1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə13/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
EKOLO

10. Atmosferin qaz resursları




Atmosfer (atmos − buxar və spháira − sahə yunan sözlərindən) Yerin ətrafında, onunla birlikdə fırlanan hava mühitidir. Atmosfer torpaq altında, torpaqda və onun üstündəki havanı da əhatə edir. Atmosferin kütləsi təqribən 5,51 ∙ 10 15 tondur.

Atmosferin qaz tərkibi. Atmosferdə yer səthi yaxınlığında (həcmcə) 78,1% azot, 20,9% oksigen, 0,9% arqon, az miqdarda karbon qazı, hidrogen və təsirsiz qazlar var. Atmosferin aşağı qatlarında

20 km hündürlüyə qədər su buxarları da olur (yer səthində tropiklərdə 3%-dən, Antarktidada

2*10-5 %-ə qədər). Hündürlük artdıqca su buxarının miqdarı sürətlə azalır. Qaz tərkibi 100 – 110 km-ə qədər demək olar ki, dəyişməz qalır.

Azot – atmosfer havasını təşkil edən əsas qazdır, tənəffüsə və yanmaya kömək etmir, lakin bitkilərin boyatması, heyvan və insanların həyatı üçün lazımdır. Azot yer qabığında olan mikroorqanizmlər tərəfindən hasil edilir.

Oksigen – həyat fəaliyyəti üçün havanın ən vacib komponentidir. Oksigen tənəffüs və yanma üçün lazımdır. Oksigen fotosintez prosesində yaşıl bitkilər tərəfindən – ildə 100 mlrd ton hasil edilir. Oksigen istehsalında əsas rolu fitoplankton oynayır, o atmosfer oksigeninin təqribən 70%-ni istehsal edir. Planetin oksigeni 5200 – 5800 ildən bir canlı orqanizmlər tərəfindən tam yeniləşir. İnsanın fəaliyyəti nəticəsində oksigenin havada miqdarı sürətlə azalır. Son 100 ildə oksigenin atmosfer havasındakı miqdarı 240 mlrd ton azalıb.

Ozon – elektrik boşalmaları (məsələn, ildırım çaxanda) və Günəşin ultrabənövşəyi şüalarının təsiri ilə atmosferdə yaranan atomar oksigenin, oksigen molekulları ilə birləşməsi ilə yaranır.

Karbon qazı – atmosferə yanacağın yandırılması, çürümə və üzvü maddələrin parçalanması, insan və heyvanların tənəffüsü zamanı daxil olur. atmosferdə karbon qazının ciddi artımı baş vermir – belə ki, bitkilər fotosintez prosesində onu udur. Hər il bitkilər atmosferdən 160 mlrd tona qədər karbon qazı çıxarır. Nəticədə karbon qazının faiz miqdarı kiçikdir və 0,03% təşkil edir.

Atmosfer havası – çox vacib təbii resursdur. Onun vəzifəsi – insanları, heyvanları və bitki aləmini həyati əhəmiyyətli qaz elementləri ilə (oksigen, karbon qazı) təmin etmək; temperatur dəyişmələrini azaltmaq (hava – isti və soyuğu pis keçirir); yer səthini kosmik, radioaktiv və ultrabənövşəyi günəş şüalanmasından, meteorit və digər kosmik cisimlərdən qorumaq, istehsalat proseslərini oksigen, azot, hidrogen və neytral qazlarla təmin etməkdir.



Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin