əsasnamələrin, baza təhsil planının, proqramların,
dərsliklərin, dərs
vəsaitlərinin və tədris-metodik materialların hazırlanması və nəşrini təşkil
edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodik və informasiya
köməkliyi
göstərir;
- təhsil müəssələri və idarələrinin maliyyələşdirilməsi və maddi-texniki
təchizatın müvafiq normalarını müəyyən edir;
- səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini ləğv edir,
yenidən təşkil
edir, yaradır, onların nizamnamələrini qeydə alır, habelə tabeliyində olub-
olmamasından və mülkiyyət formasından asılı
olmayaraq bütün təhsil
müəssisələri və təhsil idarələrinin yaradılmasına, ləğvinə və yenidən
qurulmasına rəy verir;
- təhsil müəssisəsinin açılması üçün lisenziya verir və onu qeydə alır;
- təhsil müəssisələrinin yaradılması və ləğvi ilə əlaqədar vəsaiət qaldırır.
Təhsil Qanununun üçüncü bölməsində bu məsələlərlə yanaşı, yerli təhsil və
yerli idarə orqanlarınm, təhsil sistemində ictimai idarə, özünüidarə orqanlarının
konkret
vəzifələri, təlim-tərbiyə müəssisələrinin özünüidarəsi,
təlim-tərbiyə
müəssisələrinin təsisi şərtləri, dövlət və qeyri-dövlət (özəl) təhsil müəssisələrinin
idarə olunması, təhsil müəssisələrinin elmi-metodik və informasiya təminatı,
təhsil sistemində psixoloji və tibbi xidmət məsələlərinə və digər zəruri məsələlərə
geniş yer verilir.