1. Təhsili idarəetmənin ümumi əsaslari


MÖVZU 1. TƏHSİLİ İDARƏETMƏNİN ÜMUMİ ƏSASLARI



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə2/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   2   3   4   5   6   7   8   9   ...   36
tehsilin-idare-olunmasl

MÖVZU 1. TƏHSİLİ İDARƏETMƏNİN ÜMUMİ ƏSASLARI
Əhatə olunacaq məsələlər
1. Təhsili idarəetmə və təhsil sisteminin prinsipləri haqqında
2. Təhsili idarəetmənin nəzəri əsasları
3. Azərbaycan Respublikası təhsil siyasətinin prinsipləri
4. Təhsil sistemi. Onun vəzifələri və idarə olunması
Azərbaycanda təhsilə üstün strateji əhəmiyyətli sahə kimi yanaşılması,
fasiləsiz, miili təhsil konsepsiyasının həyata keçirilməsi təhsilin milli bəşəri
inteqrasiyasına nail olmaqla onun dünya standartlarına uyğunlaşdırılması
Azərbaycan Respublikasının təhsil siyasətinin əsas mahiyyətini təşkil edir. Bunlar
isə təhsilin idarə edilməsi qarşısında yeni tələblər qoyur.
Təhsilin bütün vəsilələrində, o cümlədən məktəbə, pedaqoji prosesə, hadisə
və obyektlərə rəhbərlik edərkən təhsilin özünəməxsus qanunauyğunluqlarını
nəzərə almaq vacibdir. Pedaqoji rəhbərlik, təhsili idarəetmə mühüm əhəmiyyətə
malikdir.
Təhsili idarəetmənin obyektinə bütün təhsil sistemi, o cümlədən tədris,
elmi tədqiqat və məktəbdənkənar uşaq müəssisələri; təhsil şöbələri və s. daxildir,
Tədris-tərbiyə prosesini idarəetməkdə əsas məqsəd şəxsiyyətin inkişafını təmin
etməkdir, Tərbiyə, təlim və təhsil prosesi dövlət təhsil sistemi, ictimai təşkilatlar,
ayrı-ayrı vəzifəli şəxslər, eləcə də özəl müəssisələrdə rəhbərlər tərəfindən idarə
olunur. Azərbaycan Respublikasında təhsili idarəetmə sisteminə Respublika Təhsil
Nazirliyi, Naxçıvan Respublikasının Təhsil Nazirliyi, xalq təhsilinin rayon
(şəhər) şöbələri daxildir ki, bunların fəaliyyətini Respublika Təhsil Nazirliyi
tənzimləyir. Nazirlik bütün tip məktəblər, pedaqoji universitet və institutlar, orta
ixtisas məktəbləri üçün tədris planı və proqramları hazırlayır, təsdiq edir, Təhsil
Nazirliyi həm də təhsil qanununun yerinə yetirilməsinə, məktəblərin maddi
bazasına, müəllimlərin, məktəb rəhbərlərinin ixtisaslarının artırılmasına, elmi-


pedaqoji tədqiqatların istiqamətlənməsinə və s. nəzarət edir və bunlar üçün
məsuliyyət daşıyır.
Təhsil sisteminin prinsipləri. Müasir şəraitdə Azərbaycanda təhsil hər şeydən
öncə dövlətin strateji-ideoloji siyasətinə xidmət edən və buna görə də üstün
(prioritet) sayılan sahədir. Onu səciyyələndirən əsas cəhət konkret ölkə ilə bağlılığı,
bütün tədris vəsilələrini tam nəzərdə tutması və bu müəssisələr arasında əlaqənin
sistemli tənzimlənməsidir. Fasiləsiz milli təhsil eyni ölkə vətəndaşlarını nəzərdə
tutur, təhsil vəsilələrinin birindən digərinə keçmək imkanını inkar etmir və nəhayət,
ölkə vətəndaşlarının ömrü boyu təkmilləşməsini təmin edilməsni zəruri sayır.
Beləliklə, deyilənlərə istinadən aşağıdakı prinsipləri qeyd etmək olar:
- təhsilin dövlət və ictimai səciyyə daşıması, yəni təhsil müəssisələri, onun
maddi-texniki təchizatı, tədrisin məzmunu dövlət tərəfindən tənzimlənmir
və onun qarşısında hesabatlıdır. Bu, dövlət və özəl təhsil bölmələrinin
fəaliyyətini məhdudlaşdırmır, əksinə onların . qarşılıqlı fəaliyyətini təmin
edir;
- dövlət təlim-tərbiyə müəssisələrində təhsilin dövlət hesabına olması, hər bir
vətəndaş üçün müyəssərliyi;
- təhsilin humanistləşməsi və humanitarlaşması. Yəni hər bir şagird imkanına,
qabiliyyətinə görə yaradıcı təhsil hüququna malikdir;
- təhsilin dünyəviliyi. Bu, təhsilin Konstitusiya ilə təsbit edilmiş mahiyyətindən
irəli gəlir və onun müasir respublika quruculuğunun xəttini tamamlayır;
- təhsildə hüquq bərabərliyi. Təhsil sisteminin demokratikliyinı təmin edir.
Yəni Azərbaycan təhsili burada yaşayanların hamısının üzünə açıqdır və hər
bir vətəndaşın, o cümlədən hər iki cinsdən olanların təhsildə hüquq bərabərliyi
təbiidir;
təhsil sisteminin açıqlığı və demokratikliyi. Müxtəiif istiqamətli dövlət və
özəl təhsil qurumlarının inkişafı onun fəaliyyətinin əlaqələndirilməsində
demokratik prinsipiərə istinadən idarəçilik əsasdır;
- təhsil prosesində siyasi fəaliyyətin yolverilməzliyi.
Çoxpartiyalı, liberal dövlət quruculuğu prosesi hər bir vətəndaşa öz siyasi


mövqeyini dövlətin siyasi kursuna xələl gətirməmək şərtilə müəyyən etmək imkanı
verir. Amma bu tədris-təhsil prosesinə müdaxiləyə əsas vermir. Beləliklə, təhsil
sistemi özünəməxsus tənzimlənmə tələb edən qurum olmaqla vətəndaşların təhsil
hüququndan çıxış edir və cəmiyyətin başlıca məqsədini - respubiika vətəndaşı
tərbiyəsini tamamlayır.
Azərbaycan Respublikasının Təhsil siyasəti dövlət siyasətinin mühüm tərkib
hissəsi kimi həyata keçirilir və onun qarşısında duran vəzifələr Azərbaycan
Respulikasının Konstitusiyasına və Təhsil Qanununa müvafiq beynəlxalq
normalara və dövlət həyatının müvafiq qanunverici-normativ aktlarına uyğun
həyata keçirilir.
Azərbaycanda fasiləsiz milli təhsil sistemi yaratmağı özünün məqsədi hesab
edən Azərbaycan Respublikasının Təhsil siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik
olması; bilik, bacarıq və istedadı reallaşdırmaq üçün hamıya bərabər şəraitin
yaradılması; təhsilin demokratikləşdirilməsi, dövlət-ictimai xarakter daşıması; təhsil
müəssisələrinin müstəqilliyinin artırılması; təhsilin humanistləşdirilməsi;
ümumbəşəri dəyərlərin, insan həyatı və sağlamlığının, şəxsiyyətin azad inkişafının
üstün tutulması; onun humanitarlaşması; təhsildə milli zəminin gücləndirilməsi və
bölgə komponentinin təhsilin fərdiləşdirilməsi və diferensiallaşdırılmasi; onun
məzmununun inteqrasiyası; elmi-dünyəvi xarakter daşıması; elm, istehsalat, xarici
ölkələrin təhsil müəssisələri və orqanları ilə sıx əlaqə; -təhsildə azadlıq, plüralizm,
yaradıcılıq, varislik, təhsil müəssisələrinin siyasi partiyalardan, ictimai-dini
təşkilatlardan asılı olmaması; təhsilin dünya standartları səviyyəsində olması və s.
Beləliklə, Azərbaycanda təhsili idarəetmə rəsmi direktiv və normativ
qanunvericilik sənədlərindən nəşət edir. Həmçinin Azərbaycan Respublikası
Prezidenti, Milli Məclisi və hökuməti tərəfindən qəbul edilmiş qərar, sərəncam və
digər rəsmi sənədlərə istinad edilməsini tələb edir. Bu baxımdan təhsil
qanunvericiliyinin vəzifələri bunlardır:
- təhsil sahəsində dövlət siyasəti prinsiplərinin müəyyən edilməsi; təhsil
sisteminin sərbəst fəaliyyəti və təhsilin inkişafı üçün hüquqi təminat


yaradılması; hüquqi şəxslər və təhsil subyektlərini hüquq və vəzifələrinin,
səlahiyyət və məsuliyyətinin müəyyən olunması; vətəndaşların təhsilə dair
Konstitusiya hüquqlarının təmin olunması və müdafiəsi.
Bunlar onu göstərir ki, Azərbaycanda təhsil sistemi milli zəminə,
ümumbəşəri dəyərlərə, eləcə də müasir beynəlxalq və yerli praktikanın üzvi şəkildə
əlaqələndirilməsinə əsaslanır, tam demokratik xarakter daşıyır.
Təhsil sistemi müxtəlif pillədən olan ardıcıl təhsil proqramlarının
məcmuyundan, onları həyata keçirən təhsil orqanlarından, təlim-tərbiyə prosesi ilə
məşğul olan digər təşkilatlar və müəssisələrdən ibarətdir.
Azərbaycan Respulikasının Təhsil Qanununa görə təhsil sisteminin başlıca
vəzifələri «Dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək
mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşünə malik olan və onu
daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq, soykökünə ... xalqımızın
milli, əxlaqi, humanist, mənəvi-mədəni dəyərlərinə dərindən yiyələnən... biliyinə,
əxlaqi-mədəni keyfiyyətlərinə, demokratikliyinə görə yüksək səviyyəli vətəndaşlar
yetişdirmək, ... Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən
birinə çevirməyə qadir olan insan tərbiyə etməkdir» (Azərbaycan
Respublikasının Təhsil Qanunu, Bakı, 1992, səh.6).
Beləliklə, Azərbaycan Respublikasında təhsil sisteminin əsas vəzifəsi yeni
Respublika quruculuğunu müvəffəqiyyətlə reallaşdıracaq insan, vətəndaş və
şəxsiyyət tərbiyə edib formalaşdırmaqdan ibarətdir.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin