42. Biznes-modelin dinamik təsviri mərhələsini modellərinin qurulması üçün proses yanaşmanın əsas elementləri-11,12
Proses yanaşmanın əsas elementləri
Proses yanaşma çərçivəsində hər bir müəssisəyə son məqsədləri istehsal edilən məhsul və ya xidmət olan bir-biri ilə əlaqələndirilmiş biznes-proseslər çoxlugundan ibarət biznes-sistem kimi baxılır.
Biznes-proses dedikdə istehlakçıya məhsul və ya xidmət təqdim etməklə bağlı müxtəlif növ fəaliyyətlər toplusu başa düşülür. Biznes-proses nəticəsi hər hansı məhsul və ya xidmət olan işlər (funksiyalar) zənciridir. Hər bir biznes-proses özünün sərhədlərinə və rollarına malik olur.
Proses yanaşmada əsasən aşağıdakı rollardan istifadə edilir.
Prosesin sahibi- prosesin gedişinə və nəticələrinə bütöv-lükdə cavabdeh olan şəxsdir. O biznes-prosesi bilməli, onun yeri-nə yetirilməsini izləməli və səmərəliliyini artırmağa çalışmalıdır. Biznes-prosesin sahibi kommunikativ və işgüzar olmalı, insanlara təsir etmək və dəyişiklik etmək qabiliyyətinə malik olmalıdır.
Komandanın başçısı- biznes-proses haqda biliyə və müsbət şəxsi keyfiyyətlərə malik olan işçidir.
Kommunikator- komandaya müxtəlif iş metodlarını öyrədən, komandanın başçısı ilə müşavirələr hazırlayan və onların nəticələrini təhlil edən işçidir.
Prosesin koordinatoru- biznesin bütün hissələrinin uzlaş-dırılmış işinə cavabdeh olan və digər biznes-proseslərlə əlaqəni təmin edən işçidir. Koordinator inzibatçılıq keyfiyyətinə malik olmalı və müəssisənin strateji məqsədlərini yaxşı bilməlidir.
Komandanın iştirakçıları- müxtəlif səviyyəli mütəxəs-sislərdir. Onlar məsləhətçidən və kommunikatordan dəstək və metodik təminat alır, komandanın başçısı ilə birlikdə biznes-prosesi modelləşdirir, təhlil edir və qiymətləndirirlər.
Proses yanaşmanın əsas elementlərindən biri komanda sayılır. Proses komandasının iki tipi olur:
Situasiya komandası- adətən daimi əsasla işləyir və mütə-madi olaraq təkrarlanan işləri yerinə yetirir.
Virtual komanda- yeni məhsulun və ya xidmətin işlənib hazırlanması üçün təşkil olunur.
Situasiya meneceri- işlərin böyük hissəsini sərbəst icra edə bilən yüksək ixtisaslı mütəxəssisdir.
Dostları ilə paylaş: |