44. Biznes-modelin dinamik təsviri mərhələsini modellərinin qurulması üçün əsas biznes proseslər-11,12
Əsas biznes-proseslər müştərilər üçün dəyərli olan və müəssisəyə gəlir gətirən məhsulların və ya xidmətlərin istehsalına yönəlirlər. Əsas proseslər müəssisənin məhsulunun “həyat dövrünü” təşkil edirlər. Bu proseslərin səmərəlilik kriteriləri kimi adətən keyfiyyət, dəqiqlik və sifarişin vaxtında yerinə yetirilməsi götürülür. Bir çox istehlakçılar keyfiyyətin yüksəldilməsini qiymətin aşağı düşməsindən üstün tuturlar. Müəssisənin inkişafı zamanı bu cür proseslər çox ola bilər. Onların hamısı aşağıdakı istehsalat-kommersiya zənciri ilə təsvir olunur: “müştəri ilə qarşılıqlı əlaqə və onun tələblərinin müəyyənləşdirilməsi→ sorğunun (sifarişin, müqavilənin və s.) reallaşdırılması→ satışdan sonra müşayiət edilmə və tələbatın təminatının monitorinqi”. Reallaşdırma prosesi aşağıdakı altproseslərə-aşağı səviyyə proseslərinə -dekompozisiya edilə bilər:
-məhsulun layihələndirilməsi;
-malların, materialların, komplektləşdirici məmulatların və s. tədarükü (alınması);
-alınan malların və materialların nəqliyyatı;
-alınan malların və materialların boşaldılması, anbara qəbul edilməsi və saxlanması;
-işə salma-sazlama;
-istehsalat (özünün texnoloji dövrü və loqistikası ilə);
-hazır məhsulun anbara verilməsi və saxlanması;
-hazır məhsulun göndərilməsi;
-müqavilədə göstərilən və ya ayrıca təyinatlı xidmətlərin göstərilməsi.
Bu proseslər istehsalat müəssisələrində artıq standart kimi qəbul edilmişdir. ISO standartında onlardan çoxu məcburi və sertifikatlaşdırılan proseslər kimi qəbul edilir. Müəssisədə hansı biznes zəncirinin olmasını ayrılmış hər bir “bizneslər, məhsullar və xidmətlər” üçlüyünün istehsalat siklinin mərhələlərinə proyeksiyası ilə yoxlamaq olar.
Dostları ilə paylaş: |