8. Cəbri dayanıqlıq kriteriləri 8.1. Dayanıqlıq haqqında anlayış
Sistemin dayanıqlığı dedikdə, sistemi dayanıqlı vəziyyətdən çıxaran təsirlər kəsildikdən sonra sistemin öz əvvəlki qərarlaşmış vəziyyətinə qayıtması nəzərdə tutulur. Dayanıqsız sistemdə isə sistem getdikcə öz dayanıqlıq vəziyyətindən daha da uzaqlaşır və həmin vəziyyət ətrafında amplitudu artan rəqslər yaradır.
Xətti sistemlərin dayanıqlığı sistemi öz vəziyyətindən çıxaran təsirin xarakterindən deyil, sistemin strukturundan asılıdır. (şək.61). Əgər sistem dayanıqlıdırsa, lakin onun sərhədləri məlum deyilsə, belə sistemlərə kiçik mənada dayanıqlı sistemlər deyilir. Əgər sərhədlər məlumdursa və təyin oblastı böyükdürsə onda bu böyük mənada dayanıqlıq adlanır.
Klassik metoda əsasən diferensial tənliyin həlli aşağıdakı kimidir:
Dostları ilə paylaş: |