Wakf Standard Project of Koran (Qur'an) in 88 Languages with 1910 topics in utf8 format both html and docx



Yüklə 9,06 Mb.
səhifə67/69
tarix26.11.2016
ölçüsü9,06 Mb.
#175
1   ...   61   62   63   64   65   66   67   68   69

[78.25] إِلاَّ حَمِيماً وَغَسَّاقاً |25| İçdikləri yalnız qaynar su və irin olacaq –

[78.26] جَزَاءً وِفَاقاً |26| Törətdikləri əməllərinə uyğun bir cəza kimi.

[78.27] إِنَّهُمْ كَانُوا لاَ يَرْجُونَ حِسَاباً |27| Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.

[78.28] وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّاباً |28| Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.

[78.29] وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَاباً |29| Biz hər bir şeyi hesablayıb yazmışıq.

[78.30] فَذُوقُوا فَلَن نَّزِيدَكُمْ إِلاَّ عَذَاباً |30| Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
@ Cənnət mükafatı

[78.31] إِنَّ لِلْمُتَّقِينَ مَفَازاً |31| Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.

[78.32] حَدَائِقَ وَأَعْنَاباً |32| Həmçinin bağlar və üzümlüklər,

[78.33] وَكَوَاعِبَ أَتْرَاباً |33| dolğun döşlü həmyaşıd qızlar

[78.34] وَكَأْساً دِهَاقاً |34| və ləbələb doldurulmuş qədəhlər də vardır!

[78.35] لاَ يَسْمَعُونَ فِيهَا لَغْواً وَلاَ كِذَّاباً |35| Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər.

[78.36] جَزَاءً مِّن رَّبِّكَ عَطَاءً حِسَاباً |36| Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.

[78.37] رَبِّ السَّمَوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَنِ لاَ يَمْلِكُونَ مِنْهُ خِطَاباً |37| Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.


@ Peyğəmbər onun ardıcılları üçün şəfaət icazəsi veriləcək

[78.38] يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلائِكَةُ صَفاًّ لاَّ يَتَكَلَّمُونَ إِلاَّ مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَقَالَ صَوَاباً |38| Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.

[78.39] ذَلِكَ اليَوْمُ الحَقُّ فَمَن شَاءَ اتَّخَذَ إِلَى رَبِّهِ مَآباً |39| O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
@ Mən toz idi ki, Kaş deyənlər arasında olacaq!

[78.40] إِنَّا أَنذَرْنَاكُمْ عَذَاباً قَرِيباً يَوْمَ يَنظُرُ المَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الكَافِرُ يَا لَيْتَنِي كُنتُ تُرَاباً |40| Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”


|AN NAAZI'AAT 79 Pluckers

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Onlar diriləcəyini təkzib edənlərin peşmanlıq

[79.1] وَالنَّازِعَاتِ غَرْقاً |1| And olsun kafirlərin canını zorla alanlara!

[79.2] وَالنَّاشِطَاتِ نَشْطاً |2| And olsun möminlərin canını rahatlıqla alanlara!

[79.3] وَالسَّابِحَاتِ سَبْحاً |3| And olsun göydə üzdükcə üzənlərə!

[79.4] فَالسَّابِقَاتِ سَبْقاً |4| And olsun ötdükcə ötənlərə!

[79.5] فَالْمُدَبِّرَاتِ أَمْراً |5| And olsun buyruqları yerinə yetirənlərə!

[79.6] يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ |6| O gün lərzəyə gələn lərzələnəcək,

[79.7] تَتْبَعُهَا الرَّادِفَةُ |7| onun ardınca təkrar lərzələnəcək.

[79.8] قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ |8| Həmən gün qəlblər qorxudan tir-tir əsəcək.

[79.9] أَبْصَارُهَا خَاشِعَةٌ |9| Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq.

[79.10] يَقُولُونَ أَئِنَّا لَمَرْدُودُونَ فِي الحَافِرَةِ |10| Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik?

[79.11] أَإِذَا كُنَّا عِظَاماً نَّخِرَةً |11| Sümüklərimiz çürüdükdən sonra?”

[79.12] قَالُوا تِلْكَ إِذاً كَرَّةٌ خَاسِرَةٌ |12| Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”.

[79.13] فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ |13| O surun üfürülməsi təkcə qorxunc bir səsdir.

[79.14] فَإِذَا هُم بِالسَّاهِرَةِ |14| O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar.
@ Pride və təkəbbür küfrə Fir'on gətirib

[79.15] هَلْ أَتَاكَ حَدِيثُ مُوسَى |15| Musanın hadisəsi sənə yetişdimi?

[79.16] إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ المُقَدَّسِ طُوًى |16| O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:

[79.17] اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى |17| “Fironun yanına yollan! O, həddini çox aşmışdır.

[79.18] فَقُلْ هَل لَّكَ إِلَى أَن تَزَكَّى |18| De: “Günahlardan xilas olmaq istəyirsənmi?

[79.19] وَأَهْدِيَكَ إِلَى رَبِّكَ فَتَخْشَى |19| Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”

[79.20] فَأَرَاهُ الآيَةَ الكُبْرَى |20| Musa ən böyük möcüzəni Firona göstərdi.

[79.21] فَكَذَّبَ وَعَصَى |21| O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi.

[79.22] ثُمَّ أَدْبَرَ يَسْعَى |22| Sonra da üz döndərib fəsad törətməyə girişdi.

[79.23] فَحَشَرَ فَنَادَى |23| O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək

[79.24] فَقَالَ أَنَا رَبُّكُمُ الأَعْلَى |24| dedi: “Sizin ən uca rəbbiniz mənəm!”

[79.25] فَأَخَذَهُ اللَّهُ نَكَالَ الآخِرَةِ وَالأُولَى |25| Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.

[79.26] إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَى |26| Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var.
@ yaradılması

[79.27] أَأَنتُمْ أَشَدُّ خَلْقاً أَمِ السَّمَاءُ بَنَاهَا |27| Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu,

[79.28] رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا |28| onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,

[79.29] وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا |29| gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.

[79.30] وَالأَرْضَ بَعْدَ ذَلِكَ دَحَاهَا |30| Sonra yeri döşəyib,

[79.31] أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا |31| onda su və otlaq yaratdı,

[79.32] وَالْجِبَالَ أَرْسَاهَا |32| dağları da yerə bərkitdi.

[79.33] مَتَاعاً لَّكُمْ وَلأَنْعَامِكُمْ |33| Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür.


@ Cəhənnəm xəbərdarlıq

[79.34] فَإِذَا جَاءَتِ الطَّامَّةُ الكُبْرَى |3| Ən böyük fəlakətin gəldiyi zaman –

[79.35] يَوْمَ يَتَذَكَّرُ الإِنسَانُ مَا سَعَى |35| o gün insan törətdiklərini xatırlayacaqdır.

[79.36] وَبُرِّزَتِ الجَحِيمُ لِمَن يَرَى |36| Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir.

[79.37] فَأَمَّا مَن طَغَى |37| Kim həddi aşmışsa,

[79.38] وَآثَرَ الحَيَاةَ الدُّنْيَا |38| dünya həyatını axirətdən üstün bilmişsə,

[79.39] فَإِنَّ الجَحِيمَ هِيَ المَأْوَى |39| həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır.
@ Cənnət vəd

[79.40] وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الهَوَى |40| Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,

[79.41] فَإِنَّ الجَنَّةَ هِيَ المَأْوَى |41| həqiqətən, Cənnət onun məskəni olacaq.
@ O zaman dünyanın sonu gələcək?

[79.42] يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا |42| Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?” – deyə soruşurlar.

[79.43] فِيمَ أَنْتَ مِن ذِكْرَاهَا |43| Axı sən onu haradan biləsən?!

[79.44] إِلَى رَبِّكَ مُنتَهَاهَا |44| Onu kamil bilmək sənin Rəbbinə aiddir.

[79.45] إِنَّمَا أَنْتَ مُنذِرُ مَن يَخْشَاهَا |45| Sən yalnız ondan qorxanı xəbərdar edənsən.

[79.46] كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلاَّ عَشِيَّةً أَوْ ضُحَاهَا |46| Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!


|'ABASA 80 çatdı

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|

[80.1] عَبَسَ وَتَوَلَّى |1| O qaşqabağını sallayıb üzünü yana çevirdi –

[80.2] أَن جَاءَهُ الأَعْمَى |2| yanına bir korun gəlməsinə görə.

[80.3] وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّى |3| Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi

[80.4] أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ الذِّكْرَى |4| və yaxud nəsihət dinləyib faydalanacaqdı.

[80.5] أَمَّا مَنِ اسْتَغْنَى |5| Nəsihətə ehtiyacı olmayana gəlincə isə –

[80.6] فَأَنْتَ لَهُ تَصَدَّى |6| sən ona diqqət yetirirsən.

[80.7] وَمَا عَلَيْكَ أَلاَّ يَزَّكَّى |7| Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur.

[80.8] وَأَمَّا مَن جَاءَكَ يَسْعَى |8| Səy göstərib sənin yanına gələn,

[80.9] وَهُوَ يَخْشَى |9| Allahdan qorxan kimsəyə gəlincə,

[80.10] فَأَنْتَ عَنْهُ تَلَهَّى |10| ona məhəl qoymursan!


@ Quran dünyanın bütün xalqları üçün göndərilən bir öyüd-nəsihətdir

[80.11] كَلاَّ إِنَّهَا تَذْكِرَةٌ |11| Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.

[80.12] فَمَن شَاءَ ذَكَرَهُ |12| Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.

[80.13] فِي صُحُفٍ مُّكَرَّمَةٍ |13| Bu Quran kəramətli səhifələrdədir,

[80.14] مَرْفُوعَةٍ مُّطَهَّرَةٍ |14| yüksək və pak səhifələrdədir.

[80.15] بِأَيْدِي سَفَرَةٍ |15| Bu səhifələr elçilərin əllərində –

[80.16] كِرَامٍ بَرَرَةٍ |16| möhtərəm və müti olanların əllərindədir.
@ imansız olan nankorluq

[80.17] قُتِلَ الإِنسَانُ مَا أَكْفَرَهُ |17| Qoy ölsün kafir insan! O necə də nankordur!

[80.18] مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ |18| Qoy baxıb görsün Allah onu nədən yaradıb?

[80.19] مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ |19| Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.

[80.20] ثُمَّ السَّبِيلَ يَسَّرَهُ |20| Sonra da onun yolunu asanlaşdırdı.

[80.21] ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ |21| Sonra onu öldürüb qəbirə yerləşdirdi.

[80.22] ثُمَّ إِذَا شَاءَ أَنشَرَهُ |22| İstədiyi bir zaman onu dirildəcəkdir.

[80.23] كَلاَّ لَمَّا يَقْضِ مَا أَمَرَهُ |23| Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir.

[80.24] فَلْيَنظُرِ الإِنسَانُ إِلَى طَعَامِهِ |24| Qoy insan yediyinə diqqət yetirsin bir az!

[80.25] أَنَّا صَبَبْنَا المَاءَ صَباًّ |25| Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.

[80.26] ثُمَّ شَقَقْنَا الأَرْضَ شَقاًّ |26| Sonra da yeri çat-çat yarıb

[80.27] فَأَنْبَتْنَا فِيهَا حَباًّ |27| orada taxıl yetişdiririk.

[80.28] وَعِنَباً وَقَضْباً |28| Habelə üzüm və yonca,

[80.29] وَزَيْتُوناً وَنَخْلاً |29| zeytun və xurma ağacları,

[80.30] وَحَدَائِقَ غُلْباً |30| sıx-sıx bağlar,

[80.31] وَفَاكِهَةً وَأَباًّ |31| meyvələr və otlar da bitiririk.

[80.32] مَتَاعاً لَّكُمْ وَلأَنْعَامِكُمْ |32| Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.

[80.33] فَإِذَا جَاءَتِ الصَّاخَّةُ |33| Qulaqbatırıcı bir səs gələndə –

[80.34] يَوْمَ يَفِرُّ المَرْءُ مِنْ أَخِيهِ |34| o gün insan qaçacaq öz qardaşından,

[80.35] وَأُمِّهِ وَأَبِيهِ |35| anasından, atasından,

[80.36] وَصَاحِبَتِهِ وَبَنِيهِ |36| arvadından və övladlarından!

[80.37] لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ |37| O gün onlardan hər birinin yetərincə işi olacaqdır.

[80.38] وَجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ |38| O gün neçə-neçə üzlər parlayacaq,

[80.39] ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ |39| güləcək və fərəhlənəcəkdir.

[80.40] وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ |40| O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,

[80.41] تَرْهَقُهَا قَتَرَةٌ |41| onları zülmət bürüyəcəkdir.

[80.42] أَوْلَئِكَ هُمُ الكَفَرَةُ الفَجَرَةُ |42| Məhz onlar kafirlər, günahkarlardır!
|AT TAKWIIR Sarma 81

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Dünyanın sonu

[81.1] إِذَا الشَّمْسُ كُوِّرَتْ |1| Günəş sarınacağı zaman,

[81.2] وَإِذَا النُّجُومُ انكَدَرَتْ |2| ulduzlar soluxub sönəcəyi zaman,

[81.3] وَإِذَا الجِبَالُ سُيِّرَتْ |3| dağlar hərəkətə gətiriləcəyi zaman,

[81.4] وَإِذَا العِشَارُ عُطِّلَتْ |4| boğaz dəvələr başlı-başına qalacaqları zaman,

[81.5] وَإِذَا الوُحُوشُ حُشِرَتْ |5| vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,

[81.6] وَإِذَا البِحَارُ سُجِّرَتْ |6| dənizlər alovlanacağı zaman,

[81.7] وَإِذَا النُّفُوسُ زُوِّجَتْ |7| hər kəs öz tayına qovuşdurulacağı zaman,

[81.8] وَإِذَا المَوْءُودَةُ سُئِلَتْ |8| diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –

[81.9] بِأَيِّ ذَنْبٍ قُتِلَتْ |9| hansı günaha görə öldürülmüşdür;

[81.10] وَإِذَا الصُّحُفُ نُشِرَتْ |10| səhifələr açılacağı zaman,

[81.11] وَإِذَا السَّمَاءُ كُشِطَتْ |11| göy qopardılacağı zaman,

[81.12] وَإِذَا الجَحِيمُ سُعِّرَتْ |12| Cəhənnəm alovlandırılacağı zaman

[81.13] وَإِذَا الجَنَّةُ أُزْلِفَتْ |13| və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman,

[81.14] عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ |14| hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.
@ Allah Peyğəmbər nəciblik böyük olacağına and içən və O, Peyğəmbər böyük rütbə verilir ki,

[81.15] فَلاَ أُقْسِمُ بِالْخُنَّسِ |15| And içirəm gecə çıxıb gündüz batan ulduzlara,

[81.16] الجَوَارِ الكُنَّسِ |16| seyrə çıxıb gizlənən səyyarələrə,

[81.17] وَاللَّيْلِ إِذَا عَسْعَسَ |17| qaralmaqda olan gecəyə,

[81.18] وَالصُّبْحِ إِذَا تَنَفَّسَ |18| və açılmaqda olan səhərə!

[81.19] إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ |19| Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.

[81.20] ذِي قُوَّةٍ عِندَ ذِي العَرْشِ مَكِينٍ |20| O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir,

[81.21] مُطَاعٍ ثَمَّ أَمِينٍ |21| orada itaət ediləndir, etibarlıdır.

[81.22] وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ |22| Sizin dostunuz Muhəmməd divanə deyildir.

[81.23] وَلَقَدْ رَآهُ بِالأُفُقِ المُبِينِ |23| O, Cəbraili aydın üfüqdə gördü.

[81.24] وَمَا هُوَ عَلَى الغَيْبِ بِضَنِينٍ |24| O, qeybdən də xəsislik edən deyildir.

[81.25] وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍ |25| Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.


@ Quran Allah bütün xalqlar üçün bir öyüd-nəsihətdir

[81.26] فَأَيْنَ تَذْهَبُونَ |26| Elə isə ondan üz döndərib hara gedirsiniz?

[81.27] إِنْ هُوَ إِلاَّ ذِكْرٌ لِّلْعَالَمِينَ |27| Bu, aləmlərə yalnız bir nəsihətdir –

[81.28] لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ |28| sizlərdən doğru yolda olmaq istəyənlər üçün.

[81.29] وَمَا تَشَاءُونَ إِلاَّ أَن يَشَاءَ اللَّهُ رَبُّ العَالَمِينَ |29| Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!
|AL INFITHAAR 82 Ayırma

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Dünyanın sonu

[82.1] إِذَا السَّمَاءُ انفَطَرَتْ |1| Göy parçalanacağı zaman,

[82.2] وَإِذَا الكَوَاكِبُ انتَثَرَتْ |2| ulduzlar səpələnəcəyi zaman,

[82.3] وَإِذَا البِحَارُ فُجِّرَتْ |3| dənizlər daşıb bir-birinə qarışacağı zaman,

[82.4] وَإِذَا القُبُورُ بُعْثِرَتْ |4| qəbirlər çevriləcəyi zaman,

[82.5] عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ |5| hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.


@ mələklər sizə tamaşa və || 82 nə yazı var: 6-12

[82.6] يَا أَيُّهَا الإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الكَرِيمِ |6| Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?

[82.7] الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ |7| O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.

[82.8] فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَ |8| Səni istədiyi şəklə saldı.

[82.9] كَلاَّ بَلْ تُكَذِّبُونَ بِالدِّينِ |9| Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!

[82.10] وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ |10| Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –

[82.11] كِرَاماً كَاتِبِينَ |11| çox möhtərəm, əməllərinizi yazanlar.

[82.12] يَعْلَمُونَ مَا تَفْعَلُونَ |12| Onlar sizin nə etdiklərinizi bilirlər.


@ axirət həyatında qalibləri və ziyana

[82.13] إِنَّ الأَبْرَارَ لَفِي نَعِيمٍ |13| Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.

[82.14] وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ |14| Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.

[82.15] يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ |15| Onlar ora Haqq-hesab günü girəcəklər.

[82.16] وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ |16| Onlar əsla ondan yayına bilməyəcəklər.

[82.17] وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ |17| Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?

[82.18] ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ |18| Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?

[82.19] يَوْمَ لاَ تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئاً وَالأَمْرُ يَوْمَئِذٍ لِّلَّهِ |19| O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!


|AL MUTHAFFIFIIN 83 Diminishers

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ səmimi ticarət

[83.1] وَيْلٌ لِّلْمُطَفِّفِينَ |1| Çəkidə və ölçüdə aldadanların vay halına!

[83.2] الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ |2| O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər,

[83.3] وَإِذَا كَالُوَهُمْ أَو وَزَنُوَهُمْ يُخْسِرُونَ |3| onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar.

[83.4] أَلاَ يَظُنُّ أُوْلَئِكَ أَنَّهُم مَّبْعُوثُونَ |4| Onlar dirildiləcəklərini fikirləşmirlərmi?

[83.5] لِيَوْمٍ عَظِيمٍ |5| Həm də əzəmətli bir gündə.

[83.6] يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ العَالَمِينَ |6| O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.

[83.7] كَلاَّ إِنَّ كِتَابَ الفُجَّارِ لَفِي سِجِّينٍ |7| Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.

[83.8] وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ |8| Sən haradan biləsən ki, Siccin nədir?!

[83.9] كِتَابٌ مَّرْقُومٌ |9| O, yazılı bir kitabdır!

[83.10] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |10| O gün haqqı yalan hesab edənlərin vay halına!

[83.11] الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ |11| O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.

[83.12] وَمَا يُكَذِّبُ بِهِ إِلاَّ كُلُّ مُعْتَدٍ أَثِيمٍ |12| Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.

[83.13] إِذَا تُتْلَى عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الأَوَّلِينَ |13| Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!” – deyir.

[83.14] كَلاَّ بَلْ رَانَ عَلَى قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ |14| Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.

[83.15] كَلاَّ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ |15| Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!

[83.16] ثُمَّ إِنَّهُمْ لَصَالُوا الجَحِيمِ |16| Sonra onlar Cəhənnəmə girəcəklər

[83.17] ثُمَّ يُقَالُ هَذَا الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ |17| və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”


@ Cənnət əhlinin mükafat

[83.18] كَلاَّ إِنَّ كِتَابَ الأَبْرَارِ لَفِي عِلِّيِّينَ |18| Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!

[83.19] وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ |19| Sən haradan biləsən ki, İlliyyun nədir?!

[83.20] كِتَابٌ مَّرْقُومٌ |20| O, elə bir yazılı kitabdır ki,

[83.21] يَشْهَدُهُ المُقَرَّبُونَ |21| onu yalnız Allaha yaxın olanlar görürlər!

[83.22] إِنَّ الأَبْرَارَ لَفِي نَعِيمٍ |22| Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.

[83.23] عَلَى الأَرَائِكِ يَنظُرُونَ |23| Onlar taxtlar üstündə seyrə dalacaqlar.

[83.24] تَعْرِفُ فِي وَجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ |24| Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.

[83.25] يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ |25| Onlara möhürlü şərabdan içirdiləcəkdir.

[83.26] خِتَامُهُ مِسْكٌ وَفِي ذَلِكَ فَلْيَتَنَافَسِ المُتَنَافِسُونَ |26| Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!

[83.27] وَمِزَاجُهُ مِن تَسْنِيمٍ |27| Onun qatışığı isə təsnim bulağındandır.

[83.28] عَيْناً يَشْرَبُ بِهَا المُقَرَّبُونَ |28| O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər.


@ mö'minlərə istehza edənlər onlar tək Allaha ibadət çünki

[83.29] إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ |29| Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,

[83.30] وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ |30| onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,

[83.31] وَإِذَا انقَلَبُوا إِلَى أَهْلِهِمُ انقَلَبُوا فَكِهِينَ |31| öz ailələrinin yanına fərəhlə qayıdırdılar,

[83.32] وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَؤُلاءِ لَضَالُّونَ |32| möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”

[83.33] وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ |33| Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.

[83.34] فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الكُفَّارِ يَضْحَكُونَ |34| Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.

[83.35] عَلَى الأَرَائِكِ يَنظُرُونَ |35| Onlar taxtlar üstündə ətrafa baxacaqlar.

[83.36] هَلْ ثُوِّبَ الكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ |36| Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!
|AL INSYIQAAQ 84 rending

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Günü iman əməlləri onların kitab verilmiş və Allah cavab verir

[84.1] إِذَا السَّمَاءُ انشَقَّتْ |1| Göy yarılacağı

[84.2] وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ |2| və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

[84.3] وَإِذَا الأَرْضُ مُدَّتْ |3| Yer dümdüz ediləcəyi,

[84.4] وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ |4| içindəkiləri kənara atıb boşalacağı

[84.5] وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ |5| və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

[84.6] يَا أَيُّهَا الإِنسَانُ إِنَّكَ كَادِحٌ إِلَى رَبِّكَ كَدْحاً فَمُلاقِيهِ |6| Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!

[84.7] فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ |7| Kimin kitabı sağ əlinə veriləcəksə,

[84.8] فَسَوْفَ يُحَاسَبُ حِسَاباً يَسِيراً |8| o, yüngül sorğu-suala tutulacaq

[84.9] وَيَنقَلِبُ إِلَى أَهْلِهِ مَسْرُوراً |9| və sevincək öz ailəsinə qayıdacaqdır!


@ günü kafirlər əməlləri onların kitab verilir

[84.10] وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ |10| Kimin kitabı arxa tərəfindən veriləcəksə,

[84.11] فَسَوْفَ يَدْعُو ثُبُوراً |11| o özünə ölüm diləyəcək

[84.12] وَيَصْلَى سَعِيراً |12| və alovlu oda atılacaqdır!

[84.13] إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُوراً |13| Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi

[84.14] إِنَّهُ ظَنَّ أَن لَّن يَحُورَ |14| və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır.

[84.15] بَلَى إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيراً |15| Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.

[84.16] فَلاَ أُقْسِمُ بِالشَّفَقِ |16| And içirəm şəfəqə,

[84.17] وَاللَّيْلِ وَمَا وَسَقَ |17| gecəyə və onun ağuşuna aldıqlarına,

[84.18] وَالْقَمَرِ إِذَا اتَّسَقَ |18| bədirlənmiş on dörd gecəlik aya!

[84.19] لَتَرْكَبُنَّ طَبَقاً عَن طَبَقٍ |19| Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.

[84.20] فَمَا لَهُمْ لاَ يُؤْمِنُونَ |20| Onlara nə olub ki, iman gətirmirlər

[84.21] وَإِذَا قُرِئَ عَلَيْهِمُ القُرْآنُ لاَ يَسْجُدُونَ |21| və onlara Quran oxunduqda səcdə etmirlər?

[84.22] بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ |22| Əksinə, küfr edənlər haqqı yalan sayırlar.

[84.23] وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ |23| Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!

[84.24] فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ |24| Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,

[84.25] إِلاَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ |25| iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.
|AL BURUUJ 85 Constellations

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Onlar Allah birdir və bir ortaq nə də asılı nə var, çünki təqib edən Ey iman gətirənlər

[85.1] وَالسَّمَاءِ ذَاتِ البُرُوجِ |1| And olsun bürclü göyə!

[85.2] وَالْيَوْمِ المَوْعُودِ |2| And olsun vədə verilmiş günə!

[85.3] وَشَاهِدٍ وَمَشْهُودٍ |3| And olsun şahidlik edənə və edilənə!

[85.4] قُتِلَ أَصْحَابُ الأُخْدُودِ |4| Məhv olsun xəndək kənarında yığışanlar!

[85.5] النَّارِ ذَاتِ الوَقُودِ |5| Odunla alışdırılmış xəndək.

[85.6] إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ |6| Onlar o xəndəyin qırağında oturub,

[85.7] وَهُمْ عَلَى مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ |7| möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.

[85.8] وَمَا نَقَمُوا مِنْهُمْ إِلاَّ أَن يُؤْمِنُوا بِاللَّهِ العَزِيزِ الحَمِيدِ |8| Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.


Yüklə 9,06 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin