9. Resursların təsnifatı.
Resurs dedikdə insanın öz ehtiyacını və arzularını təmin etmək üçün təbii mühitdən əldə etdiyi hər bir şey nəzərdə tutulur. İnsan cəmiyyətinin təbiətə təsiri üç istiqamətdə gedir:
− təbii resursların götürülməsi, emalı və onların bərpası; − təbii şəraitdən istifadə və onlara təsir;
− təbii sistemlərin tarazlığının pozulması, onların qorunması və yenidən bərpası.
Təbiətdən istifadəçi kimi bütün hüquqi və fiziki şəxslər iştirak edir, belə ki, hər bir müəssisə və istənilən insan təbii resurslardan və ətraf mühitin şəraitindən istifadə edir. Təbiətdən istifadə rasional və qeyri-rasional həyata keçirilir. İnsanın tələbatını maddi və mənəvi tələbata bölmək olar. Təbii resurslar insanın maddi tələbatı ilə yanaşı müəyyən dərəcədə mənəvi tələbatını da ödəyir. Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.
Dostları ilə paylaş: |