73
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri: əsas trendlər və nailiyyətlər
ölkənin gömrük nümayəndələrinin iş adamları ilə mütəmadi görüşüb cari
vəziyyəti müzakirə etmələri vacibdir. Gömrük rüsumları ilə yanaşı, gömrük
rəsmiləşdirməsi, gömrük rejimlərinin seçimi və gömrük anbarlaşmasında
da güzəştlərin tətbiq edilməsi məqsədəuyğun olardı.
Yuxarıda istinad edilən ortaq icra planına əsasən Azərbaycanın və
Türkiyənin aidiyyəti qurumları tərəfindən iki ölkə arasında Preferensial
Ticarət Sazişinin imzalanması imkanları araşdırılacaq. İki ölkənin özəl
sektora aid qurumları və firmaları arasındakı iqtisadi və ticarət fəaliyyətindən
irəli gələ biləcək problemlərin mümkün qədər tez və ədalətli həlli üçün
İşçi Qrupu yaradılacaq. Azərbaycan-Türkiyə İş Şurasının yığıncaqlarının
mütəmadi olaraq ildə bir dəfə keçirilməsi məqsədilə hər iki ölkənin
müvafiq qurumları təşviq ediləcək, Azərbaycanda və Türkiyədə təşkil
olunan beynəlxalq sərgilərdə hər iki ölkənin firmalarının intensiv iştirakı
dəstəklənəcək, ildə bir dəfə ticarət heyətləri arasında qarşılıqlı tədbirlərin
təşkili təmin ediləcək.
19
Naxçıvan-İqdır sərhəd bölgəsində azad iqtisadi zonanın formalaşdırılması
istiqamətində iki ölkənin müvafiq qurumları arasında dialoq başlanmalıdır.
Bu, Naxçıvanın inkişafı ilə yanaşı, Türkiyənin depressiv iqtisadi rayonları
hesab edilən Qars və İqdır şəhərlərinin də inkişafına dəstək verər. Yeri
gəlmişkən, Ermənistanla sərhədlərin açılmasının tərəfdarlarının əsas
arqumentlərindən biri budur ki, bu proses Türkiyənin şərq rayonlarının
inkişafına gətirib çıxaracaq. Məhz buna görə Ermənistanla həmsərhəd
olan Türkiyənin Qars və İqdır şəhərlərinin iqtisadi problemlərinin həllində
Azərbaycan qardaş ölkəyə dəstək verməlidir.
Dostları ilə paylaş: