Wakf Standard Project of Koran (Qur'an) in 88 Languages with 1910 topics in utf8 format both html and docx



Yüklə 9,06 Mb.
səhifə68/69
tarix26.11.2016
ölçüsü9,06 Mb.
#175
1   ...   61   62   63   64   65   66   67   68   69

[85.9] الَّذِي لَهُ مُلْكُ السَّمَوَاتِ وَالأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ |9| Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.

[85.10] إِنَّ الَّذِينَ فَتَنُوا المُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الحَرِيقِ |10| O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.

[85.11] إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ ذَلِكَ الفَوْزُ الكَبِيرُ |11| Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.

[85.12] إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ |12| Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir!

[85.13] إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ |13| Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir!

[85.14] وَهُوَ الغَفُورُ الوَدُودُ |14| Bağışlayan da, Sevən də Odur!

[85.15] ذُو العَرْشِ المَجِيدُ |15| Ərşin sahibidir, Şan-şöhrətlidir!

[85.16] فَعَّالٌ لِّمَا يُرِيدُ |16| İstədiyini edəndir.

[85.17] هَلْ أَتَاكَ حَدِيثُ الجُنُودِ |17| Qoşunlar haqqında əhvalat sənə çatıbmı?

[85.18] فِرْعَوْنَ وَثَمُودَ |18| Firon və Səmud qoşunlarının.

[85.19] بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ |19| Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.

[85.20] وَاللَّهُ مِن وَرَائِهِم مُّحِيطٌ |20| Allah onları arxadan əhatə etmişdir.

[85.21] بَلْ هُوَ قُرْآنٌ مَّجِيدٌ |21| Bəli, bu şanlı Qurandır.

[85.22] فِي لَوْحٍ مَّحْفُوظٍ |22| O, mühafizə edilən lövhədədir.
|ATH THAARIQ 86 Gecə Comer

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Ölüm son deyil, Allah kimi asanlıqla O, bizi yaratdığı kimi bizi də dirildəcək qadirdir. O, yalnız Be demək və deyil.

[86.1] وَالسَّمَاءِ وَالطَّارِقِ |1| And olsun səmaya və gecə yolçusuna!

[86.2] وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ |2| Sən nə bilirsən ki, gecə yolçusu nədir?

[86.3] النَّجْمُ الثَّاقِبُ |3| Bu, qaranlıqları dəlib keçən ulduzdur.

[86.4] إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ |4| Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!

[86.5] فَلْيَنظُرِ الإِنسَانُ مِمَّ خُلِقَ |5| Qoy insan nədən yaradıldığına bir baxsın!

[86.6] خُلِقَ مِن مَّاءٍ دَافِقٍ |6| O, süzülüb tökülən bir mayedən yaradılmışdır.

[86.7] يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ |7| Bu maye bel və köks sümükləri arasından çıxır.

[86.8] إِنَّهُ عَلَى رَجْعِهِ لَقَادِرٌ |8| Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.

[86.9] يَوْمَ تُبْلَى السَّرَائِرُ |9| Sirlərin sınaqdan keçiriləcəyi gün,

[86.10] فَمَا لَهُ مِن قُوَّةٍ وَلاَ نَاصِرٍ |10| onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.

[86.11] وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ |11| And olsun yağmurla qayıdan göyə!

[86.12] وَالأَرْضِ ذَاتِ الصَّدْعِ |12| And olsun növbənöv bitkilərlə yarılan yerə!

[86.13] إِنَّهُ لَقَوْلٌ فَصْلٌ |13| Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır.

[86.14] وَمَا هُوَ بِالْهَزْلِ |14| O, əyləncə də deyildir.

[86.15] إِنَّهُمْ يَكِيدُونَ كَيْداً |15| Həqiqətən, kafirlər hiylə qururlar.

[86.16] وَأَكِيدُ كَيْداً |16| Mən də hiylə qururam.

[86.17] فَمَهِّلِ الكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْداً |17| Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.


|AL A'LAA 87 Yüksək

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Allah təqdis və əhatə edən Onun əlamətləri kor deyil

[87.1] سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى |1| Ən Uca Rəbbinin adına təriflər de!

[87.2] الَّذِي خَلَقَ فَسَوَّى |2| O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;

[87.3] وَالَّذِي قَدَّرَ فَهَدَى |3| O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi;

[87.4] وَالَّذِي أَخْرَجَ المَرْعَى |4| O Rəbbin ki, otlağı cücərtdi,

[87.5] فَجَعَلَهُ غُثَاءً أَحْوَى |5| sonra da qaralmış samana çevirdi.


@ Quran xatırlatmaları almaq edənlər

[87.6] سَنُقْرِئُكَ فَلاَ تَنسَى |6| Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.

[87.7] إِلاَّ مَا شَاءَ اللَّهُ إِنَّهُ يَعْلَمُ الجَهْرَ وَمَا يَخْفَى|7| Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.

[87.8] وَنُيَسِّرُكَ لِلْيُسْرَى |8| Səni ən asan olana müvəffəq edərik.

[87.9] فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَى |9| Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!

[87.10] سَيَذَّكَّرُ مَن يَخْشَى |10| Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.

[87.11] وَيَتَجَنَّبُهَا الأَشْقَى |11| Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.

[87.12] الَّذِي يَصْلَى النَّارَ الكُبْرَى |12| O kimsə ki, Cəhənnəmə atılacaq,

[87.13] ثُمَّ لاَ يَمُوتُ فِيهَا وَلاَ يَحْيَى |13| O orada nə öləcək, nə də yaşaya biləcəkdir.
@ Allahın adı xatırlayıram və edənlər Ona dua

[87.14] قَدْ أَفْلَحَ مَن تَزَكَّى |14| Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.

[87.15] وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى |15| O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
@ The əbədi həyat bu çox yaxşıdır

[87.16] بَلْ تُؤْثِرُونَ الحَيَاةَ الدُّنْيَا |16| Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;

[87.17] وَالآخِرَةُ خَيْرٌ وَأَبْقَى |17| Axirət isə daha xeyirli və daha sürəklidir.

[87.18] إِنَّ هَذَا لَفِي الصُّحُفِ الأُولَى |18| Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –

[87.19] صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَى |19| İbrahimin və Musanın səhifələrində.
|AL GHAASYIYAH 88 Enveloper

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Cəhənnəm təsviri

[88.1] هَلْ أَتَاكَ حَدِيثُ الغَاشِيَةِ |1| Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı?

[88.2] وَجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ |2| O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək,

[88.3] عَامِلَةٌ نَّاصِبَةٌ |3| üzülüb əldən düşəcək,

[88.4] تَصْلَى نَاراً حَامِيَةً |4| çox qızmar oda girəcək,

[88.5] تُسْقَى مِنْ عَيْنٍ آنِيَةٍ |5| qaynar çeşmədən içirdiləcəkdir.

[88.6] لَيْسَ لَهُمْ طَعَامٌ إِلاَّ مِن ضَرِيعٍ |6| Onlara daridən başqa bir yemək verilməyəcəkdir.

[88.7] لاَ يُسْمِنُ وَلاَ يُغْنِي مِن جُوعٍ |7| O onları nə doydurar, nə də aclıqdan xilas edər.


@ Cənnət təsviri

[88.8] وَجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ |8| O gün neçəsinin üzündə fərəh görünəcək,

[88.9] لِسَعْيِهَا رَاضِيَةٌ |9| dünyadakı səylərindən məmnun qalacaq,

[88.10] فِي جَنَّةٍ عَالِيَةٍ |10| uca Cənnətdə olacaq,

[88.11] لاَ تَسْمَعُ فِيهَا لاغِيَةً |11| orada faydasız söz eşitməyəcəkdir.

[88.12] فِيهَا عَيْنٌ جَارِيَةٌ |12| Orada axar çeşmələr vardır;

[88.13] فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ |13| Orada hündür taxtlar,

[88.14] وَأَكْوَابٌ مَّوْضُوعَةٌ |14| düzülmüş piyalələr,

[88.15] وَنَمَارِقُ مَصْفُوفَةٌ |15| yan-yana qoyulmuş yastıqlar,

[88.16] وَزَرَابِيُّ مَبْثُوثَةٌ |16| və döşəmələrə sərilmiş xalçalar vardır.


@ yerin və göylərin Allah əlamətləri

[88.17] أَفَلاَ يَنظُرُونَ إِلَى الإِبِلِ كَيْفَ خُلِقَتْ |17| Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?

[88.18] وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ |18| Göyün necə yüksəldiyini görmürlər?

[88.19] وَإِلَى الجِبَالِ كَيْفَ نُصِبَتْ |19| Dağların necə sancıldığını görmürlər?

[88.20] وَإِلَى الأَرْضِ كَيْفَ سُطِحَتْ |20| Yerin necə döşədildiyini görmürlər?
@ Hər kəs öz özünü məsul

[88.21] فَذَكِّرْ إِنَّمَا أَنْتَ مُذَكِّرٌ |21| Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.

[88.22] لَسْتَ عَلَيْهِم بِمُسَيْطِرٍ |22| Sən onların üstündə hökmdar deyilsən.

[88.23] إِلاَّ مَن تَوَلَّى وَكَفَرَ |23| Lakin üz döndərib küfr edəni,

[88.24] فَيُعَذِّبُهُ اللَّهُ العَذَابَ الأَكْبَرَ |24| Allah ən şiddətli əzabla cəzalandırar.

[88.25] إِنَّ إِلَيْنَا إِيَابَهُمْ |25| Şübhəsiz ki, onların dönüşü Bizədir.

[88.26] ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُمْ |26| Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.
|AL FAJR 89 Dawn

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Hər onları öz küfrləri Allah tərəfindən cəzalandırılıb, Ad, İrəm, Səmud və Firon Ana Təbiət aktlar deyil başına ki, viran. Ana Təbiət Allahın xəbərdarlıq inkar edənlər tərəfindən icad adı. || 14

[89.1] وَالْفَجْرِ |1| And olsun dan yerinə!

[89.2] وَلَيَالٍ عَشْرٍ |2| And olsun on gecəyə!

[89.3] وَالشَّفْعِ وَالْوَتْرِ |3| And olsun cütə və təkə!

[89.4] وَاللَّيْلِ إِذَا يَسْرِ |4| And olsun keçib getməkdə olan gecəyə!

[89.5] هَلْ فِي ذَلِكَ قَسَمٌ لِّذِي حِجْرٍ |5| Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?

[89.6] أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ |6| Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,

[89.7] إِرَمَ ذَاتِ العِمَادِ |7| sütunlar sahibi İrəm qəbiləsinə –

[89.8] الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي البِلادِ |8| halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.

[89.9] وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ |9| Habelə vadidə qayaları yonan Səmud qövmünə?

[89.10] وَفِرْعَوْنَ ذِي الأَوْتَادِ |10| Eləcə də sütunlar sahibi Firona?

[89.11] الَّذِينَ طَغَوْا فِي البِلادِ |11| Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,

[89.12] فَأَكْثَرُوا فِيهَا الفَسَادَ |12| çoxlu fitnə-fəsad törətmişdilər.

[89.13] فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ |13| Rəbbin də onları əzabla qamçıladı.

[89.14] إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ |14| Həqiqətən, sənin Rəbbin nəzarət edir.
@ Qiyamət günü Xəcalət

[89.15] فَأَمَّا الإِنسَانُ إِذَا مَا ابْتَلاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ |15| İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər.

[89.16] وَأَمَّا إِذَا مَا ابْتَلاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ |16| Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!” – deyər.

[89.17] كَلاَّ بَل لاَّ تُكْرِمُونَ اليَتِيمَ |17| Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,

[89.18] وَلاَ تَحَاضُّونَ عَلَى طَعَامِ المِسْكِينِ |18| kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,

[89.19] وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلاً لَّماً |19| mirası hərisliklə yeyirsiniz,

[89.20] وَتُحِبُّونَ المَالَ حُباًّ جَماًّ |20| var-dövləti də hərisliklə sevirsiniz.
@ Cəhənnəm xalqı

[89.21] كَلاَّ إِذَا دُكَّتِ الأَرْضُ دَكاًّ دَكاًّ |21| Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,

[89.22] وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفاًّ صَفاًّ |22| sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək

[89.23] وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ يَوْمَئِذٍ يَتَذَكَّرُ الإِنسَانُ وَأَنَّى لَهُ الذِّكْرَى |23| və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?

[89.24] يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي |24| O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir.

[89.25] فَيَوْمَئِذٍ لاَّ يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ |25| O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz

[89.26] وَلاَ يُوثِقُ وَثَاقَهُ أَحَدٌ |26| və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.
@ Qiyamət günü məmnun soul

[89.27] يَا أَيَّتُهَا النَّفْسُ المُطْمَئِنَّةُ |27| O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs!

[89.28] ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً |28| Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!

[89.29] فَادْخُلِي فِي عِبَادِي |29| Mənim qullarımın cərgəsinə keç!

[89.30] وَادْخُلِي جَنَّتِي |30| Cənnətimə daxil ol!
|AL BALAD 90 Ölkə

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ israfçılıq və yaxşı əməllər

[90.1] لا أُقْسِمُ بِهَذَا البَلَدِ |1| And içirəm bu şəhərə (Məkkəyə)!

[90.2] وَأَنْتَ حِلٌّ بِهَذَا البَلَدِ |2| Sən də o şəhərin sakinisən.

[90.3] وَوَالِدٍ وَمَا وَلَدَ |3| And olsun valideynə və onun törəməsinə!

[90.4] لَقَدْ خَلَقْنَا الإِنسَانَ فِي كَبَدٍ |4| Biz insanı çətinlik içində xəlq etdik.

[90.5] أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ |5| O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?

[90.6] يَقُولُ أَهْلَكْتُ مَالاً لُّبَداً |6| O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”

[90.7] أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌ |7| O, heç kəsin onu görməyəcəyinimi zənn edir?

[90.8] أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِ |8| Məgər ona iki gözü Biz verməmişikmi?

[90.9] وَلِسَاناً وَشَفَتَيْنِ |9| Bir dillə iki dodaq verməmişikmi?

[90.10] وَهَدَيْنَاهُ النَّجْدَيْنِ |10| Onu iki yoxuşlu yola yönəltmədikmi?

[90.11] فَلاَ اقْتَحَمَ العَقَبَةَ |11| O isə sərt yoxuşu aşmağa can atmadı.

[90.12] وَمَا أَدْرَاكَ مَا العَقَبَةُ |12| Sən nə bilirsən ki, sərt yoxuş nədir?

[90.13] فَكُّ رَقَبَةٍ |13| O, bir kölə azad etməkdir

[90.14] أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ |14| və ya aclıq günündə möhtaca yemək verməkdir –

[90.15] يَتِيماً ذَا مَقْرَبَةٍ |15| qohumluq əlaqəsi çatan bir yetimə,

[90.16] أَوْ مِسْكِيناً ذَا مَتْرَبَةٍ |16| yaxud aclıqdan yerə uzanmış kasıba!

[90.17] ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ |17| Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.

[90.18] أُوْلَئِكَ أَصْحَابُ المَيْمَنَةِ |18| Onlar sağ tərəf sahibləridir.

[90.19] وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ المَشْأَمَةِ |19| Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.

[90.20] عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌ |20| Od onların üzərində qapanacaqdır.
|ASY SYAMS 91 Sun

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Allahın əzəmətini əlamətləri Səmud qövmünə insanlar kimi, son güc və onların Creator || 15 qabiliyyəti çox öz yaratdığı qabiliyyəti üstünlük verilməsi, qürur hesabına küfr, lakin insanların çoxu bizi əhatə

[91.1] وَالشَّمْسِ وَضُحَاهَا |1| And olsun günəşə və onun saçdığı şəfəqə!

[91.2] وَالْقَمَرِ إِذَا تَلاهَا |2| And olsun ondan sonra zühur edən aya!

[91.3] وَالنَّهَارِ إِذَا جَلاَّهَا |3| And olsun günəşi açıqlığa çıxardan gündüzə!

[91.4] وَاللَّيْلِ إِذَا يَغْشَاهَا |4| And olsun günəşi bürüyən gecəyə!

[91.5] وَالسَّمَاءِ وَمَا بَنَاهَا |5| And olsun göyə və onu qurana!

[91.6] وَالأَرْضِ وَمَا طَحَاهَا |6| And olsun yerə və onu döşəyənə!

[91.7] وَنَفْسٍ وَمَا سَوَّاهَا |7| And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

[91.8] فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا |8| ona günahları və Allahdan qorxmağı təlqin edənə!

[91.9] قَدْ أَفْلَحَ مَن زَكَّاهَا |9| Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.

[91.10] وَقَدْ خَابَ مَن دَسَّاهَا |10| Onu günaha batıran isə ziyana uğramışdır.

[91.11] كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا |11| Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.

[91.12] إِذِ انْبَعَثَ أَشْقَاهَا |12| Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda

[91.13] فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا |13| Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”

[91.14] فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنْبِهِمْ فَسَوَّاهَا |14| Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.

[91.15] وَلاَ يَخَافُ عُقْبَاهَا |15| Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!


|AL LAIL 92 Night

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Allah iman edənlər üçün yol asanlaşdırır

[92.1] وَاللَّيْلِ إِذَا يَغْشَى |1| And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!

[92.2] وَالنَّهَارِ إِذَا تَجَلَّى |2| And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə!

[92.3] وَمَا خَلَقَ الذَّكَرَ وَالأُنثَى |3| And olsun kişini və qadını yaradana!

[92.4] إِنَّ سَعْيَكُمْ لَشَتَّى |4| Sizin can atdıqlarınız başqa-başqadır.

[92.5] فَأَمَّا مَنْ أَعْطَى وَاتَّقَى |5| Kim haqqını verir və Allahdan qorxursa,

[92.6] وَصَدَّقَ بِالْحُسْنَى |6| və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,

[92.7] فَسَنُيَسِّرُهُ لِلْيُسْرَى |7| Biz onu ən asan olana nail edəcəyik.


@ Allah kafirlər üçün çətinlik yolunu asanlaşdırır

[92.8] وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَى |8| Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə

[92.9] وَكَذَّبَ بِالْحُسْنَى |9| və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,

[92.10] فَسَنُيَسِّرُهُ لِلْعُسْرَى |10| Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.

[92.11] وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّى |11| Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.

[92.12] إِنَّ عَلَيْنَا لَلْهُدَى |12| Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.

[92.13] وَإِنَّ لَنَا لَلآخِرَةَ وَالأُولَى |13| Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.

[92.14] فَأَنذَرْتُكُمْ نَاراً تَلَظَّى |14| Mən sizi alov saçan bir odla qorxutdum.

[92.15] لاَ يَصْلاهَا إِلاَّ الأَشْقَى |15| Ona ancaq ən bədbəxt kimsə girər.

[92.16] الَّذِي كَذَّبَ وَتَوَلَّى |16| O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.

[92.17] وَسَيُجَنَّبُهَا الأَتْقَى |17| Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar.

[92.18] الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّى |18| O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir.

[92.19] وَمَا لأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَى |19| Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.

[92.20] إِلاَّ ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الأَعْلَى |20| O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər.

[92.21] وَلَسَوْفَ يَرْضَى |21| O, mütləq razı qalacaqdır!
|ADH DHUHAA 93 Mid

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Allahın ne'mətlərini Tell

[93.1] وَالضُّحَى |1| And olsun səhərə!

[93.2] وَاللَّيْلِ إِذَا سَجَى |2| And olsun sakitləşən gecəyə!

[93.3] مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى |3| Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.

[93.4] وَلَلآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الأُولَى |4| Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.

[93.5] وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى |5| Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.

[93.6] أَلَمْ يَجِدْكَ يَتِيماً فَآوَى |6| Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?

[93.7] وَوَجَدَكَ ضَالاًّ فَهَدَى |7| Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?

[93.8] وَوَجَدَكَ عَائِلاً فَأَغْنَى |8| Kasıb olduğun zaman səni varlandırmadımı?

[93.9] فَأَمَّا اليَتِيمَ فَلاَ تَقْهَرْ |9| Elə isə yetimə xor baxma!

[93.10] وَأَمَّا السَّائِلَ فَلاَ تَنْهَرْ |10| Səndən kömək diləyəni qovma!

[93.11] وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ |11| Və Rəbbinin nemətindən danış.


|ALAM NASYRAH 94 genişləndirilməsi

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Long təvazökarlıq Allah üçün

[94.1] أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ |1| Məgər Biz sənin üçün köksünü açmadıqmı?

[94.2] وَوَضَعْنَا عَنكَ وِزْرَكَ |2| Yükünü səndən götürmədikmi?

[94.3] الَّذِي أَنقَضَ ظَهْرَكَ |3| Onlar belini bükürdü.

[94.4] وَرَفَعْنَا لَكَ ذِكْرَكَ |4| Biz adını sənə görə ucaltmadıqmı?

[94.5] فَإِنَّ مَعَ العُسْرِ يُسْراً |5| Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.

[94.6] إِنَّ مَعَ العُسْرِ يُسْراً |6| Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir.

[94.7] فَإِذَا فَرَغْتَ فَانصَبْ |7| İşlərini qurtaran kimi Allah yolunda çalış!

[94.8] وَإِلَى رَبِّكَ فَارْغَبْ |8| Ancaq Rəbbinə üz tut!
|AT TIIN 95 Fig

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Allah hakimlərin ən Just edir

[95.1] وَالتِّينِ وَالزَّيْتُونِ |1| And olsun əncirə və zeytuna!

[95.2] وَطُورِ سِينِينَ |2| And olsun Sinay dağına!

[95.3] وَهَذَا البَلَدِ الأَمِينِ |3| And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!

[95.4] لَقَدْ خَلَقْنَا الإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ |4| Biz insanı ən gözəl surətdə yaratdıq!

[95.5] ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ |5| Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq.

[95.6] إِلاَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ |6| İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.

[95.7] فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ |7| Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?

[95.8] أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الحَاكِمِينَ |8| Məgər Allah hakimlərin ən üstünü deyilmi?
|AL 'ALAQ 96 Clot

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ ilk ayələri Angel Gabriel Peyğəmbər tədris

[96.1] اقْرأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ |1| Yaradan Rəbbinin adı ilə oxu!

[96.2] خَلَقَ الإِنسَانَ مِنْ عَلَقٍ |2| O, insanı qan laxtasından yaratdı.

[96.3] اقْرَأْ وَرَبُّكَ الأَكْرَمُ |3| Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.

[96.4] الَّذِي عَلَّمَ بِالْقَلَمِ |4| O, qələmlə yazmağı öyrətdi.

[96.5] عَلَّمَ الإِنسَانَ مَا لَمْ يَعْلَمْ |5| İnsana bilmədiklərini öyrətdi.


@ Kafir olanlar iman edənlər

[96.6] كَلاَّ إِنَّ الإِنسَانَ لَيَطْغَى |6| Xeyr! İnsan, doğrudan da, həddini aşır –

[96.7] أَن رَّآهُ اسْتَغْنَى |7| özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.

[96.8] إِنَّ إِلَى رَبِّكَ الرُّجْعَى |8| Axı son dönüşün Rəbbinədir!

[96.9] أَرَأَيْتَ الَّذِي يَنْهَى |9| Gördünmü o kəsi ki, mane olur –

[96.10] عَبْداً إِذَا صَلَّى |10| bir bəndəyə namaz qıldığı zaman?

[96.11] أَرَأَيْتَ إِن كَانَ عَلَى الهُدَى |11| Söylə görək, əgər o bəndə doğru yoldadırsa,

[96.12] أَوْ أَمَرَ بِالتَّقْوَى |12| yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun?

[96.13] أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّى |13| Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?

[96.14] أَلَمْ يَعْلَم بِأَنَّ اللَّهَ يَرَى |14| Məgər o bilmir ki, Allah görür?

[96.15] كَلاَّ لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعاً بِالنَّاصِيَةِ |15| Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –

[96.16] نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ |16| yalançı, günahkar kəkilindən.

[96.17] فَلْيَدْعُ نَادِيَهُ |17| Qoy öz yığnağını çağırsın.

[96.18] سَنَدْعُ الزَّبَانِيَةَ |18| Biz də əzab mələklərini çağıracağıq.

[96.19] كَلاَّ لاَ تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ |19| Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!
|AL QADR 97 Honor

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Ramazan ayının son gecə ərzində baş verən Fəxri Night

[97.1] إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ القَدْرِ |1| Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik!

[97.2] وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ القَدْرِ |2| Sən haradan biləsən ki, Qədr gecəsi nədir?

[97.3] لَيْلَةُ القَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ |3| Qədr gecəsi min aydan xeyirlidir.

[97.4] تَنَزَّلُ المَلائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ |4| O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.

[97.5] سَلامٌ هِيَ حَتَّى مَطْلَعِ الفَجْرِ |5| O gecə sübh açılanadək əmin-amanlıq olur.


|AL BAYYINAH 98 Proof

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ Yəhudilər, xaçpərəstlər və Xristianlar tək Allaha ibadət etmək əmr edilmişdir

[98.1] لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الكِتَابِ وَالْمُشْرِكِينَ مُنفَكِّينَ حَتَّىتَأْتِيَهُمُ البَيِّنَةُ |1| Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədilər.


Yüklə 9,06 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin