Windows 7 əməliyyat sisteminin idarəetmə vasitələri


Windows 7- də fayllar və qovluqlarla əməliyyatlar



Yüklə 0,95 Mb.
səhifə14/28
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#42922
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
windows 7 emeliyyat sistemi aze (1)

Windows 7- də fayllar və qovluqlarla əməliyyatlar

Bələdçi rejimi


Windows əməliyyat sistemində verilənlərin, informasiyaların saxlanmasının necə qurulmasına nəzər salsaq, görərik ki, bütün informasiyalar ilkin olaraq fayllarda saxlanırlar, fayllar isə qovluqlarda, qovluqlar isə bərk disklərdə, fləşkalarda, şəbəkə daşıyıcılarında, sizin lokal şəbəkənin digər kompü- terlərində, CD və DVD disklərdə saxlanılırlar. Burada əsas məsələ ondan ibarətdir ki, bütün bu struktura haradan daxil olmaq olar.

Bu struktura daxil olmaq və onu idarə etmək üçün Провoдник (Windows Explorer (Bələdçi)) adlanan xüsusi proqramdan istifadə edirlər. Bu proqramın köməyilə siz təkcə kompüterin istənilən güşəsinə daxil olmanı, gizlədilmiş faylları, qovluqları axtarıb tapamağı deyil, həm də aşağıdakı müəyyən əməliyyatları da yerinə yetirə bilərsiniz.

 Sizə lazım olan sənədləri axtarmaq və tapmaq.

 Sənədləri yenidən adlandırmaq, yox etmək, onları başqa bir yerə köçürmək və ya nüsxələmək olar.

 Sənədləri CD və ya DVD disklərə yazmaq olur.

 Multimedialı kolleksiyalar yaratmaq və onları sizin lokal şəbəkədə digər kompüterlər üçün əl çatan etmək olur.

Windows əməliyyat sisteminin əvvəlki versiyalarında Провoдник (Windows Explorer (Windows Bələdçisi)) proqramı onun tərkibində yalnız çox saylı tətbiqi proqramlardan biri idi, lakin zaman keçdikcə Windows təkmilləşdikcə, o əməliyyat sisteminin əsas “gövdəsinə” o qədər inteqrasiya etmişdir ki, bu gün biz onu artıq müstəqil alət, vasitə kimi qəbul etmirik. Hərçənd Windows 7- də Провoдник (Windows Bələdçisi) proqramını ayrıca da işə salmaq olur, bunun üçün Start (Пуск (Başlat)) düyməsinin üzərində siçanın sağ düyməsini sıxmaq və bu zaman açılan pəncərədən də

Открыть проводник (Open Windows Explorer (Windows Bələdçisini Aç)) əmrini seçmək lazımdır.

Bələdçi proqramını başqa cür də yükləmək olur, məsələn, bunun üçün Start (Пуск) menyusunu sol düymə ilə açmaq lazımdır. Bu zaman açılmış menyunun sağ hissəsindəki paneldən Компьютер (Computer (Kompüter)) bölməsini fəallaşdırmaq lazımdır. Daha əlverişlisi isə bu qovluq üçün İşçi masada onun üçün göstəricisini, qısa yolunu (yarlik) yaratmaq lazımdır.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin