39. Müəssisənin funksional sxeminin qurulması üçün aqreqatlaşdırılmış və detallaşdırılmış modellər-10
Müəssisənin təşkilati-funksional struktur modellərinin qurulmasında, bir qayda olaraq, detallaşdırmanın uku səviyyə-sindən istifadə edilir: 1)aqreqatlaşdırma; 2)detallaşdırma.
Aqreqatlaşdırılmış modeldə uçot registrləri 2-3 detallaşdırma dərəcələrinə qədər məhdudlaşdırılır. Bu cür modelin qurulmasında məqsəd strateji təhlili, baxılan strukturun strategiyaya və müəssisənin xarici əhatəsinə uyğunluğunun təhlilini aparmaq üçün müəssisənin yuxarı səviyyəli rəhbərlərinə təşkilati struktur haqqında informasiya verməkdən ibarətdir. Model həmçinin xarici istifadəçilərə də (məsələn, potensial investorlara və müştərilərə biznes-planın nümayişi kimi) təqdim edilə bilər.
Detallaşdırılmış model-uçot registrlərinin detallaşdırılması aqreqatlaşdırılmış modelə nisbətən daha dərindən aparılan təşkilati struktur modelidir. Modeldə detallaşdırmanın dərəcəsi müəssisənin konkret tələbatları (müəyyən təşkilati reqlamentlərin yaradılması) ilə müəyyənləşdirilir. Bu modelin qurulmasında məqsəd müəssisənin bölmələri arasında funksional vəzifələrin bölüşdürməsi və müəssisədə biznes-proseslərin təşkili haqqında informasiya təqdim etməkdən ibarətdir. Detallaşdırılmış modelin qurulması müxtəlif müəssisədaxili reqlamentləri-təşkilati struktur haqqında əsasnaməini- hazırlamağa imkan verir
Dostları ilə paylaş: |