1. İdarəetməyə kibernetik yanaşma


Biznes-modelin dinamik təsviri mərhələsini modellərinin qurulması üçün müəssisənin fəaliyyətinin təşkilinə proses yanaşma-11,12



Yüklə 355,95 Kb.
səhifə42/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   38   39   40   41   42   43   44   45   ...   60
esas

41. Biznes-modelin dinamik təsviri mərhələsini modellərinin qurulması üçün müəssisənin fəaliyyətinin təşkilinə proses yanaşma-11,12

Proses yanaşma diqqəti ayrı-ayrı struktur elementlərinin idarə edilməsindən bütün struktur elementlərinin fəaliyyətini əlaqələndirən biznes-proseslərin birbaşa idarə edilməsinə yönəldir. Hər bir iş prosesi bir neçə bölmədən keçir, yəni onun yerinə yetirilməsində müəssisənin müxtəlif şöbələrinin mütəxəssisləri iştirak edir. Proses yanaşma işdə fraqmentliyi (natamamlığı) aradan qaldırmağa, təşkilati və informasiya uyğunsuzluğunun, təkrarlanmaların, maliyyə, material və kadr resurslarından səmərəsiz istifadənin qarşısını almağa imkan verir.

Müəssisənin fəaliyyətinin təşkilinə proses yanaşma aşağıdakıları nəzərdə tutur:

1.İcraçılara geniş miqyasda səlahiyyətlərin və məsuliyyətlərin həvalə edilməsi.

2.Qərar qəbuletmə səviyyələrinin azaldılması.

3.Məqsədli idarəetmə və əməyin qruplarla təşkili prinsip-lərindən birgə istifadə edilməsi.

4.Keyfiyyətin təmini məsələlərinə diqqətin artırılması.

5.Biznes-proseslərin yerinə yetirilmə texnologiyasının avtomatlaşdırılması.

ISO standartına görə “proses yanaşma” anlayışı belə təyin olunur [15].

“Resurslardan istifadə etməklə girişlərin çıxışlara çevrilməsi ilə bağlı olan istənilən fəaliyyətə və ya fəaliyyət komplekslərinə proses kimi baxıla bilər. Uğurlu fəaliyyət göstərmək üçün müəssisə çoxlu sayda qarşılıqlı əlaqəli və qarşılıqlı təsirli prosesləri təyin etməli və idarə etməlidir. Çox vaxt bir prosesin çıxışı o biri prosesin girişini təşkil edir. Müəssisədə tətbiq edilən proseslərin sistematik identifikasiyası, menecmenti və bu proseslərin qarşılıqlı təsiri “proses yanaşması” hesab oluna bilər”.

Proses yanaşmanın əsas prinsipi biznes-sistemin strukturlaşdırılmasını təşkilati-ştat strukturu ilə deyil, müəssisənin fəaliyyətinə və biznes-proseslərə uyğun olaraq aparmaqdan ibarətdir. Məhz istehlakçı üçün əhəmiyyətli olan nəticəni təmin edən biznes-proseslər KİS-i layihələndirən mütəxəssislər üçün də əhəmiyyət kəsb edirlər.

Müəssisənin proses modeli aşağıdakı amilləri nəzərə almaqla qurulmalıdır:

1.Modelin yuxarı səviyyəsi modelləşdirilən prosesin xarici aləmlə qarşılıqlı əlaqələrini əks etdirməlidir.

2.İkinci səviyyədə müəssisənin tematik qruplaşdırılmış biznes-prosesləri və onların qarşılıqlı əlaqələri əks olunmalıdır.

3.Hər bir fəaliyyət növü biznes-proseslərlə detallaş-dırılmalıdır.

4.Biznes-proseslərin detallaşdırılması biznes-funksiyalar vasitəsilə aparılır.

5.Elementar biznes-əməliyyatın təsviri minispesifikasiya vasitəsilə aparılır


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin