 



nəticə  alınmış,  504  iş  istehsalata  tətbiq  olunmuş,  20  minə  qədər  məqalə  çapdan 

çıxmış,  200-ə  qədər  doktorluq,  650-yə  qədər  namizədlik  dissertasiyası  müdafiə 

edilmişdi.

86

 



Prezidentin 2001-ci il 15 may tarixli Fərmanına əsasən Azərbaycan Elmlər 

Akademiyasına  "Azərbaycan  Milli  Elmlər  Akademiyası"  statusu  verildi. 

Prezidentin  sərəncamı  ilə  Akademiya  üzvlərinin  ümumi  sayı  200  nəfər  müəyyən 

edildi.  AMEA-nın  iyun  ayının  30-da  və  noyabr  ayının  5-də  keçirilmiş  ümumi 

yığıncağında  AMEA-nın  həqiqi  və  müxbir  üzvlərinin  seçkiləri  keçirilmişdir. 

Seçkilər nəticəsində 40 ixtisas üzrə AMEA-nın üzvlüyünə 29 nəfər həqiqi üzv və 

91  nəfər  müxbir  üzv  seçilmişdir.  Fizika-riyaziyyat  və  texnika  elmləri  bölməsi 

üzrə həqiqi üzvlər: Abbasov Ə.M., Allahverdiyev C.E., Qacar Ç.Ü., Əliyev T.A., 

Əliyev  F.Ə.,  Kərimov  M.K.,  Mehdiyev  A.Ş.,  Hacıyev  A.C.,  Həşimzadə  F.M., 

Paşayev  A.M.C.,  müxbir  üzvlər:  Quliyev  Ə.S.,  Əsgərov  B.M.,  Əkbərov  S.C., 

İsgəndərov B.A., Kərimov S.Q., Mehdiyev M.F., Məlikov A.Z., Məmmədov İ.T., 

Məmmədov Y.Ə., Məmmədov F.İ., Ramazanov K.N., Tağıyev B.H., Tahirov V.İ., 

Hacıyev A.H., Hüseynov R.Ə., kimya elmləri bölməsi üzrə həqiqi üzvlər: Əliyev 

A.M.,  Məmmədyarov  M.Ə.,  Nağıyev  T.M.,  Rzayev  R.H.,  Sadıxov  K.İ.,  Seyidov 

N.M., müxbir üzvlər: Abbasov V.M., Qarayev S.F., Əzizov A.H., Əhmədov M.M., 

Kəlbəliyev Q.İ., Litfişkov Y.N., Məcidov Ə.Ə., Məhərrəmov A.M., Rüstəmov Y.İ., 

Salahov  M.S.,  Səmədova  F.İ.,  Əfəndiyev  A.A.,  Fərzəliyev  V.M.;  yer  elmləri 

bölməsi  üzrə  həqiqi  üzvlər:  Məmmədov  Ə.V.,  müxbir  üzvlər:  Abbasov  Z.Y., 

Bağırov  B.Ə.  Quliyev  İ.S.,  Quliyev  R.İ.,  Quliyev  H.H.,  Əhmədbəyli  F.S., 

İsmayılzadə  A.C.,  Kərimov  K.M.,  Məmmədov  P.Z.,  Məmmədov  R.M., 

Mustafayev  H.V.,  Həsənov  T.A.,  Həsənov  İ.S.,  Həsənov  A.H.,  Cavanşir  R.C., 

Cəlalov Q.İ., Xeyirov M.B., Xəlilov Ş.B.;  biologiya elmləri  bölməsi  üzrə  həqiqi 

üzvlər: Əliyev C.Ə., Əmiraslanov Ə.T., İnsanov Ə.B., Məmmədova S.R., Cəfərov 

M.İ., Hacıyev Y.H.,  müxbir  üzvlər:  Ağayev T.M., Babayev M.P., Qarayeva  N.İ., 

Qasımov X.M., Quliyev N.M., Qurbanov M.R., Əliyev N.N., Əliyev S.V., Əzizov 

İ.V.,  İmamverdiyev  S.B.,  Yolçuyev  Y.Y.,  Məmmədov  Q.Ş.,  Musayev  S.H., 

Sadıqov  İ.Ə.,  Salmanov  M.Ə.,  Feyzullayev  N.A.,  Cəfərov  F.İ.,  Şirinov  N.M.  və 



humanitar  və  ictimai  elmlər  bölməsi  üzrə  həqiqi  üzvlər:  Bünyadov  T.Ə., 

Vahabzadə  B.M.,  Qasımzadə  F.F.,  Eldarov  Ö.H.,  Əliyev  İ.H.,  Əfəndiyev  R.S., 

müxbir  üzvlər:  Abbasov  A.A.,  Axundov  A.A.,  Vəlixanova  N.M.,  Qarayev  Y.V., 

Qiyasi  C.Ə.,  Əliyev  A.Ə.,  Əfəndiyev  O.Ə.,  Əhmədov  Q.M.,  Kərimov  İ.S., 

Məlikov  A.C.,  Məmmədov  A.İ.,  Məmmədov  Z.C.,  Məmmədova  F.C., 

Məmmədova  R.A.,  Məmmədəliyeva  S.Y.,  Məmmədəliyev  V.M.,  Musayev  A.F., 

Muradov  Ş.M.,  Nemətova  M.S.,  Nərimanov  İ.H.,  Nəbiyev  A.M.,  Nuriyev  Ə.X., 

Rüstəmova  A.C.,  Həbibbəyli  İ.Ə.,  Hacıyev  T.İ.,  Cəfərov  N.Q.  seçilmişlər. 



347 

 

Akademik Mahmud Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti 



seçildi.

87

 



2002-ci  ilin  əvvəllərində  Azərbaycan  MEA-da  60  akademik,  175  müxbir 

üzv, 3899 elmi işçi,  451 elmlər doktoru və  1924 elmlər namizədi çalışırdı.  Elmi-

tədqiqat müəssisələrinin strukturu təkmilləşdirildi. 2002-ci ilin ortalarında bir sıra 

elmi-tədqiqat  institutları  birləşdirildi.  Naxçıvan  Muxtar  Respublikasında  elmi-

tədqiqat  qurumlarının  fəaliyyətini  gücləndirmək,  mövcud  elmi  potensialdan 

səmərəli  istifadə  etmək,  Naxçıvanın  tarixi,  arxeologiyası,  etnoqrafiyası  və  təbii 

sərvətlərinin  öyrənilməsi  üçün  daha  əlverişli  şərait  yaratmaq  məqsədilə  Prezident 

Heydər Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin 

təsis edilməsi haqqında" 7 avqust 2002-ci il tarixli sərəncamına əsasən AMEA-nın 

Naxçıvan  Bölməsi  yaradıldı.  Bölmədə  Tarix,  Etnoqrafiya  və  Arxeologiya, 

İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar institutları, Əlyazmalar 

Fondu  və  Batabat  Astrofizika  Rəsədxanası  fəaliyyət  göstərirdi.

88

  Azərbaycan 



Respublikası  Prezidentinin  "Azərbaycan  Milli  Elmlər  Akademiyasının  statusu 

haqqında"  2003-cü  il  4  yanvar  tarixli  Fərmanı  ilə  təsbit  edildi  ki,  "Azərbaycan 

Milli  Elmlər  Akademiyası  Azərbaycan  Respublikasında  elmin  inkişafını  təşkil 

edən,  dövlətin  elmi  və  elmi-texniki  siyasətini  həyata  keçirən,  Azərbaycan 

Respublikasındakı  bütün  elmi  müəssisələrin  və  ali  məktəblərin  elmi-tədqiqat 

fəaliyyətlərini  əlaqələndirən  və  istiqamətləndirən,  Azərbaycan  Respublikasını 

xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi 

təşkilatıdır".

89

  Dövlət  başçısının  Fərmanı  ilə  AMEA-nın  Nizamnaməsi  təsdiq 



olundu. 

Elmi və elmi pedaqoji kadrlar hazırlanması işini nizama salmaq üçün 1992-

ci  il  aprelin  23-də  Azərbaycan  Ali  Attestasiya  Komissiyası  (1994-cü  ildən 

Azərbaycan  Prezidenti  yanında  Azərbaycan  Ali  Attestasiya  Komissiyası)  təşkil 

edildi.

90

 Bu komissiya Ali Attestasiyalar Komissiyaları Beynəlxalq Assosiasiyasına 



üzv qəbul edildi. Respublikanın elm və təhsil müəssisələrində 140-a yaxın ixtisas 

üzrə  hər  il  70-dək  doktorluq  və  namizədlik  dissertasiyasının  müdafiəsi  üçün 

İxtisaslaşdırılmış  Şura  fəaliyyət  göstərirdi.  Bakı  ilə  yanaşı  Naxçıvan,  Gəncə, 

Lənkəran kimi şəhərlərin ali təhsil müəssisələrində də belə şuralar yaradılırdı.

91

 

2000-ci  ildə  respublikanın  137  elmi-tədqiqat  müəssisəsində  (95-i  elmi-



tədqiqat  institutu  idi)  26,4  minə  qədər  işçi  (15,8  min  elmi-texniki  fəaliyyətlə 

məşğul olan işçi), o cümlədən 1512 elmlər doktoru və 8380 elmlər namizədi vardı. 

Bununla yanaşı, 10,6 minə qədər pedaqoji işçi, o cümlədən 834 elmlər doktoru və 

5,4  min  elmlər  namizədi  dərs  deməklə  bərabər  elmi-texniki  fəaliyyətlə  məşğul 

olurdu.

92

 



Azərbaycan  elminin  maddi  bazasının  keyfiyyətcə  yaxşılaşması  yolunda 

mühüm  addımlar  atılmağa  başlanmışdı.  Elmlər  Akademiyasında  "Bakı  Qovşağı" 



348 

 

adlı  Beynəlxalq  Kompüter  Mərkəzi  təşkil  olunmuşdu.  Yeni  elektron  rabitə 



vasitələri  azərbaycanlı  alimlərə  Transavropa  tədqiqat  və  yaradıcılıq  şəbəkəsi  ilə 

əlaqə  yaratmağa  imkan  verirdi.

93

  Dünya  azərbaycanlı  alimlərin  əsərləri,  elmi 



xidmətləri  ilə  daha  yaxından  tanış  olmağa  başlamışdı.  Azərbaycanlı  alimlər 

dünyanın qabaqcıl elm mərkəzlərinin, elmlər akademiyalarının üzvü seçilmiş, elmi 

əlaqələr  xeyli  genişlənmişdi.  Xarici  elmi  mərkəzlərlə  ikitərəfli  müqavilələr 

imzalanırdı.  BMT  İnkişaf  Proqramı  ilə  əməkdaşlığa  mühüm  yer  verilirdi.  1996-cı 

ildə  Bakıda  Amerika  mesenatı  Corc  Sorosun  yaratdığı  "Soros"  Fondunun 

İnformasiya  Mərkəzi  fəaliyyətə  başladı.  Bu  fond  Respublika  Elmlər 

Akademiyasının İNTERNET ilə əlaqə yaratmasına kömək etdi, elmin inkişafı üçün 

93 qrant ayırdı.

94

 

Respublikada  ictimai  elmi  birliklər,  müxtəlif  elmi  fondlar,  mərkəzlər, 



klublar  təşkil  olunmuşdu.  Onlar  müstəqil  elmi-tədqiqat  işləri  aparır,  elmi 

konfranslar keçirir, xarici ölkə alimləri ilə əlaqələr yaradır, elmin təbliğində fəal rol 

oynayırdılar. 

Bu illərdə Azərbaycan elmi bir sıra mühüm uğurlar qazanmışdı. Riyaziyyat, 

fizika,  neft  kimyası,  geologiya  və  biologiyanın  müasir  sahələri  üzrə  yaradılmış 

elmi  məktəblər  daha  da  inkişaf  etdirilmişdi.

95 

Müasir  biologiyanın,  xüsusilə 



cəmiyyətin  qlobal  inkişafının  əsas  problemləri  -  ərzaq  təhlükəsizliyinin,  iqtisadi 

artım və yoxsulluğun aradan qaldırılması, ətraf mühitin mühafizəsi akademik Cəlal 

Əliyevin geniş diapazonlu elmi yaradıcılığının müqəddəs amalı olmuşdur. 

Azərbaycanda  fiziki-kimyəvi  biologiyanın  tədqiqatlarını  genişləndirməklə, 

Cəlal  Əliyev  molekulyar  biologiyanın,  molekulyar  genetikanın,  gen  və  hüceyrə 

biotexnologiyasının,  riyazi  biologiyanın  və  bioinformatikanın  respublikada 

inkişafının  əsasını  qoymuşdur.  Akademik  Cəlal  Əliyev  Azərbaycanda,  eyni 

zamanda,  fiziki-kimyəvi  biologiya,  o  cümlədən  biokimya,  biofizika,  molekulyar 

biologiya və gen biologiyasının tərəqqisi üçün müasir tələblərə cavab verən maddi-

texniki təməl yaratmışdır, onun təşəbbüsü və rəhbərliyi ilə yüksək səviyyəli kadrlar 

yetişmişdir. 

Akademik  Cəlal  Əliyevin  başçılığı  ilə  müxtəlif  zonalara  uyğun  aparılan 

dərin  kompleks  elmi  işlərin  nəticəsində  kənd  təsərrüfatı  bitkilərinin  70-dən  artıq 

sortu  yaradılmış  və  Seleksiya  Nailiyyətlərinin  Sınağı  və  Mühafizəsi  üzrə  Dövlət 

Komissiyasına  təqdim  edilmiş,  onlardan  20-dən  artıq  buğda  sortu 

rayonlaşdırılmışdır.  C.Əliyevin  yetişdirdiyi  "Bərəkətli",  "Əlincə",  "Qiymətli", 

"Nurlu-99" və s. buğda sortları hektardan yüksək məhsul götürməyə imkan verir. 

C.Əliyev  bir  çox  xarici  elmlər  akademiyalarının,  elmi  cəmiyyətlərin  üzvü 

seçilmişdir.  "Soros"  Fondunun  ayırdığı  qrantların  səkkizi  onun  rəhbərlik  etdiyi 

laboratoriyaya verilmişdir.

96

 


349 

 

Azərbaycan  Milli  Aerokosmik  Agentliyi  Xüsusi  Kosmik  Cihazqayırma 



Konstruktor  Bürosunda  Rusiya  Kosmik  Tədqiqatlar  İnstitutunun  sifarişi  ilə  yerin 

maqnit  sahəsinə  günəş  küləkləri  təsirini  öyrənən  nadir  aerokosmik  cihaz 

yaradılmışdı.

97

 



Azərbaycanlı astronomların tədqiqatları dünyada yüksək qiymətləndirilirdi. 

Onlar mühüm əhəmiyyəti olan mindən çox kəşf etmişdilər. AZT-8 və Üfüqi Günəş 

teleskopları  üçün  yeni  avtomatlaşdırılmış  müşahidə  sistemləri  yaradılmışdı.

98

 



Beynəlxalq Astronomlar İttifaqının qərarı ilə astroidlərdən birinə "Hüseyn Cavid" 

adı  verilmişdi.

99 

AMEA-nın  müxbir  üzvü  Əyyub  Quliyev  Günəş  sistemində  hələ 



kəşf  edilməmiş  azı  üç  planetin  olduğunu  bildirmişdi.  Azərbaycanlı  alimin 

proqnozu  özünü  doğrultmağa  başlamışdı.  Neptun-Pluton  sistemində  yeni  səma 

cismi aşkar olunmuşdu.

100


 

Azərbaycanın neft sənayesinə geniş xarici investisiyalar cəlb olunması neft, 

neft-kimya, neft-qaz quyuları qazılması və istismarı sahələrində elmi tədqiqatların 

inkişafına imkanlar açırdı. Neftçi alimlərin bu sahədəki tədqiqatları böyük elmi və 

əməli əhəmiyyətə malik idi. 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında 

"Qabaqcıl  Neft  və  Qaz  Hasilatı  Texnologiyası  Mərkəzi"  təşkil  olunmuşdu.

101

 

NATO-nun  "Sülh  naminə  elm"  Proqramı  çərçivəsində  Bakı-Supsa  neft  kəmərinin 



ekoloji  inspeksiyalarında,  beynəlxalq  təşkilatlar  tərəfindən  həyata  keçirilən 

"Səhralaşmaya  qarşı  mübarizə",  "Çirklənməyə  nəzarət"  layihələrinin  icrasında 

azərbaycanlı coğrafiyaçı alimlər fəal iştirak etmişdilər.

102


 

Azərbaycan  geofizikləri  Aşağı  Kür  çökəkliyində  beş  strukturdan  ibarət 

tektonik zona  kəşf etmiş  və  onu Heydər Əliyevin  yenidən  hakimiyyətə  qayıtması 

şərəfinə  "Qayıdış  zolağı"  adlandırmışdılar.

103 

"Şahdəniz"  yatağında  böyük  qaz 



ehtiyatları, yeni qızıl yataqları kəşf olundu. 2001-ci ildə Azərbaycan Milli Elmlər 

Akademiyası  Aşqarlar  Kimyası  İnstitutunun  apardığı  elmi  işlər  ABŞ-ın  Biznesin 

İnisiativ İstiqamətləri Beynəlxalq Təşkilatının "Qızıl Kateqoriya" mükafatına layiq 

görülmüşdü.

104

 

Azərbaycan  alimləri  informatika,  riyaziyyat,  fizika,  geologiya



 

kimya, 


coğrafiya,  biologiya,  genetika  elmləri  sahəsində  mühüm  nailiyyətlər  əldə 

etmişdilər. 

İctimai  və  humanitar  elmlər  "sovet  dövrünün  hakim"  ideologiyası 

təzyiqindən  xilas  olaraq  yeni,  özü  də  çətin,  ancaq  çox  mühüm  azad  yaradıcılıq 

dövrünə başladı. 

Bazar iqtisadiyyatı problemləri və  Azərbaycan reallıqları şəraitində onların 

təzahürü  iqtisadçı  alimlərin  tədqiqat  obyektinə  çevrilmişdi.  Bu  sahədə  iqtisadçı 

alimlərin yaradıcılığı mühüm elmi və əməli əhəmiyyət kəsb edirdi. 

Azərbaycan  tarixinin  ən  mürəkkəb  və  mübahisəli  problemlərini  şərh  edən 

əsərlər yazılmışdı. Bu əsərlər tarix sahəsində elmi fikri daha da zənginləşdirmişdi. 



350 

 

Arxeoloqlar ilk dəfə "Azərbaycan arxeoloji abidələr Bankı"nı yaratmışdılar. 



Qobustan qayaüstü təsvirləri YUNESKO xətti ilə Ümumdünya Qayaüstü İncəsənət 

Arxivinə  daxil  edilmişdi.  1999-cu  ildə  Elmlər  Akademiyası  Rəyasət  Heyəti 

nəzdində "Naxçıvan Ensiklopediyası" redaksiya heyəti təşkil olunmuşdu.

105


 2002-

ci  ildə  "Naxçıvan  Ensiklopediyası"  çap  edildi.  Həmin  ildə  Tarix  İnstitutunda 

"Azərbaycanın  tarixi  coğrafiyası",  "Müstəqil  Azərbaycan  Respublikasının  tarixi", 

"Dağlıq Qarabağın tarixi" və digər şöbələr təşkil olundu. 

Prezident  Heydər  Əliyev  tarixçi  alimlər  qarşısında  fundamental 

"Azərbaycan tarixi"nin  yaradılması kimi  mühüm  vəzifə  qoymuşdu.  Azərbaycanın 

siyasi,  iqtisadi  və  mədəni  tarixində  çox  mühüm  dövr  olan  XIX  və  XX  əsrlərin 

tarixinin  əhatəli  tədqiqi  və  nəşri  üçün  xüsusi  qrant  ayırmışdı.  Respublikanın  ən 

görkəmli tarixçi alimləri bu işə cəlb olunmuşdu. Şərqdə ilk demokratik respublika 

olmuş  Azərbaycan  Cümhuriyyətinin  tarixi  geniş  şəkildə  öyrənilməyə  başlandı. 

Tarix İnstitutunda  "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" şöbəsi təşkil edildi. 

Azərbaycanın  siyasət  və  dövlət  xadimləri,  generalları,  siyasi  partiyaları  haqqında 

yeni əsərlər meydana gəldi. 1997-ci ildə Azərbaycan EA Rəyasət Heyəti nəzdində 

yaradılmış "Azərbaycan tarixi" Baş Redaksiya Şurasının rəhbərliyi altında 7 cildlik 

"Azərbaycan tarixi" hazırlanmış və nəşr olunmağa başlanmışdı. Tarix İnstitutunda 

"Azərbaycan  XX  əsrin  əvvəllərində.  Müstəqilliyə  aparan  yollar",  "Azərbaycan 

Cümhuriyyəti,  1918-1920",  "İkinci  Azərbaycan  Respublikasının  təşkili  tarixinə 

dair", "Azərbaycan tarixi. 1920-1991" və "Azərbaycan Respublikası: əsrə bərabər 

on  il  -  1991-2001",  "XVIII  yüzillikdə  -  XIX  yüzilliyin  əvvəllərində  Osmanlı-

Azərbaycan  münasibətləri",  Azərbaycan  Tarixi  Muzeyində  "Azərbaycanda 

dövlətçilik  və  onun  rəmzləri"  kitab-albomu,  Arxeologiya  və  Etnoqrafiya 

İnstitutunda  "Azərbaycan  epiqrafik  abidələrinin  korpusu"  və  digər  əsərlər 

hazırlanıb çap olunmuşdu. 

Ermənistan  azərbaycanlılarının  soyqırımı  və  etnik  tarixi,  ərazilərdən 

deportasiyası 

haqqında  çoxsaylı  tədqiqat  işləri  aparılmış,  "Ermənistan 

azərbaycanlılarının  tarixi  coğrafiyası",  "Türklər,  azərbaycanlılar,  ermənilər:  tarixi 

həqiqətin  soyqırımı"  (bir  neçə  dildə)  (Cəlal  Əliyev  və  Budaq  Budaqov)  kimi 

dəyərli  kitablar  çap  etdirilmişdi.  Prezident  Heydər  Əliyevin  "Müstəqilliyimiz 

əbədidir"  adlı  çoxcildlik  monumental  külliyyatı  müasir  tarixin  öyrənilməsi  üçün 

çox  qiymətli  mənbədir.  Heydər  Əliyev,  Azərbaycan  tarixçilərinin  əməyini 

qiymətləndirərək,  yazırdı:  "Keçid  dövrünün  çətinliklərinə,  ağır  proseslərə 

baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə 

aça bilmiş və xalqa göstərməyə nail olmuşuq".

106

 

Tarixi  mənbələrin  toplanması  və  araşdırılması  diqqət  mərkəzində  idi. 



Respublikada  7  respublika  dövlət  arxivi,  onların  15  filialı,  Naxçıvan  MR  və  56 

rayon  dövlət  arxivi  fəaliyyət  göstərirdi.  Bu  arxivlərdə  elmin,  mədəniyyətin, 



351 

 

iqtisadiyyatın  və  ictimai  həyatın  ən  müxtəlif  sahələrini  əks  etdirən  sənədlər 



mühafizə olunurdu. 1999-cu ilin iyun ayında "Milli arxiv fondu haqqında" Qanun 

qəbul  edilmişdi.  2002-ci  il  dekabrın  2-də  Prezident  Heydər  Əliyev  "Azərbaycan 

Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Fərman verdi. Baş Arxiv 

İdarəsinin  bazasında  Azərbaycan  Respublikası  Milli  Arxiv  İdarəsi  yaradıldı. 

Arxivlərin  maddi-texniki  bazası  möhkəmləndirildi  və  arxiv  işçilərinin  sosial 

vəziyyəti  yaxşılaşdırıldı.

107 

"Yeni  siyasi  xətt",  "Azərbaycan  nefti  dünya 



siyasətində",  "Qaçqınlar"  və  digər  əsərləri,  "Qayıdış-1990-1993",  "Qəsd", 

"Azərbaycan milli dövlət quruculuğu yollarında", "Azərbaycan-93" və s. qiymətli 

sənəd və material topluları hazırlanmış, nəşr olunmuşdu. 

Şərqşünas tarixçi alimlər "Ümumi türk tarixinə giriş", "Cənubi Azərbaycan 

tarixinin  qısa  oçerkləri",  "Güney  Azərbaycan"  kitablarını  hazırlamış  və  çap 

etdirmişdilər.  Azərbaycan  tarixçiləri  1999-cu  ildə  Ankarada  nəşr  olunmuş  12 

cildlik "Osmanlı", 2002-ci ildə nəşr olunmuş 21 cildlik "Türklər", 10 cildlik "Genel 

Türk tarihi" kimi fundamental əsərlərin hazırlanmasında iştirak etmişdilər. 

"Üzeyir 

Hacıbəyov 

Ensiklopediyası", 

"Kitabi-Dədə 

Qorqud 

ensiklopediyası",  M.Füzuli  əsərlərinin  6  cildliyi,  "Azərbaycan  ədəbi  dili  tarixi" 



nəşr  edilmişdi.  "Füzuli  ensiklopediyası"  hazırlanmağa  başlamışdı.  "XIX  əsr  türk 

ədəbiyyatı  oçerkləri"  kitabı  nəşr  olunmuşdu.  Dilçilik  İnstitutunda  "Azərbaycan 

dilinin  orfoqrafik  lüğəti"  (80  min  söz),  "Azərbaycan  dilinin  izahlı  lüğəti", 

"Azərbaycan  dilinin  işgüzar  üslubu"  kitabları  hazırlanmışdı.  Akademiyanın 

Dilçilik,  Telekommunikasiya  və  İnformasiya  institutları  birlikdə  "İngiliscə-

azərbaycanca,  azərbaycanca-ingiliscə  maşın  tərcüməsi  sistemi"  hazırlamağa 

başlamışdılar.

108


 

Azərbaycan filosofları, hüquqşünasları Azərbaycan fəlsəfi fikrinin və hüquq 

elminin inkişafında mühüm rol oynamışdılar. "Azərbaycan fəlsəfə tarixi"nin birinci 

cildi çapdan çıxmışdır. "Azərbaycanın inkişaf dinamikası", "Azərbaycan: tarixi irs 

və müstəqillik fəlsəfəsi" və s. əsərlərində müasir cəmiyyətdə baş verən mürəkkəb 

proseslər dərindən təhlil olunur, fəlsəfi baxımdan mənalandırılırdı. 

Azərbaycan  memarlıq  və  sənətşünaslıq  elmlərinin  inkişafında  da  böyük 

uğurları olmuşdur. 

Elm  sahəsində  nailiyyətlər  respublikada  iqtisadiyyatın,  mədəniyyətin 

inkişafını və mənəvi həyatın zənginləşməsini sürətləndirirdi. 

 


Yüklə 17,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin