[55.51] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |51| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.52] فِيهِمَا مِن كُلِّ فَاكِهَةٍ زَوْجَانِ |52| İkisində də hər meyvədən qoşa-qoşa vardır.
[55.53] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |53| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.54] مُتَّكِئِينَ عَلَى فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ وَجَنَى الجَنَّتَيْنِ دَانٍ |54| Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.
[55.55] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |55| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.56] فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلاَ جَانٌّ |56| Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
[55.57] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |57| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.58] كَأَنَّهُنَّ اليَاقُوتُ وَالْمَرْجَانُ |58| Onlar sanki yaqut və mərcandırlar.
[55.59] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |59| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.60] هَلْ جَزَاءُ الإِحْسَانِ إِلاَّ الإِحْسَانُ |60| Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?
[55.61] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |61| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.62] وَمِن دُونِهِمَا جَنَّتَانِ |62| Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır.
[55.63] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |63| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.64] مُدْهَامَّتَانِ |64| Hər ikisi tünd yaşıldır.
[55.65] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |65| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.66] فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ |66| İkisində də fəvvarə vuran iki bulaq vardır.
[55.67] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |67| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.68] فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ |68| İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır.
[55.69] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |69| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.70] فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ |70| Orada xoş xasiyyətli, gözəl qızlar vardır.
[55.71] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |71| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.72] حُورٌ مَّقْصُورَاتٌ فِي الخِيَامِ |72| Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır.
[55.73] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |73| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.74] لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلاَ جَانٌّ |74| Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
[55.75] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |75| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.76] مُتَّكِئِينَ عَلَى رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ |76| Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər.
[55.77] فَبِأَيِّ آلاءِ رَبِّكُمَا تُكَذِّبَانِ |77| Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
[55.78] تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الجَلالِ وَالإِكْرَامِ |78| Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir.
|AL WAAQI'AH 56 Hadisə
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Qiyamət günü hadisələr
[56.1] إِذَا وَقَعَتِ الوَاقِعَةُ |1| Vaqiə qopacağı zaman
[56.2] لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ |2| onun qopduğunu heç kəs dana bilməz.
[56.3] خَافِضَةٌ رَّافِعَةٌ |3| O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.
[56.4] إِذَا رُجَّتِ الأَرْضُ رَجاًّ |4| Yer şiddətlə titrədiyi zaman,
[56.5] وَبُسَّتِ الجِبَالُ بَساًّ |5| Dağlar parça-parça olub ovxalandığı
[56.6] فَكَانَتْ هَبَاءً مُّنْبَثاًّ |6| və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,
@ Qiyamət günü üç tərəf
[56.7] وَكُنتُمْ أَزْوَاجاً ثَلاثَةً |7| siz üç dəstəyə ayrılacaqsınız.
[56.8] فَأَصْحَابُ المَيْمَنَةِ مَا أَصْحَابُ المَيْمَنَةِ |8| Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
[56.9] وَأَصْحَابُ المَشْأَمَةِ مَا أَصْحَابُ المَشْأَمَةِ |9| Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
@ Bu Outstrippers cəzası
[56.10] وَالسَّابِقُونَ السَّابِقُونَ |10| Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!
[56.11] أُوْلَئِكَ المُقَرَّبُونَ |11| Onlar Allaha yaxın olanlar,
[56.12] فِي جَنَّاتِ النَّعِيمِ |12| Nəim bağlarında qalacaq kimsələrdir.
[56.13] ثُلَّةٌ مِّنَ الأَوَّلِينَ |13| Onların çoxu əvvəlki nəsillərdən,
[56.14] وَقَلِيلٌ مِّنَ الآخِرِينَ |14| az bir qismi də axırıncılardandır.
[56.15] عَلَى سُرُرٍ مَّوْضُونَةٍ |15| Onlar bəzənmiş taxtlar üstündə
[56.16] مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ |16| qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.
[56.17] يَطُوفُ عَلَيْهِمْ وَلْدَانٌ مُّخَلَّدُونَ |17| Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;
[56.18] بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ |18| çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –
[56.19] لاَ يُصَدَّعُونَ عَنهَا وَ لاَ يُنْزِفُونَ |19| ondan başları ağrımaz və məst olmazlar,
[56.20] وَفَاكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ |20| bəyənib seçdikləri meyvələr
[56.21] وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ |21| və istədikləri quş əti ilə hərlənəcəklər.
[56.22] وَحُورٌ عِينٌ |22| Onları iri qaragözlü hurilər gözləyir –
[56.23] كَأَمْثَالِ اللُّؤْلُؤِ المَكْنُونِ |23| sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
[56.24] جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ |24| Bu, onların etdikləri əməllərin mükafatı olacaq.
[56.25] لاَ يَسْمَعُونَ فِيهَا لَغْواً وَلاَ تَأْثِيماً |25| Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.
[56.26] إِلاَّ قِيلاً سَلاماً سَلاماً |26| Ancaq: “Salam! Salam!” – sözləri eşidəcəklər.
@ Sağ əhli cəzası
[56.27] وَأَصْحَابُ اليَمِينِ مَا أَصْحَابُ اليَمِينِ |27| Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
[56.28] فِي سِدْرٍ مَّخْضُودٍ |28| Onlar tikansız sidr ağacları arasında,
[56.29] وَطَلْحٍ مَّنضُودٍ |29| meyvələri salxım-salxım asılmış banan ağacları altında,
[56.30] وَظِلٍّ مَّمْدُودٍ |30| uzanmış kölgəliklərdə,
[56.31] وَمَاءٍ مَّسْكُوبٍ |31| daim axan sular kənarında,
[56.32] وَفَاكِهَةٍ كَثِيرَةٍ |32| çoxlu meyvələr,
[56.33] لاَ مَقْطُوعَةٍ وَلاَ مَمْنُوعَةٍ |33| tükənməz və qadağan edilməyən meyvələr içində
[56.34] وَفُرُشٍ مَّرْفُوعَةٍ |34| və hündür döşəklər üstündə olacaqlar.
[56.35] إِنَّا أَنشَأْنَاهُنَّ إِنشَاءً |35| Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.
[56.36] فَجَعَلْنَاهُنَّ أَبْكَاراً |36| Onları bakirə qızlar edəcəyik –
[56.37] عُرُباً أَتْرَاباً |37| ərlərini sevən, həmyaşıdlar.
[56.38] لأَصْحَابِ اليَمِينِ |38| Bunlar sağ tərəf sahibləri üçündür.
[56.39] ثُلَّةٌ مِّنَ الأَوَّلِينَ |39| Onların çoxu əvvəlki nəsillərdən,
[56.40] وَثُلَّةٌ مِّنَ الآخِرِينَ |40| bir qismi də axırıncılardandır.
@ Sol əhli cəzası
[56.41] وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ |41| Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
[56.42] فِي سَمُومٍ وَحَمِيمٍ |42| Onlar qızmar yel və qaynar su içində,
[56.43] وَظِلٍّ مِّن يَحْمُومٍ |43| qapqara duman kölgəsində olacaqlar.
[56.44] لاَ بَارِدٍ وَلاَ كَرِيمٍ |44| Bu duman nə sərin, nə də xoşagələndir.
[56.45] إِنَّهُمْ كَانُوا قَبْلَ ذَلِكَ مُتْرَفِينَ |45| Onlar bundan əvvəl cah-calal içində idilər,
[56.46] وَكَانُوا يُصِرُّونَ عَلَى الحِنثِ العَظِيمِ |46| böyük günah işlətməkdə israr edirdilər
[56.47] وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَاباً وَعِظَاماً أَئِنَّا لَمَبْعُوثُونَ |47| və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?
[56.48] أَوَ آبَاؤُنَا الأَوَّلُونَ |48| Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”
[56.49] قُلْ إِنَّ الأَوَّلِينَ وَالآخِرِينَ |49| De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,
[56.50] لَمَجْمُوعُونَ إِلَى مِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ |50| bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.
[56.51] ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ المُكَذِّبُونَ |51| Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!
[56.52] لآكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ |52| Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,
[56.53] فَمَالِئُونَ مِنْهَا البُطُونَ |53| qarınlarınızı onunla dolduracaqsınız,
[56.54] فَشَارِبُونَ عَلَيْهِ مِنَ الحَمِيمِ |54| üstündən də qaynar su içəcəksiniz.
[56.55] فَشَارِبُونَ شُرْبَ الهِيمِ |55| Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.
[56.56] هَذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ |56| Bu onların Haqq-hesab günündəki ziyafətidir.
@ self müayinə və analiz üçün vaxt
[56.57] نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلاَ تُصَدِّقُونَ |57| Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?
[56.58] أَفَرَأَيْتُم مَّا تُمْنُونَ |58| Axıtdığınız nütfəni gördünüzmü?
[56.59] أَأَنتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الخَالِقُونَ |59| Onu siz yaradırsınız, yoxsa Biz?
[56.60] نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ المَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ |60| Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
[56.61] عَلَى أَن نُّبَدِّلَ أَمْثَالَكُمْ وَنُنشِئَكُمْ فِي مَا لاَ تَعْلَمُونَ |61| Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.
[56.62] وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الأُولَى فَلَوْلاَ تَذَكَّرُونَ |62| Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?
[56.63] أَفَرَأَيْتُم مَّا تَحْرُثُونَ |63| Əkdiyinizi gördünüzmü?
[56.64] أَأَنتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ |64| Onu siz bitirirsiniz, yoxsa Biz?
[56.65] لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَاماً فَظَلْتُمْ تَفَكَّهُونَ |65| Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
[56.66] إِنَّا لَمُغْرَمُونَ |66| və deyərdiniz: “Biz ziyana uğradıq.
[56.67] بَلْ نَحْنُ مَحْرُومُونَ |67| Daha doğrusu nemətlərdən məhrum olduq!”
[56.68] أَفَرَأَيْتُمُ المَاءَ الَّذِي تَشْرَبُونَ |68| İçdiyiniz suyu gördünüzmü?
[56.69] أَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ المُزْنِ أَمْ نَحْنُ المُنزِلُونَ |69| Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
[56.70] لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجاً فَلَوْلاَ تَشْكُرُونَ |70| Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
[56.71] أَفَرَأَيْتُمُ النَّارَ الَتِي تُورُونَ |71| Yandırdığınız odu gördünüzmü?
[56.72] أَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ المُنشِئُونَ |72| Onun ağacını siz yaradırsınız, yoxsa Biz?
[56.73] نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعاً لِّلْمُقْوِينَ |73| Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
[56.74] فَسَبِّحْ بِاسْمِ رَبِّكَ العَظِيمِ |74| Elə isə Ulu Rəbbinin adına təriflər de!
[56.75] فَلاَ أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ |75| Ulduzların batdığı yerlərə and olsun!
[56.76] وَإِنَّهُ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ |76| Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
[56.77] إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ |77| Həqiqətən, bu, ehtirama layiq Qurandır,
[56.78] فِي كِتَابٍ مَّكْنُونٍ |78| qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).
[56.79] لاَ يَمَسُّهُ إِلاَّ المُطَهَّرُونَ |79| Ona yalnız pak olanlar toxunur.
[56.80] تَنزِيلٌ مِّن رَّبِّ العَالَمِينَ |80| O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
[56.81] أَفَبِهَذَا الحَدِيثِ أَنتُم مُّدْهِنُونَ |81| Siz bu kəlamı yalan sayırsınız?
[56.82] وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ |82| Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?
[56.83] فَلَوْلاَ إِذَا بَلَغَتِ الحُلْقُومَ |83| Can boğaza yetişdiyi zaman –
[56.84] وَأَنْتُمْ حِينَئِذٍ تَنظُرُونَ |84| həmin an siz can verən adama baxırsınız.
[56.85] وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَكِن لاَّ تُبْصِرُونَ |85| Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.
[56.86] فَلَوْلاَ إِنكُنتُمْ غَيْرَ مَدِينِينَ |86| Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız
[56.87] تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ |87| və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?
[56.88] فَأَمَّا إِن كَانَ مِنَ المُقَرَّبِينَ |88| Amma əgər o, Allaha yaxın olanlardandırsa,
[56.89] فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ |89| onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.
[56.90] وَأَمَّا إِن كَانَ مِنْ أَصْحَابِ اليَمِينِ |90| Əgər o, sağ tərəf sahiblərindəndirsə,
[56.91] فَسَلامٌ لَّكَ مِنْ أَصْحَابِ اليَمِينِ |91| ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir.
[56.92] وَأَمَّا إِن كَانَ مِنَ المُكَذِّبِينَ الضَّالِّينَ |92| Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,
[56.93] فَنُزُلٌ مِّنْ حَمِيمٍ |93| onun ziyafəti qaynar su olacaq,
[56.94] وَتَصْلِيَةُ جَحِيمٍ |94| özü də Cəhənnəmdə yanacaqdır.
[56.95] إِنَّ هَذَا لَهُوَ حَقُّ اليَقِينِ |95| Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.
[56.96] فَسَبِّحْ بِاسْمِ رَبِّكَ العَظِيمِ |96| Elə isə Ulu Rəbbinin adına təriflər de!
|AL HADIID 57 Iron
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Allah, Yaradan göylərdə və yerdə ucadır
[57.1] سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَوَاتِ وَالأَرْضِ وَهُوَ العَزِيزُ الحَكِيمُ |1| Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.
[57.2] لَهُ مُلْكُ السَّمَوَاتِ وَالأَرْضِ يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |2| Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir.
[57.3] هُوَ الأَوَّلُ وَالآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ |3| Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir.
[57.4] هُوَ الَّذِي خَلَقَ السَّمَوَاتِ وَالأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى العَرْشِ يَعْلَمُ مَا يَلِجُ فِي الأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ |4| Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.
[57.5] لَهُ مُلْكُ السَّمَوَاتِ وَالأَرْضِ وَإِلَى اللَّهِ تُرْجَعُ الأُمُورُ |5| Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.
@ Allah sizin fikirlər o cümlədən hər şeyi biləndir
[57.6] يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَهُوَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ |6| O, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. O, kökslərdə olanları bilir.
@ Allah İslama dəvət və bu Quran nazil edən Odur ki, sizə deyir
[57.7] آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَأَنفِقُوا مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ فَالَّذِينَ آمَنُوا مِنكُمْ وَأَنفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ |7| Allaha və Onun Elçisinə iman gətirin! Sizin ixtiyarınıza verdiyi maldan xeyirxah işlərə sərf edin! Sizdən iman gətirib mallarından xərcləyənləri böyük bir mükafat gözləyir.
[57.8] وَمَا لَكُمْ لاَ تُؤْمِنُونَ بِاللَّهِ وَالرَّسُولُ يَدْعُوكُمْ لِتُؤْمِنُوا بِرَبِّكُمْ وَقَدْ أَخَذَ مِيثَاقَكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ |8| Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, bilin ki, artıq O, sizdən əhd almışdır.
[57.9] هُوَ الَّذِي يُنَزِّلُ عَلَى عَبْدِهِ آيَاتٍ بَيِّنَاتٍ لِّيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَإِنَّ اللَّهَ بِكُمْ لَرَءُوفٌ رَّحِيمٌ |9| Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir.
@ Sizin sərvət Allaha məxsusdur, və onun qəyyumu var
[57.10] وَمَا لَكُمْ أَلاَّ تُنفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلِلَّهِ مِيرَاثُ السَّمَوَاتِ وَالأَرْضِ لاَ يَسْتَوِي مِنكُم مَّنْ أَنفَقَ مِن قَبْلِ الفَتْحِ وَقَاتَلَ أُوْلَئِكَ أَعْظَمُ دَرَجَةً مِّنَ الَّذِينَ أَنفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا وَكُلاًّ وَعَدَ اللَّهُ الحُسْنَى وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ |10| Sizə nə olub ki, malınızdan Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası Allahındır. Sizlərdən Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır.
[57.11] مَن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضاً حَسَناً فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ |11| Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yolunda malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat da vardır.
@ şeytanın aldanma ilə tempted olunur ödənilir ki, qiymət
[57.12] يَوْمَ تَرَى المُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَى نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِم بُشْرَاكُمُ اليَوْمَ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا ذَلِكَ هُوَ الفَوْزُ العَظِيمُ |12| O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur.
[57.13] يَوْمَ يَقُولُ المُنَافِقُونَ وَالْمُنَافِقَاتُ لِلَّذِينَ آمَنُوا انظُرُونَا نَقْتَبِسْ مِن نُّورِكُمْ قِيلَ ارْجِعُوا وَرَاءَكُمْ فَالْتَمِسُوا نُوراً فَضُرِبَ بَيْنَهُم بِسُورٍ لَّهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِن قِبَلِهِ العَذَابُ |13| O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq” – deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir.
[57.14] يُنَادُونَهُمْ أَلَمْ نَكُن مَّعَكُمْ قَالُوا بَلَى وَلَكِنَّكُمْ فَتَنتُمْ أَنْفُسَكُمْ وَتَرَبَّصْتُمْ وَارْتَبْتُمْ وَغَرَّتْكُمُ الأَمَانِيُّ حَتَّى جَاءَ أَمْرُ اللَّهِ وَغَرَّكُم بِاللَّهِ الغَرُورُ |14| Münafiqlər onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” Möminlər deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı.
[57.15] فَالْيَوْمَ لاَ يُؤْخَذُ مِنكُمْ فِدْيَةٌ وَلاَ مِنَ الَّذِينَ كَفَرُوا مَأْوَاكُمُ النَّارُ هِيَ مَوْلاكُمْ وَبِئْسَ المَصِيرُ |15| Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”
@ Allahdan zikr təvazökar olun
[57.16] أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ وَمَا نَزَلَ مِنَ الحَقِّ وَلاَ يَكُونُوا كَالَّذِينَ أُوتُوا الكِتَابَ مِن قَبْلُ فَطَالَ عَلَيْهِمُ الأَمَدُ فَقَسَتْ قُلُوبُهُمْ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ |16| Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?
[57.17] اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ |17| Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız.
@ Allah sədəqə edənlər çox dəfə ödənilmişdir olunacaq vəd
[57.18] إِنَّ المُصَّدِّقِينَ وَالْمُصَّدِّقَاتِ وَأَقْرَضُوا اللَّهَ قَرْضاً حَسَناً يُضَاعَفُ لَهُمْ وَلَهُمْ أَجْرٌ كَرِيمٌ |18| Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün əvəzi qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır.
@ Allahın mükafatı
[57.19] وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُوْلَئِكَ هُمُ الصِّدِّيقُونَ وَالشُّهَدَاءُ عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُوْلَئِكَ أَصْحَابُ الجَحِيمِ |19| Allaha və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir.
@ Bu həyat dəyəri və əbədi həyat
[57.20] اعْلَمُوا أَنَّمَا الحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاثُرٌ فِي الأَمْوَالِ وَالأَوْلادِ كَمَثَلِ غَيْثٍ أَعْجَبَ الكُفَّارَ نَبَاتُهُ ثُمَّ يَهِيجُ فَتَرَاهُ مُصْفَراًّ ثُمَّ يَكُونُ حُطَاماً وَفِي الآخِرَةِ عَذَابٌ شَدِيدٌ وَمَغْفِرَةٌ مِّنَ اللَّهِ وَرِضْوَانٌ وَمَا الحَيَاةُ الدُّنْيَا إِلاَّ مَتَاعُ الغُرُورِ |20| Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
[57.21] سَابِقُوا إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا كَعَرْضِ السَّمَاءِ وَالأَرْضِ أُعِدَّتْ لِلَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاءُ وَاللَّهُ ذُو الفَضْلِ العَظِيمِ |21| Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir.
@ Allah, qürur lovğa olanlar demək sevgi deyil və ya üz olan çevirmək
[57.22] مَا أَصَابَ مِن مُّصِيبَةٍ فِي الأَرْضِ وَلاَ فِي أَنفُسِكُمْ إِلاَّ فِي كِتَابٍ مِّن قَبْلِ أَن نَبْرَأَهَا إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ |22| Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.
[57.23] لِكَيْلا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلاَ تَفْرَحُوا بِمَا آتَاكُمْ وَاللَّهُ لاَ يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ |23| Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir.
[57.24] الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَمَن يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الغَنِيُّ الحَمِيدُ |24| O kəsləri ki, özləri xəsislik edir, insanlara da xəsislik etməyi əmr edirlər. Kim haqdan üz çevirsə, bilsin ki, Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.
@ Allah peyğəmbərləri dəlillər göndərilmiş, Müqəddəs Kitablar və hüquq
[57.25] لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَأَنزَلْنَا الحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ اللَّهُ مَن يَنصُرُهُ وَرُسُلَهُ بِالْغَيْبِ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ |25| Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.
@ Nuh və İbrahim millətlər
[57.26] وَلَقَدْ أَرْسَلْنَا نُوحاً وَإِبْرَاهِيمَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِمَا النُّبُوَّةَ وَالْكِتَابَ فَمِنْهُم مُّهْتَدٍ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ |26| Biz Nuhu və İbrahimi göndərdik, peyğəmbərliyi və Kitabı onların nəslinə nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə fasiqlərdir.
@ Allah harada, indi, İsa bir İncil verdik? Bu Müqəddəs Kitab Əhdi-Cədid daxil heç vaxt.
[57.27] ثُمَّ قَفَّيْنَا عَلَى آثَارِهِم بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ابْنِ مَرْيَمَ وَآتَيْنَاهُ الإِنجِيلَ وَجَعَلْنَا فِي قُلُوبِ الَّذِينَ اتَّبَعُوهُ رَأْفَةً وَرَحْمَةً وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ إِلاَّ ابْتِغَاءَ رِضْوَانِ اللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا فَآتَيْنَا الَّذِينَ آمَنُوا مِنْهُمْ أَجْرَهُمْ وَكَثِيرٌ مِّنْهُمْ فَاسِقُونَ |27| Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.
Dostları ilə paylaş: |