Vikipediya, açıq ensiklopediya



Yüklə 492,79 Kb.
səhifə2/3
tarix17.04.2017
ölçüsü492,79 Kb.
#14215
1   2   3

Xalça toxumaq qaydası

 (1/12) 



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4f/knopen_amt.gif/200px-knopen_amt.gif

İlmənin vurulması



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4b/azeri_carpet-maker.jpg/250px-azeri_carpet-maker.jpg

Azərbaycanlı qadın xalça toxuyur. XX əsrin əvvələri.



Xalçanın toxunması zamanı əriş və arğac ipliklərin hanada (toxuculuq dəzgahında) bir–birinə ardıcıl olaraq toxunması nəticəsində xalçaların quruluşu formalaşır, toxuculuq işi həyata keçirilir. Hal-hazırda isə müxtəlif xalçaların istehsalı üçün olduqca müxtəlif növ hanalardan(toxucu dəzgahlarından) istifadə olunur.

  • Xalçanın uzadılması;

Hananın uzadılması xalçanın toxunması zamanı əsas işlərdən biridir.Divar hanasında (dik hanada) müxtəlif ölçülü xalça-palaz məmulatı toxunduğundan onun qollarının yuxarı hissəsində açılmış yarıqlar vasitəsilə üst oxun mövqeyi dəyişdirilir və beləliklə də məmulatın boyuna müvafiq ölçüdə əriş düzümü qurulurdu. Əriş iplikləri divar (dik) hanasına, adətən, 2-3 nəfər qadın köməkli düzürdü. Onlardan ən səriştəlisi alt oxun önündə oturub əlindəki yumaqdan açdığı ərişin ilgəyini hananın qarşısında ayaq üstə dayanan qadına, o isə öz növbəsində üst oxa yaxın olan üçüncü qadına ötürürdü. Üst oxun üstündən hananın arxasına aşırılmış ilk əriş tayının ucu alt oxun önündə ağız çubuğuna bağlanırdı. Yuxarıda dayanan qadın qəbul etdiyi növbəti əriş ilgəyini üst oxun üzərindən aşırıb ikinci dəfə aşağı qaytarırdı. İkinci qadın onu alt oxun arxasından fırlatmaq üçün birinci qadına ötürür, o isə öz növbəsində ərişin ilgəyini ağız çubuğuna salırdı. Qadınların ən səriştəlisi yumaqdan çözələdiyi əriş taylarını qoşalayıb yenidən ayaq üstə dayanana, o isə özündən yuxarıdakı qadına ötürürdü. Bu qayda ilə hana oxlarına məmulatın eninə kifayət edəcək müvafiq miqdarda əriş düzülürdü. Əriş düzümü tamam olandan sonra sonuncu tayın ucu ağız çubuğunun başına bağlanırdı. Arğac ipini əriş taylarının çarpazlarının arasından keçirmək və ilmə "vurmaq", başqa sözlə, rəngli bəzək ipini bənd etmək üçün hananın qabaq tərəfinə düşən əriş tayları ağız çubuğu vasitəsilə alt-üst (erkək-dişi) olmaqla, iki qismə bölünürdü. Bundan sonra hananın orta hissəsindən bir qədər aşağıda küjü çubuğu (gücü çubuğu) və küjü (gücü) ipinin köməyi ilə ərişin qabaq tayları küjülənirdi (gücülənirdi).

  • Xalçanın toxunması;

Toxuma prosesi arğac ipinin əriş taylarının arasından keçirilməsi ilə başlanırdı. Bu məqsədlə müvafiq rəngli arğac ipləri xırda kələfcə halına salınırdı. İlk arğacın ucu ağız çubuğunun sağ kənarına bağlanandan sonra dal ağacı yuxarı qaldırılaraq əl ilə əriş taylarının üzərindən basılırdı. Bunun sayəsindəküjü ağacının (gücü ağacının) alt hissəsində əriş taylarının dal-qabaq vəziyyəti dəyişib bir-birindən azca aralanırdı (əlin sərbəst işləməsi üçün). Arğac ipi əriş taylarının arasından hissə-hissə, sağdan sola və əksinə olmaqla keçirildikcə kirkid vasitəsilə döyəcləyib aşağı yatızdırılırdı. Bir qayda olaraq, xalça-palaz məmulatının "dəhnə" adlanan "ağız" (baş) və ayaq hissələri kətansayağı bəsit toxuma texnikası ilə hazırlanırdı. Bir başa ötürülən arğac keçirmələrindən fərqli olaraq, rəngli ilmə ipləri xüsusi qaydada dolama üsulu ilə hər dəfə bir cüt ərişə bənd edilirdi. Bunun üçün sol əlin orta və şəhadət barmağı ilə, alt-üst olmaqla, bir cüt əriş tayı götürülüb müvafiq ilmə ipinin sərbəst ucu onların arasından içəri keçirilərək, əvvəlcə ərişin sol tayına dolanıb geri qaytarılır, sonra isə sağ tayın ətrafına fırladılmaqla yenidən qoşa tayların arasından bayıra çıxarılırdı. İlmə aşağı dartışdırılıb arğacın üzərinə endiriləndən sonra ilmənin ucu qarmaqlı bıçaq ilə kəsilirdi. Bu qayda ilə çeşnini əmələ gətirən bəzək ünsürlərinin tələbindən asılı olaraq, müvafiq rəngli iplə növbəti ilmələr yan-yana qoşa əriş taylarına bənd edilirdi. Bu əməliyyat toxuculuq sənətində "ilmə çalma" adlanırdı. Bir çin ilmə düzümü əriş taylarına bəndlənib qurtarandan sonra xovların ucları çəkişdirilirdi. Hər ilmə çininin üzərindən əvvəlcə sağdan sola, sonra isə soldan sağa olmaqla, bir cüt arğac keçirilib kirkit və həvə vasitəsilə döyəclənirdi. İlməni döyəcləyib bərkitmək məqsədilə üç və ya dördqat bükdərilmiş xüsusi "küjü (gücü) ipi" işlənirdi. Hər 2-3 ilmə çini hazır olandan sonra xovların ucu səriştəli toxucu tərəfindən xüsusi ilmə qayçısı ilə müvafiq uzunluqda xov saxlanılmaqla qırxılıb bərabərləşdirilirdi. İki-üç çərək toxunandan sonra üst oxun çivləri (pazları, paraları) boşaldılıb əriş taylarının düzümü sərbəstləşdirilir və məmulatın toxunmuş hissəsi vərəngalanın köməyi ilə fırladılaraq hananın alt oxunun arxasına keçirilir. Sonra çivlər (pazlar, paralar) yerbəyer edilərək bərkidilir və hana yenidən tarazlanır və toxuma prosesi bu qayda ilə davam etdirilir.

Türkbaf ilmə vurma qaydaları

 (1/2) 



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e7/noeud_turc.jpg/200px-noeud_turc.jpg

Türbaf İlmə toxuma (düyün vurma) qaydası.



Farsbaf ilmə vurma qaydaları

 (1/2) 



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b4/noeud_senneh.jpg/200px-noeud_senneh.jpg

Soldan sağa farsbaf ilmə toxuma (düyün vurma) qaydası.

Xalçaların toxunuşu zamanı vurulan ilmələr (düyünlər) əsasən iki üsulla toxunur: "Simmetrik" ("Türkbaf") və "Assimmetrik" ("Farsbaf").

"Simmetrik" ("Türkbaf") ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə (düyünə) müasir xalça elmində verilən addır.[27] Bu növ ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər.

Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.

"Assimmetrik" ilmə və ya "farsbaf" (düyün) adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ılməyə 1980-cı illərdən sonra mütəxəssislər tərəfindən verilən addır.[28] "Asimmetrik" ("Farsbaf") ilmə (düyün) farsların adı ilə bağlıdır, bu cür toxunuşu həmçinin Sennehi (Sehna) və yaxud da sadəcə fars düyünüadlandırırlar.

"Aradansalma" üsulu rəsmin və ornamentin böyük dəqiqliyi tələb olunan zaman, köhnə xalçaların restavrasiyasında, həmçinin ipək saplarla aparılan işlərdə tətbiq olunur. Əmək məhsuldarlığını artırmaq, bütün prosesi sürətləndirmək məqsədilə və istehsalın effektivliyi üçün "yandansalma" üsulu tətbiq olunur.


  • Xalçanın kəsilməsi;

Xalçaya axırıncı ilmələr vurulmaqla toxuma işi yekunlaşır. Xalçanı kəsmək (bəzi bölgələrdə bu proses hananın kəsilməsi adlandırılır) üçün hazırlıq işləri aparılır. Bunun üçün bir neçə çərək arğac ipi əriş taylarının arasından keçirilərək kirkid və həvə ilə möhkəmcə döyəcləyib aşağı oturdulmaqla bərkidilir. Sonra qayçı vasitəsi ilə əriş ipliklər kəsilir. Hərdən bir (bir neçə satimetrdən bir) arğac ipliklərin sökülməməsi üçün kəsilmiş ərişlər düyünlənir. Xalça kəsildikdən sonra geniş və təmiz bir yerə sərilərək toz və ip qırıntılarından təmizlənir.

Əl ilə toxunan əksər xalçalar zərif və elastik ipək və ya yundan hazırlandıqları üçün onlarda eninə və ya uzununa qeyri mütənasiblik-əyrilik müşahidə edilir.

Bu qüsurun aradan qaldırılması üçün xalçalar taxta döşəmələr üzərində baş və ətək, yaxud hər iki yanından yerə tarım çəkilir. Düz mərkəzindən isə köməkçi ağaclar vasitəsilə xalça qaldırılaraq bu yaranmış hündürlükdə arxa tərəfindən ütülənir və yenidən yerə tarım çəkilərək təxminən iki gün bu vəziyyətdə saxlanılır. Nəticədə xalçada müşahidə edilən əyrilik aradan qaldırılır, onun bütün sahəsi bərabər vəziyyət alır.

Xalçanın hissələri

Xalçaların çeşnisi yaddaşda qalan təsvir əsasında toxunmuş, nəbati, həndəsi , bədii üslubunda və astral, totemik, zoomorf motivlərin sistemində təzahür etmiş spesifik xüsusiyyətlərə malikdirlər. Toxunmuş xalçalar müxtəlif hissələrə bölünür və hər bir hissənin öz adı, xüsusiyyəti, xalça üzərində tutduğu yer mövcuddur. Haşiyə zolaqlarıyerlikgölbutakətəbə və s.

Haşiyə bəzəkli çərçivə daxilində, mətn ətrafında bəzəkli naxışlardır.

Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanan enli və ensiz zolaqlara deyilir.

Bütün dekorativ sənət abidələrində xüsusi ilə xalça və memarlıq sənətində geniş mövqe tutmuş naxış silsiləsindən təşkil olunmuş minlərcə kompozisiyalardan ibarətdir. İstər müstəvi, istərsə də həcmli formada olan sənət nümunələrinin bəzəyində haşiyə zolaqları böyuk rol oynayır. Bunlar sahələri çərçivələndirir, onu müxtəlif istiqamətlərdə (şaquli, üfiqi, maili) hissələrə bölür və yaxud sərbəst və bitkin bir kompozisiya kimi əşyalar üzərində mövqe tuturlar. Xalçalardakı enli və nazik haşiyələr bunlardır:


  1. "Su"lar;

  2. "Alamuncuq"lar;

  3. "Siçandişi"lər;

  4. "Mədaxil";

  5. "Zəncirə";

  6. "Balahaşiyə";

  7. "Arahaşiyə";

  8. "Çag"lar.

Göl dekorativ və tətbiqi sənət nümunələrində, o çümlədən, xalçaçılıq sahəsində geniş yayılan naxış elementlərindən biridir. Göl müxtəlif vaxtlarda və müxtəlif bölgələrdə müxtəlif cür adlandırılmışdır.Türkdilli xalqların, o çümlədən azərbaycanlıların gölə (medalyona) verdikləri addır. Xalça sənətində gölü "medalyon", "xonça", "türünc", nadir hallarda isə "tabaq", farslar isə "torənc" (torang) adlandırırlar. Kiçik ölçülü gölə (medalyona) isə "gölçə" adı verilmişdir. Göl xalçaçılıq sahəsində geniş yayılan naxış elementləri olmaqla yanaşı digər dekorativ və tətbiqi sənət nümunələrində də istifadə ounur. Gölün "kvadrat biçimli göl", "dəyirmi biçimli göl" kimi növləri vardır.

Hindistanİran və Azərbaycan ornament sənətində geniş yayılmış badama-bənzər naxış elementi olan buta xalçaçılıqda daha geniş istifadə olunmuşdur. Xalçalarda yüzdən artıq bir-birindən fərqlənən buta rəsmləri vardır: "evli buta", "arvaduşaqlı buta", "gülabdan buta", "həmli buta" və s.

İslimi Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir.

İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementlərinin formasına görə mürəkkəb olub xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İslimin ən yayılmış formaları bunlardır:



  1. Sadə islimilər;

  2. Qanadlı islimilər;

  3. Haçalı islimilər;

  4. Hörmə islimilər;

  5. Butalı islimilər;

  6. İslimibəndlik.[29] [30]

Kətəbə - ornament sənətində əsas elementlərdən biridir. Quruluşu uzunsov formalı "gölə" oxşayır. Bir qayda olaraq şer və tarixi rəqəmlər kətəbənin daxilində yazılır. Kətəbədən ən çox Təbriz xalçaçılıq məktəbinin xalçalarının hasiyələrində istifadə edilir.

Xalça xüsusiyyətlərinin analizi

Xalça xüsusiyyətlərinin analizi zamanı əsasən hər bir xalçanın üç əsas xüsusiyyəti analiz edilir: ilk istehsalı (istehsal edildiyi ərazi), bədii analizi, texniki analizi.

Xalçanın ilk istehsalı dedikdə onun ilk dəfə istehsal olunduğu ölkəbölgəqəsəbə və ya kənd haqqında məlumatlar nəzərdə tutulur. Eləcə də sonrakı dövrlərdə xalçanın istehsalı və saxlandığı muzeylər haqqında olan məlumatlarda bura daxildir.



knoopdichtheid ghom.jpg

Xalçaların bədii analizi zamanı xovlu xalçaların bədii təsviri zamanı ilk növbədə orta sahə, orta sahədə yerləşdirilmiş müxtəlif naxış və simvollar barədə, sonra isə müxtəlif endə olan bir neçə enli və ensiz zolaqdan ibarət haşiyələr haqqında geniş məlumat verilir.

İstənilən xalçanın və xalça məmulatının texniki xüsusiyyətlərinin analizi zamanı əsasən onun uzunluq və en ölçüləri göstərilir. Xovlu xalça məmulatlarda toxunmuş məmulatın hər kvadratdesimetrə, yaxud da hər kvadratmetrə düşən ilmələrin sıxlığı göstərilir. Bu halda ilmələrin (düyünlərin) sayı ilə yanaşı şaquli çəkilmiş ipliklər, yəni əriş və üfiqi çəkilən ipliklərin, yəni arğacın miqdarı da hesablanır. Bu hesablama xalça məmulatının arxa üzündə (xovsuz üzdə) aparılır.

Son dövrlərdə xalçaların xovunun uzunluğuda qeyd olunur.[31]

Xalça naxışının aydınlığı üçün uzununa və eninə düyün simmetriyası izlənilməlidir. Xalçanın astarına baxmaqla bunu asanlıqla yoxlamaq olar.

Xalça xüsusiyyətlərinin analizi üçün xalçaların ornamentrəng və kompozisiya prinsiplərini də nəzərə almaq lazımdır. Bir-birini tamamlayan bu üç amil, ümumiyyətlə xalçaların, o cümlədən Şərq xalçalarının bədii və texniki xüsusiyyətlərini tam analiz etməyə imkan verir. Hər bir xalça kompozisiya cəhətdən müxtəlif cür toxunur. Adətən xalçadan harada və hansı məqsəd üçün istifadə ediləcəyindən asılı olaraq onun ümumi kompozisiyası, ölçüsü, bəzəkləri və hətta rəngi də seçilərək boyanır. Azərbaycan xalçaları cürbəcürdür. Məsələn: a) həcmcə balaca olan namazlıq xalçaları; b) divar xalçaları; v) qonaq otaqlarını bəzəmək üçün bir neçə xalçadan ibarət dəst xalılar ölçüsünə, formasına və kompozisiyasına görə müxtəlif olur; otağın orta hissəsinə sərilmiş iri xalça (xalı), yuxarı tərəfdə yerə salınan "baş xalçaları" və ortadakı iri xalçanın yanlarında salınan "kənarə xalçaları".

Müasir xalçalar

Müasir xalçaların toxunuşu zamanı müxtəlif təbii və süni iplik materiallardan, eləcədə onların qarışığından istifadə edilir. İplik materialların seçilərkən onların kimyəvi və mexaniki cəhətdən xeyli davamlılığı, zahiri görnüşünün gözəl olması, həmçinin istehsalının sadəliyi və dəyərinin ucuz olması nəzərə alınır.

Müasir xalçaları toxumaq üçün yun qırxımından başlayaraq xalçaların yuyulmasıda daxil olmaqla bütün proseslər müxtəlif aqreqat,dəzgah və aparatlarvasitəsi ilə yerinə yetirilir.

Dəzgah üsulunda aparılan əyiricilikdə yun, ən əvvlcə didilir. Bundan sonra müxtəlif növlü yunlar yaxud yun ilə başqa liflər qatışdırılır. Sonra bu qatışıq kütlə yağlanır. Burada xüsusi emulsiya tətbiq olunur. Yağlamaqda məqsəd yun liflərinin bir–birinə dolaşmasının qarşısını almaqdan ibarətdir. Qatışdırılmış yun kütləsi sonra darayıcı maşınlara verilir. Daranmış yun ayrı–ayrı lentlərə bölünür ki, bunlar da hamar lif kütləsinə və ipliyə çevrilir. Aparat əyiriliciyi, başlıca olaraq, qısa yunu emaldan keçirir. Burada iplik nisbətən yoğun və tiftikli olur. Müasir dövrdə xalçalar əllə toxumaqla yanaşı Cakkard tipli maşınlar vasitəsilə də toxunur.[32]



"Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin (AEYİB)[33][34]"Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin[35] [36]"Lətif Kərimov adına Azərbaycan xalça sənətinin inkişafı Fondu" İctimai Birliyinin[37] və digər birlik və təşkilatların təşkili müasir Azərbaycan xalçaçılıq sənəti tarixində önəmli hadisələrdən biridir. Təşkil edilmiş bu birlik, təşkilat və fondlar Azərbaycanın qədim xalçaçılıq ənənələrinin qorunub saxlanılmasında və müasir xalçaçılığın daha da inkişaf etdirilməsində mühüm xidmətlər göstərir.

Xalça bayramı



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/85/%d0%98%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5_1153.jpg/200px-%d0%98%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5_1153.jpg

Xalçaların Novruz bayramındanümayişi

Dünyanın bir çox ölkələrində xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və yaranmış müəyyən çatışmamazlıqları aradan qaldırmaq üçün müxtəlif dövrlərdə bir çox tədbirlər həyata keçirilib. Xalçaçılıq ənənəsinin yaşadılması və qorunması məqsədilə xalça muzeyləri yaradılır, xalça sərgiləri təşkil edilir, beynəlxalq tədbirlər keçirilir.

Xalçaçılığı qorumaq məqsədilə hələ 1967-ci ildə Azərbaycanda Xalça və Tətbiqi Sənət Muzeyi yaradılıb.Azərbaycan Respublikası müstəqillik qazanandan sonra isə xalçaçılığın qorunub saxlanması və inkişafı məqsədilə qanun qəbul olunub. [38]

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 2004-cü il tarixli, 799-IIQD saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”nun altıncı maddəsinin birinci bəndinin ikinci hissəsində qeyd edilir ki, ənənəvi "Xalça bayramı" keçirilsin.[39][40]

1992-ci ildən etibarən Türkmənistan Respublikasında da rəsmi şəkildə Xalça Bayramı keçirilməkdədir. Xalçaçılıq Bayramı hər ilin may ayının sonuncu bazar günü ənənəvi olaraq Türkmənistanın Aşqabad şhərində keçrilir. Bayram keçirilən zaman böyük bir Xalça sərgisi təşkil edilir. Türkmənistan Respublikasının dövlət adamlarıda sərgidə iştirak edir. Xalçaçılıq Bayramında dünyada məşhur olan Türkmənistan xalçaları nümayiş etdirilir.[41]

Azərbaycanda xalça sənətinin inkişafı ilə əlaqədar xalça muzeyləri yaradılması, xalça sərgiləri təşkil edilməsi, beynəlxalq tədbirlər keçirilməsi ilə yanaşı digər bayram və tədbirlərdə də xalçaların nümayişi nəzərdə tutulur.

Xalça tibbdə

Toxuculuq iplikləri xalçaların xidmət müddətinə, onların gigiyenik və estetik xassələrinə çox böyük təsir göstərir. Bu səbəbdən də tibbi-gigyenik xüsusiyyətlərinə görə xalçaların iki xüsusiyyətini nəzərə almaq lazımdır: Xalçaların insan orqanizminə müsbət və mənfi təsiri.



  • Xalçaların insan orqanizminə müsbət təsiri;

Xalça rahatlığı, firavanlığı təmin edir, istiliyi qoruyur, yerimə zamanı addımlamağı rahatlaşdırır, otaqda və diğər yaşayış obyektlərində gözü oxşayaraq, insanın estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır.

Xalça haqda bir sıra elmi əsərlərin müəllifləri öz əsərlərində xalçanın insan orqanizminə müsbət təsir göstərdiyini qeyd etmişlər. Təbii boyaqlarla boyanmış, təbii ipliklərlə toxunmuş xalçalar təkcə istilik və ya gözəllik üçün deyil, həm də gözəl müalicə vasitəsidir. Bir çox ölkələrdə bəzi xəstəliklərin müalicəsi və profilaktikası zamanı xalça üzərində gəzməyi məsləhət görürlər. Ayaq altında bir çox sinir ucları yerləşir ki, xalça üzərində ayaqyalın hərəkət etdikcə həmin nöqtələr masaj olunur. Həmçinin qış mövsümündə, xüsusəndə uzun müddət çəkmələrin içərisində havasız şəraitdə qalan, tərləyən ayaqlar üçün bu üsul çox yaxşıdır. Körpə vaxtı uşaq bitkilərdən hazırlanmış boyaqlarla boyanmış, təbii iplilərlə toxunmuş xalçaya ayağını qoyarsa, xalça üzərində iməkləyər, oturar və oynayarsa sağlam böyüyər. [42],



  • Xalçaların insan orqanizminə mənfi təsiri;

Müasir xalçaların bir çoxunda toxunma zamanı texnoloji proses düzgün aparılmır və insan orqanizminə ziyanlı kimyəvi liflərlə zəngindir. Bu kimyəvi liflər insan orqanizminə öldürücü təsir göstərir. Qan-damar sisteminin zəifləməsinə, nəfəs borularına və s. mənfi təsirini göstərir. Kimyəvi birləşmələrdən hazırlanmış bu liflər güclü tozsoran vasitəsilə təmizlənərkən, naxışların itməsinə gətirib çıxarır. Bu üsulla toxunmuş xalçalar müasir xalçaçılığa mənfi təsir göstərir. [43] [44]

Bir çox sintetik xalçalar toksik hopdurmalara malikdir və güclü elektrikləşmə hiss olunur. Bu xalçalar saxlanan və satılan anbar, yaxud da dükandan lak-boya məhsullarını xatırladan kəskin iy gəlir. Otaq və anbarlarda olan hava kütləsi tam mənada yapışdırıcıdan ayrılan toksik maddələrlə zəhərlənir.

Kəskin qoxusu olan təzə xalça mağazadan evə gətirdikdən sonra onu yataq otağına salmaq olmaz. Belə xalçalar yuxusuzluq, əsəbilik və allergik reaksiyalara səbəb olur. Ona görədə yeni alınmış sintetik xalçaları bir neçə həftəlik nadir hallarda istifadə edilən otaqda və ya bağ evində açılmış vəziyyətdə saxlamaqla zəhərli iylərin müəyyən qədər çəkilməsinə nail olmaq mümkündür. [45] Divardan asılmış və ya da döşəməyə sərilmiş xalça olan otaqda çəkilən siqaret isə ən təhlükəli vəziyyətlərdən biridir. Siqareti otaqda çəkərkən təbii ki, onun tüstüsü və bu tüstü ilə ondan ayrılan zəhərli maddələr otağın içərisinə, əsasən də döşəmədəki və divardakı xalçalara hopur. Həmin otaqda uşaq və yaxud körpə yaşayır, xalçanın üzərində oynayır, iməkləyirsə bu zaman onun həyatı təhlükə ilə üz-üzə qalır.[46]

Qoyun yunu ən təhlükəli allergenlərdən biri olduğundan allergiyalı, astmalı xəstələr və uşaqlar yaşayan otaqda yun xalça və xalça məmulatlarından istifadə etmək olmaz.

Xalça dində

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f0/fachralo_kazak_prayer_rug_last_quarter_19th_c_lot_60.jpg/200px-fachralo_kazak_prayer_rug_last_quarter_19th_c_lot_60.jpg

Namazlıq xalça

Müxtəlif ədəbiyyatlarda həsir, kilim, xalça, heyvan dərisi və digər bunlara bənzər əşyalar üzərində namaz qılındığı haqqında müxtəlif məlumatlar var. Bir çox xalçalar dini mərasimlərdə, eləcə də namaz qılma mərasimində istifadə olunur. Namaz qılan zaman səcdəyə durarkən istifadə olunan xalçalar toxunarkən müxtəlif naxışlı kompozisiyalardan istifadə olunurdu. "Namazlıq xalçaları" adlandırılan belə xalçalar namaz qılma mərasimində istifadə olunduğu üçün əsasən kiçik ölçüdə hazırlanırdı. Bu səbəbdən də "Namazlıq xalçaları" xalq arasında "Namazlıq", "Çaynamaz", "Ceynamaz" (namaz qılınan yer), "Ləçəkli", "Mehrabi" ("Mehrablı"), həmçinin (əsasən də Ərəbistanda) "Səccadə" ("Səcdacadə)[47], İranda isə "Taqi", "Canamaz" adlandırılır. Müxtəlif bölgələrdə olan məscidlər və evlər üçün toxunan "Namazlıq xalçaları" burada yaşayan əhalinin İslam dövrü mədəniyyətini əks etdirir. Məscidlər üçün toxunan xalçalar ("Kollektiv Namazlıq xalçalrı") müstəsna hallarda toxunsada, evlər (ailə üçün "Ailəvi Namalıq xalçaları", bir insan üçün "Namazlıq xalçaları")[48] üçün toxunan xalçalar daha çox toxunmuşdur.[49]

Bir çox insanlar yerdə (torpaq üzərində) haram ola biləcəyindən ehtiyat edərək bundan qorunmaq üçün təkcə bayırda deyil, evdə, hətta məsciddə də xalçanın üzərində namaz qılmağı vacib hesab edirlər. Bu məqsədlə namaz qılma mərasimini xüsusi şəkildə toxunmuş "Namazlıq xalçalar" üzərində yerinə yetirərlər. "Namazlıq xalçalrı" üzərində toxunmuş naxışları din xadimləri müxtəlif cür qarşılayırlar. Bəziləri xalça üzərində namaz qılmaqda heç bir müşkül, yanlışlıq olmadığını, bəziləri xalçanın üzərində canlı varlıqların (insan, heyvan şəkli) surətlərinin, xalçanın üzərində ibadət edənin diqqətini cəlb edəcək və onu namazdan yayındıracaq bəzək və naxışların olmamasına, həmçinin torpağın üstündə namaz qılmamaq üçün hər bir kəsin xalça üzərində namaz qılmasına, digərləri isə hətta xalça üzərində namaz qılmağın düzgün olmadığı fikrini söyləyir.[50]



https://upload.wikimedia.org/wikipedia/commons/f/ff/shikhsafiazerbaijancarpet.jpg

Kollektiv namazlıq xalçası Şeyx Səfi xalçası



Əsas məqalə: Namazlıq xalçaları

Əvvəllər "Ərdəbil xalçası" adlandırılan Şeyx Səfi xalçası 1539 cu ildə Səfəvi hökumdarı I Təhmasibin sifarişi ilə Kaşani Maqsud adlı bir şəxs tərəfindən kollektiv namaz qılmaq və xeyriyəçilik məqsədi ilə "Şeyx Şəfi" məsçidi üçün toxunmuşdur. 1893 cü ildə həmin xalçanı ingilislər alaraq Londona aparmışlar.Hal-hazırda "Şeyx-Şəfi xalçası"nın orijinalı Londonda Viktoriya və Albert muzeyində saxlanılır.[51][52]

"Şeyx Şəfİ mavzoleyi" Azərbaycan və İran şiələri üçün ikinci ibadət yeri idi (birinci Məşhəddə yerləşən İmam Rza mavzoleyi hesab olunur). Ancaq xalça toxunan zaman Kaşani Maqsud ustalara xalıya öz adını və beyt yazdırmağı tapşırmışdı: "Mənim sənin kandarından savayı başqa sığınacağım yoxdur, başımı qoya biləjəyim bu evdən başqa mənim başqa məskənim yoxdur". XIV əsr şairi Hafiz Şirazinin (1300-1389) iki sətrli 65 qəzəli. Aşağıda isə "Bu evin qulu Maqsud Kaşaninin işi və rəqəm 946 (1539)" bu əlavə yamaq kimi qəbul olunur.

"Şeyx-Şəfi xalçası"nın eskizi istedadlı rəssam tərəfindən çəkilmişdir, xalça isə Təbriz xalçaçılıq məktəbinin Təbriz, bəlkə də Ərdəbil qrupunun xalça sənətkarları tərəfindən toxunmuşdur.

Hal-hazırda "Şeyx-Şəfi xalçası"nın orijinalı Londonda Viktoriya və Albert muzeyində saxlanılır. Azərbaycan xalçaçılıq mədəniyyətinin əvəzsiz incisi olan bu mükəmməl sənət əsərinin təkrar nüsxəsi yaradılmışdır. Hazırda həmin üzü köçürülmüş nücxə Azərbaycan Müasir Incəsənət Muzeyində sərgilənir.[53]

Əsas məqalə: Ərdəbil xalçası

Xalça şifahi xalq ədəbiyyatında

Xalça insan həyatında təkcə qiymətli əşya deyil, sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayılır. Xalçalar haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar deyilib, söylənib. Xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirləri, həcmcə kiçik, mənaca hikmətli ifadə olan atalar sözləri arasında xalça haqqında söylənmiş fikirlər var: "Xalına bax, xalı toxu", "Xalını xovuna sığallarlar", "Xalça salan özü oturar", "Xalçalı gəl, xalçalı get". [54]

Xalça Azərbaycan şifahi xalq ədəbiyyatındaaşıq yaradıcılığında və dastanlarımızda da mövcuddur. "Koroğlunun gözü uzağı çox yaxşı görürdü, anası onu üç yaşınadək xalça üstündə böyütmüşdü. Ayağı torpaq görməmişdi...". Bu sətirlər Koroğlu dastanındandır. Koroğlunun tək gözü iti olmayıb. Gözəl səsi, qüvvətli qolu, güclü iradəsi var idi. [55]

Şifahi xalq ədəbiyyatının lirik qolunun geniş vüsət tapan çoxçeşidli janrlarından biri olan bayatılar və sayaçı sözləri arasında xalça, gəbə haqqında nümunələrə rast gəlinir:

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/37/%d0%9a%d0%be%d0%b2%d1%91%d1%80-%d1%81%d0%b0%d0%bc%d0%be%d0%bb%d0%b5%d1%82._1919-1926.jpg/200px-%d0%9a%d0%be%d0%b2%d1%91%d1%80-%d1%81%d0%b0%d0%bc%d0%be%d0%bb%d0%b5%d1%82._1919-1926.jpg

Rus rəssamı və memarı, tarixi və folklor süjetlər ustası Viktor Vasnetsovun "Uçan xalça" əsəri.

Hanam haçaq kəsilib,
Üzü saçaq kəsilib,
Üstə çinar toxunub
Əyri budaq kəsilib.[56]

Nənəm,a dəli qoyun,


Dolanıb gəli qoyun.
Gəlinlər güzəmində
Toxuyar xəli, qoyun.[57]

Şifahi xalq ədəbiyyatının geniş yayılmış şəkillərindən biri olan və çoxvariantlılığı ilə seçilən tapmacalar arasında toxuculuq sənətinə dair müxtəlif izlər tapmaq olur. Belə ki, qədim insan toxuculuqla məşğul olmuş, ip hazırlamış, gəbə, xalı və xalça toxumuşdur. Məhz buna görədir ki, gəbə və xalça haqqında onlarca tapmaca yaranmışdır:

Tərəzi var, təngi var,
Hər bir rəngdən rəngi var.
Salıb üstə otururam,
Həngi var, ahəngi var.[58]
(Gəbə)
Hapı-hapı,
Zəncir sapı.
Dörd budağı,
Bir yarpağı.[59]
(Xalça)

Xalça xalq inamında



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/55/vasnetsov_samolet.jpg/250px-vasnetsov_samolet.jpg

Viktor Vasnetsov, "Uçan xalça", 1880-ci il.

"Uçan xalça" sözü artıq uşaqlıq illərindən hər bir kəsə tanışdır. Bu xalçaların inanılmaz dərəcədə sehirli olması Azərbaycan nağıllarında daha çox söylənilmişdir. Nağıllarda bu tip xalçaların olması barədə çox danışılmışdır, lakin indiki zamanda isə buna demək olar ki, heç kim inanmır. Müasir dövrdə təyyarələr bu əfsanəvi xalçaları əvəz etmişdir. Aparılmış tədqiqatlar nəticəsində dünya nağıllarındakı uçan xalça gerçəkləşə bilər. Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "uçan xalça" ("sehrli xalça") sınaqdan keçirilib. ABŞ-ın Prinston Universitetində bu istiqamətdə tədqiqatlar davam etdirilir. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir. Tədqiqatlar uğurla aparılarsa, gələcəkdə "uçan xalça"nın şəhərdaxili nəqliyyat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur.[60] [61] [62] [63] [64]

Yuxuda xalça görmək qazanc və dar gününüzdə sizə yardım edəcək varlı dostlara işarədir. Xalça üzərində gəzmək xoşbəxtlik və çiçəklənməyə işarədir. Yuxuda xalça almısınızsa, bu, böyük gəlirə işarədir. Əgər xalça satmısınızsa, sizi xoş və əlverişli səyahət gözləyir. Gənc qadın yuxuda xalça görübsə, bu, onun tezliklə gözəl bir ev sahibi olacağına işarədir.

Yuxuda bahalı xalçalar görmək o deməkdir ki, arzu etdiyiniz dəbdədəli həyat tərzi üçün yaranmısınız. Əgər yuxuda tez-tez xalça görürsünüzsə, bu sizin həyatda bütün arzuları həyata keçirəcəyinizə işarədir. Əgər qız yuxuda xalçalar asılmış otaq görürsə, tezliklə varlı və adlı-sanlı adama ərə gedəcək.[65][66]

Yuxuda xalça görmək – səfərə çıxmaq xəbəridir. Xalça üstündə uçmaq həm də murada yətmək nişanəsi sayılır. [67]

Azərbaycan xalçaları



Əsas məqalə: Azərbaycan xalçaları

Azərbaycan xalçaları

 (1/7) 



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5e/azerbaijanian_carpet_from_surakhani.jpg/170px-azerbaijanian_carpet_from_surakhani.jpg

Abşeron xalçaçılıq məktəbi

Azərbaycan qədim xalçaçılıq mərkəzidir. Azərbaycan xalçalarının mənşəyi Bürünc dövrünə təsadüf edir. Arxeoloji tapıntılar və yazılı mənbələrə görə, eramızdan əvvəl ikinci milleniumda Azərbaycan ərazisində yaşayan qədim insanlar müxtəlif növ xalça toxumuşlar.

Qədim sənət nümunəsi kimi Azərbaycan xalçaları bütün dünyada məşhurdur. XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilmişdir. Bu gün də Azərbaycanda müxtəlif toxunuş və ornamentlərlə zəngin olan saysız-hesabsız xalça növləri toxunmaqdadır. [68]

Azərbaycan xalçaları hər zaman toxunma prosesində yunun keyfiyyəti, boya komponentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə bir-birindən fərqlənmişdir. Bütün bunlara görə Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq bir neçə xalçaçılıq məktəbinə bölünür. Əvvəllər bu xalçaçılıq məktəbi dörd qrupa ayrılsada, sonrakı dövrlərd şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünmüşdür. Bu xalçaçılıq məktəblərinin özləri də bir neçə alt qrupa ayrılır.[69][70][71][72]

Dünyanın ən qədim xalçası



Əsas məqalə: Pazırıq xalısı

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d4/pazyrykfull.jpg/190px-pazyrykfull.jpg

2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı



XX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədimkurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı.[73] Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.

Dünyanın ən böyük xalçası



Xalçaçılıq sahəsində dünyanın ən aparıcı ölkələri xalçaları gözəlliyi, keyfiyyəti ilə yanaşı ölçüsünə görədə qiymətləndirməyə çalışmışlar. Ölçüsünə görə müxtəlif vaxtlarda müxtəlif xalçalar "dünyanın ən böyük xalçası" adını daşımışdıər. Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı, Təbriz xalçaçılıq məktəbinin şah əsəri, məşhur "Ərdəbil xalçası" uzun müddət "dünyanın ən böyük xalçası" adını daşımışdır.[74]

Müasir dövrdə İran toxuma, xüsusilə də xalçaçılıq sahəsində dünyanın ən aparıcı ölkələrindən biri kimi qəbul edilib. Ona görədə İranda müxtəlif illərdə toxunmuş "dünyanın ən böyük xalçaları" maraq doğurmuşdur.[75][76]



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə dünyada ən böyük məscidlərdən birində dünyanın ən böyük kollektiv namazlıq xalçası döşənib. İranın Xorasan şəhərində 1200 qadın tərəfindən iki ilə toxunan xalçanın sahəsi 6 min kvadratmetr, ağırlığı isə 45 tondur. Xalçanın 8 milyondollar qiyməti var və eyni vaxtda 9 min mömin bu xalçanın üstündə ibadət edə bilər. [77]

2001-ci ildə Türkmənistanda toxunulan bir xalça, "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür. Bu xalçanın çəkisi 1 ton 200 kiloqram, sahəsi isə 301 kvadratmetri idi.[78]

Bəzi ölkələrdə xalçaların böyüklüyünü rənginə görə fərqləndirirlər. Romada film festivallarının ən əhəmiyyətli ünsürlərindən biri olan qırmızı xalça seremonisi olmuşdur. Film festivalının açılışı üçün salonun girişinə dünyanın ən böyük (1300 kvadrat metrlik) qırmızı xalça sərilmişdir. [79]

Dünyanın ən nazik xalçası

Türkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində dünyanın ən nazik xalçası təqdim edilib. Əldə toxunma xalça Türkiyənin Kocaeli bölgəsinin Hərəkə kəndindən gətirilib. Əl işi "dünyanın ən nazik xalçası" kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Xalçanı toxuyan Nuray Kıvancın sözlərinə görə, xalçanın hər santimetrinə 1024 ilmə vurulub. Kıvanc onun təkcə ən nazik deyil, həm də ən yüngül xalça olduğunu deyir. Çəkisi 15 qram olan xalçanın toxunmasına gündə 10 saat olmaqla, 5 il vaxt sərf edilib.[80]

Qeyri adi xalçalar


Yüklə 492,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin