Wakf Standard Project of Koran (Qur'an) in 88 Languages with 1910 topics in utf8 format both html and docx



Yüklə 9,06 Mb.
səhifə41/69
tarix26.11.2016
ölçüsü9,06 Mb.
#175
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

[25.24] أَصْحَابُ الجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُّسْتَقَراًّ وَأَحْسَنُ مَقِيلاً |24| Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha lətafətli və istirahət edəcəyi yer daha gözəl olacaqdır.
@ Sorrow Qiyamət günü peşman

[25.25] وَيَوْمَ تَشَقَّقُ السَّمَاءُ بِالْغَمَامِ وَنُزِّلَ المَلائِكَةُ تَنزِيلاً |25| Həmin gün göy buludla parçalanacaq və mələklər yerə endiriləcəkdir.

[25.26] المُلْكُ يَوْمَئِذٍ الحَقُّ لِلرَّحْمَنِ وَكَانَ يَوْماً عَلَى الكَافِرِينَ عَسِيراً |26| Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli Allaha məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır.

[25.27] وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلاً |27| Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!

[25.28] يَا وَيْلَتَى لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلاناً خَلِيلاً |28| Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!

[25.29] لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي وَكَانَ الشَّيْطَانُ لِلإِنسَانِ خَذُولاً |29| Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.

[25.30] وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَذَا القُرْآنَ مَهْجُوراً |30| Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək.

[25.31] وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُواًّ مِّنَ المُجْرِمِينَ وَكَفَى بِرَبِّكَ هَادِياً وَنَصِيراً |31| Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yol göstəricisi və yardımçı kimi Rəbbin sənə yetər.


@ Quran ürək gücləndirmək üçün hissə-hissə nazil edilmişdir

[25.32] وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلا نُزِّلَ عَلَيْهِ القُرْآنُ جُمْلَةً وَاحِدَةً كَذَلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ وَرَتَّلْنَاهُ تَرْتِيلاً |32| Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik.

[25.33] وَلاَ يَأْتُونَكَ بِمَثَلٍ إِلاَّ جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيراً |33| Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.
@ yolundan uzaq uzaq

[25.34] الَّذِينَ يُحْشَرُونَ عَلَى وَجُوهِهِمْ إِلَى جَهَنَّمَ أُوْلَئِكَ شَرٌّ مَّكَاناً وَأَضَلُّ سَبِيلاً |34| Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kimsələrdir.


@ Allah ayələrini yalan hesab etdilər, çünki Pharaoh yıxıldı

[25.35] وَلَقَدْ آتَيْنَا مُوسَى الكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيراً |35| Həqiqətən, Kitabı Musaya Biz verdik və qardaşı Harunu da ona köməkçi etdik.

[25.36] فَقُلْنَا اذْهَبَا إِلَى القَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَدَمَّرْنَاهُمْ تَدْمِيراً |36| Onlara: “Ayələrimizi yalan sayan bir tayfanın yanına gedin!”- dedik. Sonra Biz o tayfanı yerli-dibli yox etdik.
@ Onlar onu yalançı saydılar, çünki Nuhun xalqı boğuldu

[25.37] وَقَوْمَ نُوحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ أَغْرَقْنَاهُمْ وَجَعَلْنَاهُمْ لِلنَّاسِ آيَةً وَأَعْتَدْنَا لِلظَّالِمِينَ عَذَاباً أَلِيماً |37| Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.


@ Onlar peyğəmbərlər təkzib çünki Ad, Səmud və Er Rəss millətin məhv edildi, belə Ana Təbiət adlı bir akt deyildi

[25.38] وَعَاداً وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُوناً بَيْنَ ذَلِكَ كَثِيراً |38| Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik.

[25.39] وَكُلاًّ ضَرَبْنَا لَهُ الأَمْثَالَ وَكُلاًّ تَبَّرْنَا تَتْبِيراً |39| Biz onların hamısına misallar çəkdik və onların hamısını büsbütün məhv etdik.

[25.40] وَلَقَدْ أَتَوْا عَلَى القَرْيَةِ الَتِي أُمْطِرَتْ مَطَرَ السَّوْءِ أَفَلَمْ يَكُونُوا يَرَوْنَهَا بَلْ كَانُوا لاَ يَرْجُونَ نُشُوراً |40| Məkkə müşrikləri bəla yağmuru düşüb viran qalmış şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar.


@ Kim doğru yoldan daha çox azğınlıqdadırlar edir?

[25.41] وَإِذَا رَأَوْكَ إِن يَتَّخِذُونَكَ إِلاَّ هُزُواً أَهَذَا الَّذِي بَعَثَ اللَّهُ رَسُولاً |41| Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Budurmu Allahın elçi göndərdiyi kəs?

[25.42] إِن كَادَ لَيُضِلُّنَا عَنْ آلِهَتِنَا لَوْلا أَن صَبَرْنَا عَلَيْهَا وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ العَذَابَ مَنْ أَضَلُّ سَبِيلاً |42| Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını anlayacaqlar.
@ Vəhy üstün öz beyin hesab edənlər

[25.43] أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ أَفَأَنْتَ تَكُونُ عَلَيْهِ وَكِيلاً |43| Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?

[25.44] أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ إِنْ هُمْ إِلاَّ كَالأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ سَبِيلاً |44| Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar.
@ Göylərdə və yerdə Allahın əlamətləri

[25.45] أَلَمْ تَرَ إِلَى رَبِّكَ كَيْفَ مَدَّ الظِّلَّ وَلَوْ شَاءَ لَجَعَلَهُ سَاكِناً ثُمَّ جَعَلْنَا الشَّمْسَ عَلَيْهِ دَلِيلاً |45| Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik.

[25.46] ثُمَّ قَبَضْنَاهُ إِلَيْنَا قَبْضاً يَسِيراً |46| Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik.

[25.47] وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِبَاساً وَالنَّوْمَ سُبَاتاً وَجَعَلَ النَّهَارَ نُشُوراً |47| Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.

[25.48] وَهُوَ الَّذِي أَرْسَلَ الرِّيَاحَ بُشْراً بَيْنَ يَدَيْ رَحْمَتِهِ وَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُوراً |48| Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki,

[25.49] لِنُحْيِيَ بِهِ بَلْدَةً مَّيْتاً وَنُسْقِيَهُ مِمَّا خَلَقْنَا أَنْعَاماً وَأَنَاسِيَّ كَثِيراً |49| onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və neçə-neçə insanlara ondan içirdək.

[25.50] وَلَقَدْ صَرَّفْنَاهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا فَأَبَى أَكْثَرُ النَّاسِ إِلاَّ كُفُوراً |50| Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədilər.

[25.51] وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِي كُلِّ قَرْيَةٍ نَّذِيراً |51| Əgər istəsəydik, hər kəndə qorxudan bir peyğəmbər göndərərdik.


@ mö'min orqanlarının yalnız hidayət diləyin

[25.52] فَلاَ تُطِعِ الكَافِرِينَ وَجَاهِدْهُم بِهِ جِهَاداً كَبِيراً |52| Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!


@ Quran nazil zamanda osmosis unknown möcüzə

[25.53] وَهُوَ الَّذِي مَرَجَ البَحْرَيْنِ هَذَا عَذْبٌ فُرَاتٌ وَهَذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخاً وَحِجْراً مَّحْجُوراً |53| Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.

[25.54] وَهُوَ الَّذِي خَلَقَ مِنَ المَاءِ بَشَراً فَجَعَلَهُ نَسَباً وَصِهْراً وَكَانَ رَبُّكَ قَدِيراً |54| Sudan insan yaradan, ona qan qohumları və sonradan qohum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadirdir.

[25.55] وَيَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لاَ يَنفَعُهُمْ وَلاَ يَضُرُّهُمْ وَكَانَ الكَافِرُ عَلَى رَبِّهِ ظَهِيراً |55| Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafir öz Rəbbinə qarşı şeytana köməkçidir.


@ Peyğəmbər bütün bəşəriyyət üçün müjdə daşıyıcısı kimi və bir qorxudan kimi göndərdik

[25.56] وَمَا أَرْسَلْنَاكَ إِلاَّ مُبَشِّراً وَنَذِيراً |56| Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik.

[25.57] قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلاَّ مَن شَاءَ أَن يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلاً |57| De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”.

[25.58] وَتَوَكَّلْ عَلَى الحَيِّ الَّذِي لاَ يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ وَكَفَى بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيراً |58| Ölməz, əbədi Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir.

[25.59] الَّذِي خَلَقَ السَّمَوَاتِ وَالأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى العَرْشِ الرَّحْمَنُ فَاسْئَلْ بِهِ خَبِيراً |59| O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu biləndən soruş!
@ Pride

[25.60] وَإِذَا قِيلَ لَهُمُ اسْجُدُوا لِلرَّحْمَنِ قَالُوا وَمَا الرَّحْمَنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُوراً |60| Onlara: “Mərhəmətli Allaha səcdə edin!” – deyildikdə: “Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?” – deyərlər. Bu da onların nifrətini artırar.


@ maddi göydə əlamətləri

[25.61] تَبَارَكَ الَّذِي جَعَلَ فِي السَّمَاءِ بُرُوجاً وَجَعَلَ فِيهَا سِرَاجاً وَقَمَراً مُّنِيراً |61| Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay yaradan Allah nə qədər xeyirxahdır.

[25.62] وَهُوَ الَّذِي جَعَلَ اللَّيْلَ وَالنَّهَارَ خِلْفَةً لِّمَنْ أَرَادَ أَن يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُوراً |62| Yada salmaq və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur.
@ mömin tapıldı Features

[25.63] وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الأَرْضِ هَوْناً وَإِذَا خَاطَبَهُمُ الجَاهِلُونَ قَالُوا سَلاماً |63| Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” – deyərlər.

[25.64] وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّداً وَقِيَاماً |64| Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.

[25.65] وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَاماً |65| Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir.

[25.66] إِنَّهَا سَاءَتْ مُسْتَقَراًّ وَمُقَاماً |66| Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!”

[25.67] وَالَّذِينَ إِذَا أَنفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَاماً |67| Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.

[25.68] وَالَّذِينَ لاَ يَدْعُونَ مَعَ اللَّهِ إِلَهاً آخَرَ وَلاَ يَقْتُلُونَ النَّفْسَ الَتِي حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقِّ وَلاَ يَزْنُونَ وَمَن يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَاماً |68| Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.

[25.69] يُضَاعَفْ لَهُ العَذَابُ يَوْمَ القِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَاناً |69| Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar.


@ Allahın rəhməti

[25.70] إِلاَّ مَن تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلاً صَالِحاً فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُوراً رَّحِيماً |70| Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!

[25.71] وَمَن تَابَ وَعَمِلَ صَالِحاً فَإِنَّهُ يَتُوبُ إِلَى اللَّهِ مَتَاباً |71| Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar.

[25.72] وَالَّذِينَ لاَ يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَاماً |72| Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.

[25.73] وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُماًّ وَعُمْيَاناً |73| Onlara Rəbbinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar.

[25.74] وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَاماً |74| Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”

[25.75] أُوْلَئِكَ يُجْزَوْنَ الغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلاماً |75| Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar.

[25.76] خَالِدِينَ فِيهَا حَسُنَتْ مُسْتَقَراًّ وَمُقَاماً |76| Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır!

[25.77] قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلا دُعَاؤُكُمْ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَاماً |77| De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”
|ASY SYU'ARAA' 26 Şairlər

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|

[26.1] طسم |1| Ta. Sin. Mim.
@ inam inkar edənlər üçün Concern

[26.2] تِلْكَ آيَاتُ الكِتَابِ المُبِينِ |2| Bunlar aydın Kitabın ayələridir.

[26.3] لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ أَلاَّ يَكُونُوا مُؤْمِنِينَ |3| Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?

[26.4] إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ |4| Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.

[26.5] وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّنَ الرَّحْمَنِ مُحْدَثٍ إِلاَّ كَانُوا عَنْهُ مُعْرِضِينَ |5| Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.

[26.6] فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِءُونَ |6| Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.

[26.7] أَوَلَمْ يَرَوْا إِلَى الأَرْضِ كَمْ أَنْبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ |7| Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər?

[26.8] إِنَّ فِي ذَلِكَ لآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ |8| Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.

[26.9] وَإِنَّ رَبَّكَ لَهُوَ العَزِيزُ الرَّحِيمُ |9| Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
@ Həzrəti Musa hekayə və Misir akın

[26.10] وَإِذْ نَادَى رَبُّكَ مُوسَى أَنِ ائْتِ القَوْمَ الظَّالِمِينَ |10| Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –

[26.11] قَوْمَ فِرْعَوْنَ أَلا يَتَّقُونَ |11| Firon xalqının yanına! Onlar qorxmurlarmı?”

[26.12] قَالَ رَبِّ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِ |12| Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,

[26.13] وَيَضِيقُ صَدْرِي وَلاَ يَنطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَى هَارُونَ |13| belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər.

[26.14] وَلَهُمْ عَلَيَّ ذَنْبٌ فَأَخَافُ أَن يَقْتُلُونِ |14| Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.


@ İsrail oğullarını Misiri tərk imkan Fir'ona və onun xahişi ilə Musanın görüş

[26.15] قَالَ كَلاَّ فَاذْهَبَا بِآيَاتِنَا إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ |15| Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik.

[26.16] فَأْتِيَا فِرْعَوْنَ فَقُولا إِنَّا رَسُولُ رَبِّ العَالَمِينَ |16| Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!

[26.17] أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ |17| İsrail oğullarını bizimlə birgə burax!”

[26.18] قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيداً وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ |18| Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?

[26.19] وَفَعَلْتَ فَعْلَتَكَ الَتِي فَعَلْتَ وَأَنْتَ مِنَ الكَافِرِينَ |19| Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!”

[26.20] قَالَ فَعَلْتُهَا إِذاً وَأَنَا مِنَ الضَّالِّينَ |20| Musa dedi: “Mən onu edəndə nadan olmuşam.
@ Musa Allah, Onun Peyğəmbəri ona etmişdir ki, Firona deyir

[26.21] فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْماً وَجَعَلَنِي مِنَ المُرْسَلِينَ |21| Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.

[26.22] وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدتَّ بَنِي إِسْرَائِيلَ |22| Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”.

[26.23] قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ العَالَمِينَ |23| Firon dedi: “Aləmlərin Rəbbi nədir?”

[26.24] قَالَ رَبُّ السَّمَوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا إِن كُنتُم مُّوقِنِينَ |24| Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”

[26.25] قَالَ لِمَنْ حَوْلَهُ أَلاَ تَسْتَمِعُونَ |25| Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?”

[26.26] قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الأَوَّلِينَ |26| Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”

[26.27] قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ |27| Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”

[26.28] قَالَ رَبُّ المَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا إِن كُنتُمْ تَعْقِلُونَ |28| Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
@ Fir'on özü bir tanrı düşünür

[26.29] قَالَ لَئِنِ اتَّخَذْتَ إِلَهاً غَيْرِي لأَجْعَلَنَّكَ مِنَ المَسْجُونِينَ |29| Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”

[26.30] قَالَ أَوَ لَوْ جِئْتُكَ بِشَيْءٍ مُّبِينٍ |30| Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
@ möcüzəvi əlamətləri Fir'on qəbul Musaya verilən

[26.31] قَالَ فَأْتِ بِهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ |31| Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”

[26.32] فَأَلْقَى عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُّبِينٌ |32| Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.

[26.33] وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ |33| Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu.

[26.34] قَالَ لِلْمَلأِ حَوْلَهُ إِنَّ هَذَا لَسَاحِرٌ عَلِيمٌ |34| Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!

[26.35] يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَ |35| O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”


@ Musaya verilən möcüzələr üstünlüyü əleyhiməs sehrli məğlub

[26.36] قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَابْعَثْ فِي المَدَائِنِ حَاشِرِينَ |36| Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki,

[26.37] يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ |37| bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.

[26.38] فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ |38| Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.

[26.39] وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ |39| Camaata deyildi: “Siz də yığışırsınızmı?

[26.40] لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ إِن كَانُوا هُمُ الغَالِبِينَ |40| Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.

[26.41] فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْراً إِن كُنَّا نَحْنُ الغَالِبِينَ |41| Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”

[26.42] قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذاً لَّمِنَ المُقَرَّبِينَ |42| Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”.

[26.43] قَالَ لَهُم مُّوسَى أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ |43| Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”

[26.44] فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الغَالِبُونَ |44| Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!” – dedilər.


@ Sehrbazlar möcüzələri əzəmətini tanımaq və ölüm cəzalarının baxmayaraq inam səcdə

[26.45] فَأَلْقَى مُوسَى عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ |45| Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu.

[26.46] فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ |46| Sehrbazlar səcdəyə qapandılar

[26.47] قَالُوا آمَنَّا بِرَبِّ العَالَمِينَ |47| və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –

[26.48] رَبِّ مُوسَى وَهَارُونَ |48| Musanın və Harunun Rəbbinə!”

[26.49] قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ لأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلافٍ وَلأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ |49| Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.

[26.50] قَالُوا لاَ ضَيْرَ إِنَّا إِلَى رَبِّنَا مُنقَلِبُونَ |50| Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq.

[26.51] إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَايَانَا أَن كُنَّا أَوَّلَ المُؤْمِنِينَ |51| Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.


@ Musa və İsrail oğullarını gecə Misiri tərk

[26.52] وَأَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُم مُّتَّبَعُونَ |52| Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik.

[26.53] فَأَرْسَلَ فِرْعَوْنُ فِي المَدَائِنِ حَاشِرِينَ |53| Firon şəhərlərə əsgər toplayanlar göndərdi.

[26.54] إِنَّ هَؤُلاءِ لَشِرْذِمَةٌ قَلِيلُونَ |54| O dedi: “Bunlar kiçik bir dəstədir.

[26.55] وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ |55| Onlar bizi qəzəbləndirmişlər.

[26.56] وَإِنَّا لَجِمِيعٌ حَاذِرُونَ |56| Biz hamımız ayıq-sayıq olmalıyıq”.

[26.57] فَأَخْرَجْنَاهُم مِّن جَنَّاتٍ وَعُيُونٍ |57| Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;

[26.58] وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ |58| xəzinələrdən və gözəl yerlərdən də qovduq.

[26.59] كَذَلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَ |59| Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
@ Musa və dəniz möcüzəvi ayırıcı

[26.60] فَأَتْبَعُوهُم مُّشْرِقِينَ |60| Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar.

[26.61] فَلَمَّا تَرَاءَى الجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَى إِنَّا لَمُدْرَكُونَ |61| İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!” – dedilər.

[26.62] قَالَ كَلاَّ إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ |62| Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”

[26.63] فَأَوْحَيْنَا إِلَى مُوسَى أَنِ اضْرِب بِّعَصَاكَ البَحْرَ فَانفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ العَظِيمِ |63| Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.

[26.64] وَأَزْلَفْنَا ثَمَّ الآخَرِينَ |64| O birilərini də ora yaxınlaşdırdıq.


@ Fir'on və əsgərləri boğuldu

[26.65] وَأَنجَيْنَا مُوسَى وَمَن مَّعَهُ أَجْمَعِينَ |65| Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

[26.66] ثُمَّ أَغْرَقْنَا الآخَرِينَ |66| O birilərini isə suya qərq etdik.

[26.67] إِنَّ فِي ذَلِكَ لآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ |67| Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.

[26.68] وَإِنَّ رَبَّكَ لَهُوَ العَزِيزُ الرَّحِيمُ |68| Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
@ Mesaj daha əsassız ənənələri və İbrahim Allah tərəfindən göndərilən xəbərdarlıq heçlik

[26.69] وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَ |69| Onlara İbrahimin əhvalatını da oxu.

[26.70] إِذْ قَالَ لأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَ |70| Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” – demişdi.

[26.71] قَالُوا نَعْبُدُ أَصْنَاماً فَنَظَلُّ لَهَا عَاكِفِينَ |71| Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.

[26.72] قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ |72| O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?

[26.73] أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ |73| Yaxud sizə xeyir və ya zərər verirlərmi?”


Yüklə 9,06 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin