1. İdarəetməyə kibernetik yanaşma


“Project Expert 5” sisteminin imkanlarının xülasəsi



Yüklə 355,95 Kb.
səhifə57/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   52   53   54   55   56   57   58   59   60
esas

57. “Project Expert 5” sisteminin imkanlarının xülasəsi

Ptoject Expert 5” sistemi “Pro-İnvest-Konsaltinq” firması tərəfindən yaradılıb və maliyyə planlaşdırılması, nəzarəti və müəssisənin fəaliyyətinin səmərəliliyinin analizi üçün nəzərdə tutulub. Proqram paketi əksər inkişaf etmiş ölkələr tərəfindən dəstəklənən mühasibat uçotunun beynəlxalq standartlarına (İnternational Accounting Standards) cavab verən maliyyə sənədlərinin hazırlanmasını təmin edir. Sistemdə verilənlərin hazırlanması və daxil edilməsini yerinə yetirən çevik mexanizm milli iqtisadiyyatların xüsusiyyətlərini nəzərə almağa imkan verir.

Texnoloji baxımdan “Project Expert” proqram paketi yüksək işləmə sürətinin, əməliyyat uyğunluğunun, verilənlər mübadiləsinin müasir standartlarına cavab verir və şəbəkədə qruplaişləməyi təmin edir. Maliyyə analizi sahəsində xüsusi hazırlığı olmayan istifadəçilərə qısa müddət ərzində aşağıdakı məsələləri həll etməyə imkan yaradır:

-xarici mühitin parametrlərinin dəyişilməsini (infilyasiya, vergilər, valyuta kursu və s.) nəzərə almaqla müəssisənin fəaliyyətini hərtərəfli təsvir etmək və layihələndirmək;

-müəssisənin inkişafı və ya investisiya kayihəsinin reallaşdırılması üçün planın hazırlanması; əmək, material və maliyyə resurslarından səmərəli istifadəni təmin edən marketinq və istehsalat strategiyasının qurulması;

-müəssisənin maliyyələşdirilməsi sxeminin təyin edilməsi;

-maliyyə nəticələrinə təsir edən faktorların qiymətlərini dəyişməklə müəssisənin inkişafının müxtəlif ssenarilərinin sınaqdan keçirilməsi;

-beynəlxalq tələblərə tamamilə uyğun olan maliyyə hesabatlarının (pul vəsaitlərinin hərəkəti haqqında hesabat, balans, gəlirlər və itgilər haqqında hesabat, gəlirlərdən istifadə haqqında hesabat) və investisiya layihəsinin biznes-planının ingilis dilində və milli dillərdə hazırlanması;

-avtomatik hesablanan 30 göstəricinin köməyilə müəssisənin (layihənin) hərtərəfli analizini, o cümlədən, ümumi səmərəliliyin, həssaslığın, layihənin hər bir iştirakçısı üçün pul axınlarının, müəssisənin maliyyə vəziyyətinin və gəlirlərinin analizini aparmaq.

“Project Export” paketinin mübadilə modulu informasiyanı “.txt” və “.dbf” formatlarında import və eksport etməyə imkan verir. Bundan əlavə, yekun cədvəllərin verilənləri və mətni informasiya Windows-un mübadilə buferindən Word-ə, Excel-ə və Windows-un digər proqramlarına sərbəst köçürülə bilir. Proqram paketi həmçinin “MS Project”, “Primavera”, “Project Planner” və “Sure Truck” kimi tanınmış planlaşdırma və idarəetmə sistemləri ilə əlaqəni dəstəkləyir. Bu sistemlərdə informasiya mübadiləsi şəbəkə qrafikasının GANTT formatı ilə aparılır




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin