Dərman vasitəsinin istifadəsi üzrə təlimat ( xəstələr üçün )
Vitamin B Kompleks
Vitamin B Complex
Vitamin B Complex 2ml inyeksiya üçün məhlul
Tərkibi
Təsiredici maddə: 2ml (1 ampul) məhlulun tərkibində: 20mq B1 vitamini, 2mq B2
vitamini, 2mq B6 vitamini, 30mq nikotinamid, 1 mq natrium pantotenat vardır.
Köməkçi maddəlr: dinatrium EDTA, polisorbat 80, inyeksiya üçün su.
Farmakoterapevtik qrupu
Vitaminlər. Vitaminəbənzər vasitələr.
ATC kodu: A11EA
Farmakoloji xüsusiyyətləri
Preparatın farmokoloji təsiri tərkibində olan vitaminlərin bioloji effektləri ilə
əlaqədardır.
Vit B1 (tiamin-hidroxlorid) – karbohidrat, zülal, piy mübadiləsində zəruri rol
oynayır, həmçinin sinapslarda sinirlərin qıcıqlanma prosesinlərində aktiv iştirak
edir; anemik miokardiodistrofiya zamanı miokardiositlərin metobolizmi və onların
yığılma funksiyasını yaxşılaşdırır. İnsan orqanizmində fosforlaşma prosesləri
nəticəsində Vit B1 çoxsaylı fermenttativ reaksiyaların kofermeni olan
kokarbaksilazaya çevrilir.
Vit B2 (riboflavi natrium fosfat) – toxuma tənəffüsünün və görmə həssaslığının
katalizatorudur. Riboflavin oksidləşmə-reduksiya proseslərini tənzim edərək zülal.
Piy və karbohidrat mübadiləsində iştirak edir. DNT-nin formalaşmasında əsas rol
oynayır, hemoqlobinin sintezində iştirak edir, toxumaların reqenerasiya
proseslərini ( həmçinin dəri hüceyrələrinin) və hüceyrələrdə trofik pozğunluqları
korreksiya edir.
Vit B6 (piridoksin hidroxlorid) – maddələr mübadiləsində vacib rol oynayır,
mərkəzi və periferik sinir sisteminin normalfunksiyasını təmin edir. Fosforlil
formasında sinir toxumalarında fəaliyyət göstərən əsas fermentlərin kofermentidir.
Neyromediatorların (dopamin, noradrenalin, adrenalin, histamin QAYT)
sintezində iştirak edir, lipid mübadiləsini normallaşdırır.
Nikotinamid hüceyrələrdə oksidləşmə-reduksiya proseslərində iştirak edən I
(NAD) və II (NADF) kodehidroqenazanın vacib komponentidir. Məhlulların neytrl
reaksiyası ilə əlaqədar olaraq, nikatinamid inyeksiya zamanı yerli reaksiya
törətmir. Nikotinamid yüksək damargenişləndirici təsir göstərir və onun
istifadəsində dəri örtüklərinin qızartısı və qanın beyinə axması hissi müşahidə
edilmir (nikotin turşusunun istifadəsindən fərqli olaraq). Nikotinamid piylərin,
proteinlərin, aminturşuların, purinlərin metobolizmində, həmçinin toxuma
tənəffüsündə və qlikoqenolizdə iştirak edir. Pellaqra əleyhinə təsirə malikdir.
Natrium pantotenat hüceyrə energetik , iltihab əleyhinə, membranoprotektor,
termogenik təsir göstərir; antiaterosklerotik təsirə malikdir, qanın lipid tərkibini
normallaşdırır, miokardın metabolizmini və qanın reoloji xüsusiyyətlərini
yaxşılaşdırır; bağırsaq divarlarını möhkəmlədir; böyrəküstü və cinsiyyət
vəzifələrinin funksiyasını tənzimləyir; podaqra və göbələk əleyhinə təsir göstərir;
dəri, dırnaq və saç strukturunu yaxşılaşdırır.