[69.18] يَوْمَئِذٍ تُعْرَضُونَ لاَ تَخْفَى مِنكُمْ خَافِيَةٌ |18| O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
[69.19] فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَءُوا كِتَابِيَهْ |19| Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!
[69.20] إِنِّي ظَنَنتُ أَنِّي مُلاقٍ حِسَابِيَهْ |20| Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
[69.21] فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ |21| O, xoşbəxt həyat sürəcəkdir –
[69.22] فِي جَنَّةٍ عَالِيَةٍ |22| uca bir Cənnətdə –
[69.23] قُطُوفُهَا دَانِيَةٌ |23| elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.
[69.24] كُلُوا وَاشْرَبُوا هَنِيئاً بِمَا أَسْلَفْتُمْ فِي الأَيَّامِ الخَالِيَةِ |24| Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” – deyiləcəkdir
[69.25] وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ |25| Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!
[69.26] وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ |26| Hesabımdan da xəbərim olmayaydı!
[69.27] يَا لَيْتَهَا كَانَتِ القَاضِيَةَ |27| Kaş ilk ölümüm həmişəlik olaydı!
[69.28] مَا أَغْنَى عَنِّي مَالِيَهْ |28| Var-dövlətim məni əzabdan qurtarmadı.
[69.29] هَلَكَ عَنِّي سُلْطَانِيَهْ |29| Hökmranlığım da məhv olub getdi”.
[69.30] خُذُوهُ فَغُلُّوهُ |30| Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin!
[69.31] ثُمَّ الجَحِيمَ صَلُّوهُ |31| Sonra da Cəhənnəmə atın!
[69.32] ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعاً فَاسْلُكُوهُ |32| Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
[69.33] إِنَّهُ كَانَ لاَ يُؤْمِنُ بِاللَّهِ العَظِيمِ |33| Çünki o, Böyük Allaha iman gətirmirdi,
[69.34] وَلاَ يَحُضُّ عَلَى طَعَامِ المِسْكِينِ |34| və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.
[69.35] فَلَيْسَ لَهُ اليَوْمَ هَاهُنَا حَمِيمٌ |35| Bu gün burada onun üçün bir dost tapılmaz.
[69.36] وَلاَ طَعَامٌ إِلاَّ مِنْ غِسْلِينٍ |36| Qanlı irindən başqa yeməyi də yoxdur.
[69.37] لاَ يَأْكُلُهُ إِلاَّ الخَاطِئُونَ |37| Onu ancaq günahkarlar yeyər”.
@ Allah Peyğəmbər nəciblik, düzgünlük və dik xarakteri and içir
[69.38] فَلاَ أُقْسِمُ بِمَا تُبْصِرُونَ |38| And içirəm həm gördüklərinizə
[69.39] وَمَا لاَ تُبْصِرُونَ |39| və həm də görmədiklərinizə!
[69.40] إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ |40| Bu, möhtərəm bir Elçinin sözüdür.
[69.41] وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلاً مَّا تُؤْمِنُونَ |41| O, şair sözü deyildir! Necə də az inanırsınız!
[69.42] وَلاَ بِقَوْلِ كَاهِنٍ قَلِيلاً مَّا تَذَكَّرُونَ |42| O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!
[69.43] تَنزِيلٌ مِّن رَّبِّ العَالَمِينَ |43| O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!
[69.44] وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الأَقَاوِيلِ |44| Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
[69.45] لأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ |45| Biz onu sağ əlindən yaxalayar,
[69.46] ثُمَّ لَقَطَعْنَا مِنْهُ الوَتِينَ |46| sonra da şah damarını kəsərdik.
[69.47] فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ |47| İçərinizdən heç kəs buna mane ola bilməzdi.
[69.48] وَإِنَّهُ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ |48| Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.
[69.49] وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ |49| Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!
[69.50] وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى الكَافِرِينَ |50| Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.
[69.51] وَإِنَّهُ لَحَقُّ اليَقِينِ |51| Sözsüz ki, bu Quran əsl həqiqətdir.
[69.52] فَسَبِّحْ بِاسْمِ رَبِّكَ العَظِيمِ |52| Elə isə Böyük Rəbbinin adına təriflər de!
|AL MA'AARIJ 70 Yüksək keçid
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
[70.1] سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ |1| İstəyən kimsə baş verəcək əzabı istədi –
[70.2] لِّلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ |2| bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.
[70.3] مِنَ اللَّهِ ذِي المَعَارِجِ |3| O, dərəcələr sahibi olan Allahdandır.
@ Mələklərin yoxuş
[70.4] تَعْرُجُ المَلائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ |4| Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
[70.5] فَاصْبِرْ صَبْراً جَمِيلاً |5| Sən təmkinlə səbir et!
[70.6] إِنَّهُمْ يَرَوْنَهُ بَعِيداً |6| Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər.
[70.7] وَنَرَاهُ قَرِيباً |7| Biz isə onun yaxın olduğunu görürük.
@ Haqq günü
[70.8] يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ |8| O gün göy əridilmiş metal kimi olacaqdır.
[70.9] وَتَكُونُ الجِبَالُ كَالْعِهْنِ |9| Dağlar da didilmiş yuna bənzəyəcəklər.
[70.10] وَلاَ يَسْأَلُ حَمِيمٌ حَمِيماً |10| Dost dostunun halını xəbər almayacaq.
[70.11] يُبَصَّرُونَهُمْ يَوَدُّ المُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ |11| Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
[70.12] وَصَاحِبَتِهِ وَأَخِيهِ |12| həyat yoldaşını və qardaşını,
[70.13] وَفَصِيلَتِهِ الَتِي تُؤْوِيهِ |13| ona sığınacaq vermiş nəslini
[70.14] وَمَن فِي الأَرْضِ جَمِيعاً ثُمَّ يُنجِيهِ |14| və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.
[70.15] كَلاَّ إِنَّهَا لَظَى |15| Xeyr! Bu, alovu şölələnən Oddur –
[70.16] نَزَّاعَةً لِّلشَّوَى |16| başın dərisini sıyırıb çıxaran bir od.
[70.17] تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّى |17| O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni
[70.18] وَجَمَعَ فَأَوْعَى |18| və mal-dövlət yığıb saxlayanı.
@ xəsislik, səbirsizlik, həsəd və salehlik
[70.19] إِنَّ الإِنسَانَ خُلِقَ هَلُوعاً |19| Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.
[70.20] إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعاً |20| Ona bir pislik toxunduqda özündən çıxır,
@ müsəlmanlar üçün siyahısını yoxlayın istəyənlər çek müsəlmanlar saxlamaq
[70.21] وَإِذَا مَسَّهُ الخَيْرُ مَنُوعاً |21| bir xeyir nəsib olduqda isə xəsislik edir.
[70.22] إِلاَّ المُصَلِّينَ |22| Namaz qılanlar istisnadır.
[70.23] الَّذِينَ هُمْ عَلَى صَلاتِهِمْ دَائِمُونَ |23| O kəslər ki, namazlarını həmişə qılırlar.
[70.24] وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ |24| O kəslər ki, onların mallarında məlum bir haqq vardır-
[70.25] لِلسَّائِلِ وَالْمَحْرُومِ |25| dilənən və həya edib dilənməyən miskinlər üçün.
[70.26] وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ |26| O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.
[70.27] وَالَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ |27| O kəslər ki, Rəbbinin əzabından qorxurlar.
[70.28] إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ |28| Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.
[70.29] وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ |29| O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –
[70.30] إِلاَّ عَلَى أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ |30| zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.
[70.31] فَمَنِ ابْتَغَى وَرَاءَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ العَادُونَ |31| Bundan artığını istəyənlər isə həddi aşanlardır.
[70.32] وَالَّذِينَ هُمْ لأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ |32| O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.
[70.33] وَالَّذِينَ هُم بِشَهَادَاتِهِمْ قَائِمُونَ |33| O kəslər ki, şahidliklərində mətindirlər.
[70.34] وَالَّذِينَ هُمْ عَلَى صَلاتِهِمْ يُحَافِظُونَ |34| Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.
[70.35] أُوْلَئِكَ فِي جَنَّاتٍ مُّكْرَمُونَ |35| Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.
@ Qiyamət günü bu həyatda və onlar haqqında ziyana
[70.36] فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ |36| Sənə doğru tələsən kafirlərə nə olub belə –
[70.37] عَنِ اليَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ |37| sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?
[70.38] أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ |38| Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər?
[70.39] كَلاَّ إِنَّا خَلَقْنَاهُم مِّمَّا يَعْلَمُونَ |39| Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.
[70.40] فَلاَ أُقْسِمُ بِرَبِّ المَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ |40| And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –
[70.41] عَلَى أَن نُّبَدِّلَ خَيْراً مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ |41| onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz.
[70.42] فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّى يُلاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ |42| Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.
[70.43] يَوْمَ يَخْرُجُونَ مِنَ الأَجْدَاثِ سِرَاعاً كَأَنَّهُمْ إِلَى نُصُبٍ يُوفِضُونَ |43| O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.
[70.44] خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ذَلِكَ اليَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ |44| O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!
|NUH 71 Nuh peyğəmbər
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Nuh Allaha millət çağırır və Onun ayələrinə onlara xatırladır, lakin onu və onun mesaj rədd
[71.1] إِنَّا أَرْسَلْنَا نُوحاً إِلَى قَوْمِهِ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ |1| Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!”
[71.2] قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ |2| O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!
[71.3] أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ |3| Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!
[71.4] يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَى أَجَلٍ مُّسَمًّى إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لاَ يُؤَخَّرُ لَوْ كُنتُمْ تَعْلَمُونَ |4| Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”
[71.5] قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلاً وَنَهَاراً |5| O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim.
[71.6] فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلاَّ فِرَاراً|6| Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı.
[71.7] وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَاراً |7| Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.
[71.8] ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَاراً |8| Sonra mən onları aşkarcasına dəvət etdim.
[71.9] ثُمَّ إِنِّي أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَاراً |9| Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib
@ faydaları Rəbbinin bağışlanması üçün xahiş
[71.10] فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّاراً |10| dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
[71.11] يُرْسِلِ السَّمَاءَ عَلَيْكُم مِّدْرَاراً |11| O, sizin üzərinizə bol-bol yağış göndərər,
[71.12] وَيُمْدِدْكُم بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّاتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَاراً |12| var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.
[71.13] مَا لَكُمْ لاَ تَرْجُونَ لِلَّهِ وَقَاراً |13| Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?
[71.14] وَقَدْ خَلَقَكُمْ أَطْوَاراً |14| Axı O sizi mərhələlərlə yaratdı.
[71.15] أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَوَاتٍ طِبَاقاً |15| Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?
[71.16] وَجَعَلَ القَمَرَ فِيهِنَّ نُوراً وَجَعَلَ الشَّمْسَ سِرَاجاً |16| Ayı bir nur, günəşi də çıraq etmişdir.
[71.17] وَاللَّهُ أَنْبَتَكُم مِّنَ الأَرْضِ نَبَاتاً |17| Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.
[71.18] ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجاً |18| Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.
[71.19] وَاللَّهُ جَعَلَ لَكُمُ الأَرْضَ بِسَاطاً |19| Allah yeri sizin üçün xalı təki döşədi.
[71.20] لِتَسْلُكُوا مِنْهَا سُبُلاً فِجَاجاً |20| Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”.
@ Onlar çox həqiqət Allah daha varlı status-kvonun küfrü izləmək üçün seçmək kimi Nuh öz xalqına qarşı Allaha dua
[71.21] قَالَ نُوحٌ رَّبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَن لَّمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلاَّ خَسَاراً |21| Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.
[71.22] وَمَكَرُوا مَكْراً كُبَّاراً |22| Onlar mənə qarşı böyük bir hiylə işlətdilər
[71.23] وَقَالُوا لاَ تَذَرُنَّ آلِهَتَكُمْ وَلاَ تَذَرُنَّ وَداًّ وَلاَ سُوَاعاً وَلاَ يَغُوثَ وَيَعُوقَ وَنَسْراً |23| və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
[71.24] وَقَدْ أَضَلُّوا كَثِيراً وَلاَ تَزِدِ الظَّالِمِينَ إِلاَّ ضَلالاً |24| Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma”.
[71.25] مِّمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَاراً فَلَمْ يَجِدُوا لَهُم مِّن دُونِ اللَّهِ أَنصَاراً |25| Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.
[71.26] وَقَالَ نُوحٌ رَّبِّ لاَ تَذَرْ عَلَى الأَرْضِ مِنَ الكَافِرِينَ دَيَّاراً |26| Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!
[71.27] إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلاَ يَلِدُوا إِلاَّ فَاجِراً كَفَّاراً |27| Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər.
@ Nuh davamçılarına dua
[71.28] رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِناً وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلاَ تَزِدِ الظَّالِمِينَ إِلاَّ تَبَاراً |28| Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.
|AL JIN 72 Jinn
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ Bu Quran saleh cinlər şəhadət olmaq müsəlmanlar Allah ilə hər kəs birləşmək deyil vəd
[72.1] قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِّنَ الجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآناً عَجَباً |1| De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!
[72.2] يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ وَلَن نُّشْرِكَ بِرَبِّنَا أَحَداً |2| O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.
[72.3] وَأَنَّهُ تَعَالَى جَدُّ رَبِّنَا مَا اتَخَّذَ صَاحِبَةً وَلاَ وَلَداً |3| Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır.
[72.4] وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطاً |4| Bizim səfehimiz İblis Allaha qarşı hədsiz yalanlar danışır.
[72.5] وَأَنَّا ظَنَنَّا أَن لَّن تَقُولَ الإِنسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِباً |5| Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar.
[72.6] وَأَنَّهُ كَانَ رِجَالٌ مِّنَ الإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ الجِنِّ فَزَادُوَهُمْ رَهَقاً |6| Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.
[72.7] وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ اللَّهُ أَحَداً |7| Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir.
@ The cinlər bəzi bəxt danışanlardan ilə öyrəndim bilər bir xəbər fəsad harada sonra yer üzünə cəhd və insanlıq üçün səmavi fərmana qulaq asmaq üçün səy göylərin onların yol olardı
[72.8] وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَساً شَدِيداً وَشُهُباً |8| Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.
[72.9] وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ فَمَن يَسْتَمِعِ الآنَ يَجِدْ لَهُ شِهَاباً رَّصَداً |9| Biz əvvəllər gizlicə qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr.
[72.10] وَأَنَّا لاَ نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَن فِي الأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَداً |10| Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
@ Mö'min və imansız cinləri
[72.11] وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَلِكَ كُنَّا طَرَائِقَ قِدَداً |11| Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq.
[72.12] وَأَنَّا ظَنَنَّا أَن لَّن نُّعْجِزَ اللَّهَ فِي الأَرْضِ وَلَن نُّعْجِزَهُ هَرَباًّ |12| Biz yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. Göyə qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.
[72.13] وَأَنَّا لَمَّا سَمِعْنَا الهُدَى آمَنَّا بِهِ فَمَن يُؤْمِن بِرَبِّهِ فَلاَ يَخَافُ بَخْساً وَلاَ رَهَقاً |13| Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.
[72.14] وَأَنَّا مِنَّا المُسْلِمُونَ وَمِنَّا القَاسِطُونَ فَمَنْ أَسْلَمَ فَأُوْلَئِكَ تَحَرَّوْا رَشَداً |14| Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.
[72.15] وَأَمَّا القَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَباً |15| Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar”.
[72.16] وَأَن لَّوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لأَسْقَيْنَاهُم مَّاءً غَدَقاً |16| Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.
[72.17] لِنَفْتِنَهُمْ فِيهِ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَاباً صَعَداً Belə edərdik ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar.
@ Məscidlər Allaha məxsusdur və heç Ondan başqa Allah bizi qoruyacaq
[72.18] وَأَنَّ المَسَاجِدَ لِلَّهِ فَلاَ تَدْعُوا مَعَ اللَّهِ أَحَداً |18| Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!
[72.19] وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَداً |19| Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar.
[72.20] قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلاَ أُشْرِكُ بِهِ أَحَداً |20| De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”
[72.21] قُلْ إِنِّي لاَ أَمْلِكُ لَكُمْ ضَراًّ وَلاَ رَشَداً |21| De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadir deyiləm!”
[72.22] قُلْ إِنِّي لَن يُجِيرَنِي مِنَ اللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِن دُونِهِ مُلْتَحَداً |22| De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!
@ Allaha və Onun Peyğəmbərinə asi olanlar
[72.23] إِلاَّ بَلاغاً مِّنَ اللَّهِ وَرِسَالاتِهِ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَداً |23| Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”.
[72.24] حَتَّى إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِراً وَأَقَلُّ عَدَداً |24| Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
[72.25] قُلْ إِنْ أَدْرِي أَقَرِيبٌ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَداً |25| De: “Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm.
[72.26] عَالِمُ الغَيْبِ فَلاَ يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَداً |26| O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz;
@ Mələklər Həzrəti Məhəmməd Allahın Mesaj çatdırılır ki, şahidlik
[72.27] إِلاَّ مَنِ ارْتَضَى مِن رَّسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَداً |27| razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki,
[72.28] لِيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا رِسَالاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَى كُلَّ شَيْءٍ عَدَداً |28| hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.
|AL MUZZAMMIL 73 bükülmüş
Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|
@ up əldə ləyaqət gecə ərzində dua etmək
[73.1] يَا أَيُّهَا المُزَّمِّلُ |1| Ey libasına bürünüb örtünmüş peyğəmbər!
[73.2] قُمِ اللَّيْلَ إِلاَّ قَلِيلاً |2| Az bir hissəsi istisna olmaqla gecələr namaza dur!
[73.3] نِّصْفَهُ أَوِ انقُصْ مِنْهُ قَلِيلاً |3| Onun yarısını, yaxud ondan bir az əskilt,
[73.4] أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ القُرْآنَ تَرْتِيلاً |4| və ya ona artır. Quranı da aramla oxu!
[73.5] إِنَّا سَنُلْقِي عَلَيْكَ قَوْلاً ثَقِيلاً |5| Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.
[73.6] إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْئاً وَأَقْوَمُ قِيلاً |6| Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir.
@ Ona iman etməyənlər tərk gündəlik işlərinə və səbr Allah saxla
[73.7] إِنَّ لَكَ فِي النَّهَارِ سَبْحاً طَوِيلاً |7| Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır.
[73.8] وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلاً |8| Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!
[73.9] رَّبُّ المَشْرِقِ وَالْمَغْرِبِ لاَ إِلَهَ إِلاَّ هُوَ فَاتَّخِذْهُ وَكِيلاً |9| O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür!
@ Allah yalan edənlər
[73.10] وَاصْبِرْ عَلَى مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْراً جَمِيلاً |10| Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.
[73.11] وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُوْلِي النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلاً |11| Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.
[73.12] إِنَّ لَدَيْنَا أَنكَالاً وَجَحِيماً |12| Həqiqətən, Bizdə onlar üçün qandallar və Cəhənnəm hazırlanmışdır,
[73.13] وَطَعَاماً ذَا غُصَّةٍ وَعَذَاباً أَلِيماً |13| boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır.
[73.14] يَوْمَ تَرْجُفُ الأَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الجِبَالُ كَثِيباً مَّهِيلاً |14| O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir.
@ Peyğəmbər şahid olaraq göndərildi
[73.15] إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولاً شَاهِداً عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَى فِرْعَوْنَ رَسُولاً |15| Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik.
[73.16] فَعَصَى فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذاً وَبِيلاً |16| Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.
@ Necə Qiyamət gününə qarşı özünüzü qorumaq olacaq?
[73.17] فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْماً يَجْعَلُ الوِلْدَانَ شِيباً |17| Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız?
[73.18] السَّمَاءُ مُنفَطِرٌ بِهِ كَانَ وَعْدُهُ مَفْعُولاً |18| O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.
[73.19] إِنَّ هَذِهِ تَذْكِرَةٌ فَمَن شَاءَ اتَّخَذَ إِلَى رَبِّهِ سَبِيلاً |19| Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr.
@ könüllü gecə Peyğəmbər namaz və arzu edənlər Allaha yaxınlaşmaq
[73.20] إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَى مِن ثُلُثَيِ اللَّيْلِ وَنِصْفَهُ وَثُلُثَهُ وَطَائِفَةٌ مِّنَ الَّذِينَ مَعَكَ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ عَلِمَ أَن لَّن تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ القُرْآنِ عَلِمَ أَن سَيَكُونُ مِنكُم مَّرْضَى وَآخَرُونَ يَضْرِبُونَ فِي الأَرْضِ يَبْتَغُونَ مِن فَضْلِ اللَّهِ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ وَأَقِيمُوا الصَّلاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضاً حَسَناً وَمَا تُقَدِّمُوا لأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللَّهِ هُوَ خَيْراً وَأَعْظَمَ أَجْراً وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ |20| Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!
Dostları ilə paylaş: |