[43.40] أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي العُمْيَ وَمَن كَانَ فِي ضَلالٍ مُّبِينٍ |40| Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?
[43.41] فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ |41| Biz səni götürüb aparsaq da, yenə onlardan mütləq intiqam alacağıq.
[43.42] أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ |42| Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar.
@ The Straight Path bir öyüd-nəsihətdir
[43.43] فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ إِنَّكَ عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ |43| Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan.
[43.44] وَإِنَّهُ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ وَسَوْفَ تُسْأَلُونَ |44| Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.
[43.45] وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَا أَجَعَلْنَا مِن دُونِ الرَّحْمَنِ آلِهَةً يُعْبَدُونَ |45| Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik?
@ Firon Allahın əlamətləri güldü və Musanı və Harunu yalan
[43.46] وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ العَالَمِينَ |46| Biz Musanı Öz dəlillərimizlə Firon və onun əyanlarının yanına göndərdik. Musa dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
[43.47] فَلَمَّا جَاءَهُم بِآيَاتِنَا إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ |47| Musa dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər.
[43.48] وَمَا نُرِيهِم مِّنْ آيَةٍ إِلاَّ هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا وَأَخَذْنَاهُم بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ |48| Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkilərdən daha da üstün idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qayıdalar.
[43.49] وَقَالُوا يَا أَيُّهَا السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ |49| Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk” – dedilər.
[43.50] فَلَمَّا كَشَفْنَا عَنْهُمُ العَذَابَ إِذَا هُمْ يَنكُثُونَ |50| Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər.
[43.51] وَنَادَى فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَذِهِ الأَنْهَارُ تَجْرِي مِن تَحْتِي أَفَلاَ تُبْصِرُونَ |51| Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüzmü?
[43.52] أَمْ أَنَا خَيْرٌ مِّنْ هَذَا الَّذِي هُوَ مَهِينٌ وَلاَ يَكَادُ يُبِينُ |52| Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?
[43.53] فَلَوْلاَ أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ المَلائِكَةُ مُقْتَرِنِينَ |53| Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?”
[43.54] فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ إِنَّهُمْ كَانُوا قَوْماً فَاسِقِينَ |54| Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər.
[43.55] فَلَمَّا آسَفُونَا انتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ |55| Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq.
[43.56] فَجَعَلْنَاهُمْ سَلَفاً وَمَثَلاً لِّلآخِرِينَ |56| Biz onları sonradan gələn nəsillər üçün izi-tozu itirilib yox edilmiş bir millətə və ibrət alınmalı bir həqiqətə çevirdik.
@ İsa İsrail oğullarına göndərilmiş bir peyğəmbər idi
[43.57] وَلَمَّا ضُرِبَ ابْنُ مَرْيَمَ مَثَلاً إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ |57| Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü.
[43.58] وَقَالُوا أَآلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ مَا ضَرَبُوهُ لَكَ إِلاَّ جَدَلاً بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ |58| Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır.
[43.59] إِنْ هُوَ إِلاَّ عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلاً لِّبَنِي إِسْرَائِيلَ |59| O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur.
[43.60] وَلَوْ نَشَاءُ لَجَعَلْنَا مِنكُم مَّلائِكَةً فِي الأَرْضِ يَخْلُفُونَ |60| Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq.
@ Şeytan bəşəriyyətin açıq-aşkar düşməninizdir
[43.61] وَإِنَّهُ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلاَ تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ |61| Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!
[43.62] وَلاَ يَصُدَّنَّكُمُ الشَّيْطَانُ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ |62| Şeytan sizi doğru yoldan döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir.
@ İsa Allaha ibadət etmək üçün onun ardıcılları əmr və bu, düz yoldur ki, onlara deyir
[43.63] وَلَمَّا جَاءَ عِيسَى بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُم بِالْحِكْمَةِ وَلأُبَيِّنَ لَكُم بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ |63| İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!
[43.64] إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ |64| Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!”
[43.65] فَاخْتَلَفَ الأَحْزَابُ مِنْ بَيْنِهِمْ فَوَيْلٌ لِّلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ |65| Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!
[43.66] هَلْ يَنظُرُونَ إِلاَّ السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لاَ يَشْعُرُونَ |66| Onlar özləri də hiss etmədən o Saatın qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?
@ Cənnət varisləri və Cəhənnəm varisləri
[43.67] الأَخِلاَّءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلاَّ المُتَّقِينَ |67| O gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər.
[43.68] يَا عِبَادِ لاَ خَوْفٌ عَلَيْكُمُ اليَوْمَ وَلاَ أَنتُمْ تَحْزَنُونَ |68| Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də.
[43.69] الَّذِينَ آمَنُوا بِآيَاتِنَا وَكَانُوا مُسْلِمِينَ |69| Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz.
[43.70] ادْخُلُوا الجَنَّةَ أَنتُمْ وَأَزْوَاجُكُمْ تُحْبَرُونَ |70| Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun!
[43.71] يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ وَفِيهَا مَا تَشْتَهِيهِ الأَنفُسُ وَتَلَذُّ الأَعْيُنُ وَأَنْتُمْ فِيهَا خَالِدُونَ |71| Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız.
[43.72] وَتِلْكَ الجَنَّةُ الَتِي أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ |72| Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur.
[43.73] لَكُمْ فِيهَا فَاكِهَةٌ كَثِيرةٌ مِّنْهَا تَأْكُلُونَ |73| Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz.
[43.74] إِنَّ المُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ |74| Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar.
[43.75] لاَ يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ |75| Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar.
[43.76] وَمَا ظَلَمْنَاهُمْ وَلَكِن كَانُوا هُمُ الظَّالِمِينَ |76| Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.
[43.77] وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ قَالَ إِنَّكُم مَّاكِثُونَ |77| Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!” – deyəcək.
[43.78] لَقَدْ جِئْنَاكُم بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ |78| Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı.
[43.79] أَمْ أَبْرَمُوا أَمْراً فَإِنَّا مُبْرِمُونَ |79| Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk.
[43.80] أَمْ يَحْسَبُونَ أَنَّا لاَ نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُم بَلَى وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ |80| Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır.
@ Allah əmr Peyğəmbər övladı olsaydı, ona ilk ibadət olardı ki,
[43.81] قُلْ إِن كَانَ لِلرَّحْمَنِ وَلَدٌ فَأَنَا أَوَّلُ العَابِدِينَ |81| De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım.
[43.82] سُبْحَانَ رَبِّ السَّمَوَاتِ وَالأَرْضِ رَبِّ العَرْشِ عَمَّا يَصِفُونَ |82| Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və onların Ona aid etdikləri sifətlərdən uzaqdır!”
[43.83] فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّى يُلاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ |83| Onları burax, qoy vəd olunduqları günə qovuşanadək batil işlərə dalsınlar və bir müddət əylənsinlər.
[43.84] وَهُوَ الَّذِي فِي السَّمَاءِ إِلَهٌ وَفِي الأَرْضِ إِلَهٌ وَهُوَ الحَكِيمُ العَلِيمُ |84| Göydə də məbud, yerdə də məbud yalnız Odur. O, Müdrikdir, Biləndir.
[43.85] وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ |85| Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər xeyirxahdır! O Saat haqqında bilgi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.
[43.86] وَلاَ يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِن دُونِهِ الشَّفَاعَةَ إِلاَّ مَن شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ |86| Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır.
[43.87] وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ فَأَنَّى يُؤْفَكُونَ |87| Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!” – deyərlər. Gör necə də haqdan döndərilirlər!
[43.88] وَقِيلِهِ يَا رَبِّ إِنَّ هَؤُلاءِ قَوْمٌ لاَّ يُؤْمِنُونَ |88| Peyğəmbər dedi: “Ey Rəbbim! Bunlar iman gətirməyən adamlardır!”
[43.89] فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلامٌ فَسَوْفَ يَعْلَمُونَ |89| Onlara “Salam!” deyib, vaz keç. Onlar tezliklə biləcəklər.
|AD DUKHAAN 44 Smoke
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
[44.1] حـم |1| Ha. Mim.
@ Quran xəbərdarlıq, hikmət və mərhəmət
[44.2] وَالْكِتَابِ المُبِينِ |2| And olsun bu aydın Kitaba!
[44.3] إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ إِنَّا كُنَّا مُنذِرِينَ |3| Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.
[44.4] فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ |4| Hər bir hikmətli iş o gecədə ayırd edilir –
[44.5] أَمْراً مِّنْ عِندِنَا إِنَّا كُنَّا مُرْسِلِينَ |5| dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –
@ Allah hər şeyin xaliqidir
[44.6] رَحْمَةً مِّن رَّبِّكَ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ |6| sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
[44.7] رَبِّ السَّمَوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا إِن كُنتُم مُّوقِنِينَ |7| Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.
@ Şübhəsiz qarşı Death
[44.8] لاَ إِلَهَ إِلاَّ هُوَ يُحْيِي وَيُمِيتُ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الأَوَّلِينَ |8| Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.
[44.9] بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ |9| Lakin onlar şəkkə qapılıb əylənirlər.
@ Peyğəmbər rədd nəticəsi
[44.10] فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُّبِينٍ |10| Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.
[44.11] يَغْشَى النَّاسَ هَذَا عَذَابٌ أَلِيمٌ |11| O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.
[44.12] رَبَّنَا اكْشِفْ عَنَّا العَذَابَ إِنَّا مُؤْمِنُونَ |12| Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək” – deyəcəklər.
[44.13] أَنَّى لَهُمُ الذِّكْرَى وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُّبِينٌ |13| Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,
[44.14] ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَّجْنُونٌ |14| onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!” – dedilər.
[44.15] إِنَّا كَاشِفُوا العَذَابِ قَلِيلاً إِنَّكُمْ عَائِدُونَ |15| Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.
[44.16] يَوْمَ نَبْطِشُ البَطْشَةَ الكُبْرَى إِنَّا مُنتَقِمُونَ |16| Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.
@ Musa və Firon
[44.17] وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ |17| Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.
[44.18] أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ |18| O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.
[44.19] وَأَن لاَّ تَعْلُوا عَلَى اللَّهِ إِنِّي آتِيكُم بِسُلْطَانٍ مُّبِينٍ |19| Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.
[44.20] وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَن تَرْجُمُونِ |20| Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.
[44.21] وَإِن لَّمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ |21| Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
@ akın
[44.22] فَدَعَا رَبَّهُ أَنَّ هَؤُلاءِ قَوْمٌ مُّجْرِمُونَ |22| Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
[44.23] فَأَسْرِ بِعِبَادِي لَيْلاً إِنَّكُم مُّتَّبَعُونَ |23| Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.
@ Fir'ona və onun ordusunun boğulan
[44.24] وَاتْرُكِ البَحْرَ رَهْواً إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ |24| Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
[44.25] كَمْ تَرَكُوا مِن جَنَّاتٍ وَعُيُونٍ |25| Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
[44.26] وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ |26| Habelə əkinlər, möhtəşəm yerlər
[44.27] وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ |27| və içində həzz aldıqları nemətləri də qoyub getdilər.
[44.28] كَذَلِكَ وَأَوْرَثْنَاهَا قَوْماً آخَرِينَ |28| Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.
[44.29] فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ |29| Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
@ İsrail Uşaq xilas sonra kafir
[44.30] وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ العَذَابِ المُهِينِ |30| Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
[44.31] مِن فِرْعَوْنَ إِنَّهُ كَانَ عَالِياً مِّنَ المُسْرِفِينَ |31| Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.
[44.32] وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَى عِلْمٍ عَلَى العَالَمِينَ |32| Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.
[44.33] وَآتَيْنَاهُم مِّنَ الآيَاتِ مَا فِيهِ بَلاءٌ مُّبِينٌ |33| Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.
[44.34] إِنَّ هَؤُلاءِ لَيَقُولُونَ |34| Bunlar mütləq deyəcəklər:
[44.35] إِنْ هِيَ إِلاَّ مَوْتَتُنَا الأُولَى وَمَا نَحْنُ بِمُنشَرِينَ |35| “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.
[44.36] فَأْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ |36| Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”
[44.37] أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِن قَبْلِهِمْ أَهْلَكْنَاهُمْ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ |37| Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
[44.38] وَمَا خَلَقْنَا السَّمَوَاتِ وَالأَرْضَ وَمَا بَيْنَهُمَا لاعِبِينَ |38| Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq.
[44.39] مَا خَلَقْنَاهُمَا إِلاَّ بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَهُمْ لاَ يَعْلَمُونَ |39| Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir.
@ ayırd etmə günü
[44.40] إِنَّ يَوْمَ الفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ |40| Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
[44.41] يَوْمَ لاَ يُغْنِي مَوْلًى عَن مَّوْلًى شَيْئاً وَلاَ هُمْ يُنصَرُونَ |41| O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.
[44.42] إِلاَّ مَن رَّحِمَ اللَّهُ إِنَّهُ هُوَ العَزِيزُ الرَّحِيمُ |42| Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
@ Cəhənnəm qida və içki
[44.43] إِنَّ شَجَرَتَ الزَّقُّومِ |43| Həqiqətən, zəqqum ağacı
[44.44] طَعَامُ الأَثِيمِ |44| günahkar adamın yeməyidir.
[44.45] كَالْمُهْلِ يَغْلِي فِي البُطُونِ |45| Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
[44.46] كَغَلْيِ الحَمِيمِ |46| qaynar su qaynayan kimi.
@ Cəhənnəm də kafir cəzası
[44.47] خُذُوهُ فَاعْتِلُوهُ إِلَى سَوَاءِ الجَحِيمِ |47| Onu tutub Cəhənnəmin ortasına sürüyün!
[44.48] ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الحَمِيمِ |48| Sonra əzab vermək üçün başına qaynar su tökün!
[44.49] ذُقْ إِنَّكَ أَنْتَ العَزِيزُ الكَرِيمُ |49| Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.
[44.50] إِنَّ هَذَا مَا كُنتُم بِهِ تَمْتَرُونَ |50| Sizin şübhə etdiyiniz əzab budur!
@ Cənnət mükafatı
[44.51] إِنَّ المُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ |51| Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
[44.52] فِي جَنَّاتٍ وَعُيُونٍ |52| bağçalarda və çeşmələr başında olacaqlar!
[44.53] يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَابِلِينَ |53| Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
[44.54] كَذَلِكَ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ |54| Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.
[44.55] يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ |55| Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
[44.56] لاَ يَذُوقُونَ فِيهَا المَوْتَ إِلاَّ المَوْتَةَ الأُولَى وَوَقَاهُمْ عَذَابَ الجَحِيمِ |56| Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –
[44.57] فَضْلاً مِّن رَّبِّكَ ذَلِكَ هُوَ الفَوْزُ العَظِيمُ |57| sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.
@ Quran oxuyan və yadda asan
[44.58] فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ |58| Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.
[44.59] فَارْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ |59| Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.
|AL JAATSIYAH 45 diz
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
[45.1] حـم |1| Ha. Mim.
@ Allaha və Onun əlamətləri Words iman deyilsə, nə insanlar inanacaqlar?
[45.2] تَنزِيلُ الكِتَابِ مِنَ اللَّهِ العَزِيزِ الحَكِيمِ |2| Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.
[45.3] إِنَّ فِي السَّمَوَاتِ وَالأَرْضِ لآيَاتٍ لِّلْمُؤْمِنِينَ |3| Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır.
[45.4] وَفِي خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَابَّةٍ آيَاتٌ لِّقَوْمٍ يُوقِنُونَ |4| Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.
[45.5] وَاخْتِلافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا أَنزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِن رِّزْقٍ فَأَحْيَا بِهِ الأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ الرِّيَاحِ آيَاتٌ لِّقَوْمٍ يَعْقِلُونَ |5| Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır.
[45.6] تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ فَبِأَيِّ حَدِيثٍ بَعْدَ اللَّهِ وَآيَاتِهِ يُؤْمِنُونَ |6| Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan daha sonra hansı sözə inanacaqlar?!
[45.7] وَيُلٌ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍ |7| Vay halına iftiraçının və günahkarın!
[45.8] يَسْمَعُ آيَاتِ اللَّهِ تُتْلَى عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِراً كَأَن لَّمْ يَسْمَعْهَا فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ |8| O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ.
[45.9] وَإِذَا عَلِمَ مِنْ آيَاتِنَا شَيْئاً اتَّخَذَهَا هُزُواً أُوْلَئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ |9| O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.
[45.10] مِن وَرَائِهِمْ جَهَنَّمُ وَلاَ يُغْنِي عَنْهُم مَّا كَسَبُوا شَيْئاً وَلاَ مَا اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِياءَ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ |10| Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa tutduqları himayəçilər onları əzabdan qurtara bilməyəcəklər. Onları böyük bir əzab gözləyir.
[45.11] هَذَا هُدًى وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ |11| Bu Quran doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənləri ən pis cəza – ağrılı-acılı əzab gözləyir.
@ Stop və hesab edirəm ki,
[45.12] اللَّهُ الَّذِي سَخَّرَ لَكُمُ البَحْرَ لِتَجْرِيَ الفُلْكُ فِيهِ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ |12| Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən axtarmanız üçün dənizi sizin xidmətinizə verən Allahdır. Bəlkə, şükür edəsiniz.
[45.13] وَسَخَّرَ لَكُم مَّا فِي السَّمَوَاتِ وَمَا فِي الأَرْضِ جَمِيعاً مِّنْهُ إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ |13| Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.
@ müsəlmanlar tolerant və Allaha nəticəsini tərk etmək
[45.14] قُل لِّلَّذِينَ آمَنُوا يَغْفِرُوا لِلَّذِينَ لاَ يَرْجُونَ أَيَّامَ اللَّهِ لِيَجْزِيَ قَوْماً بِمَا كَانُوا يَكْسِبُونَ |14| İman gətirənlərə de ki, Allah, qazandıqları günahlara görə hər hansı bir tayfanın cəzasını versin deyə, Allahın əzab günlərini gözləməyənləri bağışlasınlar.
[45.15] مَنْ عَمِلَ صَالِحاً فَلِنَفْسِهِ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ثُمَّ إِلَى رَبِّكُمْ تُرْجَعُونَ |15| Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.
@ Allahın haqq haqqında müzakirə bir Allah və onların arasında olanların onların inam üçün İsrail oğullarına Allahın salavatı və mərhəmət
[45.16] وَلَقَدْ آتَيْنَا بَنِي إِسْرَائِيلَ الكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى العَالَمِينَ |16| Biz İsrail oğullarına Kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik.
[45.17] وَآتَيْنَاهُم بَيِّنَاتٍ مِّنَ الأَمْرِ فَمَا اخْتَلَفُوا إِلاَّ مِنْ بَعْدِ مَا جَاءَهُمُ العِلْمُ بَغْياً بَيْنَهُمْ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ القِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ |17| Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
@ Peyğəmbər, Allahın sonuncu peyğəmbər, Allahın Qanun verildi
[45.18] ثُمَّ جَعَلْنَاكَ عَلَى شَرِيعَةٍ مِّنَ الأَمْرِ فَاتَّبِعْهَا وَلاَ تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ لاَ يَعْلَمُونَ |18| Sonra sənə də dində şəriət yolu göstərdik. Sən ona tabe ol və haqqı bilməyənlərin istəklərinə tabe olma!
[45.19] إِنَّهُمْ لَن يُغْنُوا عَنكَ مِنَ اللَّهِ شَيْئاً وَإِنَّ الظَّالِمِينَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ وَاللَّهُ وَلِيُّ المُتَّقِينَ |19| Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bilməzlər. Şübhəsiz ki, zalımlar bir-birinin himayədarıdırlar, Allah isə müttəqilərin Himayədarıdır.
[45.20] هَذَا بَصَائِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمٍ يُوقِنُونَ |20| Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir.
@ Evil və yaxşı əməllər
[45.21] أَمْ حَسِبَ الَّذِينَ اجْتَرَحُوا السَّيِّئَاتِ أَن نَّجْعَلَهُمْ كَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَوَاءً مَّحْيَاهُمْ وَمَمَاتُهُمْ سَاءَ مَا يَحْكُمُونَ |21| Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər!
Dostları ilə paylaş: |