1. İdarəetməyə kibernetik yanaşma


“SAP/R3” paketinin imkanlarının xülasəsi



Yüklə 355,95 Kb.
səhifə58/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   52   53   54   55   56   57   58   59   60
esas

58. “SAP/R3” paketinin imkanlarının xülasəsi

SAP/R3 paketi Almaniyanın SAP (Systems, Applications and Products in Data Processing) kompaniyası tərəfindən yaradılıb və müəssisənin bütün təsərrüfat proseslərini əhatə edir. Kliyent-server arxitekturası ilə qurulan bu sistemin əsas xarakteristikalarını belə ifadə etmək olar:

-müxtəlif funksiyalı tətbiqi proqramların inteqrasiyası;

-modul strukturu;

-verilənlərin ümumi saxlanması;

-sistemin açıqlığı;

-beynəlxalq xarakter daşıması;

-istənilən sahə üçün tətbiqin mümkünlüyü.

Hazırda müxtəlif ölkələrdə fəaliyyət göstərən müxtəlif miqyaslı və güclü 9000-dən çox müəssisədə SAP-dan istifadə edilir. SAP-ın 17000-dən çox əməkdaşı 50-dən çox ölkədə istifadəçilərə yüksək səviyyədə xidmət göstərirlər və onları dəstəkləyirlər. Biznes tətbiqi proqramlar istehsalçıları arasında SAP liderlik edir və TP bazarının 36%-i ona məxsusdur[3].

R3 sisteminin ən vacib modulları aşağıdakılardır:

1)Maliyyə mühasibatı. Burada beynəlxalq mühasibat hesabatları üçün lazım olan bütün relevant verilənlər toplanır. Bu modulda hazırlanan tam dəstli sənədlər və əhatəli informasiya

bütün müəssisə miqyasında material tələbatlarını planlaşdırmaq və onlara nəzarət etmək üçün aktual baza kimi istifadə edilir.

2)Nəzarət. Bütün müəssisə miqyasında nəzarət üçün bir-birilə uzlaşdırılmış planlaşdırma, idarəetmə və nəzarət instrumentləri istehsalatdaxili proseslərin məzmununu və icrasını koordinatlaşdırmağa imkan verir.

3)Material axınlarının idarə edilməsi. Əməliyyatlar axını vasitəsilə yerinə yetirilən emaletmə funksiyaları mal alışı üzrə bütün prosesləri optimallaşdırmağa və tədarükçüləri avtomatik olaraq qiymətləndirməyə imkan yaradır. Ehtiyatların dəqiq idarə edilməsi və düzgün yerləşdirilməsi təchizata və malların alınıb yerləşdirilməsinə qoyulan xərcləri azaldır. Bu halda hesablara nəzarət də inteqrallaşdırılır.

Texniki xidmət və avadanlığın təmiri. Texniki xidmət və servis xidməti məsələlərinin planlaşdırılması və idarə edilməsi kimi funksiyaların bu modulda inteqrallaşdırılması müəssisədəki maşın və qurğuların həmişə yüksək hazırlıq səviyyəsində olmasına zəmin yaradır.

Satış, göndərmə və fakturaların tərtibi. Bu modul satışla bağlı bütün funksiyaları dəstəkləyir. Həmin funksiyalara qiymətlərin qoyulması, alınan mallara sifarişlərin vaxtında tərtib edilməsi, tədarüklərin vaxtında yerinə yetirilməsi və s. daxildir. Bundan əlavə, bu modul variantların interaktiv, çoxsəviyyəli konfiqurasiyasını almağa və nəticələr haqqında hesabatla istehsalat arasında birbaşa əlaqə yaratmağa imkan verir.




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin