|AL MUDDATSTSIR 74 Cloaked
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
[74.1] يَا أَيُّهَا المُدَّثِّرُ |1| Ey libasına bürünüb örtünmüş peyğəmbər!
[74.2] قُمْ فَأَنذِرْ |2| Qalx və insanları xəbərdar et!
[74.3] وَرَبَّكَ فَكَبِّرْ |3| Təkcə Rəbbini uca tut!
[74.4] وَثِيَابَكَ فَطَهِّرْ |4| Geyimini təmiz saxla!
[74.5] وَالرُّجْزَ فَاهْجُرْ |5| Pis şeyləri tərk et!
[74.6] وَلاَ تَمْنُن تَسْتَكْثِرُ |6| Yaxşılığı təmənna məqsədilə etmə!
[74.7] وَلِرَبِّكَ فَاصْبِرْ |7| Rəbbin üçün səbir et!
[74.8] فَإِذَا نُقِرَ فِي النَّاقُورِ |8| Sur üfürülərkən –
[74.9] فَذَلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ |9| Çətin bir gün olacaq.
[74.10] عَلَى الكَافِرِينَ غَيْرُ يَسِيرٍ |10| Həmin gün kafirlərə asan olmayacaqdır.
[74.11] ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيداً |11| Məni yaratdığım kimsə ilə tək burax;
[74.12] وَجَعَلْتُ لَهُ مَالاً مَّمْدوداً |12| Mən ona bolluca var-dövlət bağışladım,
[74.13] وَبَنِينَ شُهُوداً |13| qayğısına qalan oğullar verdim
[74.14] وَمَهَّدتُّ لَهُ تَمْهِيداً |14| və onu hər cür imkanlarla təmin etdim.
[74.15] ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ |15| Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır.
[74.16] كَلاَّ إِنَّهُ كَانَ لآيَاتِنَا عَنِيداً |16| Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir.
[74.17] سَأُرْهِقُهُ صَعُوداً |17| Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.
[74.18] إِنَّهُ فَكَّرَ وَقَدَّرَ |18| Çünki o, fikirləşərək qərara gəldi.
[74.19] فَقُتِلَ كَيْفَ قَدَّرَ |19| Ona ölüm olsun! Necə qərara gəldi?
[74.20] ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ |20| Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi?
[74.21] ثُمَّ نَظَرَ |21| Sonra o nəzər saldı.
[74.22] ثُمَّ عَبَسَ وَبَسَرَ |22| Üz-gözünü turşudub qaşqabağını tökdü.
[74.23] ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ |23| Sonra da arxasını çevirib təkəbbür göstərdi
[74.24] فَقَالَ إِنْ هَذَا إِلاَّ سِحْرٌ يُؤْثَرُ |24| və dedi: “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!
[74.25] إِنْ هَذَا إِلاَّ قَوْلُ البَشَرِ |25| Bu, adi insan kəlamıdır!
[74.26] سَأُصْلِيهِ سَقَرَ |26| Mən onu Səqərə salacağam.
[74.27] وَمَا أَدْرَاكَ مَا سَقَرُ |27| Sən haradan biləsən ki, Səqər nədir?!
[74.28] لاَ تُبْقِي وَلاَ تَذَرُ |28| O, kimsəni sağ-salamat buraxmaz,
[74.29] لَوَّاحَةٌ لِّلْبَشَرِ |29| dərini yandırıb-yaxar.
[74.30] عَلَيْهَا تِسْعَةَ عَشَرَ |30| Onun üzərində on doqquz gözətçi mələk vardır.
[74.31] وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلاَّ مَلائِكَةً وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلاَّ فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَاناً وَلاَ يَرْتَابَ الَّذِينَ أُوتُوا الكِتَابَ وَالْمُؤْمِنُونَ وَلِيَقُولَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَذَا مَثَلاً كَذَلِكَ يُضِلُّ اللَّهُ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلاَّ هُوَ وَمَا هِيَ إِلاَّ ذِكْرَى لِلْبَشَرِ |31| Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?” – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır.
[74.32] كَلاَّ وَالْقَمَرِ |32| Xeyr! And olsun aya!
[74.33] وَاللَّيْلِ إِذْ أَدْبَرَ |33| And olsun dönüb uzaqlaşan gecəyə!
[74.34] وَالصُّبْحِ إِذَا أَسْفَرَ |34| And olsun ağarmaqda olan sübh çağına!
[74.35] إِنَّهَا لإِحْدَى الكُبَرِ |35| Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir,
[74.36] نَذِيراً لِّلْبَشَرِ |36| həm bəşəriyyət üçün xəbərdarlıqdır,
[74.37] لِمَن شَاءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ |37| həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün.
[74.38] كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ |38| Hər bir kəs qazandığının girovuna çevrilir,
[74.39] إِلاَّ أَصْحَابَ اليَمِينِ |39| sağ tərəf sahiblərindən başqa.
[74.40] فِي جَنَّاتٍ يَتَسَاءَلُونَ |40| Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar –
[74.41] عَنِ المُجْرِمِينَ |41| günahkarlar barəsində.
[74.42] مَا سَلَكَكُمْ فِي سَقَرَ |42| Sizi Səqərə salan nədir?
[74.43] قَالُوا لَمْ نَكُ مِنَ المُصَلِّينَ |43| Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.
[74.44] وَلَمْ نَكُ نُطْعِمُ المِسْكِينَ |44| Kasıbı da yedizdirməzdik.
[74.45] وَكُنَّا نَخُوضُ مَعَ الخَائِضِينَ |45| Batil sözlər danışanlarla birlikdə biz də danışardıq,
[74.46] وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ |46| və Haqq-hesab gününü yalan hesab edərdik –
[74.47] حَتَّى أَتَانَا اليَقِينُ |47| ölüm yəqinliyi bizə gələnə qədər”.
[74.48] فَمَا تَنفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ |48| Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz.
[74.49] فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ |49| Onlara nə olub ki, nəsihətdən üz döndərirlər?
[74.50] كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ |50| Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki,
[74.51] فَرَّتْ مِن قَسْوَرَةٍ |51| ovçulardan (yaxud aslandan) qaçırlar.
[74.52] بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُؤْتَى صُحُفاً مُّنَشَّرَةً |52| Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir.
[74.53] كَلاَّ بَل لاَّ يَخَافُونَ الآخِرَةَ |53| Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar.
[74.54] كَلاَّ إِنَّهُ تَذْكِرَةٌ |54| Xeyr! Bu Quran bir nəsihətdir.
[74.55] فَمَن شَاءَ ذَكَرَهُ |55| İstəyən onu xatırlayar.
[74.56] وَمَا يَذْكُرُونَ إِلاَّ أَن يَشَاءَ اللَّهُ هُوَ أَهْلُ التَّقْوَى وَأَهْلُ المَغْفِرَةِ |56| Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!
|AL QIYAAMAH 75 qiyamət
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Allah Özü Qiyamət günü bizi yeniden Onun qabiliyyəti ilə and içir
[75.1] لا أُقْسِمُ بِيَوْمِ القِيَامَةِ |1| And içirəm Qiyamət gününə!
[75.2] وَلاَ أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ |2| And içirəm peşmançılıq çəkən nəfsə!
[75.3] أَيَحْسَبُ الإِنْسَانُ أَن لَّن نَّجْمَعَ عِظَامَهُ |3| İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.
[75.4] بَلَى قَادِرِينَ عَلَى أَن نُّـسَوِّيَ بَنَانَهُ |4| Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.
@ Harada qiyamət günü qaçacaqsınız?
[75.5] بَلْ يُرِيدُ الإِنسَانُ لِيَفْجُرَ أَمَامَهُ |5| Lakin insan bundan sonra da günah etmək fikrindədir.
[75.6] يَسْأَلُ أَيَّانَ يَوْمُ القِيَامَةِ |6| O: “Qiyamət günü nə vaxt olacaq!” – deyə rişxəndlə soruşur.
[75.7] فَإِذَا بَرِقَ البَصَرُ |7| Gözlər bərələ qalacağı,
[75.8] وَخَسَفَ القَمَرُ |8| ay tutulacağı
[75.9] وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ |9| və günəşlə ayın qovuşacağı zaman –
[75.10] يَقُولُ الإِنسَانُ يَوْمَئِذٍ أَيْنَ المَفَرُّ |10| o gün insan deyəcəkdir: “Hara qaçaq?”
[75.11] كَلاَّ لاَ وَزَرَ |11| Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.
[75.12] إِلَى رَبِّكَ يَوْمَئِذٍ المُسْتَقَرُّ |12| O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.
[75.13] يُنَبَّأُ الإِنسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ |13| O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.
[75.14] بَلِ الإِنسَانُ عَلَى نَفْسِهِ بَصِيرَةٌ |14| Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;
[75.15] وَلَوْ أَلْقَى مَعَاذِيرَهُ |15| üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.
[75.16] لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ |16| Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
[75.17] إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ |17| Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir.
[75.18] فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ |18| Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.
[75.19] ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ |19| Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.
[75.20] كَلاَّ بَلْ تُحِبُّونَ العَاجِلَةَ |20| Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,
[75.21] وَتَذَرُونَ الآخِرَةَ |21| Axirətdən isə uzaqlaşırsınız.
@ üz parlaq və ya qiyamət günü scowling olacaq?
[75.22] وَجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ |22| O gün neçə-neçə üzlər nurlanacaq
[75.23] إِلَى رَبِّهَا نَاظِرَةٌ |23| və öz Rəbbinə baxacaqdır.
[75.24] وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ |24| O gün neçə-neçə üzlər də tutulub qaralacaq,
[75.25] تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ |25| və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.
@ A öyüd-nəsihət və Allahdan üz çevirdi edənlərin ölüm
[75.26] كَلاَّ إِذَا بَلَغَتِ التَّرَاقِيَ |26| Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman;
[75.27] وَقِيلَ مَنْ رَاقٍ |27| “Ovsunu kim oxuyacaq?” – deyiləcəkdir.
[75.28] وَظَنَّ أَنَّهُ الفِرَاقُ |28| Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi,
[75.29] وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ |29| və ayaq ayağa dolaşacağı zaman –
[75.30] إِلَى رَبِّكَ يَوْمَئِذٍ المَسَاقُ |30| o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir.
[75.31] فَلاَ صَدَّقَ وَلاَ صَلَّى |31| O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.
[75.32] وَلَكِن كَذَّبَ وَتَوَلَّى |32| Haqqı da yalan saydı və üz döndərdi.
[75.33] ثُمَّ ذَهَبَ إِلَى أَهْلِهِ يَتَمَطَّى |33| Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.
[75.34] أَوْلَى لَكَ فَأَوْلَى |34| Vay sənin halına, vay!
[75.35] ثُمَّ أَوْلَى لَكَ فَأَوْلَى |35| Yenə də vay sənin halına, vay!
[75.36] أَيَحْسَبُ الإِنسَانُ أَن يُتْرَكَ سُدًى |36| Bəlkə insan özbaşına qoyulacağını güman edir?
[75.37] أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِيٍّ يُمْنَى |37| Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?
[75.38] ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّى |38| Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.
[75.39] فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالأُنثَى |39| Ondan da bir cüt kişi və qadın yaratdı.
[75.40] أَلَيْسَ ذَلِكَ بِقَادِرٍ عَلَى أن يُحْيِيَ المَوْتَى |40| Məgər O, ölüləri diriltməyə qadir deyil?
|AL INSAAN 76 Human
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Əgər şükür və ya nankor arasında edirsiniz?
[76.1] هَلْ أَتَى عَلَى الإِنسَانِ حِينٌ مِّنَ الدَّهْرِ لَمْ يَكُن شَيْئاً مَّذْكُوراً |1| Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
[76.2] إِنَّا خَلَقْنَا الإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعاً بَصِيراً |2| İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.
[76.3] إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِراً وَإِمَّا كَفُوراً |3| Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
[76.4] إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلاسِلَ وَأَغْلالاً وَسَعِيراً |4| Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.
@ müsəlmanlar üçün siyahısını yoxlayın istəyənlər çek müsəlmanlar saxlamaq
[76.5] إِنَّ الأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُوراً |5| Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər.
[76.6] عَيْناً يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيراً |6| Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.
[76.7] يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْماً كَانَ شَرُّهُ مُسْتَطِيراً |7| Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar.
[76.8] وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِيناً وَيَتِيماً وَأَسِيراً |8| Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər
[76.9] إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لاَ نُرِيدُ مِنكُمْ جَزَاءً وَلاَ شُكُوراً |9| və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!
[76.10] إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْماً عَبُوساً قَمْطَرِيراً |10| Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
@ Allah Thanks onların can atmasının iman və axirət ne'mətlərini ilə mükafatlandırır
[76.11] فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَلِكَ اليَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُوراً |11| Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;
[76.12] وَجَزَاهُم بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيراً |12| onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar.
[76.13] مُتَّكِئِينَ فِيهَا عَلَى الأَرَائِكِ لاَ يَرَوْنَ فِيهَا شَمْساً وَلاَ زَمْهَرِيراً |13| Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.
[76.14] وَدَانِيَةً عَلَيْهِمْ ظِلالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلاً |14| Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
[76.15] وَيُطَافُ عَلَيْهِم بِآنِيَةٍ مِّن فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَ |15| Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
[76.16] قَوَارِيرَ مِن فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيراً |16| Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar.
[76.17] وَيُسْقَوْنَ فِيهَا كَأْساً كَانَ مِزَاجُهَا زَنجَبِيلاً |17| Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək.
[76.18] عَيْناً فِيهَا تُسَمَّى سَلْسَبِيلاً |18| Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır.
[76.19] وَيَطُوفُ عَلَيْهِمْ وَلْدَانٌ مُّخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤاً مَّنثُوراً |19| Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
[76.20] وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيماً وَمُلْكاً كَبِيراً |20| Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.
[76.21] عَالِيَهُمْ ثِيَابُ سُندُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ وَحُلُّوا أَسَاوِرَ مِن فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَاباً طَهُوراً |21| Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
[76.22] إِنَّ هَذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُم مَّشْكُوراً |22| Onlara deyiləcəkdir: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.
@ Quran bir nəsihətdir
[76.23] إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ القُرْآنَ تَنزِيلاً |23| Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
[76.24] فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلاَ تُطِعْ مِنْهُمْ آثِماً أَوْ كَفُوراً |24| Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
[76.25] وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلاً |25| Səhər-axşam Rəbbinin adını zikr et!
[76.26] وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلاً طَوِيلاً |26| Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
[76.27] إِنَّ هَؤُلاءِ يُحِبُّونَ العَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْماً ثَقِيلاً |27| Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar.
[76.28] نَحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلاً |28| Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik.
[76.29] إِنَّ هَذِهِ تَذْكِرَةٌ فَمَن شَاءَ اتَّخَذَ إِلَى رَبِّهِ سَبِيلاً |29| Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.
[76.30] وَمَا تَشَاءُونَ إِلاَّ أَن يَشَاءَ اللَّهُ إِنَّ اللَّهَ كَانَ عَلِيماً حَكِيماً |30| Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!
[76.31] يُدْخِلُ مَن يَشَاءُ فِي رَحْمَتِهِ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَاباً أَلِيماً |31| O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.
|AL MURSALAAT 77 Bu Sent
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Dünyanın sonu
[77.1] وَالْمُرْسَلاتِ عُرْفاً |1| And olsun xeyirlə göndərilənlərə
[77.2] فَالْعَاصِفَاتِ عَصْفاً |2| və şiddətlə əsənlərə!
[77.3] وَالنَّاشِرَاتِ نَشْراً |3| And olsun Allahın əmrini yaydıqca yayanlara,
[77.4] فَالْفَارِقَاتِ فَرْقاً |4| haqqı nahaqdan ayırdıqca ayıranlara
[77.5] فَالْمُلْقِيَاتِ ذِكْراً |5| və zikri çatdıranlara –
[77.6] عُذْراً أَوْ نُذْراً |6| üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!
[77.7] إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ |7| Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.
[77.8] فَإِذَا النُّجُومُ طُمِسَتْ |8| Ulduzlar sönəcəyi zaman;
[77.9] وَإِذَا السَّمَاءُ فُرِجَتْ |9| Göy yarılacağı zaman;
[77.10] وَإِذَا الجِبَالُ نُسِفَتْ |10| Dağlar dağılacağı zaman;
[77.11] وَإِذَا الرُّسُلُ أُقِّتَتْ |11| Elçilərə vaxt təyin olunacağı zaman –
[77.12] لأَيِّ يَوْمٍ أُجِّلَتْ |12| deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”
@ Harada Qiyamət günü olacaq?
[77.13] لِيَوْمِ الفَصْلِ |13| Deyiləcəkdir: “Ayırd etmə gününədək!”
[77.14] وَمَا أَدْرَاكَ مَا يَوْمُ الفَصْلِ |14| Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?
[77.15] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |15| Qiyaməti yalan sayanların o Gün vay halına!
[77.16] أَلَمْ نُهْلِكِ الأَوَّلِينَ |16| Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!
[77.17] ثُمَّ نُتْبِعُهُمُ الآخِرِينَ |17| Sonrakıları da onlara qatacağıq.
[77.18] كَذَلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ |18| Biz günah sahibləri ilə belə davranırıq.
[77.19] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |19| Qiyaməti yalan sayanların o gün vay halına!
[77.20] أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ |20| Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
[77.21] فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ |21| Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
[77.22] إِلَى قَدَرٍ مَّعْلُومٍ |22| məlum bir vaxta kimi?
[77.23] فَقَدَرْنَا فَنِعْمَ القَادِرُونَ |23| Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
[77.24] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |24| Qiyaməti yalan sayanların o gün vay halına!
[77.25] أَلَمْ نَجْعَلِ الأَرْضَ كِفَاتاً |25| Məgər Biz yeri məskən etmədikmi –
[77.26] أَحْيَاءً وَأَمْوَاتاً |26| dirilər və ölülərə?
[77.27] وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُم مَّاءً فُرَاتاً |27| Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
[77.28] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |28| Qiyaməti yalan sayanların o gün vay halına!
[77.29] انطَلِقُوا إِلَى مَا كُنتُم بِهِ تُكَذِّبُونَ |29| Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!
[77.30] انطَلِقُوا إِلَى ظِلٍّ ذِي ثَلاثِ شُعَبٍ |30| Üç qola ayrılan kölgəliyə gedin!”
[77.31] لاَ ظَلِيلٍ وَلاَ يُغْنِي مِنَ اللَّهَبِ |31| Ora nə kölgə salır, nə də alovdan qoruyur.
[77.32] إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ |32| Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
[77.33] كَأَنَّهُ جِمَالَةٌ صُفْرٌ |33| Onlar sanki sarı dəvələrdir.
[77.34] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |34| Qiyaməti yalan sayanların o gün vay halına!
[77.35] هَذَا يَوْمُ لاَ يَنطِقُونَ |35| Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür.
[77.36] وَلاَ يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ |36| Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
[77.37] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |37| Qiyaməti yalan sayanların o gün vay halına!
[77.38] هَذَا يَوْمُ الفَصْلِ جَمَعْنَاكُمْ وَالأَوَّلِينَ |38| Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!
[77.39] فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ |39| Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
[77.40] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |40| Qiyaməti yalan sayanların o gün vay halına!
[77.41] إِنَّ المُتَّقِينَ فِي ظِلالٍ وَعُيُونٍ |41| Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
[77.42] وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ |42| və istədikləri meyvələr içində olacaqlar.
[77.43] كُلُوا وَاشْرَبُوا هَنِيئاً بِمَا كُنتُمْ تَعْمَلُونَ |43| Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!
[77.44] إِنَّا كَذَلِكَ نَجْزِي المُحْسِنِينَ |44| Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
[77.45] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |45| Qiyaməti yalan sayanların o gün vay halına!
[77.46] كُلُوا وَتَمَتَّعُوا قَلِيلاً إِنَّكُم مُّجْرِمُونَ |46| Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
[77.47] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |47| O gün Qiyaməti yalan sayanların vay halına!
[77.48] وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لاَ يَرْكَعُونَ |48| Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər.
[77.49] وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ |49| O gün haqqı yalan sayanların vay halına!
[77.50] فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ |50| Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?
|AN NABA' 78 Xəbərlər
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Allah həqiqəti yalan və edənlər hələ Onun əlamətləri bizi əhatə
[78.1] عَمَّ يَتَسَاءَلُونَ |1| Onlar nə barədə bir-birindən soruşurlar?
[78.2] عَنِ النَّبَأِ العَظِيمِ |2| Böyük bir xəbər barəsində –
[78.3] الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ |3| elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər.
[78.4] كَلاَّ سَيَعْلَمُونَ |4| Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər!
[78.5] ثُمَّ كَلاَّ سَيَعْلَمُونَ |5| Bir daha xeyr! Onlar hökmən biləcəklər!
[78.6] أَلَمْ نَجْعَلِ الأَرْضَ مِهَاداً |6| Məgər Biz yeri yataq etmədikmi?
[78.7] وَالْجِبَالَ أَوْتَاداً |7| Dağları da payalar?!
[78.8] وَخَلَقْنَاكُمْ أَزْوَاجاً |8| Biz sizi cüt yaratdıq.
[78.9] وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتاً |9| Yuxunuzu da sizin üçün rahatlıq etdik.
[78.10] وَجَعَلْنَا اللَّيْلَ لِبَاساً |10| Gecəni örtük etdik,
[78.11] وَجَعَلْنَا النَّهَارَ مَعَاشاً |11| gündüzü isə ruzi qazanmaq vaxtı.
[78.12] وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعاً شِدَاداً |12| Üstünüzdə yeddi möhkəm göy qurduq
[78.13] وَجَعَلْنَا سِرَاجاً وَهَّاجاً |13| və çox parlaq bir çıraq yaratdıq.
[78.14] وَأَنزَلْنَا مِنَ المُعْصِرَاتِ مَاءً ثَجَّاجاً |14| Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki,
[78.15] لِنُخْرِجَ بِهِ حَباًّ وَنَبَاتاً |15| onunla taxıl və digər bitkilər yetişdirək,
[78.16] وَجَنَّاتٍ أَلْفَافاً |16| habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq.
@ Qiyamət günü, Cəhənnəm əzabı və Cənnət mükafatların
[78.17] إِنَّ يَوْمَ الفَصْلِ كَانَ مِيقَاتاً |17| Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
[78.18] يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجاً |18| Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.
[78.19] وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَاباً |19| O gün göyün qapıları açılacaqdır.
[78.20] وَسُيِّرَتِ الجِبَالُ فَكَانَتْ سَرَاباً |20| Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.
@ Cəhənnəm əzabı
[78.21] إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَاداً |21| Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir.
[78.22] لِلطَّاغِينَ مَآباً |22| O, həddi aşanların qayıdacağı yerdir.
[78.23] لابِثِينَ فِيهَا أَحْقَاباً |23| Onlar orada əsrlər boyu qalacaqlar.
[78.24] لاَ يَذُوقُونَ فِيهَا بَرْداً وَلاَ شَرَاباً |24| Onlar orada nə bir sərinlik, nə də sərinlədirici içki dadacaqlar.
Dostları ilə paylaş: |