Wakf Standard Project of Koran (Qur'an) in 88 Languages with 1910 topics in utf8 format both html and docx



Yüklə 9,06 Mb.
səhifə59/69
tarix26.11.2016
ölçüsü9,06 Mb.
#175
1   ...   55   56   57   58   59   60   61   62   ...   69

[49.16] قُلْ أَتُعَلِّمُونَ اللَّهَ بِدِينِكُمْ وَاللَّهُ يَعْلَمُ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الأَرْضِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ |16| De: “Siz dininizi Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir.

[49.17] يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا قُل لاَّ تَمُنُّوا عَلَيَّ إِسْلامَكُمْ بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلإِيمَانِ إِن كُنتُمْ صَادِقِينَ |17| Onlar müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De: “Müsəlman olmusunuz deyə mənə minnət qoymayın! Əgər doğru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi imana gətirməklə sizə mərhəmət göstərmişdir!”

[49.18] إِنَّ اللَّهَ يَعْلَمُ غَيْبَ السَّمَوَاتِ وَالأَرْضِ وَاللَّهُ بَصِيرٌ بِمَا تَعْمَلُونَ |18| Şübhəsiz ki, Allah göylərin də, yerin də qeybini bilir. Allah sizin nə etdiklərinizi görür.


|QAAF 50 Qaf

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ dirilməyə Kafir və qiyamət günü hadisələr

[50.1] ق وَالْقُرْآنِ المَجِيدِ |1| Qaf. Şərəfli Qurana and olsun!

[50.2] بَلْ عَجِبُوا أَن جَاءَهُم مُّنذِرٌ مِّنْهُمْ فَقَالَ الكَافِرُونَ هَذَا شَيْءٌ عَجِيبٌ |2| Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir.

[50.3] أَئِذَا مِتْنَا وَكُنَّا تُرَاباً ذَلِكَ رَجْعٌ بَعِيدٌ |3| Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik? Bu, əlçatmaz bir qayıdışdır!”

[50.4] قَدْ عَلِمْنَا مَا تَنقُصُ الأَرْضُ مِنْهُمْ وَعِندَنَا كِتَابٌ حَفِيظٌ |4| Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.

[50.5] بَلْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَهُمْ فِي أَمْرٍ مَّرِيجٍ |5| Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər.


@ Göylərdə və yerdə Allahın ayələrini

[50.6] أَفَلَمْ يَنظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِن فُرُوجٍ |6| Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.

[50.7] وَالأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ بَهِيجٍ |7| Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik.

[50.8] تَبْصِرَةً وَذِكْرَى لِكُلِّ عَبْدٍ مُّنِيبٍ |8| Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.

[50.9] وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُّبَارَكاً فَأَنْبَتْنَا بِهِ جَنَّاتٍ وَحَبَّ الحَصِيدِ |9| Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.

[50.10] وَالنَّخْلَ بَاسِقَاتٍ لَّهَا طَلْعٌ نَّضِيدٌ |10| Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik.

[50.11] رِزْقاً لِّلْعِبَادِ وَأَحْيَيْنَا بِهِ بَلْدَةً مَّيْتاً كَذَلِكَ الخُرُوجُ |11| Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir.
@ millətlərin məhv Allahın əlamətləri Ana Təbiət deyil aktları idi

[50.12] كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَابُ الرَّسِّ وَثَمُودُ |12| Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı.

[50.13] وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَانُ لُوطٍ |13| Ad qövmü, Firon xalqı, Lut tayfası,

[50.14] وَأَصْحَابُ الأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ كُلٌّ كَذَّبَ الرُّسُلَ فَحَقَّ وَعِيدِ |14| Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi.

[50.15] أَفَعَيِينَا بِالْخَلْقِ الأَوَّلِ بَلْ هُمْ فِي لَبْسٍ مِّنْ خَلْقٍ جَدِيدٍ |15| Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər.

[50.16] وَلَقَدْ خَلَقْنَا الإِنسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الوَرِيدِ |16| İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.


@ kafirlər ölüm. Bu qiyamət günü və onların vəziyyəti haqqında onların dirilməsi

[50.17] إِذْ يَتَلَقَّى المُتَلَقِّيَانِ عَنِ اليَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ |17| Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır.

[50.18] مَا يَلْفِظُ مِن قَوْلٍ إِلاَّ لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ |18| Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.

[50.19] وَجَاءَتْ سَكْرَةُ المَوْتِ بِالْحَقِّ ذَلِكَ مَا كَنتَ مِنْهُ تَحِيدُ |19| Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.

[50.20] وَنُفِخَ فِي الصُّورِ ذَلِكَ يَوْمُ الوَعِيدِ |20| Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.

[50.21] وَجَاءَتْ كُلُّ نَفْسٍ مَّعَهَا سَائِقٌ وَشَهِيدٌ |21| Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir.

[50.22] لَقَدْ كُنتَ فِي غَفْلَةٍ مِّنْ هَذَا فَكَشَفْنَا عَنكَ غِطَاءَكَ فَبَصَرُكَ اليَوْمَ حَدِيدٌ |22| Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”

[50.23] وَقَالَ قَرِينُهُ هَذَا مَا لَدَيَّ عَتِيدٌ |23| Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”

[50.24] أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ |24| Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,

[50.25] مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ مُّرِيبٍ |25| xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,

[50.26] الَّذِي جَعَلَ مَعَ اللَّهِ إِلَهاً آخَرَ فَأَلْقِيَاهُ فِي العَذَابِ الشَّدِيدِ |26| başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”

[50.27] قَالَ قَرِينُهُ رَبَّنَا مَا أَطْغَيْتُهُ وَلَكِن كَانَ فِي ضَلالٍ بَعِيدٍ |27| Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”

[50.28] قَالَ لاَ تَخْتَصِمُوا لَدَيَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُم بِالْوَعِيدِ |28| Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.

[50.29] مَا يُبَدَّلُ القَوْلُ لَدَيَّ وَمَا أَنَا بِظَلاَّمٍ لِّلْعَبِيدِ |29| Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”

[50.30] يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ امْتَلأْتِ وَتَقُولُ هَلْ مِن مَّزِيدٍ |30| O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcəyik. O isə: “Yenə varmı?” – deyəcəkdir.
@ Cənnət xalqı

[50.31] وَأُزْلِفَتِ الجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ |31| Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır.

[50.32] هَذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ |32| Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən,

[50.33] مَّنْ خَشِيَ الرَّحْمَنَ بِالْغَيْبِ وَجَاءَ بِقَلْبٍ مُّنِيبٍ |33| Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.

[50.34] ادْخُلُوهَا بِسَلامٍ ذَلِكَ يَوْمُ الخُلُودِ |34| Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.

[50.35] لَهُم مَّا يَشَاءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ |35| Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır.

[50.36] وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُم بَطْشاً فَنَقَّبُوا فِي البِلادِ هَلْ مِن مَّحِيصٍ |36| Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?”

[50.37] إِنَّ فِي ذَلِكَ لَذِكْرَى لِمَن كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ |37| Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.

[50.38] وَلَقَدْ خَلَقْنَا السَّمَوَاتِ وَالأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِن لُّغُوبٍ |38| Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.
@ Zikir edərək Allah saxla

[50.39] فَاصْبِرْ عَلَى مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الغُرُوبِ |39| Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!

[50.40] وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَارَ السُّجُودِ |40| Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!
@ Qiyamət günü

[50.41] وَاسْتَمِعْ يَوْمَ يُنَادِ المُنَادِ مِن مَّكَانٍ قَرِيبٍ |41| Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaqdır.

[50.42] يَوْمَ يَسْمَعُونَ الصَّيْحَةَ بِالْحَقِّ ذَلِكَ يَوْمُ الخُرُوجِ |42| O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür.

[50.43] إِنَّا نَحْنُ نُحْيِي وَنُمِيتُ وَإِلَيْنَا المَصِيرُ |43| Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.

[50.44] يَوْمَ تَشَقَّقُ الأَرْضُ عَنْهُمْ سِرَاعاً ذَلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ |44| O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.
@ Peyğəmbər

[50.45] نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ وَمَا أَنْتَ عَلَيْهِمْ بِجَبَّارٍ فَذَكِّرْ بِالْقُرْآنِ مَن يَخَافُ وَعِيدِ |45| Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!


|ADZ DZAARIYAAT 51 əz-Zariyat

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Qiyamət günü, Allah Öz və'dinə doğru olduğunu məzmunda and içir

[51.1] وَالذَّارِيَاتِ ذَرْواً |1| And olsun toz-torpağı ətrafa səpələyənlərə!

[51.2] فَالْحَامِلاتِ وَقْراً |2| And olsun yağmur yükü daşıyanlara!

[51.3] فَالْجَارِيَاتِ يُسْراً |3| And olsun asanlıqla üzüb gedənlərə!

[51.4] فَالْمُقَسِّمَاتِ أَمْراً |4| And olsun işləri paylaşdıranlara!

[51.5] إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ |5| Sizə vəd olunanlar həqiqətdir.

[51.6] وَإِنَّ الدِّينَ لَوَاقِعٌ |6| Haqq-hesab da mütləq çəkiləcəkdir.

[51.7] وَالسَّمَاءِ ذَاتِ الحُبُكِ |7| And olsun gözəl görünüşü olan səmaya!

[51.8] إِنَّكُمْ لَفِي قَوْلٍ مُّخْتَلِفٍ |8| Sizin sözləriniz ziddiyyətlidir.

[51.9] يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ |9| Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.

[51.10] قُتِلَ الخَرَّاصُونَ |10| Məhv olsun yalançılar!

[51.11] الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ |11| O kəslər ki, cəhalət içində olan qafillərdir.

[51.12] يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ |12| Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.

[51.13] يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ |13| O gün onlara odda əzab veriləcəkdir.

[51.14] ذُوقُوا فِتْنَتَكُمْ هَذَا الَّذِي كُنتُم بِهِ تَسْتَعْجِلُونَ |14| Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
@ saleh xüsusiyyətləri

[51.15] إِنَّ المُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ |15| Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,

[51.16] آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَلِكَ مُحْسِنِينَ |16| öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.

[51.17] كَانُوا قَلِيلاً مِّنَ اللَّيْلِ مَا يَهْجَعُونَ |17| Onlar gecələr ibadət edib az yatırdılar.

[51.18] وَبِالأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ |18| Sübh çağı isə bağışlanma diləyirdilər.

[51.19] وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِّلسَّائِلِ وَالْمَحْرُومِ |19| Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.

[51.20] وَفِي الأَرْضِ آيَاتٌ لِّلْمُوقِنِينَ |20| Qəti inananlar üçün yer üzündə dəlillər vardır.

[51.21] وَفِي أَنفُسِكُمْ أَفَلاَ تُبْصِرُونَ |21| Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?

[51.22] وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ |22| Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.

[51.23] فَوَرَبِّ السَّمَاءِ وَالأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَ |23| Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.


@ İbrahim və Lut və angelic yoluxma

[51.24] هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ المُكْرَمِينَ |24| İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?

[51.25] إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلاَماً قَالَ سَلامٌ قَوْمٌ مُّنكَرُونَ |25| Onlar onun yanına daxil olub: “Sənə salam olsun!” – dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!” – dedi.

[51.26] فَرَاغَ إِلَى أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ |26| O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.

[51.27] فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلاَ تَأْكُلُونَ |27| Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?” – dedi.
@ Mələklər bir oğlu var ki, İbrahim və Sara demək

[51.28] فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً قَالُوا لاَ تَخَفْ وَبَشَّرُوهُ بِغُلامٍ عَلِيمٍ |28| O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.

[51.29] فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ |29| Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”

[51.30] قَالُوا كَذَلِكِ قَالَ رَبُّكِ إِنَّهُ هُوَ الحَكِيمُ العَلِيمُ |30| Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”


@ Mələklər Lutun milləti məhv etmək üçün göndərilmiş İbrahim demək

[51.31] قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا المُرْسَلُونَ |31| İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”

[51.32] قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَى قَوْمٍ مُّجْرِمِينَ |32| Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,

[51.33] لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ |33| onların üstünə gildən daşlar yağdıraq –

[51.34] مُسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ |34| həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”

[51.35] فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ المُؤْمِنِينَ |35| Biz orada olan möminləri o kənddən çıxartdıq.

[51.36] فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ المُسْلِمِينَ |36| Amma orada bir evdən başqa müsəlman tapmadıq.

[51.37] وَتَرَكْنَا فِيهَا آيَةً لِّلَّذِينَ يَخَافُونَ العَذَابَ الأَلِيمَ |37| Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.


@ Fir'on cəza

[51.38] وَفِي مُوسَى إِذْ أَرْسَلْنَاهُ إِلَى فِرْعَوْنَ بِسُلْطَانٍ مُّبِينٍ |38| Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.

[51.39] فَتَوَلَّى بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ |39| O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!” – dedi.

[51.40] فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي اليَمِّ وَهُوَ مُلِيمٌ |40| Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.


@ Ad məhv

[51.41] وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ العَقِيمَ |41| Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.

[51.42] مَا تَذَرُ مِن شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلاَّ جَعَلَتْهُ كَالرَّمِيمِ |42| O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
@ Səmud məhv

[51.43] وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّى حِينٍ |43| Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!” – deyilmişdi.

[51.44] فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنظُرُونَ |44| Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.

[51.45] فَمَا اسْتَطَاعُوا مِن قِيَامٍ وَمَا كَانُوا مُنتَصِرِينَ |45| Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.

[51.46] وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ إِنَّهُمْ كَانُوا قَوْماً فَاسِقِينَ |46| Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
@ bizim mövcudluğu məqsədi

[51.47] وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ |47| Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.

[51.48] وَالأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ المَاهِدُونَ |48| Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!

[51.49] وَمِن كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ |49| Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.

[51.50] فَفِرُّوا إِلَى اللَّهِ إِنِّي لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ |50| De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!

[51.51] وَلاَ تَجْعَلُوا مَعَ اللَّهِ إِلَهاً آخَرَ إِنِّي لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ |51| Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”

[51.52] كَذَلِكَ مَا أَتَى الَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلاَّ قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ |52| Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər.

[51.53] أَتَوَاصَوْا بِهِ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ |53| Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.

[51.54] فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنْتَ بِمَلُومٍ |54| Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.

[51.55] وَذَكِّرْ فَإِنَّ الذِّكْرَى تَنفَعُ المُؤْمِنِينَ |55| Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.

[51.56] وَمَا خَلَقْتُ الجِنَّ وَالإِنسَ إِلاَّ لِيَعْبُدُونِ |56| Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.

[51.57] مَا أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَا أُرِيدُ أَن يُطْعِمُونِ |57| Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.

[51.58] إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو القُوَّةِ المَتِينُ |58| Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.

[51.59] فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوباً مِّثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلاَ يَسْتَعْجِلُونِ |59| Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!

[51.60] فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِن يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ |60| Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!
|ATH THUUR 52 Mount

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ cəhənnəm reallığı bağlı Allah andı

[52.1] وَالطُّورِ |1| And olsun dağa!

[52.2] وَكِتَابٍ مَّسْطُورٍ |2| And olsun yazılmış Kitaba –

[52.3] فِي رَقٍّ مَّنْشُورٍ |3| nazik dəri üzərində olan Kitaba!

[52.4] وَالْبَيْتِ المَعْمُورِ |4| And olsun Beytulməmura!

[52.5] وَالسَّقْفِ المَرْفُوعِ |5| And olsun yüksək tavana!

[52.6] وَالْبَحْرِ المَسْجُورِ |6| And olsun alovlanan dənizə!

[52.7] إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ |7| Rəbbinin əzabı hökmən vaqe olacaqdır.

[52.8] مَا لَهُ مِن دَافِعٍ |8| Heç nə onun qarşısını ala bilməz.

[52.9] يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْراً |9| O gün göy şiddətlə sarsılacaq,

[52.10] وَتَسِيرُ الجِبَالُ سَيْراً |10| dağlar da hərəkətə gələcəkdir.

[52.11] فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |11| O gün vay halına haqqı yalan sayanların!

[52.12] الَّذِينَ هُمْ فِي خَوْضٍ يَلْعَبُونَ |12| O kəslər ki, yalan bataqlığında əylənirlər.

[52.13] يَوْمَ يُدَعُّونَ إِلَى نَارِ جَهَنَّمَ دَعاًّ |13| O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar.

[52.14] هَذِهِ النَّارُ الَتِي كُنتُم بِهَا تُكَذِّبُونَ |14| Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur!

[52.15] أَفَسِحْرٌ هَذَا أَمْ أَنتُمْ لاَ تُبْصِرُونَ |15| Bəlkə bu da sehrdir, siz görmürsünüz?

[52.16] اصْلَوْهَا فَاصْبِرُواأَوْ لاَ تَصْبِرُوا سَوَاءٌ عَلَيْكُمْ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ |16| Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
@ Cənnət reallığı bağlı Allah andı

[52.17] إِنَّ المُتَّقِينَ فِي جَنَّاتٍ وَنَعِيمٍ |17| Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.

[52.18] فَاكِهِينَ بِمَا آتَاهُمْ رَبُّهُمْ وَوَقَاهُمْ رَبُّهُمْ عَذَابَ الجَحِيمِ |18| Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir.

[52.19] كُلُوا وَاشْرَبُوا هَنِيئاً بِمَا كُنتُمْ تَعْمَلُونَ |19| Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”

[52.20] مُتَّكِئِينَ عَلَى سُرُرٍ مَّصْفُوفَةٍ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ |20| Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik.

[52.21] وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُم مِّنْ عَمَلِهِم مِّن شَيْءٍ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ |21| Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.

[52.22] وَأَمْدَدْنَاهُم بِفَاكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ |22| Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.

[52.23] يَتَنَازَعُونَ فِيهَا كَأْساً لاَّ لَغْوٌ فِيهَا وَلاَ تَأْثِيمٌ |23| Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz.

[52.24] وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ |24| Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.

[52.25] وَأَقْبَلَ بَعْضُهُمْ عَلَى بَعْضٍ يَتَسَاءَلُونَ |25| Onlar bir-birinə üz tutub soruşacaqlar.

[52.26] قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ |26| Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq.

[52.27] فَمَنَّ اللَّهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ |27| Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.

[52.28] إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ إِنَّهُ هُوَ البَرُّ الرَّحِيمُ |28| Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
@ Allah kafirlərin iddiasını təkzib

[52.29] فَذَكِّرْ فَمَا أَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِكَاهِنٍ وَلاَ مَجْنُونٍ |29| Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!

[52.30] أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِ رَيْبَ المَنُونِ |30| Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!” – deyirlər.

[52.31] قُلْ تَرَبَّصُوا فَإِنِّي مَعَكُم مِّنَ المُتَرَبِّصِينَ |31| De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

[52.32] أَمْ تَأْمُرُهُمْ أَحْلامُهُم بِهَذَا أَمْ هُمْ قَوْمٌ طَاغُونَ |32| Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?

[52.33] أَمْ يَقُولُونَ تَقَوَّلَهُ بَل لاَّ يُؤْمِنُونَ |33| Yoxsa onlar: “Bunu özündən uydurdun!” – deyirlər. Xeyr, onlar iman gətirmirlər.

[52.34] فَلْيَأْتُوا بِحَدِيثٍ مِّثْلِهِ إِن كَانُوا صَادِقِينَ |34| Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.

[52.35] أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الخَالِقُونَ |35| Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?

[52.36] أَمْ خَلَقُوا السَّمَوَاتِ وَالأَرْضَ بَل لاَّ يُوقِنُونَ |36| Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.

[52.37] أَمْ عِندَهُمْ خَزَائِنُ رَبِّكَ أَمْ هُمُ المُسَيْطِرُونَ |37| Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?

[52.38] أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَانٍ مُّبِينٍ |38| Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!

[52.39] أَمْ لَهُ البَنَاتُ وَلَكُمُ البَنُونَ |39| Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?

[52.40] أَمْ تَسْأَلُهُمْ أَجْراً فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ |40| Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?

[52.41] أَمْ عِندَهُمُ الغَيْبُ فَهُمْ يَكْتُبُونَ |41| Yoxsa onlar qeybi bilir və onu yazırlar?

[52.42] أَمْ يُرِيدُونَ كَيْداً فَالَّذِينَ كَفَرُوا هُمُ المَكِيدُونَ |42| Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.

[52.43] أَمْ لَهُمْ إِلَهٌ غَيْرُ اللَّهِ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ |43| Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.


Yüklə 9,06 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin