1. Təhsili idarəetmənin ümumi əsaslari



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə31/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   28   29   30   31   32   33   34   35   36
tehsilin-idare-olunmasl

İnsana inam, tərbiyənin, əməyin və ağlın qüdrətinə inam pedaqoji kollektivi
daha yaxşı işləməyə, bütün qüvvələri səfərbərliyə almağa və hər bir şagirdin
tərbiyəsi və təhsilinə məsuliyyətlə yanaşmağa imkan verir. Müəllimin elmə, biliyə
coşğun həvəsi uşaqlara da sirayət edir, onlarda intelektual tələbat və maraqlandıran
formalaşmasına kömək göstərir. Məktəbdə biliklərə,təlimə canlı maraq və təlabat
yaratmadan istənilən metodika quru, cansız sxemə çevriləcəkdir
(V.A.Suxomlinski).
Məktəb üçün, insanlar və cəmiyyət üçün ürəkdən görülən iş və müntəzəm
ictimai – faydalı əmək məktəb kollektivinin mənəvi həyatının zənginləşdirdiyi
kimi, şagirdlərin şəxsiyyət kimi formalaşmasına da güclü təsir göstərir.
V.A.Suxomlinski əməyin tərbiyəvi rolunu yüksək qiymətləndirərək göstərirdi ki,
uşaqlıq illərindən insanın mənəvi həyatına əməksiz heç bir keyfiyyət daxil ola
bilməz; əməksiz kollektivi də təsəvvür etmək mümkün deyildir.
Şagird kollektivinin təşkili və inkişaf mərhələləri. kollektiv düzgün təşkil
edildikdə tərbiyə işində təsirli vasitə ola bilər. Kollektivin təşkili üçün
səlahiyyətlərin, ictimai vəzifələrin düzgün bölünməsi mühüm şərtdir. Vəzifələrin
təyin etməklə yox, şeçki yolu ilə tutulması daha düzgündür. Təyin edilən adam,
adətən, onu təyin edənin iradəsi ilə hərəkət edir, kollektivin mənafeyini bir o qədər
də müdafiə etmir. Seçilmiş şəxs isə, əksinə, onu seçənlərin mənafeyi keşiyində
durur, onlara xidmət edir.
Kollektivin təşkilinin digər şərti mümkün qədər daha çox şagirdi ictimai
vəzifələrə cəlb etməkdən ibarətdir. Bu halda kollektivin bütün üzvləri rəhbərlik
etmək, öz səlahiyyətləri daxilində yoldaşlarından tələb etmək, onların
sərəncamlarına tabe olmaq təcrübəsi qazanır, tapşırılan iş üçün məsuliyyət
daşımağı öyrənirlər. Beləliklə, kollektivdə bərabərlik, qarşılıqlı şəraiti yaranır ki,
bu da sağlam kollektivin vacib şərtidir.
Bəzən məktəbdə kollektiv orqanlara hər dəfə eyni adamlar seçilir. Belə
olduqda kollektivdə fəallarin sayı azalır; onlar yoldaşlarına birtərəfli qaydada
sərəncam verməli olur, onlarda lovğalıq, əvəzedilməzlik hissi, “vəzifə xəstəliyi”
baş qaldırır, vəzifədən çıxdıqda isə özlərini kollektivə qarşı qoyurlar. Bunun


qarşısını almaq üçün bütün uşaqlara vəzifə vermək və uzunmüddətli vəzifələri
vaxtaşırı dəyişmək lazımdır.
Kollektivdə üç növ vəzifə olur:
- uzunmüddətli vəzifələr: şagird komitəsi, sinif nümayəndəliyi, divar qəzeti
redaksiya heyəti, sinfin səhiyyə komissiyası və s;
- növbə ilə dəyişən vəzifələr: məktəb və sinif növbətçiliyi, növbəli divar
qəzeti heyətləri və s;
- epizodik (birdəfəlik) vəzifəlr: bayram və tarixi günləri keçirmək üçün
ayrılan komissiyalar, iməcilik qərargahı üzvləri, ekskursiya və ya yürüş təşkil edən
qrup və s. bu halda tapşırıq yerinə yetirildikdə vəzifə də özlüyündə ləğv olunur.
Kollektivin təşkili müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərə
demokratiya (kollektivin həyatında və idarə olunmasında hamının şeçkili orqanlar
vasitəsilə iştirakının təmin olunması), aşkarlıq (işlərin gizli, qapalı yox, aşkarlıq
şəraitində icrası), plüralizm (fikir müxtəfliyinə, azadfikirliliyə şərait yaradılması),
çoxluğun rəyinin əsas götürülməsi və azlığın rəyinə hörmək edilməsi və s.
prinsiplər daxildir. Həmin prinsiplər əsasında sağlam, demokratik kollektiv
yaratmaq və onu tərbiyənin təsirli subyektinə çevirmək olar.
Kollektivin inkişaf mərhələləri. Kollektivin təşkili uzun sürən prosesdir;
buna qısa müddətdə nail olmaq çətindir. Kollektivin inkişafı kortəbii yox, idarə
olunan prosesdir. Buna görə də onun inkişaf mərhələlərini bilmək və bu inkişafı
düzgün istiqamətləndirmək lazımdır.
Kollektivin inkişafının göstəricisi kimi onun üzvlərinin fəallıq dərəcəsinin
artması, xarici tələblərin daxili tələblərə keçməsi prosesi əsas götürülür. Bu
baxımdan kollektivin inkişafında dörd mərhələ ayırd edilir. Birinci mərhələ
kollektivin təşəkkülü mərhələsi adlanır. Burada əsas təşkilatçı kimi müəllim –
tərbiyəçi çıxış edir: o, şagirdlərin arzu və maraqlarından çıxış edərək birgə maraqlı
işlər təşkil edir, ardıcıl tələblər verir.
İkinci mərhələ kollektiv özəyin təşkili mərhələsi adlanır. Fəallar müəllimin –
tərbiyəçinin dayağı kimi çıxış edir, onun tələblərini müdafiə edir, kollektivin
həyatında fəallıq göstərirlər. 


Üçüncü mərhələ özünüidarəyə keçid mərhələsi adlanır. Bu mərhələdə
kollektivin əksər üzvləri onun həyatında fəal iştirak edir, yoldaşlarına tələblər
verirlər. Kollektivin seçkili orqanları əsas təşkilatçı kimi çıxış edir. bu mərhələdə
kollektivin ictimai rəyi formalaşır və əsas tərbiyəedici, tənzimedici amilə çevrilir.
Dördüncü mərhələ kollektivin yetkinlik mərhələsi adlanır. Bu mərhələdə
kollektivin bütün üzvləri onun həyatında fəal iştirak edir, hərə özünə tələb verir.
Beləliklə, tərbiyə özünütərbiyə ilə qovuşur.
Kollektivin təşəkkülü və formalaşmasının göstərilən mərhələləri onun
inkişaf dinamikasını ifadə edir: kollektiv pedaqoji rəhbərlikdən tədricən
özünüidarə və özünütənzimləmə sisteminə çevrilir və mühüm tərbiyə vasitəsi kimi
çıxış edir.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin