Web sistemləri fənnindən mühazirələr



Yüklə 0,53 Mb.
səhifə8/21
tarix24.07.2023
ölçüsü0,53 Mb.
#137344
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Web sistemleri

-“Hamı hamı ilə” topologiyası. Burada şəbəkə informasiyanın ötürülməsi mühiti kimi radiodalğalardan istifadə edən. bütün istiqamətlərdə antennalarla təmin olunan şəbəkə radio adapterlərinin köməyi ilə reallaşdırılır. Bu şəbəkələrin fəaliyyət dairəsi 50-200 m olur.


Şəbəkənin simsiz və kabel hissələri arasındakı əlaqə üçün giriş nöqtəsi 9 radiokörpü) adlanan xüsusi qurğulardan istifadə edilir. Qeyd edək ki, bu məqsədlə simsiz və kabel şəbəkə adapterlərinə malik adi kompüterdən də istifadə etmək olar.
  • “Nöqtə-nöqtə” topologiyası. Simsiz şəbəkələrin istifadəsinin digər bir sahəsi verilənlərin ötürülməsi infrastrukturu (ümumi daxilolma kabel şəbəkələri, yüksəkkeyfiyyətli telefon xətləri) olmayan bir-birindən uzaqda olan lokal şəbəkələr seqmentləri arasında əlaqənin təşkilidir. Bu halda iki bir-birindən uzaqda olan seqmentlər arasında əlaqənin yaradılması üçün istiqamətlənmiş tipli antennalara malik radiokörpülərdən istifadə edilir.


  • “Ulduz” tipli topologiya. Əgər şəbəkədə bir neçə seqmenti birləşdirmək lazımdırsa “ulduz” tipli topologiyadan istifadə edilir. Bu halda mərkəzi qovşaqda bütün istiqamətli antenna, uzaqda olan qovşaqlarda isə istiqamətlənmiş antenna quraşdırılır. quraşdırılır.

Qeyd etmək lazımdır ki, simsiz şəbəkə magistrallarından istifadə aşağı sürətlə işləyən modemlərdən istifadədən imtinaya imkan verir. İş yerlərində ilk kompüterlərin peyda olmasından sonra istifadəçilər məlumat ötürmək, çap etmək üçün ilk olaraq birbaşa qoşulma kabellərindən istifadə etməyə başladılar. İki kompüterin bir-birinə qoşulması, kompüterin arxa hissəsində yerləşən COM və LPT portlarından mümkün olurdu. Bu portlara və ya girişlərə qoşulmaq üçün nul-modem kabellərdən istifadə olunurdu. Düzdür bu qoşulma üsulu çox da güclü deyildi, amma böyük həcmdə məlumatların ötürülməsi üçün əlverişli idi. LPT portuna sinonim kimi paralel port da deyilir və əgər printer port və ya Centronics port eşitsəniz bilin ki söhbət LPT-dən gedir. İstəyirəm LPT haqqında daha ətraflı məlumat verim ki siz onu gözü yumulu tanıya biləsiniz. LPT (Line Print Terminal) sözlərinin birləşməsindən yaranıb və ilk printerlərin kompüterə qoşulması üçün istifadə olunan texnologiyadır. Bu texnologiya Centronics parallel interface (Centronics paralel portu) Dr. An Wang, Robert Howard və Prentice Robinson tərəfindən Wang Laboratories-də yaradılmışdır. 1990-cı ildə LPT standartlaşdırılıb və bu standart ilk olaraq IEEE 1284 modeli ilə buraxılmağa başlanılıb. Sizə şəkillərlə LPT-lər haqqında təsəvvür yaratmağa çalışacağam.




Bu şəkildə pinlərin, yəni içərisindəki simlərin nə işə yaradığını görə bilərsiniz. Əgər simlərdən hər hansı biri qırılsa nəyin işləməyəcəyini anlamaq olar.


IEEE 1284- printer üçün kabel, DB-25 və 36 pin Centronics konnektor.


Burada yeni adla DB-25 ilə tanış ola bilərik, görəsən bu nədir? D-subminiature və ya D-sub kompüterlər üçün istifadə olunan standart elektrik birləşdiricisidir (connector-konnektor). Onlar ilk təqdim olunduqlarında "subminiature" kimi adlandırılmışdırlar, bu gün onlar kompüterlərdə ən geniş istifadə olunan birləşdiricilərdir.

LPT (paralel port)- standartlaşdırıldıqdan sonra 1990-cı ildə yaradıldı və adı IEEE 1284 oldu. Bu modeldən sonra daha yeniləri istehsal olunmuşdur. Ən yenisi IEEE 1394-dür. Apple kompaniyası tərəfindən FireWire və Sony firması tərəfindən i.LINK adlandırılmışdır. Yeri gəlmiş ikən bunu da deyim IEEE-The Institute of Electrical and Electronics Engineers deməkdir. Tərkibində dünyanın 175 ölkəsindən 360,000 üzvü var. Dünya səviyyəsində müxtəlif texnologiyaların standartlaşdırılması məsələləri ilə məşğuldur. İşlərini istehsalçı firmalarla birlikdə aparan bu qurum 1980-ci ildə 802 nömrəli bir komissiya yaratdı. Komissiyanın vəzifəsi kompüter şəbəkələri ilə bağlı müxtəlif standartları ortaya çıxartmaq idi. IEEE-nin fərqli kodlu başqa komissiyaları digər texnologiyalar üzərində çalışmağa davam edirlər. Məsələn, IEEE 1284 paralel ötürmə ilə bağlı məsələlər üzərində çalışarkən, IEEE 1394 Firewire bağlantı standartını yaratmışdı. 802 komissiyası fərqli şəbəkə texnologiyalarını tədqiq etmək üzrə alt komissiyalara bölmüşdür.





  1. Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin