1. İdarəetməyə kibernetik yanaşma


Biznes-proseslərin referent modeli-11,12



Yüklə 355,95 Kb.
səhifə48/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   44   45   46   47   48   49   50   51   ...   60
esas

47. Biznes-proseslərin referent modeli-11,12

Biznes-proseslərin referent modeli

Biznes-model üzrə bütün bilikləri birləşdirən və sistemləş-dirən əsas karkas kimi referent modeldən istifadə etmək olar.

Referent model- konkret sahəyə aid müəssisə üçün hazırla-nan, praktikada tətbiq edilən və digər müəssisələrdə biznes-proseslərin qurulması və ya yenidən təşkili üçün istifadə edilməsi nəzərdə tutulan səmərəli biznes-modeldir. Mahiyyətcə referent modellər konkret biznes-proseslər üçün müxtəlif müəssisələrdə real tətbiq təcrübəsi əsasında hazırlanmış etalon sxemlərdir. Onlar idarəetmənin təşkili üçün praktikada yoxlanılmış prosedur və metodlardan ibarət olurlar. Referent modellər müəssisələrə öz modellərini hazır funksiyalar və proseslər əsasında hazırlamağa imkan verirlər.

Biznes-prosesin referent modeli qarşılıqlı əlaqəli funksiyalar toplusundan ibarətdir. Hər bir funksiya üçün icraçı, giriş və çıxış sənədləri və ya informasiya obyektləri göstərilir. Biznes-prosesin referent modelinin elementləri (funksiyalar və sənədlər) İS-in uyğun obyektlərinəistinadlara və həmçinin sənədlərə və digər informasiyaya (istifadəçilər üçün təlimatlar, məsul icraçılar və s.) malik olurlar. Sonuncu informasiya prosesin repozitorisində (metaverilənlər anbarında) saxlanır. Elementləri obyektlərə istinadlarla müşayiət edildiyindən, bu modelə istinad modeli də deyilir.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin