37. Təşkilati-funksional modelin müəssisənin fəaliyyətinin funksional sxemi əsasında qurulması-10
Təşkilati-funksional model müəssisənin fəaliyyətinin funksional sxemi əsasında qurulur. Missiyanın əsasında müəssisənin məqsədləri və strategiyaları formalaşdırılır. Onların köməyilə istehsal olunacaq məhsulların siyahısı və tələb olunan resurslar müəyyənləşdirilir. Məhsulun istehsalı əsas istehsalat siklində resursların emalı nəticəsində baş verir. Onun komponentləri resursların tədarükünü, məhsulların istehsalını və onların satış yerlərinə bölüşdürülməsi üçün lazımi biznes-funksiyaları formalaşdırır. Göstərilən istehsa-lat proseslərinin idarə edilməsi üçün menecmentin komponentləri formalaşdırılır, onların əsasında isə idarəetmə funksiyalarının siyahısı müəyyənləşdirilir. İstehsalat proseslərinin dəstəklənməsi və idarə edilməsi üçün uyğun təminat funksiyaları (mühafizə, texniki təminat, profilaktika, təmir və s.) formalaşdırılır.
Bu cür yanaşma müəssisəni idarəetmə registrlərinin (məqsədlər, strategiyalar, məhsullar, funksiyalar, təşkilati bölmələr və s.) universal çoxluğu vasitəsilə təsvir etməyə imkan verir. İdarəetmə registrləri iyerarxik təsnifat siyahılarından ibarət olurlar. Həmin təsnifat siyahılarını funksional qruplarda birləşdirməklə və matris proyeksiyaları vasitəsilə müxtəlif təsnifat siniflərinin elementlərini bir-birilə əlaqələndirməklə müəssisənin təşkilati strukturunun modelini almaq olar.
Dostları ilə paylaş: |