Şəkil 2.2.8. Verilənlərin saxlanması serviləri (Windows Azure Storage)
Verilələrin saxlanması servilərinə aid bir neçə nümunəyə baxaq:
Binar obyektlərin saxlanması: Ehtiyat surətlərinin, hesabatların və s.
saxlanması imkanı. Lazım olan zaman onlara cəld müraciətin təmin olunması.
Cəvəl anbarları.: Veb-əlavələrin saxlanmasının mümkünlüyü. Məsələn,
elektron kommersiya zamanı-alıcı səbətinin saxlanması və yaxud sifarişin cari vəziyyəti.
Növbələr: Veb–əlavələr Windows Azure platformasında yerləşən servisləri
çağırmaqla veb-rollar və bir və ya bir neçə əlavələr çərçivəsində tətbiqi rollar arasında kommunikasiya yaradar .
Disklər: NTFS fayl sisteminin dəstəklənməsi hesabına serverlər ənənəvi fayl
sisteminin – oxumaq/yazmaq - təmin olunması üçün istifadə olunur. Realiyasiya verilənlərinin saxlanması üçün, məsələn, lokal verilənlər bazasının buluda yerləşdirilməsi zamanı Windows Azure – SQL Azure platformasından istifadə olunması.
SQL Azure – realisiyon verilənlər bazasının Microsoft-un servis kimi təqdim olunması vasitəsidir. Verilmış server Microsoft SQL Server texnologiyalarına əsaslanır. Windows Azure –də olduğu kimi , SQL Azure –də Microsoft SQL Server-in hostinqi deyil. SQL Azure Cloud Fabric-in komponentlərinə əsaslanaraq işləyir, verilələr bazasının nümunələrini idarə edir, onların çevrilməsini, yenilənməsini, monitorinqini təmin edir və verilənlərlə işin həyat dövrü modelini dəstəkləyir.
İstifadəçilərdən sxemin yaradılması və onun dəstəklənməsi, sorğuların optimallaşdırılması və təklükəsizliyin təmin olunması məsələrinin həlli tələb olunur.
Şəkil 2.2.9. SQL Azure –un komponentləri.
SQL Azure bazasının nümunələri Cloud Fabric dəstəkləyən server infrastrukturunun çərçivəsində 3 replika kimi reallaşır. Bu kompoent yüksək ehtibarlığı, müraciəti və genişlənməni avtomatik və şəfaff replikasiya və dayanıqlığın dəstəklənməsi hesabına təmin edir. Həmiçinin, verilənlərin bütün replikalarında yüklənmənin balanslaşdırılması dəstəklənir və çox kiçik dəyişilmələr sinxronlaşdırılır.
Cloud Fabric verilənlərin dəyişilikləri/yenilənmələri zamanı bütün konfliktlərə nəzarət edir, bu zaman replikalar arasında iki istiqamətli sinxronlaşdırmadan istifadə edir. SQL Azure –nun əsas komponentləri şəkil 2.2.9.-də əks olunmuşdu..
SQL Azure SQL Server əsasında qurulmasına görə istifadəçilər verilənlərin tanış relasiyon modelini əldə edirlər. SQL Server –in nüvəsinin bütün imkanları dəstəklənir, baxmayaraq ki, SQL Azure –nin də çatışmayan cəhətələri vardır.
Dostları ilə paylaş: |