Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi



Yüklə 72,04 Kb.
səhifə4/6
tarix28.12.2021
ölçüsü72,04 Kb.
#10077
1   2   3   4   5   6
ağır vəziyyətdə klinikaya gətirmişdilər. Təcili qan 

köçürülməli idi. Həmin xəstəyə eyni qan qrupu 

olduğu üçün mənim qanımın köçürülməsinə razılıq 

verdim.  Şahidlər deyirdilər ki, professor Krause bu 

nəcibliyə heyran qalmışdı. Həmin əhvalatdan sonra  

professor Krause ilə  mənim aramda xoş ünsiyyət  

yaranmışdı”. 

M.Topçubaşov təkcə öz skalpelinin gücü, qüd-

rəti ilə deyil, lazım gəldikdə, həm də donor kimi 

xeyirxahlığı ilə  də insanları ölümün pəncəsindən 

qurtarmağı bacarırdı  və bunun bir nümunəsi vətən-

dən uzaqlarda – Almaniyada baş verdi. Bu əhva-

latdan sonra professor Krause azərbaycanlı  həkim-

lərə müraciətlə demişdi:  “Əgər Azərbaycanın indi 



sizin kimi yüz oğlu varsa, yarım  əsrdən sonra yüz 

professoru olacaqdır. Mən bütün varlığımla buna 

inanıram”. 

Alman alimi professor Krauzenin inamı doğ-

ruldu. Azərbaycan həkimləri Bakıya qayıtdıqdan 

sonra Almaniyada əldə etdikləri mükəmməl təcrübə 

onların hər birinin gələcək fəaliyyət yollarında geniş 

imkanlar açdı. M.Topçubaşov Almaniyadan qayıt-

dıqdan sonra  şəhər xəstəxanalarından birində cərrahi 

yardım göstərən ilk elmi-metodik mərkəz yaratdı.  

O, 1930-cu ildə «Malyariya mənşəli spleno-

meqaliyanın klinikası, patogenezi və  cərrahi müa-

licəsi» mövzusunda doktorluq dissertasiyası müdafiə 

edib, tibb elmləri doktoru elmi dərəcəsi və professor 

elmi adına layiq görülüb. Bundan sonra gənc alim 

Azərbaycan Tibb İnstitutunun (ATİ) Fakültə cərrah-

lığı kafedrasının müdiri seçilərək, ömrünün sonuna 

qədər (1981-ci il) həmin vəzifəni  şərəflə yerinə ye-

tirib. 

M.Topçubaşov uzun müddət cərrahi ağrısızlaş-

dırma problemi üzərində işləyib və nəhayət, istədi-

yinə nail olub. Bu sahədə apardığı elmi axtarışlar 

1937-ci ildə ona cərrahlıq praktikasına yeni, nisbə-

tən təhlükəsiz keyləşdirmə metodunu – “Analge-

zin” adlanan inyeksion efir-yağ narkozunu daxil et-

məyə imkan verib. Bu metod sadəliyinə, hazırlan-

ma və  tətbiq texnikasının asanlığına, inhalyasion 

narkoz zamanı rast gəlinən bir sıra mənfi halların – 

dərin narkoz yuxusu, qanda narkotik maddələrin 

yüksək konsentrasiyada toplanması  və s. halların 

aradan qaldırılmasına imkan verdiyinə görə, cərrah-

lar tərəfindən gündəlik praktikaya geniş tətbiq edi-

lib. Təklif edilən efir-yağ qarışığı inyeksiyalarından 



Əhliman Əmiraslanov 

189 


həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, 

tetanus, qıcolma halları zamanı müalicə və eləcə də 

doğuş proseslərində  ağrısızlaşdırma vasitəsi kimi 

istifadə edilib.  

1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlı-

ğının Elmi-Tibbi Şurasının Farmakologiya Komi-

təsinin iclasında efir-yağ qarışığının «Analgezin» 

adı altında istehsal edilməsinə icazə verilib. Bu 

metodun kəşfi və tətbiqi ilə əlaqədar olaraq 1963-cü 

ildə SSRİ Tibb Elmləri Akademiyasının A.Viş-

nevski adına Elmi-Tədqiqat Cərrahlıq  İnstitutunda 

keçirdiyi konfransda M.Topçubaşov öz kəşfi barədə 

təqdimat nitqi söyləyib və görkəmli Azərbaycan 

aliminin çıxışı alqışlarla qarşılanıb. Elə həmin kon-

fransda dünya şöhrətli alim A.Vişnevski adına mü-

kafata və diploma layiq görülüb. Leninqradda 

(Sankt-Peterburq) fəaliyyət göstərən akademik 

P.Kupriyanov M.Topçubaşovun “Analgezin” haq-

qındakı  kəşfindən danışarkən demişdir:  “...Bakı 

nefti müharibə illərində tanklarımıza, təyyarələri-

mizə  nə vermişdisə, efir-yağ narkozu da hərbi - 

səhra cərrahiyyəmizə onu vermişdir. Akademik 

M.Topçubaşovun zəhmətini başqa heç cür müqayi-

sə etmək və qiymətləndirmək olmaz”. 

Neyrofiziologiya sahəsində professor Q.Qəh-

rəmanovla  əməkdaşlıq edən akademik M.Top-

çubaşov bu sahədə xeyli tədqiqat işləri aparmış, 

yüksək nəticələrə nail olmuşdu. Professor Q.Qəh-

rəmanov belə  əməkdaşlığa və akademikin kəşfinin 

Nobel mükafatına təqdimi məsələsinə toxunaraq 

yazırdı:  “1977-ci ildə Beynəlxalq Nobel Mükafat-



ları Komitəsindən Bakıya çox sevindirici bir xəbər 

gəldi. Bu xəbər məktub  şəklində Mustafa Topçu-

başova və  mənim ünvanıma göndərilmişdi. Komitə 

təklif edirdi ki, bizə göndərdiyi anket suallarına ca-

vab yazaraq, nəşr edilmiş elmi işlərimizin siyahısı 

ilə  bərabər, dekabr ayından gec olmamaq şərtilə 

poçt vasitəsilə Komitəyə göndərək. Biz, “Davamlı 

analgeziya təbabətin və fiziologiyanın problemidir” 

adlı yenicə çapdan çıxmış kitabımızı, elmi işləri-

mizin siyahısı ilə  bərabər Komitəyə göndərdik... 

Komitədən cavab aldıqdan az sonra “Bakinskiy 

raboçiy” qəzetinin iki nömrəsində Nobelin əleyhinə 

bir məqalə  dərc olundu... Görünür, azərbaycanlı 

alimlərin Nobel mükafatı laureatları  sırasına düş-

mək ehtimalının gerçəkləşə biləcəyi ərəfədə, Nobe-

lin tənqid olunması  təsadüfi deyildi. Bu məqalə 

barədə Mustafa bəy mənə dedi ki, “Söhbət təkcə 

bizdən getmir, ancaq çox istərdim ki, Nobel müka-

fatına layiq görülənlərin siyahısına azərbaycan-

lıların da adı düşəydi”. 1978-ci ildə tibbə və fizio-

logiyaya nəzərdə tutulmuş mükafat heç kəsə veril-

mədi”. Birmənalı şəkildə demək olar ki, akademik 

M.Topçubaşov həqiqətən Nobel mükafatına layiq 

idi və  məncə,  əlavə  şərhə ehtiyac yoxdur, çünki 

Azərbaycana qarşı ikili standartların tətbiqi o dövr-

də də gündəmdə olub. 

Böyük Vətən müharibəsi illərində (1941-1945) 

professor M.Topçubaşov Azərbaycan Xalq Səhiyyə 

Komissarlığı Evakohospital İdarəsinin baş  cərrahı 

təyin edilib və bu işdə də özünü bacarıqlı təşkilatçı, 

novator-cərrah kimi göstərib. Belə ki, o, SSRİ-də 

ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılma 

və növbələşdirilməsinin təşəbbüskarı  və yaradıcısı 

olub. Müharibə illərində bundan hərbi-səhra cər-

rahlığı  işinin təşkilində müvəffəqiyyətlə istifadə 

olunub. Evakohospitallarda apardığı çoxsaylı  əmə-

liyyat və müşahidələr professora bir sıra səmərəli 

təkliflər irəli sürmək imkanı da verib. Hərbi səhra 

cərrahlığının  ən aktual problemlərindən olan insan 

bədəninə daxil olmuş metal yad cismin lokaliza-

siyası  və onun xaric edilməsi problemi üzərində 

çalışan alimin konstruksiyası  əsasında hazırlanan 

stereoskop aparatı portativliyinə  və yad cismin 

lokalizasiyasını dəqiq təyinetmə imkanına görə bö-

yük müvəffəqiyyətlə  təcrübədə  tətbiq edilib. 

M.Topçubaşov periferik sinir zədələnmələrinin 

cərrahi müalicəsində mum-parafin tubajı, ətraflarda 

əmələ  gələn və müalicəyə tabe olmayan ifliclər 

zamanı tendomioplastika, kəllə sümüklərinin krani-

oplastikası  və s. kimi böyük əhəmiyyət kəsb edən 

orijinal təkliflərinə görə respublikadan kənarda da 

böyük şöhrət qazanıb. Müharibədən sonra professor 

M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyi-

nin baş  cərrahı  vəzifəsində çalışaraq, respublikada 

cərrahi xidmətin yenidən təşkilinə bilavasitə  rəh-

bərlik edib.  

1945-ci ildə respublikanın 15 nəfər görkəmli 

elm xadimləri sırasında Azərbaycan SSR Elmlər 

Akademiyasının ilk təsisçilərindən olan alim, həm 

də, onun ilk həqiqi üzvlərindən biri seçilib. Onun 

1947-1949-cu illərdə Azərbaycan Elmi-Tədqiqat 

Kliniki və Eksperimental Təbabət  İnstitutuna rəh-

bərlik etməsi, uzun illər Azərbaycan SSR Elmlər 

Akademiyasının vitse-prezidenti vəzifəsini yerinə 

yetirməsi onun təşkilatçılıq qabiliyyətinə göstərilən 

etimadın parlaq təzahürlərindəndir.  

Akademik M.Topçubaşov beynəlxalq miqyasda  

əldə etdiyi yüksək səviyyəli nailiyyətlərinə, ixtira və 

kəşflərinin dəyərinə, səhiyyə sahəsindəki xidmətlərinə 

görə 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının 

müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilib. 

Alimin elmi-tədqiqat işlərinin əsas istiqamətini 

malyariya mənşəli splenomeqaliyanın klinikası, pa-

togenezi, profilaktikası  və  cərrahi müalicəsi, öd 

yolları  xəstəliklərinin, xərçəng xəstəliyinin cərrahi 

müalicə üsullarının işlənib hazırlanması  və prak-

tikaya tətbiqi, qarın və döş boşluğu orqanlarının 

cərrahi  əməliyyat tələb edən xəstəliklərinin diaq-

nostikası, klinikası, profilaktikası və cərrahi müali-

cəsi, neyrocərrahiyyə  və travmatologiya problem-

ləri, müasir tibbi texnologiyaların işlənib hazırlan-

ması,  əldə olunan nəticələrin səhiyyə praktikasına 

tətbiqi və s. təşkil edib.  





Yüklə 72,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin