Web sistemləri fənnindən mühazirələr


Lokal şəbəkələrin seqmentləşdirilməsi



Yüklə 0,53 Mb.
səhifə9/21
tarix24.07.2023
ölçüsü0,53 Mb.
#137344
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
Web sistemleri

Lokal şəbəkələrin seqmentləşdirilməsi


Şəbəkənin ifrat yüklənməsinin aşağı düşməsi. Şəbəkə ilə aktiv işləyən güclü işçi stansiyalar, stolüstü audio- və video studiyalar və digər əlavələr olduqda, ötürmə sürəti 10 Mbit/s olan Ethernet şəbəkələrinin buraxma qabiliyyəti artıq istifadəçilərin tələblərinə cavab verə bilmir. Şəbəkəyə qoşulmuş istifadəçilərin sayı artdıqca şəbəkənin məhsuldarlığı aşağı düşməyə başlayır. Tələblərin artması şəbəkənin ifrat uüklənməsinə səbəb olur, çünki daha çox istifadəçilər eyni bir resurslara daxil olmaq üçün cəhdlər göstərirlər. İfrat yüklənmə istifadəçiləri məcbur edir ki, şəbəkənin buraxma qabiliyyətinin artırılmasında israrlı olmalarını göstərsinlər. Lakin sadəcə olaraq məhsuldarlığın artırılması ilə iş bitmir. Əksər hallarda lazımi nəticəni əldə etməyə imkan verməyən digər amilləri də (məs, kiçik sürətlə işləyən serverlərin olması, işçi stansiyalar və serverlərdə əməli yaddaşın həcminin kifayət qədər olmaması) nəzərə almaq lazım gəlir. Lokal şəbəkədə İfrat yüklənmənin azaldılması və məhsuldarlığın artırılması üsullarından biri Ethernet vahid seqmentinin bir neçə seqmentlərə bölünməsidir ki, bunun nəticəsində buraxma qabiliyyəti mümkün olan maksimum qiymətə çatır. Buraxma qabiliyyətini belə maksimum qiymətə çatdıran texnologiyalar aşağıda göstərilmişdir:
Fiziki seqmentləşdirmə. Seqmentləşdirməni əldə etmək üçün körpü marşrutlaşdırmalardan istifadə etmək olar ki, bununla da münaqişələrin yaranma oblastını hissələrə bölmək olar. Münaqişələrin miqdarının azaldılması bir fiziki seqmentə qoşulan işçi stansiyaların miqdarının azaldılması sayəsində əldə oluna bilər.
Kommutasiyalı şəbəkənin təşkil edilməsi (mikro seqmentləşdirmə). Lokal şəbəkəni seqmentləşdirmək üçün nəinki körpü və marşrutlaşdırmalar, həmçinin çeviricilər də tətbiq oluna bilər, məs, Cisco Catalyst 5000 çeviricisi portlar arasında paketlərin kommutasiyasına malik olan ayrılmış 2 nöqtəli birləşmə təşkil etməyə imkan verir. Paketlərin kommutasiyası ani zamanda baş verdiyi üçün, hər bir stansiyanın istifadə etdiyi buraxma zolağının hissəsi artmış olacaq.
Ethernet tam dupleks qurğusunun tətbiq olunması. Bu cür şəbəkənin buraxma qabiliyyəti ənənəvi Ethernet şəbəkəsinin analoji parametrindən demək olar ki, 2 dəfə çox olur Lakin bu halda lazım gəlir ki, şəbəkə interfeys plataları tam dupleksli rejimdə işləyə bilsinlər.
Fast Ethernet şəbəkələri. Fast Ethernet kommutatorlarından istifadə edilməsi 10Base şəbəkəsinin buraxma zolağını 10 dəfə genişləndirə bilir.
FDDI şəbəkələri . Bu ötürmə sürəti 100 Mbit/s olan köhnə və davamlı texnologiyadır. “İki qat halqadan” istifadə etdikdə isə buraxma qabiliyyəti 200 Mbit/s-yə qədər artırıla bilər. FDDİ şəbəkələri adətən kommutasiya şkafları arasında quraşdırılır və müxtəlif mərtəbələrdə yerləşən şəbəkələri və tələbə şəhərciyinin şəbəkələrini birləşdirmək üçün istifadə olunur.

Konfliktlər yaranan oblastda istifadəçilərin sayının azaldılması şəbəkə seqmentinin buraxma zolağını artırır. Şəbəkə seqmentində trafiki lokal vəziyyətdə saxlamaqla, istifadəçilər buraxma zolağının böyük hissəsini əldə edə bilirlər və bir böyük maqistraldan istifadə olunan vaxt yaranan vəziyyət ilə müqayisədə reaksiya vaxtı kəskin azalmış olur.


İşçi stansiyalar üçün təkrarlayıcılardan təşkil olunmuş şəbəkə vahid seqment kimi görünəcək və mahiyyət etibarilə, bir böyük konfliktlər oblastını özündə əks etdirəcək. Əgər şəbəkə həddindən çox genişlənərsə, o zaman onu körpülər və ya marşrutlaşdırmalar vasitəsilə seqmentləşdirmək mümkün olacaq. Lakin bu qurğular müxtəlif texnologiyalardan istifadə etdiyi üçün, bu halda gecikmələr bir qədər artacaq və kommunikasiyanın effektivliyi azalmış olacaq. Buna görə də şəbəkənin seqmentləşdirilməsində diqqətli olmaq tələb olunur.
Körpülərin köməkliyi ilə seqmentləşdirmə. Məlum olduğu kimi, körpülər şəbəkənin seqmentləşdirilməsi üçün istifadə oluna bilərlər, yəni şəbəkəni idarə üçün sadə olan kiçik hissələrə bölə bilərlər. Lakin, əgər körpülər şəbəkədə yaxşı qoyulmamışsa, o zaman onlar xeyirdən çox ziyan verə bilərlər. Adətən körpülər OSİ baza modelinin kanal səviyyəsinin MAC-altsəviyyəsində işləyirlər. Seqment daxilində trafiki azaltmaq üçün, onlar bir-birindən fiziki və məntiqi cəhətdən ayrılan şəbəkə seqmentləri yaradırlar. Əlbəttə ki, körpülərin tətbiqi bir sıra üstün cəhətlərə malik olur: məntiqi şəbəkəni bir neçə fiziki hissələrə böldükdən sonra davamlılıq artır, texnik qulluq asanlaşır, genişləndirmə imkanları və şəbəkənin idarəçiliyi yüksəlir.
Körpülər MAC- və ya hər bir kadrda olan aparat ünvanlarını yoxlayırlar və lazım olarsa, kadrları digər fiziki seqmentlərə göndərirlər. Körpülər dinamiki olaraq, tərkibində ünvanlaşdırılan qurğuların yerləşdiyi MAC-ünvanlar və seqmentlərin nömrələri olan ötürmə cədvəlini tərtib edirlər.
İndi isə körpülərin mənfi cəhətləri üzərində dayanaq. Əgər alıcının MAC-ünvanı körpüyə məlum deyildirsə, o zaman körpü kadrın göndərildiyi portun qoşulduğu seqmentdən başqa, ona qoşulmuş bütün seqmentlərə həmin kadrı göndərəcəkdir. Bundan başqa, kadrın emal olunması vacibliyindən, gecikmə periodu 20-30% arta bilər. Gecikmə, xost-mənbədən xost-alıcıya kadrın yerdəyişməsinəı sərf olunan vaxta bərabər olur. Əgər kadrı alıcının seqmentinin cari aktivliyi sayəsində o dəqiqə göndərmək mümkün olmadıqda, gecikmə daha da çox olmuş olur.
Körpü paketləri və qrup paketlərini onun qoşulduğu bütün seqmentlərə göndərir. Enli yayımlı paketlərin ünvanları körpüyə məlum olmadığına görə (yəni bu paketlər süzgəcdən keçmirlər) enliyayımlı tufanın yaranma ehtimalı mümkündür. Bu problem çeviricilərdə də vardır, çünki nəzəri cəhətdən körpülər və çeviricilər bir-birilərindən fərqlənmirlər. Cisco kompaniyasının çeviriciləri doğrudan da özlüyündə Cisci İOS idarəsi altında işləyən çox portlu körpünü təsvir edirlər və körpünün yerinə yetirdiyi funksiyaları həyata keçirirlər.



  1. Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin