Formativ qiymətləndirmənin keçirilmə vaxtı: Dərs ilinin əvvəlindən başlayaraq təlim prosesində müntəzəm şəkildə aparılır.
Qeydiyyatın aparıldığı yer: Formativ qiymətləndirmənin nəticələri şagirdin portfoliosunda, müəllimin formativ qiymətləndirmə dəftərlərində və şagirdin məktəbli kitabçasında sözlə və ya rəqəmlə qeyd olunur.
Summativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik, böyük və yekun summativ qiymətləndirmədən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhəlyrə yekun vurmaqla müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (bəhs və ya bölmənin, yarımilin və ilin sonunda) şagirdlərin standartlar üzrə əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin əldə etdiyi biliklərin tətbiqinə hansı səviyyədə nail olduğunu aşkar etməkdən ibarətdir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsənilmə səviyyəsinin etibarlı göstəricisidir.
Məqsədlər:
• Hər hansı mərhələ üzrə şagirdin nailiyyətinin səviyyəsini müəyyən edib qiymət yazmaq;
• Təlim və tədris prosesinin monitorinqini həyata keçirmək (irəliləmə və geriləməni müəyyənləşdirmək);
• Müəllimin tədris fəaliyyətini izləmək;
• Məktəbdə təlimin təşkili işinin səviyyəsini müəyyənləşdirmək.
Dostları ilə paylaş: |