[98.2] رَسُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفاً مُّطَهَّرَةً |2| Bu dəlil pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir.
[98.3] فِيهَا كُتُبٌ قَيِّمَةٌ |3| Onların içində doğru yazılar vardır.
[98.4] وَمَا تَفَرَّقَ الَذينَ أُوتُوا الكِتَابَ إِلاَّ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ البَيِّنَةُ |4| Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər.
[98.5] وَمَا أُمِرُوا إِلاَّ لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ القَيِّمَةِ |5| Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!
[98.6] إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أُوْلَئِكَ هُمْ شَرُّ البَرِيَّةِ |6| Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir.
@ Ən yaxşı
[98.7] إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ البَرِيَّةِ |7| Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar.
[98.8] جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَداً رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ |8| Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!
|AZ ZALZALAH 99 Zəlzələ
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Qiyamət günü zəlzələ
[99.1] إِذَا زُلْزِلَتِ الأَرْضُ زِلْزَالَهَا |1| Yer titrəyib lərzəyə gələcəyi zaman;
[99.2] وَأَخْرَجَتِ الأَرْضُ أَثْقَالَهَا |2| Yer öz yükünü bayıra atacağı
[99.3] وَقَالَ الإِنسَانُ مَا لَهَا |3| və insan: “Ona nə olub?” – deyəcəyi zaman –
[99.4] يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا |4| həmin gün yer öz əhvalatlarını danışacaqdır.
[99.5] بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا |5| Çünki Rəbbin ona vəhy edəcəkdir.
[99.6] يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتاً لِّيُرَوْا أَعْمَالَهُمْ |6| O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.
[99.7] فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْراً يَرَهُ |7| Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır.
[99.8] وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَراًّ يَرَهُ |8| Zərrə qədər pislik edən də əvəzini alacaqdır.
|AL 'ADIYAAT 100 Runners
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ sərvət və xəsislik məhəbbət
[100.1] وَالْعَادِيَاتِ ضَبْحاً |1| And olsun tövşüyə-tövşüyə çapanlara!
[100.2] فَالْمُورِيَاتِ قَدْحاً |2| And olsun dırnaqları ilə qığılcım çıxaranlara!
[100.3] فَالْمُغِيرَاتِ صُبْحاً |3| And olsun sübh çağı həmlə edənlərə ki,
[100.4] فَأَثَرْنَ بِهِ نَقْعاً |4| hücuma keçib tozanaq qaldıraraq
[100.5] فَوَسَطْنَ بِهِ جَمْعاً |5| qoşunun içərisinə soxulurlar.
[100.6] إِنَّ الإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ |6| Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.
[100.7] وَإِنَّهُ عَلَى ذَلِكَ لَشَهِيدٌ |7| Özü də bunun şahididir.
[100.8] وَإِنَّهُ لِحُبِّ الخَيْرِ لَشَدِيدٌ |8| Həqiqətən, o, var-dövlətə çox hərisdir.
[100.9] أَفَلاَ يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي القُبُورِ |9| Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı
[100.10] وَحُصِّلَ مَا فِي الصُّدُورِ |10| və kökslərdə olanlar aşkar ediləcəyi zaman –
[100.11] إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ |11| məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?
|AL QAARI'AH 101 Qəlbləri Qorxuya salan
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ ədalət tərəzi
[101.1] الْقَارِعَةُ |1| Qəlbləri Qorxuya salan!
[101.2] مَا القَارِعَةُ |2| Qəlbləri Qorxuya salan nədir?
[101.3] وَمَا أَدْرَاكَ مَا القَارِعَةُ |3| Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?
[101.4] يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ المَبْثُوثِ |4| O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.
[101.5] وَتَكُونُ الجِبَالُ كَالْعِهْنِ المَنفُوشِ |5| Dağlar isə didilmiş yun görkəmi alacaqdır.
[101.6] فَأَمَّا مَن ثَقُلَتْ مَوَازِينُهُ |6| O gün kimin tərəziləri ağır gələrsə
[101.7] فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ |7| xoşbəxt güzəran sürəcək.
[101.8] وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ |8| Kimin tərəziləri yüngül gələrsə,
[101.9] فَأُمُّهُ هَاوِيَةٌ |9| məskəni Haviyə olacaqdır.
[101.10] وَمَا أَدْرَاكَ مَاهِيَهْ |10| Sən haradan biləsən ki, o nədir?
[101.11] نَارٌ حَامِيَةٌ |11| O, çox qızmar bir oddur!
|AT TAKAATSUR 102 Həddindən artıq Gathering
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Əgər sorğu-sual olunacaq günü
[102.1] أَلْهَاكُمُ التَّكَاثُرُ |1| Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
[102.2] حَتَّى زُرْتُمُ المَقَابِرَ |2| gömülməklə qəbirləri ziyarət etdiniz.
[102.3] كَلاَّ سَوْفَ تَعْلَمُونَ |3| Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
[102.4] ثُمَّ كَلاَّ سَوْفَ تَعْلَمُونَ |4| Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
[102.5] كَلاَّ لَوْ تَعْلَمُونَ عِلْمَ اليَقِينِ |5| Xeyr! Kaş ki, yəqin biləydiniz.
[102.6] لَتَرَوُنَّ الجَحِيمَ |6| Siz Cəhənnəmi mütləq görəcəksiniz!
[102.7] ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ اليَقِينِ |7| Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
[102.8] ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ |8| Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.
|AL 'ASHR 103 Günorta
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ iman edənlər və bunu edənlər
[103.1] وَالْعَصْرِ |1| And olsun axşam çağına!
[103.2] إِنَّ الإِنسَانَ لَفِي خُسْرٍ |2| Həqiqətən, insan ziyan içərisindədir.
[103.3] إِلاَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ |3| Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.
|AL HUMAZAH 104 qeybət
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ qeybət və böhtan cəza
[104.1] وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ |1| Hər bir qeybət edənin, tənə vuranın vay halına!
[104.2] الَّذِي جَمَعَ مَالاً وَعَدَّدَهُ |2| O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır
[104.3] يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ |3| və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
[104.4] كَلاَّ لَيُنْبَذَنَّ فِي الحُطَمَةِ |4| Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.
[104.5] وَمَا أَدْرَاكَ مَا الحُطَمَةُ |5| Sən haradan biləsən ki, Hutəmə nədir?
[104.6] نَارُ اللَّهِ المُوقَدَةُ |6| Bu, Allahın qaladığı Oddur.
[104.7] الَّتِي تَطَّلِعُ عَلَى الأَفْئِدَةِ |7| O Od ki, qalxıb ürəklərə çatacaq.
[104.8] إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ |8| Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
[104.9] فِي عَمَدٍ مُّمَدَّدَةٍ |9| Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.
|AL FIIL 105 Elephant
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Peyğəmbər anadan olan il
[105.1] أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الفِيلِ |1| Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
[105.2] أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ |2| Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?
[105.3] وَأَرْسَلَ عَلَيْهِمْ طَيْراً أَبَابِيلَ |3| Onların üzərinə qatar-qatar quşlar göndərdi.
[105.4] تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ |4| O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.
[105.5] فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ |5| Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.
|QURAISY 106 Koraysh
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Koraysh qəbiləsi
[106.1] لإِيلاَفِ قُرَيْشٍ |1| Qureyşin birliyi xatirinə,
[106.2] إِيِلاَفِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ |2| onların qış və yay səfərlərindəki birliyi xatirinə
[106.3] فَلْيَعْبُدُوا رَبَّ هَذَا البَيْتِ |3| qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər.
[106.4] الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍ |4| Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.
|AL MAA'UUN 107 Yardım
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ zəif inanc olanlar
[107.1] أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ |1| Dini yalan sayan o kimsəni gördünmü?
[107.2] فَذَلِكَ الَّذِي يَدُعُّ اليَتِيمَ |2| O elə adamdır ki, yetimi qovar
[107.3] وَلاَ يَحُضُّ عَلَى طَعَامِ المِسْكِينِ |3| və heç kəsi kasıba əl tutmağa sövq etməz.
[107.4] فَوَيْلٌ لِّلْمُصَلِّينَ |4| Vay halına namaz qılanların –
[107.5] الَّذِينَ هُمْ عَن صَلاتِهِمْ سَاهُونَ |5| o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.
[107.6] الَّذِينَ هُمْ يُرَاءُونَ |6| Onlar riyakardırlar
[107.7] وَيَمْنَعُونَ المَاعُونَ |7| və az bir şey verməkdən belə imtina edirlər.
|AL KAUTSAR Bərəkət 108 River
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Peyğəmbər verilən Cənnət suvarma yer
[108.1] إِنَّا أَعْطَيْنَاكَ الكَوْثَرَ |1| Həqiqətən, Biz Kovsəri sənə bağışladıq.
[108.2] فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ |2| Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!
[108.3] إِنَّ شَانِئَكَ هُوَ الأَبْتَرُ |3| Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur.
|AL KAAFIRUUN 109 Kafir
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ kafirlərə ən yaxşı şəkildə cavab necə
[109.1] قُلْ يَا أَيُّهَا الكَافِرُونَ |1| De: “Ey kafirlər!
[109.2] لاَ أَعْبُدُ مَا تَعْبُدُونَ |2| Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,
[109.3] وَلاَ أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ |3| siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
[109.4] وَلاَ أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ |4| Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,
[109.5] وَلاَ أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ |5| siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
[109.6] لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ |6| Sizin dininiz sizə, mənim dinim də mənədir!”
|AN NASHR 110 Victory
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Məkkə açılışı
[110.1] إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ |1| Allahın köməyi və qələbə gəldiyi zaman,
[110.2] وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجاً |2| insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə
[110.3] فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّاباً |3| həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!
|AL LAHAB 111 Flame
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Abi Ləhəb və onun həyat yoldaşı cəzası
[111.1] تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ |1| Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
[111.2] مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ |2| Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək.
[111.3] سَيَصْلَى نَاراً ذَاتَ لَهَبٍ |3| O, alovlanan oda atılacaqdır.
[111.4] وَامْرَأَتُهُ حَمَّالَةَ الحَطَبِ |4| Onun odun şələsi daşıyan arvadı da.
[111.5] فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ |5| Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır.
|AL IKHLASH 112 Oneness
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Allah bərabər heç Ona var, biri
[112.1] قُلْ هُوَ اللَّهُ أَحَدٌ |1| De: “O Allah Təkdir!
[112.2] اللَّهُ الصَّمَدُ |2| Allah Möhtac deyildir.
[112.3] لَمْ يَلِدْ وَلَمْ يُولَدْ |3| O, nə doğub, nə doğulub,
[112.4] وَلَمْ يَكُن لَّهُ كُفُواً أَحَدٌ |4| Onun bənzəri də yoxdur”.
|AL FALAQ 113 Daybreak
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ pis Allaha sığınıram
[113.1] قُلْ أَعُوذُ بِرَبِّ الفَلَقِ |1| De: “Sığınıram sübhün Rəbbinə!
[113.2] مِن شَرِّ مَا خَلَقَ |2| Məxluqatının şərindən,
[113.3] وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ |3| çökən zülmətin şərindən,
[113.4] وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي العُقَدِ |4| düyünlərə üfürən cadugər qadınların şərindən
@ həsəd etməyin
[113.5] وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ |5| və həsəd apardığı zaman paxılın şərindən!”
|AN NAAS 114 People
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ şeytanın whisperings Allaha sığınıram
[114.1] قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ |1| De: “Sığınıram insanların Rəbbinə,
[114.2] مَلِكِ النَّاسِ |2| insanların Hökmdarına,
[114.3] إِلَهِ النَّاسِ |3| insanların məbuduna!
[114.4] مِن شَرِّ الوَسْوَاسِ الخَنَّاسِ |4| Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən.
[114.5] الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ |5| O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
[114.6] مِنَ الجِنَّةِ وَالنَّاسِ |6| cinlərdən də olur, insanlardan da!”
Dostları ilə paylaş: |